ÏÎĞÒĞÅÒËßĞ
MILLI MUSIQI IRSIMIZIN GÖRKƏMLI TƏDQIQATÇISI
Ariz ABDULƏLIYEV
Search

ÏÎĞÒĞÅÒËßĞ
MILLI MUSIQI IRSIMIZIN GÖRKƏMLI TƏDQIQATÇISI
Ariz ABDULƏLIYEV
AQŞIN ƏLIZADƏ
Fərəh Əliyeva
DƏYƏRLI ÖMRÜN SƏHIFƏLƏRINDƏN
Kamilə Dadaşzadə
YENILIYIN EHTIRASLI MÜDAFIƏÇISI
Səadət SEYIDOVA

 


       Azərbaycan musiqi elmi və mədəniyyətinin inkişafında görkəmli xidmətləri olan alim-ziyalılardan biri də Əhməd Isazadədir. Respublikanın əməkdar elm xadimi, sənətşünaslıq doktroru, professor Ə.Isazadənin elmi-yaradıcılıq fəaliyyəti respublikada milli musiqi elminin yüksəlişində, mədəniyyət tariximizin öyrənilməsi və təbliğində əhəmiyyətli rol oynamış, Azərbaycanda etnomuzıkologiya elminin inkişafına güclü təkan vermişdir.

       Respublikanın və xarici ölkələrin elmi-mədəni ictimaiyyəti arasında Azərbaycan xalq musiqi irsinin yorulmaz və görkəmli tədqiqatçısı kimi tanınan Ə.Isazadə, eyni zamanda, pedaqoji işlə də məşğul olmuş, digər tərəfdən böyük elmi şöbəyə rəhbərlik edərək, musiqişünaslıq sahəsində elmi işlərin aparılmasına, elmi kadrların yetişdirilməsinə əməli diqqət və qayğı göstərmişdir.

       1963-cü ildə namizədlik dissertasiyası müdafiə edəndən sonra Ə.Isazadə xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiqi məsələlərinə ciddi elmi maraq göstərir.

       Azərbaycanın bölgələrini gəzib, xalq musiqisi nümunələrini, folklor mahnı və rəqslərini lentə almaq, nota yazmaq , sistemləşdirmək, elmi-nəzəri təhlil etmək kimi məsələlər, demək olar ki, musiqişünaslığın diqqətindən kənarda qalmışdı. Böyük sənətkar Bülbülün rəhbərliyi ilə bu sahədə uzun illər uğurlu fəaliyyət göstərən Elmi-Tədqiqat Musiqi Kabineti (ETMK) 1940-cı illərin əvvələrində fəaliyyətini dayandırandan sonra xalq musiqisinin toplanılması və notlaşdırılması işində durğunluq, boşluq yarandı. 1960-cı illərdə Ə.Isazadənin bu sahədə məqsədyönlu işə başlaması və musiqişünasları, bəstəkarları da bu işə cəlb edə bilməsi, tədricən həmin boşluğu aradan qaldırdı. O, 1960-cı illərin ikinci yarısından etibarən Azərbaycanın, demək olar ki, bütün bölgələrinə – Qarabağ (Şuşa, Ağdam, Füzüli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabiribad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək, yüzlərlə folklor, nümunələri toplamış, nota yazmış, bölgələrdəki xalq musiqi ifaçıları haqqında dəyərli informasiyalar əldə etmiş, yeni xalq çalğı alətləri nümunələri tapmışdır. 1960-1980-ci illərdə məqsədyönlü şəkildə aparılan folklor ekspedisiyalarının nəticəsində Ə.Isazadə mətbuatda elmi-məlumat xarakterli məqalələrlə çıxış etmiş, orijinal materiallarla oxucuları tanış etmiş, istedadlı və peşəkar xalq musiqiçiləri haqqında elmi-publisist məqalələri ilə onları ictimaiyyətə tanıtmışdır. Toplanmış qiymətli materiallar əsasında Ə.Isazadə ümumittifaq (SSRI) səviyyəli elmi-tədbirlərdə məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir. Alminin bu fəaliyyəti sayəsində institutda folklor arxivi yaranmış, həmin ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında Ə.Isazadə bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət «Azərbaycan xalq mahnı və oyun havaları» adlı folklor toplusu tərtib etmiş və bu toplular nəşr olunmuşdur (1975,1984). Məhz Institutdakı belə bir fəaliyyət nəticəsində burada müstəqil şöbə – xalq musi qisinin tarixi və nəzəriyyəsi şöbəsi yaradılmış və Ə.Isazadə şöbəyə müdir seçilmişdir. Başqa sözlə, Ə.Isazadə vaxtilə dahi Üzəyir bəyin, Bülbülün xalq musiqisi nümunələrinin toplanılması və yazıya alınması barədə fikir və tövsiyələrini layiqincə yerinə yetirmişdir. Bu illərdə ekspedisiyalardan əldə edilmiş materiallar əsasında şöbədə irihəcmli fundamental «Azərbaycan xalq musiqisi atası» tərtib edilmiş, xalq musiqimizin janrlar üzrə yayılma arealı müəyyənləşdirilmişdir. Təəsüf ki, 15 ildir bu tədqiqat maliyyə problemləri səbəblərindən nəşr edilə bilmir.

