ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
GÖRÜŞLƏR…
.
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...

YARADICILIQ…
.
MÜSAHIBƏLƏR…
.
TƏHSIL...
.
GÖRÜŞLƏR…
.

 


VAHID MUSIQI MƏKANI UĞRUNDA


      Musiqi öz məqsədi və mahiyyətinə görə ünsiyyət vasitəsidir. Hər zaman belə olub və olacaqdır. Ola bilsin, bəziləri bununla razılaşmasınlar. Lakin belə halda onlar nə dərəcədə haqlı və səmimi olarlar? Bu günün fəal metamorfozları bir çox yaradıcılıq əlaqələrinin qırılmasına gətirib çıxarır. Və bu keşməkeşli dövrdə ayrı-ayrı ölkələr və regionlardan olan musiqiçilərin – bəstəkarların, musiqişünasların, ifaçıların daha sıx əməkdaşlığına nəinki tələb, hətta, demək olar ki, kəskin ehtiyac duyulur. Geniş yayılmış «Muzalar (yəni, incəsənət ilahələri) danışanda toplar susurlar» ifadəsi dəfələrlə öz həqiqi mənasını sübut etmişdir. Axı incəsənət kommunikasiyanın universal üsulu olaraq, ictimai həyatın bütün sahələrində əlaqələrin sabitləşdirilməsi və inkişafı yolunda mühüm bir addım təşkil edir. Bu baxımdan ayrı-ayrı milli bəstəkarlıq məktəblərinə mənsub olan nümayəndələrin iştirak etdiyi yaradıcılıq forumları xüsusi məna daşıyırlar. Məhz bu məqsədlə Bakı şəhərində «Yeni musiqi» müasir musiqi assosiasiyası tərəfin dən mütəmadi olaraq həm milli, həm də dünya musiqi sənətinin yeni nailiyyətlərini tədqiq edən festivallar keçirilir, Azərbaycan musiqiçilərinin müxtəlif ölkələrə yaradıcılıq səfərləri təşkil edilir1.

      Beynəlxalq musiqi həyatının mühüm qolunu təşkil edən və Rusiya Bəstəkarlar Ittifaqı tərəfindən keçirilən «Muzıka druzey» («Dostların musiqisi») festivalı da həmin mərama qulluq edir. Festivalın tarixi 1994-cü ildən başlanır və onun tədbirləri sırasında konsertlər, masterklaslar (sənətkarılıq dərsləri), musiqişunasların iştirakı ilə konfranslar, muxtəlif mövzular üzrə seminarlar və daha «sərbəst üsulda» keçirilən «dəyirmi masalar», workshop-lar, bir sıra muzey və sərgilərin ekspozisiyaları ilə tanışlıq və s. mühüm yer tutur. Festivalın Məramnaməsi onun əsas məqsədini «Musiqiçilərin professional və dostcasına ünsiyyətə qarşı olan ən zəruri ehtiyacını ödəməklə, geniş dinləyici kütləsi önündə müasir sənətin dolğun panoramını yaratmaq»la izah edir.

      Qeyd etmək xoşdur ki, bir sıra Azərbaycan bəstəkarlarının yaradıcılığı «Muzıka druzey» festivalı tarixinin ən maraqlı səhifələrindəndir. Ayrı-ayrı illərdə festival çərçivəsində Q.Qarayev, A.Məlikov, T.Bakıxanov, X.Mirzəzadə, M.Mirzəyev, M.Quliyev, F.Əlizadə kimi bəstəkarların musiqisi səslənmişdir.

      Daim öz qonaqpərvərliyi ilə seçilən Moskva şəhəri bu dəfə cari ilin iyun ayında öz qapılarını VII Beynəlxalq «Muzıka druzey» festivalının iştirakçıları qarşısında açmışdır. Həmin günlər Rusiyanın paytaxtında təşkıl edilən daha iki mühüm sənət bayramı – Çaykovski adına beynəlxalq müsabiqə və ənənəvi «Puşkin qiraətləri» – festival proqramının diapazonunu bir qədər də genişləndirmişdir.

