╠ËĐ╚├╚ Ď└đ╚Ň╚
NƏFƏŻ ALƏTLƏRI
ORKEŻTRLƏRININ

Azad ZAHID
Search

╠ËĐ╚├╚ Ď└đ╚Ň╚
NƏFƏŻ ALƏTLƏRI
ORKEŻTRLƏRININ

Azad ZAHID

 


       Osmanlı imperiyasının hərbi hissələri içərisində, heç şübhəsiz ki, ən məşhuru 1362-ci ildə Birinci Muradın yaratdığı Yanıçar ordusu olmuşdur. Yanıçarların özlərinin orkestri var idi. Bu orkestrin üzvlərinin və alətlərinin sayı həmin orkestrin kimin sərəncamında olmasından asılı idi. Orkestr Żultanı həmişə müşayiət edib, saray qaydalarına uyğun olaraq, bütün təntənəli mərasimlərdə iştirak edirdi. Hətta namazların vaxtını da xəbər verirdi.

       Yanıçar orkestrində əsas musiqi alətləri zurna, boru, duval, nağara, zil simbal, bəm simbal və zınqırovlu qaval idi.        Yanıçar orkestri yalnız qədimliyi, orijinallığı ilə fərqlənmir. Onun ən mühüm cəhəti bundan ibarətdir ki, Yanıçar orkestri Avropada musiqinin, xüsusilə də hərbi musiqinin inkişafına geniş təkan verib. XVIII əsrdə bütün qonşu xristian dövlətləri, yəni osmanlıların düşmənləri, Türklərə həsəd aparıb, onların musiqisinə heyranlıqlarını gizlətməyirdilər. 1720-ci ildə Polşanın kralı II Avqust Żultandan hədiyyə olaraq tam tərkibdə bütün musiqi alətləri ilə təchiz olunmuş bir orkestr alır. Bu hadisə Rusiya imperatriçası Yekaterinada böyük paxıllıq və qısqanclıq doğurur. Vassalın gözəl bir orkestrə malik olmasına dözməyən Yekaterina Żultana müraciət edir və Żultan onun xahişini yerinə yetirərək, hədiyyə olaraq, tam heyətdə bir Yanıçar orkestrini Rusiyaya bəxşiş edir. Rəqiblərdən geri qalmaq istəməyən Avstriya və Prussiya kralları da tezliklə saraylarını Yanıçar orkestri ilə təmin edir.

       XVIII əsrin axırlarında artıq Qərbi Avropada elə bir saray yox idi ki, orada Yanıçar orkestri olmasın. Beləliklə də, Türk musiqisi Avropa musiqisinə bir sıra alətlər ľ zərb alətləri ľ daxil edərək onu daha da zənginləşdirdi.

       Yanıçarlar 1826-cı ildə Żultana xəyanət edərək üsyan qaldırırlar. Üsyan yatırıldıqdan sonra Yanıçar ordusu və onunla birlikdə musiqi dəstələri ləğv olunur. Tale elə gətirir ki, əsrin axırlarında türklər avropalılara müraciət edərək Türk ordusu üçün hərbi musiqiçilər hazırlamağı xahiş edirlər.

* * *

       Hərbi musiqi insanların savaş etdikləri dövrdən mövcuddur. Lakin, Qərbdə bu musiqi mütəxəssislərin rəyinə görə, XVII əsrin ortalarından formalaşmağa başlayır. O dövrdə tambur və şeypur hərbi musiqidə əsas alətlər idi. Fransada əvvəlcə XIV Lüdoviq, sonra isə XV Lüdoviq orduda musiqi qrupları yaratmağa başladılar.

       Onlar musiqi vasitəsi ilə hərbi məna verən işarələri hazırlayıb, sistemləşdirib hər bir hərbi hissədə alətlərin və musiqiçilərin sayını müəyyənləşdirdilər. Məsələn, 1764-cü ildə Fransız Qvardiyasının orkestrində bu alətlər olmuşdur: altı klarnet, bir fleyta, iki horn, bir truba, üç tuba, bir valtorna, bir simbal və bir böyük baraban.

