ÈÐÑÈÌÈÇ
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&

Ruqiyə RZAYEVA
Search

ÈÐÑÈÌÈÇ
ŞƏRQIN 95 YAŞLI ILK OPERASI
Səadət QARABAĞLI
MIRZƏ FƏRƏC HAQQINDA XATIRƏLƏRIM
(əvvəli jurnalım&
Ruqiyə RZAYEVA
BAKININ MUSIQI TARIXINI VƏRƏQLƏYƏRKƏN...
Minirə DILBAZI
XX ƏSR AZƏRBAYCAN MUSIQISININ
DÖVRLƏŞDIRILMƏSINƏ DAIR MÜLAHIZƏLƏR

Fərəh ƏLIYEVA

 


       Mirzə Fərəncin fəal iştirakı ilə tərtib olunmuş bu muğam proqramı 1922-1935-ci illərdə qüvvədə olmuşdur.

       Bu haqda mənə Asəf Zeynallı adına ixtisas musiqi məktəbinin tar muğam üzrə sinif müəllimi, əməkdar mədəniyyət işçisi, qocaman müəllim mərhum Kamil Əhmədov da ətraflı məlumat verdi. O mənə bir dəftər göstərdi, orada bu proqram yazılmış, proqramı tərtib edənlərin siyahısı da verilmişdi:

       1. Mirzə Muxtar Məmmədov – Xanəndə
       2. Mirzə Fərəc Rza oğlu Rzayev – tarzən
       3. Saşa Oqanezaşvili – kamança
       4. Mənsur Mənsurov – tar


       Kamil müəllim əlavə etdi ki, məhz bu proqram əsasında o, 1982-ci ildə «Muğamların tədrisinə dair metodik tövsiyələr» kitabını yazmışdır.

       Mirzə Fərəc musiqi yaradıcılığına başlayan illərdən kamanca musiqi alətini bəyənib sevmişdir. O hələ cavan vaxtlarında Iranda muğam bilicilərilə ünsiyyətdə olanda tək tarzənlər deyil, həm də kamançaçalanlardan Əlincanbəy, Mirzə Səttar kimi ustalardan nəzəri bilikləri əxz etmişdir.

       Bir muğam ustası, musiqişünas və gözəl tarzən kimi 1920-ci ildə Bakıda təşkil edilən Şərq konservatoriyasında muğamdan dərs demək üçün ən əvvəl Mirzə Fərəci dəvət ediblər.

       1900-1905-ci illər ərzində Şuşadan Bakıya gəlmiş Cabbar Qaryağdı oğlunun ilk tanışlığı Mirzə Fərəclə olur. Onlar kamança çalan Qulu ilə çox məşhur olan bir üçlük təşkil edirlər.

       Cabbarın çox gözəl yüksək səsi vardı. Ancaq muğam dəstgahlarını düzgün yuksək səviyyədə ifa edib xalq arasında məşhur olmaq üçün mütləq muğamları kamil dərəcədə bilən bir tarzənlə işləməli, həmkar olmalı idi. Ona görə də Bakıya gələn kimi Mirzə Fərəcə yanaşmış, onların dəstəsi tək Bakıda yox, bütün Abşeron kəndlərində toy məclislərinin yaraşığı olmuşdur. Toyçular növbə gözləyərmişlər. Hamı çalışarmış ki, onların toylarını məhz Mirzə Fərəcin üçlüyü aparsın.

       Bakı Yaxın Şərqdə musiqimizi təbliğ edən və onu digər şəhər və kəndlərimizə də yayan mühüm mərkəz olmuşdur. Bu mərkəz Bakı Musiqi məktəbi kimi məşhur sənət ocağına çevrilmişdir. Hər hansı istedadlı xanəndə və musiqiçi əgər Bakı məktəbindən keçməyibsə o, xalq arasında məşhur ola bilməzdi.

