ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
QARA QARAYEVIN PORTRET CIZGILƏRI
(bəstəkarın anadan olmasının 85 illiyi münasibətilə)

.
ÜRƏKLƏRI FƏTH EDƏN BƏSTƏKAR
.
CAVIDIN MUSIQI DÜNYASI
Sərdar FƏRƏCOV
AZƏRBAYCAN VIOLONÇEL MƏKTƏBININ BANISI
Ülviyyə IMANOVA
...HƏMIŞƏ YARADASAN, HƏMIŞƏ YAŞADASAN...
ONUN ÖLMƏZ SIMASI...

Gülnarə QURBANOVA
BAYRAM HÜSEYNLI – ALIM, PEDAQOQ, BƏSTƏKAR
Ariz ABDULƏLIYEV

 


…Mən oxuduqca yaşamaq, yaşadıqca yaratmaq istəyirəm.
Şövkət Ələkbərova

       Musiqi elə böyük bir aləmdir ki, ona maraq göstərən hər bir kəsə burada yer var. Biri musiqi aləminə bəstəkar kimi, o birisi ifaçı kimi, digəri isə dinləyici kimi gəlir. Lakin bu insanların hamısını musiqiyə olan sonsuz məhəbbət birləşdirir. Musiqi elə bil insanın içində yaşayır: sevinən, kədərlənən, arzuya qovuşan məqamlarında, başqa sözlə desək o, daima bizimlədir.

       Insanın sənətə aidiyyatı elə bir sərvətdir ki, onu Ilahi hər kəsə bəxş etmir. Təsadüfi deyil ki, istedada malik olan insanı «Allah tərəfindən seçilmiş», «taleyin istəklisi» adlandırırlar (Əfsuslar olsun ki, istedada malik olan adamların arasında batili ilə istedadının arasında uçurum qədər fərq olanlar da var. Neyləmək, bu da təbiətin işidir). Şövkət xanım Ələkbərova məhz Allah tərəfindən qeyd olunan insanlardandır. Onun baxışında olan dalğınlıq, üzündə olan sakitlik, həyat dolu gülüşü, xanım təbiəti və insaniyyəti səsinin gözəlliyi qədər təkrarolunmazdır. Şövkət xanımın şəxsiyyətində dahi rus yazıçısı Anton Pavloviç Çexovun dediyi kimi, insanın zahiriynən batilinin gözəlliyi və həmahəngliyi öz əksini tapır.

       ŞÖVKƏT xanım ƏLƏKBƏROVA... Bu ad xalqımızın qəlbində həzin bir mahnı kimi səslənir...

        1922-ci il oktyabrın 20-də Bakının Mirzə Fətəli küçəsində yerləşən bir evdə, zəhmətkeş insan - Feyzulla kişinin ailəsində Mirbağır ağanın nəvəsi olan əsl bakılı qızı dünyaya göz açdı. Bu körpə - gələcəyin dahi müğənnisi Şövkət Ələkbərova idi. Payızda həyata qədəm qoymasına baxmayaraq Şövkət xanımın siması bahar təravəti ilə yoğrulmuşdu. Bu bahar təravəti sonradan Şövkət xanımın yaradıcılığına da bahar nəfəsi gətirdi.

       Şövkət xanımın atası Feyzulla kişi fəhlə idi, amma buna baxmayaraq sənətə pərəstiş edən bir insan idi. Həyat yoldaşı Hökümə xanımın tar çalmağından fərəh duyurdu. Uşağlarına da musiqi savadı verməyə çalışırdı bu insan. Böyük oğlu Ələkbər tar çalırdı, kiçik oğlu Paşa – qaval. Amma qızı Şövkət üçün ata ürəyində bir arzu var idi - qızını müğənni görmək arzusu, amma səs elə bir nemət idi ki, onu valideyn istəsə belə övlada verə bilməzdi.

       Atası Feyzulla kişinin musiqiyə olan ehtiramı, anası Hökumə xanımın çaldığı tardan süzülən təranələr balaca Şövkətdə musiqiyə böyük həvəs oyatdılar.

       Şövkətin anası Hökümə xanım qızını kamança sinfinə verir və kamança çalmağa meylli olan Şövkət böyük həvəslə dərslərə gedir. Günlər, aylar ötüşür ...

       Günlərin bir günü Feyzulla kişinin arzusu çin olur, Allah onun balaca qızına səs verdi. Evlərində gözəl bir trio – ailə triosu yarandı: Şövkət oxuyurdu, qardaşları isə onu müşaiyət edirdilər.

       Beləliklə, musiqi dünyası Şövkətin qarşısında açılmağa başladı və o, bu sehrli dünyanın geniş yollarında ilk addımlarını atdı.

       Büllur dağ suları kimi çağlayan səs bəxş etmişdi Ilahi Şövkət xanıma və o, əsil xanım kimi davranmışdır bu Allah vergisi ilə. Elə ona görə də Şövkət xanımın səs bulağı yarım əsrdən çox çağladı.