      VII «Muzıka druzey» festivalının proqramı Moskvada Bəstəkarlar Evinin Böyük salonunda keçirilən üç konsertdən, habelə Kaluqa quberniyasının 225 illiyinə həsr edilmiş səyyar tədbirdən ibarət idi. Qeyd etməliyik ki, Festivalın təşkilində və keçirilməsində ASM (Müasir Musiqi Assosiasiyasının) eləcə də Açıq Cəmiyyət Soros Fondunun fəal rolu olmuşdur. Forumun «coğrafi göstəriciləri» də kifayət qədər rəngarəng idi. Burada Rusiya, Estoniya, Azərbaycan, Gürcustan, Latviya, Özbəkistan bəstəkarlarının əsərləri ilə yanaşı Böyük Britaniya, Fransa, Hollandiya və Isveçrə musiqisi də təmsil edilmişdir. Bu da öz növbəsində proqramın stilistik çeşidliyini, həmçinin müasir səs məkanı lüğətinin müxtəlifliyini təmin etmişdir.

      Konsertlər haqqında təəssüratları yekunlaşdırsaq, ayrı-ayrı bəstəkarların dəsti-xəttlərinin müxtəlifliyinə baxmayaraq burada bir növ «ümumi meyar»ın mövcudluğunu təyın etməli olarıq. Bu isə, ilk növbədə, yaradıcı şəxsiyyətin dünyanı özü bildiyi kimi, özü hiss etdiyi tərzdə «səsləndirmək» həvəsidir. Lakin, bununla yanaşı, hər bir bəstəkar bu «səslənmə»yə musiqi notları vasitəsilə yalnız onun özünə məxsus fərdiliklə insan emosiyalarının rəngarəng palitrasını daxil edir. Hərçənd çox vaxt elə bir təəssürat yaranır ki, yeni ideyaların təcəssümü sanki «unudulub» və ön plana faktura ixtiraetmə cəhdləri, cürbəcür səhnə effektləri və ifaçı «hoqqabazlığı» cıxır.

      Bütün bunlar, bir tərəfdən, stilistik priyomların müxtəlifliyinə və ilk nəzərdən ənənəvi görünən janrların və instrumental heyətlərin qeyri adi həllinə gətirib cıxarır.

      Estoniya bəstəkarı Helena Tulvenin skripka, violonçel və «hazırlanmış» royal üçün «Anlaşılmaz» adlı əsəri bu cəhətdən diqqəti cəlb edir. Bu musiqidə sanki dərin özünüdərketmə prosesinə daxil olunur. Bəstəkar əlavə sövti (sonor) effektlərə müraciət edərək sanki yaradanın şəxsi aləmi qarşısında dəfedilməz bir pərdə asır, həmin aləmi «anlaşılmaz» edir2.

      Estoniya bəstəkarlıq məktəbi daha bir əsərlə – Tınu Korvitsin skripka, fleyta, violonçel və fortepiano üçün yazılmış «Göy qübbəsinin musiqisi» bəstəsilə təmsil olunmuşdur. Burada bədii fantaziyanın ucsuz – bucaqsız genişliyini göstərmək, öz şəxsi dünya görüşünü əks etdirmək cəhdi açiq-aydın hiss olunur.

      Hollandiya bəstəkarı Roderik de Manın bas-klarnet və elektronika üçün yazılmış «Dinlə, dinlə!» əsərinin orijinallığı, ilk növbədə, əsas obrazın psixoloji dərinliyindədir. Müəllif buna nail olmaq üçün nitq ifadəliliyindən və «konkret musiqi»nin priyomlarından məharətlə istifadə etmişdi.

__________
1. Bu barədə daha ətraflı bax: «Muzıkalnaya Akademiya» jurnalı. Moskva,
2002-ci il ¹ 1.

2. Məqalənin müəllifi bilərəkdən əsərlərə bədii cəhətdən rəy verilməsindən daşınır və məqsədi oxucuları bütövlükdə festivalın panoramı ilə tanış etməkdən ibarətdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page