       Dayım oğlu Hüseynqulu Kərimov xatırlayıb deyir ki, 1918-ci ildə Maştağada qohumlarından olan Dünyamalının toyu idi. Mirzə Fərəclə Cabbar Qaryağdı oğlu toyu aparırdılar. Oradan xeyli adam axışıb gəldilər. 3 gün olacaq toy bir neçə gün də uzandı. Bu isə xalqın əsl sənətkarı başqalarından ayırmağı, onlara hörməti və musiqiyə böyük rəğbəti idi. Odur ki, 3-4 saat çalınan bir muğam dəstgahına qulaq asan heç vaxt yorulmurdu. Çünki o məmnuniyyətlə, həvəslə acgözlüklə qulaq asırdı. Fikirləşirdi ki, görəsən belə bir fürsət, xoşbəxtlik mənə bir də nə vaxt qismət olacaq. Indi yarım saat çalınan muğama zorla qulaq asırlar. Axı o adamlar indi yoxdurlar. Gözəl muğamları mütribi havalarla əvəz edən başa bəla «musiqi»çilər yaranıb. Onlar xalqın, cavanların zövqünü də korlayıblar. O tarixi toylardan əsər də qalmayıb. Indiki toyları «toy» yox, ixtilat adlandırmaq olar.

       Babam sonra Ağasəid oğlu Ağabala ilə həmkar olanda onlarla Məşədi Qulu kamança çalıb.

       Babam çalğı alətində əmələ cələn diyişikliyə tərəfdar olurdu. Özü də həmişə evdə olanda tarla məşğul olardı. Bir balaca toxunma zənbili var idi. Onun içərisində simlər, xərəklər, qulaqlar, mizrablar, pərdə üçün bağırsaqdan eşilmiş nazik ciyə, tarın üzünə salmaq üçün balıq dərisi, yapışdırmaq üçün çiriş, mum, bir neçə cürə metal alətlər (suvand, ambur, kəlbətin, bıçaq, qayçı) vardı. Bu zənbil içərisindəki bəzi şeylərlə indi də qorunub saxlanır evdə. Evimizdə qoz ağacı, tut ağacı kötükləri olardı. Babam onları ovub tara çanaq düzəldərdi, qol qurardı. Tarlarını özü üçün və atam üçün özü düzəldərdi. Onun tarları yaxşı səslənərdi. Bu işə aylarla vaxt sərf edərdi. Onda böyük hövsələ vardı. Bəzən tarın çanağındakı üzü çıxarıb çalardı. Qolun axırına bir neçə qamış yapışdırmışdı. Bizim yaşadığımız Kamo küçəsi qışda çox sürüşkən olurdu. Babam əlində tar dərsdən gələndə küçədə ayağı sürüşüb yıxılır. (O vaxtı tarı parça köynək içərisində gəzdirərdilər. Futlyar hələ dəbə düşməmişd i. Futlyarı 1936-cı ildən sonra çamadan qayıran ustalar düzəltməyə başlayırlar). Tar yerə dəyərək çanaq qoluna bitişik hissədən sınmışdı. Evə çox qanı qara gəldi. Özünün əzilməsi heç yadına düşmürdü, tarın sınması ona çox pis təsir etmişdir. Bütün günü özü evdə tarı ilə məşğul oldu. Ancaq bəzi dəzgahlar yox idi. Sonra tarı götürüb apardı Süleyman Mənsurovun tar düzəldilən emalatxanasına, orada birlikdə tarı düzəltdilər. Ancaq həmişə heyfslənib deyərdi ki, heyf bu tardan, tar «çəngəl» olub korlanıb, «kallanıb». O vaxtı tarın uzunsov qulaqları var idi. Sınandan sonra tarın kəlləsini də dəyişdilər, girdə qulaqlar qoydular. Evdə olan şəkillərindən bəzisində tar sınmamışdan əvvəl uzunsov qulaqları ilə çəkilib.

