TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU
Search


F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
UŞAQ LÖVHƏLƏRI PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


Azərbaycan musiqi sənətində bir çox mahnı yazan sənətkarlar olmuşdur. Onların hər biri musiqi tarixində özünəməxsus yerə malikdir. Lakin bu sənətkarlar içərisində Tofiq Quliyev və onun mahnı yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Bəstəkarın mahnılarını dinlədikdə onlara xas olan melodiklik dinləyicini valeh edir. T. Quliyevin ömür səhifələrinə nəzər salsaq, bunun heç də təsadüfi olmadığını görərik. Məlum olduğu kimi, o 30-cu illərdə ilk Azərbaycan caz orkestrinin rəhbəri olmuş, həmin illərdə muğamların, xalq mahnı və rəqs nümunələrinin nota salınması ilə fəal məşğul olmuşdur. Çox güman ki, bu iki amil birlikdə gənc bəstəkarın forma-laşmaqda olan üslubuna təsir etmiş, onun əsərlərinini musiqi dilinin ifadəliliyinə, melo-dikliyinə səbəb olmuşdur. Tofiq Quliyevin heç kimə bənzəməyən fərdi mahnı üslubu var. Bu üslubun bütün tərkib hissələrini təhlil etmək maraqlı olsa da, hazırki məqalədə əsas məqsəd bəstəkarın mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələrini və onların səciyyəvi xüsu-siyyətlərini ü zə çıxarmaqdan ibarətdir. Bu səbəbdən biz T. Quliyevin müxtəlif illərdə yaratdığı mahnılara müraciət etmiş və onlarda mətn ilə melodiyanın hansı şəkildə uzlaşdığını müəyyənləşdirməyə çalışmışıq. Xüsusilə qeyd etmək istərdik ki, T. Quliyevin mahnı yaradıcılığı böyük və ayrıca tədqiqat sahəsini təşkil edir.

Tofiq Quliyevin mahnılarına nəzər saldıqda görürük ki, o Azərbaycanın ən istedadlı şairlərinin sözlərinə mahnılar bəstələmişdir. Onların arasında Rəsul Rza, Nəbi Xəzri, Zeynal Cabbarzadə, Ənvər Əlibəyli və başqalarını qeyd etmək olar. Bu şairlərin poetik misralarını lirik əhvali-ruhiyyə, parlaq obrazlar qalereyası, incə qafiyə düzümü fərqləndirir. Bəstəkarın çoxsaylı mahnılarının mətn xüsusiyyətlərinin araşdırılması göstərir ki, burada istər nəqaratlı, istərsə də nəqəratsız mahnılara təsadüf olunur. Onlarda heca sayı sabit və ya dəyişkən olan poetik mətnlərdən istifadə olunur. Heca sayı sabit olan mahnı mətnləri arasında Qızıl üzük, Arzular, Ağacda leylək və bir çox başqalarını göstərmək olar.

T. Quliyevin yaradıcılığı haqqında danışarkən onun əksər mahnılarının uğurlu taleyini, uzunömürlülüyünü qeyd etmək vacibdir. Lakin onların arasında elələri də var ki, Azərbaycan musiqi xəzinəsinə həmişəlik daxil olmuşdur. Rəsul Rzanın sözlərinə yazılmış Qızıl üzük mahnısı belə klassik nümunələrdəndir. Bəxtiyar kinofilmində unudulmaz Rəşid Behbudov tərəfindən ifa edilmiş bu mahnı tez bir zamanda böyük şöhrət qazanmışdır (onu da qeyd edək ki, istər Bəxtiyar kinofilmi, istərsə də bəstəkarı olduğu başqa filmlər üçün T. Quliyev bir çox gözəl mahnılar yaratmışdır). Qızıl üzük mahnısı nəqəratsız kuplet formasındadır. Mahnıda üç 11 hecalı şer bəndindən istifadə olunur. Onlar bir-birilə AABA prinsipi əsasında qafiyələnir:

Üzüyümün qaşı firuzədəndir, A
Könlüm açılmayır bu gün nədəndir. A
Yaman gündə dost əlindən bərk yapış,B
Dünyanın həvəsi keçib gedəndir. A

Melodik xəttinin inkişafında maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, burada mətnin həmqafiyə A misraları aşağı hərəkətli melodik ibarələr, bəndin fərqli qafiyəyə malik üçüncü misrası isə yuxarı istiqamətli, kulminasiya xarakterli ibarələrlə səslənir.