       Yeniyetmə Şövkətin ilk dəfə böyük səhnəyə çıxması təsadüfi, hətta özü üçün də gözlənilməz oldu. Anası Hökumə xanım qadınlardan ibarət orkestrdə tar çalırdı və Şövkət tez-tez anası ilə məşqlərə və konsertlərə gedirdi. Günlərin bir günü həmin orkestr Dağüstü parkda konsertqabağı məşq edirdi. Konsertin iştirakçılarından biri gəlməmişdi. Birdən dirijorun gözü vurğun baxışlarla səhnədə olanları müşahidə edən ucaboy nərmənazik bir qıza sataşdı. Bu, Hökumə xanımın qızı Şövkət idi. Dirijor ona məşqə gəlməyən müğənnini əvəz etməyi təklif etdi və Şövkət içindən gələn duyğulara bürünmüş «Gəlmə, gəlmə» mahnısını ifa etdi. Hamının üz-gözü gülürdü. Bu müqəddəs dəqiqələr idi... məhz bu dəqiqələrdə dünyaya yeni bir müğənni gəldi və gənc Şövkətin ifasını eşidən insanlar bu tarixi hadisənin şahidi oldular. Mahnı bitdi, Şövkət isə donub qalmışdı. Gənc qız gördüklərinə inanmırdı, axı o, çoxdan bu dəqiqələrin arzusunda idi... Şövkət Ələkbərovanın yaradıcılığının birinci dövrü belə başladı .

       Şövkət xanımın etirafına görə o, on dörd yaşında ikən kamança çalmış, on altı yaşından isə müğənniliyə başlamışdır. O, özfəaliyyətdə ilk addımlarını «Müəllimlər evi»nin klubunda atmışdı. Daha sonra isə «Kəndlilər evi»nin özfəaliyyət dərnəyinə dəvət almışdı.

       ...1937-ci il xalqın, dövlətin həyatında ağır zaman kimi yaddaşlara həkk olunmuşdu. Amma boz buludlar asimanı bürüdüyünə baxmayaraq, həyat davam edirdi və musiqi də insan həyatının tərkib hissəsi kimi inkişafını davam edirdi.

       Həmin vaxt Bakıda Azərbaycan Respublikası Həmkarlar Ittifaqının bədii özfəaliyyət kollektivlərinə baxış keçirildi və Şövkət Ələkbərova həmin baxışın qalibi elan edildi.

       Bu tədbirin yekun konserti 1938-ci ilin əvvəllərində Opera və Balet teatrının möhtəşəm səhnəsində keçirilirdi.

       Münsiflər heyətində Üzeyir bəy Hacıbəyov, Bülbül, Səid Rüstəmov və başqaları əyləşmişdilər. Şövkət Ələkbərova «Qarabağ şikəstəsi»ni böyük məharətlə ifa etdi.

       Bu qızın çıxışını çox bəyənən və xüsusi olaraq qeyd edən Üzeyir bəy kimi sənət nəhəngi gənc Şövkəti filarmoniyaya yanına çağırtdırır və işə götürür. Həmin gündən Şövkət Ələkbərovanın professional səhnə həyatı başlayır.

       Beləliklə Şövkət Ələkbərova 1938-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının solisti oldu və bu vəzifədə 1945-ci ilə qədər çalışdı. 1945-ci ildən müğənni Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, sonralar isə Azkonsertin solisti idi...

       Tale gənc müğənninin üzünə güldü. Şövkət Ələkbərova professional sənət yolunda ürəkli addımlamaq üçün Azərbaycan musiqi sənətinin zirvəsinə ucalan sənətkarların xeyir-duasını aldı. Bu böyük insanlar ona özünə inam hissi aşıladılar, lakin bu heç də gənc müğənninin özündən razı olmasına gətirib çıxarmadı. O, ömrü-boyu həmişə özünə qarşı hədsiz dərəcədə tələbkar olmuşdu. Sənətdə əldə etdiyi nəticələr buna sübutdur.

        Təbiətin Şövkət xanımı «solist» yaratdığına baxmayaraq o, sənətdə ilk addımlarını xatırlayarkən xorda oxuduğu illəri minnətdarlıqla yad edərdi: «...dördsəsli xorda oxumağım mənə çox şey veribdir. Bu gün müxtəlif üslublu, müxtəlif dəst-xətli ansamblların, orkestrlərin müşayiətilə oxuya bildiyim üçün, ilk növbədə Üzeyir bəyə, onun yaratdığı xora borcluyam. Musiqi ilə məşğul olmayan adamlar üçün bəlkə də orkestrlə oxumaq çox asan görünür. Lakin bu belə deyildir. Trio ilə oxumaqla simfonik orkestrin müşayiətilə oxumağın arasında yerlə-göy qədər fərq var. Xorda səsin imkanları genişlənir, səs cilalanır, «üzüyola», həm də ifadəli olur. ...görün mən xorda nələr oxumuşam? «Yar gülə-gülə», «Aman nənə», «Ay ləli», «Tello», «Ay bəri bax», «Ləli» xalq mahnılarını, Üzeyir Hacıbəyovun «Kolxoz çöllərində», «Komsomolçu qız», «Komsomolçu», «Qızıl əsgər» mahnılarını...1

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page