       Xalq artisti bəstəkar Əfrasiyab Bədəlbəyli özünün «Musiqi lüğəti» kitabında babam haqqında az da olsa məlumat verib:

        «Azərbaycan muğamatına mükəmməl bələd olan, dəstgahların tərkibini və ümumiyyətlə nəzəri cəhətini çox yaxşı bilən və zamanının tanınmış tarçılarından biri sayılan Rza oğlu Mirzə Fərəc Bakı şəhərində anadan olmuşdur. Azərbaycan klassik musiqisinin əsas cəhətlərini dərindən bildiyindən, o, xanəndə və sazəndələr arasında böyük hörmət və nüfuz qazanmışdı. Musiqiçilərimiz muğamat ifaçılığına aid hər bir mübahisəli məsələ üzrə qəti və düzgün cavab almaq üçün, çox vaxt məhz Mirzə Fərəcə müraciət etmişlər.

       Lakin Azərbaycan muğamını əsl bir mütəəssüb musiqiçi kimi sevən və yüksək tutan Mirzə Fərəç eyni zamanda muğamatın tarixi inkişaf prosesində təbii olaraq muəyyən dəyişikliklərə uğraması zəruriyyəti ilə qətiyyən hesablaşmaq istəmir və buna görə də musiqi nəzəriyyəsi üzrə mülahizələrində bəzən, bir növ mühafizəkarlığa yol verirdi. Həm də dünyagörüşünün məhdudluğu da onun Azərbaycan musiqi sənəti aləmində meydana gələn yeniliklərin əhəmiyyətini düzgün qiymətləndirməsinə mane olurdu. Buna baxmayaraq Mirzə Fərəc dəstgahların təsnif olunaraq qeydə alınması və musiqi məktəblərində muğam dərsləri proqramının tərtib olunması işində böyük xidmət göstərmiş sənətkarlardan biridir»4.

       Məncə hörmətli müəllimim (mənə 1936-cı ildə musiqi tarixindən dərs verib) Əfrasiyab Bədəlbəylinin bu tənqidi şərti xarakter daşıyır. Babamın qədim musiqi formalarının saxlanılmasına göstərdiyi səy onların zamanımıza qədər olduğu şəkildə gəlib çıxmasına yaxşı xidmət etmişdir. Bu cəhət musiqiçi, tarixiçi və nəzəriyyəçilərin musiqi irsindən tələb etdikləri ən mühüm keyfiyyətlərdən biridir. Qədim musiqi formalarının – muğamların ilkin şəkildə saxlanması və onların təsirlərə uğramamış şəkildə müasir tədqiqatçılara çatdırılması üçün Mirzə Fərəc xeyli mübarizə aparmışdır. O, bu məsələdə gələcək nəsillər qarşısında öz məsuliyyətini yaxşı başa düşmüşdü. O vaxtlar Azərbaycan muğamları hələ nota salınmadığı üçün onların ilkin şəkildə saxlanması çox nəcib bir ictimai vəzifə idi. Mirzə Fərəc bu vəzifəni layiqincə yerinə yetirdiyi üçün onu «mühafizəkarlıq» və «məhdudluqda» qınamaq o qədər də ədalətli deyildir.

       Ə. Bədəlbəylinin həmin kitabında (səh. 17) oxuyuruq:

        «1923-cü ildə Bakıda, Azərbaycan SSR Xalq Maarif komissarlığının göstərişi ilə Azərbaycan musiqi məktəbi yanında «Muğamat komissionu» adlanan Elmi şura təşkil olunmuşdu. Şuranın sədrliyi həmin musiqi məktəbinin müdiri Üzeyir bəy Hacıbəyova tapşırılmışdı. Şuranın daimi üzvləri Qaryağdı oğlu Cabbar, Qurban Pirimov, Şirin Axundov, Mirzə Fərəc Rza oğlu Rzayev, Arsen Yaramışev, Mənsur Mənsurov, texniki katibi isə bu sətirlərin müəllifi idi».

       Əvvəllər musiqi məktəbində, sonralar isə (1925-ci ildən başlayaraq) Azərbaycan tədqiq və tətəbö cəmiyyəti nəzdində yerləşən Muğam Elmi Şurası Azərbaycan xalq musiqisinin (əsas etibarilə muğamatın) bəzi mühüm nəzəri məsələlərini müəyyənləşdirmək kimi əhəmiyyətli və şərəfli iş üzərində çalışmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page