       Ə.Isazadə Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. Alim ilk dəfə olaraq, Azərbaycan xalq musiqisinin tarixi, arxeoloji, etnoqrafik mənbələrini, həmçinin orta əsrlərdəki poetik və tətbiqi sənət mənbələrini aşkarlamış, xalq musiqisinin bu mənbələr əsasında tədqiq edilməsinin elmi-metodoloji prinsiplərini müəyyənləşdirmişdir. Məhz araşdırmaları sayəsində Azərbaycan xalq musiqisinin notlaşdırılması, öyrənilməsi tarixi və bu məsələləin nəzəri aspekti sistemli şəkildə ilk dəfə elmi-musiqişünaslıq həllini tapmışdır. Ə.Isazadənin musiqi mədəniyyəti qarşısında bir xidməti də bundan ibarətdir ki, o, dissertasiyada ilk dəfə Azərbaycan xalq musiqisinin ilk not nümunələrini əldə etmiş və XIX əsrin ikinci yarısında not yazısına salınmış xalq mahnı və rəqs nümunələrimizi tapmışdır. SSRI və xarici ölkə arxivlərindən əldə edilmiş bu elmi tapıntılar və ümumən müdafiə edilmiş ilk doktorluq dissertasiyası sayəsində müasir musiqi elmimizin mənbə və informasiyaları xeyli zənginləşmişdir .

       Ə.Isazadə 30 ildən artıqdır ki, MEA Memarlıq və Incəsənət Institutunda xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinə rəhbərlik edir. Bu illər ərzində onun elmi rəhbərliyi və opponentliyi ilə onlarla elmi əsərlər yazılmış, müdafiə edilmiş, zəngin xalq musiqisi irsimizin müxtəlif problemləri, bəstəkar-folklor əlaqələri, milli musiqi təfəkkürünün nəzəri məsələləri öyrənilmiş, məqalə və monoqrafiyalar yazılmışdır.

       Bir faktı da vurğulamaq vacibdir ki, alimin rəhbərliyi ilə şöbə tərəfindən 20 il ərzində «Azərbaycan xalq musiqisi antologiyası» oncildliyi tərtib olunmuşdu. Bu, çoxcildli fundamental toplulara xalq musiqisinin bütün janrları daxil edilmişdir. Artıq I cild 2002-ci ildə işıq üzü görmüş və ziyalılar, alim-mütəxəssislər, musiqi ictimaiyyəti tərəfindən müsbət rəylərlə qarşılanmışdır. Ə.Isazadənin 1990-cı illərdə respublika və xarici ölkə jurnallarında dərc etdirdiyi məqalələr də ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Bəzi məqalələri nümunə gətirək: «Aleksandr Xodzkonun «Koroğlu» eposu haqqında» kitabında Azərbaycan xalq musiqisi nümunələri», «Azərbaycan xalq musiqisi XIX əsr rus folklorşünaslarının əsərlərində», «Azərbaycan xalq musiqisi nümunələrinin nota salınması tarixi», «Musiqi folklorumuzun təbliği naminə», «Nizami Gəncəvinin musiqi dünyası», «Şuşanın musiqi mədəniyyəti» (ingilis dilində), «Qarabağ – Azərbaycan musiqisinin əzəli vətəni» (ingilis dilində) və i.a. Ümumiyyətlə, Ə.Isazadənin 300- dən artıq publisist, elmi-kütləvi, elmi məqalələri nəşr olunmuşdur. Alimin kitabları sırasında isə daha çox Bülbülün həyat və yaradıcılığına həsr etdiyi monoqrafiya «Azərbaycan musiqisinin salnaməsi (1920-1932)» kitabı diqqəti cəlb edir. Bu kitabda müəllif 1920-1932-ci ildə Azərbaycan mətbuatında musiqiyə dair bütün məqalələrin biblioqrafiyası tərtib olunmuşdur ki, bu da XV əsrin musiqi tariximizin öyrənilməsi üçün qiymətli mənbədir.

       Bu il görkəmli musiqi alimi, professor Ə.Isazadənin 75 yaşı tatam olubdur. Bütün həmkarları, yetişdirmələri, tələbələri adından onu təbrik edir, cansaqlığı arzulayır, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page