       XVIII əsrin ortalarında hərbi musiqi öz hüdudlarını aşaraq, cəmiyyətin gündəlik həyatına daxil olur və Avropada bu musiqidən ibarət konsertlərin sayı xeyli artır. Onu da qeyd edək ki, bu musiqidə Türk hərbi musiqisinin təsiri aydın hiss olunur.

* * *

       Bütün digər sahələrdə olduğu kimi, inqilablar və imperiya dövrü hərbi musiqinin də inkişafına bir təkan verir. Bir tərəfdən inqilablar hərbi musiqi təhsili sistemi yaradır, digər tərəfdən dövrün bəstəkarları hərbi musiqi bəstələyirlər. Lakin, Imperiya dövrünü və Imperatoru tərənnüm etmək üçün görülən tədbirlər indiyədək olanları kölgədə qoyur: hər bir alayda musiqiçilərin sayı iyirmi dörd nəfərə, Imperatorun Qvardiyasında isə əlli nəfərə çatdırılır. 1846-cı ildə Fransada təşkil olunan Birinci Hərbi Musiqi festivalında qırx orkestr, iki min musiqiçi iştirak edir. Bu çiçəklənmə dövrü XIX əsrdən Birinci Dünya Müharibəsinə qədər davam edir.

       Birinci Dünya Müharibəsindən sonra hərbi orkestrin tənəzzül dövrü başlayır. Maliyyə çatışmamazlığı üzündən orduda musiqiçilərin sayı azaldılır.

       Lakin XX əsrin 30-cu illərində idmanın inkişafı nəfəsli alətlər orkestrlərinin fəaliyyət dairəsini genişləndirdi. Dövlətin keçirdiyi təntənəli tədbirlərin, mülki bayramların müşayiət olunmağı və bu kimi tədbirlər nəfəsli alətlər orkestrinin tənəzzülünün qarşısını aldı.

       Hal-hazırda hərbi musiqi əvvəlki hərbi musiqi deyil. Ikinci Dünya Müharibəsindən sonra ordu musiqiçilərinin təchizatı və təminatı yaxşılaşsa da, hətta 1980-ci ildə Hərbi Musiqi Konservatoriyası yaradılsa da, bu sahədə irəliləyiş hiss olunmur, repertuarı təzələnmir. Qəribə də olsa hərbi musiqiçilər ən çox zəngin arxivləri, keçmiş şöhrətləri ilə fəxr edirlər.

       XX əsrdə bir sıra məşhur bəstəkarlar, o cümlədən, Pol Düka, Iqor Żtravinski, Luçano Berio hərbi musiqiyə kəskin meyl göstərirlər. Onların bəstələdikləri bir sıra əsərlər simfonik musiqini təqlid etsə də, özünün yüksək keyfiyyətləri ilə fərqlənir.

* * *

       Makedoniyanın nəfəs alətləri orkestri öz orijinallığı ilə Balkanlardakı digər orkestrlərdən fərqlənir. Bu orkestrin mənşəyi heç şübhəsiz ki, Türk imperiyası və türklərlə bağlıdır. Makedoniya orkestrlərinin əsasını qaraçılar təşkil edir, bu cəhətdən də onların repertuarı ilk növbədə qaraçı, türk melodiyaları ilə zəngindir. Lakin bu repertuar onunla da məşhurdur ki, burada, yəni Balkanlarda yaşayan digər xalqların da musiqisini əhatə edir: bir sözlə, burada xordan tutmuş yallıya qədər bütün janrlara rast gəlmək olar. Buraya, bu xalqa və hər bir musiqiçiyə məxsus fərdi orijinallığı əlavə etsək, Makedoniya musiqiçilərinin öz ifaları ilə dinləyicinin ruhunu necə oxşadıqlarını təsəvvür etmək çətin olmaz.

* * *

       Cənubu Amerika qitəsində ilk nəfəs alətləri orkestri 1825-ci ildə Boliviyada təşkil olunur. Məqalənin əvvəlində qeyd etdiyimiz kimi bu ehtiyac müharibədən irəli gəlirdi. Boliviyanın müstəqilliyi uğrunda mübarizəyə başçılıq edən Żimon Bolivar hərbi musiqinin əsgərlərdə ruh yüksəkliyi oyatdığını nəzərə alaraq, belə bir orkestrin yaradılmasına göstəriş verir. Ilk dövrlərdə yalnız fransız və alman marşlarını ifa edən orkestr, XIX əsrin axırlarında artıq öz repertuarına milli musiqi elementlərini də daxil edir. Digər ölkələrdə olduğu kimi, əmin-amanlıq yaranandan sonra, Boliviyada da nəfəs alətləri orkestrində tənəzzül əmələ gəlir, musiqiçilər əvvəlcə milli və dini bayramları, sonra isə idman tədbirlərini müşayiət etməyə başlayırlar.

