ÈÐÑÈÌÈÇ
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


SERGEY RAXMANINOVUN
BAKI QASTROLLARI

(anadan olmasının 130 illiyi münasibətilə)

       Görkəmli rus bəstəkarı, pianoçu və dirijoru Sergey Vasilyeviç Raxmaninovun (1873-1943) adı bütün mədəniyyət aləmində məşhurdur. O, dünyanın ən istedadlı pianoçu və dirijorlarından biri, orijinal musiqi əsərlərinin müəllifi, özünün və başqa bəstəkarların əsərlərinin misilsiz ifaçısı kimi tanınmışdır.

       Rus xalqının çoxəsrli incəsənət tarixində S. Raxmaninovun yaradıcılığı 19-cu əsrin axırı və 20-ci əsrin əvvəllərində mövcud olan klassik musiqinin ən parlaq təzahurlərindən biridir. O, «Moquçaya kuçka» ("Qüdrətli dəstə") adlandırılmış bəstəkarların, eləcə də Qlinka və Çaykovskinin ənənələrini inkişaf etdirmiş və zənginləşdirmişdir.

       Raxmaninovun musiqisi öz məzmununa görə dərin humanist, təbiətinə görə milli, incə emosional və melodik səciyyə daşıyır. O, əlli ildən artıq bir dövrü əhatə edən yaradıcıdıq yolu keçmişdir. Əsərləri içərisində fortepiano üçün yazılanlar xeyli yer tutur. Bunlardan dörd Konserti və Paqanini mövzusunda Rapsodiyanı, iki sonatanı, prelüdləri, etüd – tabloları və s. göstərmək olar.

       Onun kamera – vokal yaradıcıdığı da çox geniş yayılmışdır. Bizə üç operası – «Aleko», «Xəsis cəngavər», «Françesko de Rimini», üç simfoniyası və bir sıra proqramlı əsəri məlumdur.

       Əsrimizin ilk on beş-on yeddi ili Raxmaninovun bəstəkarlıq fəaliyyətinin çiçəklənməsi mərhələsidir. Bu zaman o, tez-tez həm simfonik orkestr, həm də opera dirijoru kimi məharətlə çıxış edir. Onun heyrətləndirici pianoçuluq istedadı tam yetkinləşir.

       Qərbi Avropaya və Amerikaya konsert səfərləri onun şöhrətini əsrin böyük sənətkarı kimi daha da artırmışdır. Məhz bu dövrdə Raxmaninov Bakıya iki dəfə gəlmişdir (1911 və 1915).

       Raxmaninov Bakıya ilk dəfə 1911-ci il noyabrın 12-də Hacı Zeynalabdin Tağıyevin (indiki Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı) teatrında qastrol konserti vermişdir. Konsertin proqramı əvvəldən axıradək bəstəkarın öz əsərlərindən tərtib edilmişdi.

       Konsertin birinci hissəsində o, re-minor sonatasını ifa etmişdi. Ikinci hissəsini isə bəstəkar muniatürlər silsiləsinə həsr etmiş, xəyalpərvər «Elegiya»nı, yumoristik «Polişinel»i, fikirli «Barkarolla»nı ifa etmişdi. Son hissədə isə onun ilhamının yaradıcılıq ehtiyatının tükənməzliyini göstərən prelüdləri səslənmişdi. Re-minov, do-bemol major və do-minor prelüdləri dinləyiciləri vəcdə gətirmişdi.

       Bəstəkar Bakıya ikinci dəfə gəlib yenə Tağıyevin teatrında iki konsert vermişdi (24 okyabr və 3 noyabr). Onun bu gəlişini də bakılılar dərin intizarla gözləyirdilər.

       Birinci konsertdə müəllif, demək olar ki, keçən dəfəki proqramını təkrarlamışdı. Onun ifasında mərkəzi yeri ikinci sonata tutmuşdu. Yerli mətbuat bəstəkarın çıxışını yüksək qiymətləndirmişdi. Məsələn, «Kaspi» qəzetinin 1915-ci il 20 okyabr tarixi nömrəsində yazılmışdı ki, Raxmaninov «fərdi yaradıcılıq qüdrəti, nadir ifaçılıq texnikası ilə qəlbləri fəth etmişdir.

       Bəstəkarın Bakıda ikinci və eyni zamanda sonuncu konserti dahi rus bəstəkarı A.N.Skryabinin xatirəsinə həsr olunmuşdu. Proqrama Skryabinin «Ikinci sonata-fantaziya»sı (19-cu əsəri), «Poema»sı (32-ci əsəri), on prelüdü və üç etüdü daxil edilmişdi.

       Bu konsert dinləyicilərə Skryabinin yaradıcılıq təkamülü haqqında aydın təsəvvür vermiş və müvəffəqiyyətlə keçmişdi.

       Raxmaninov 1917-ci ildən xaricdə, əksərən ABŞ-da yaşamışdır. Lakin Vətənə məhəbbət, xalqa mənəvi xidmət vəzifəsi onu heç bir zaman rahat buraxmamışdır. Faşizm istilasına qarşı Böyük Vətən muharibəsi başlandıqda o, dəfələrlə konsertlər vermiş, toplanan pulları bütünlüklə Sovet Ordusuna yardım fonduna göndərmişdi.

       Raxmaninovun adı mütərəqqi sənətkarlar arasında həmişə fəxrlə yad olunur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page