Nümunə 1







Yuxarıdakı nümunədən aydın olur ki, melodik ibarələr şer misralarının sətirdaxili bölgüsünə (burada 11 hecalı misra 6+5 kimi qruplaşır) uyğun olaraq bölünür. Bu da şerin quruluş xüsusiyyətlərinin mahnının melodiyasında dolğun şəkildə tərənnüm olunmasını göstərir.

Ə. Əlibəylinin sözlərinə bəstələnmiş Ağacda leylək mahnısı da nəqəratsız mahnılara aiddir (bu mahnı həmçinin Bəxtiyar kinofilmi üçün yazılmışdır). Mahnının mətn əsasını 11 hecalı şer bəndləri təşkil edir. Bu bəndlər bir-biri ilə iki-iki qafiyələnir:

Ağacda leylək yuva bağlar gedər, A
Qız sevən oğlan hava bağlar gedər. A

Ağacda alma yanağı qırmızı B
Dər səbətə yığ onu bağban qızı B
və s.

Üç hissəli formada bəstələnmiş bu mahnıda mətnin beş bəndinin hamısından istifadə olunur. Mahnının melodik cümlələrinin əksəriyyəti iki dəfə təkrarlanır. Bu, ilk növbədə, mahnının birinci və sonuncu hissələrinə aiddir. Həmin hissələrdə melodik ibarələr aşağı istiqamətdə hərəkət edir:

Nümunə 2






Mahnının orta bölməsində ibarələr təkrarlanmır, melodik inkişafda isə aşağı istiqamətli hərəkət yuxarıya doğru hərəkətlə növbələşir:

Nümunə 3









Nəqəratsız mahnılar sırasında növbəti nümunə Süleyman Rüstəmin sözlərinə bəstələnmiş Azərbaycana gəlsin mahnısıdır. Bu mahnıda da bəstəkar öz prinsiplərinə sadiq qalaraq, şerin təntənəli, vətənpərvərlik ruhlu misralarını geniş nəfəsli, ifadəli melodiyada dolğun təcəssüm etməyə nail olmuşdur. Həmin mahnının poetik mətni 14 hecalı dörd misralı bəndlərdən ibarətdir.

Sabit hecalı mətnin mahnıda təcəssümünə daha bir nümunə Rəsul Rzanın sözlərinə yazılmış Axşam görüşləri mahnısıdır. Bu mahnı da illər boyu olduqca məşhur olmuş, hətta Azərbaycan radiosunda eyni adlı verlişin musiqili girişinə çevrilmişdir. Nəqəratlı mahnılara aid bu nümunədə istər kupletin, istərsə də nəqəratın mətninin bütün misraları 7 hecalıdır:

Ulduzlar yaxın-uzaq, A
Düzülüb çıraq-çıraq. A
Ulduzları çağıraq A
Axşam görüşlərinə. B

NƏQƏRAT:

Hər könüldə bir bahar, C
Gəlsin dostlar, tanışlar, C
Gəlsin nəğməli quşlar C
Axşam görüşlərinə. B

Mətndən göründüyü kimi, mahnının adını müəyyənləşdirmiş misra nəqərat bölməsinin sonunda da təkrarlanaraq şerin rədifi kimi səslənir. Həmin təkrarlanan misra eyni melodik ibarə ilə birlikdə səslənir:

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page