* * *

       Asiya qitəsində nəfəs alətləri orkestri ən çox Hindistanda yayılmışdır. XVIII əsrin əvvəllərində Britaniya müstəmləkəçiləri tərəfindən ölkədə yaradılan orkestrlər ancaq ingilislərə və yerli varlılara xidmət edirdilər.

       1947-ci ildə Hindistan müstəqillik qazanır, müstəmləkəçilər ölkəni tərk edir, varlıların əksəriyyəti öz imtiyazlarını itirirlər və bu dövrdən başlayaraq orkestrlər toy məclislərinə üz tuturlar. Toyların ancaq qışda olması, qışın çox az sürməsi ilə əlaqədar olaraq musiqiçilər kiçik müəssisələrdə birləşir və vasitəçilərin köməyi ilə sifarişləri bölüşdürürlər.

       Orkestrdə musiqiçilər çoxsaylı olur ľ 20 ľ 50 nəfər. Onlar geyimlərinə, bəzəklərə xüsusilə fikir verirlər, çalışırlar ki, geyimləri çox parlaq, rəncarəng olsun.

* * *

       Nepalda nəfəs alətləri orkestri XIX əsrin sonunda yaradılıb və 1950-ci ilədək yalnız hökumətə xidmət edib. Bununla yanaşı ölkədə az da olsa müstəqil musiqiçilər yetişməyə başlamışdır. Nepallılar öz musiqi mədəniyyətinin qorunub saxlanması üçün Kale Nepali adlı klarnetçalana borcludurlar. O, Birinci Dünya Müharibəsi illərində Avropadakı döyüş meydanlarında hərbi musiqiçi olub, müharibədən sonra bir sıra orkestrlərin tərkibində konsertlərdə iştirak edirdi. Vətənə qayıtdıqdan sonra Kale Nepali Nepal kralına xidmət edib, 1951-ci ildə mülki şəxslərə orkestrdə çalmağı qadağan edən qanunun ləğv olunmasına nail olub. Məhz bu dövrdən etibarən ölkədə peşəkar musiqi sənəti xalq musiqisi ilə birlikdə uğurla inkişaf etməyə başladı.

* * *

       Indoneziyada nəfəs alətləri musiqisinin yayılması ölkənin portuqaliyalılar tərəfindən işğalı ilə bağlıdır. Müstəmləkə dövrü cəmi bir əsr davam etsə də, müstəmləkəçilərin mədəniyyətinin, musiqisinin, dilinin ömrü çox uzun olub. Lakin, qəribə də olsa bu ölkənin musiqi həyatına 1619-cu ildən sonra onlara sahib olan hollandiyalıların təsiri daha böyük olub.

       XIX əsrin əvvəllərində müstəmləkəçilərdə və yerli varlılarda, yerli musiqiçilərdən ibarət orkestrdən əlavə, digər ölkələrdən gətirilmiş orkestrlər saxlamaq dəbi yaranır. Hər sadə məmurun və hər yerli varlının ən azı bir orkestri olur. Daha böyük imkanları olanlar isə bir neçə orkestr saxlayır.

       Musiqiçilər bir yerdə yaşadığından heç şübhəsiz ki, bir müddət keçəndən sonra, həmkarlarının uğurlu melodiyalarını özlərininkinə qatır, get-gedə daha çox improvizasiyaya meyl edirlər. Hətta bir neçə ölkə musiqiçilərindən ibarət köçəri qruplar meydana gəlir. Onlar ən uzaq yaşayış məntəqələrinə üz tutur, toy məclislərini müşayiət edirlər. Belə köçəri orkestrlər artıq yox olmaq üzrədir. Lakin müasir Indoneziya musiqisində bir neçə ölkənin və xalqın musiqisinin təsirini indi də görmək çətin deyil.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page