ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


       C.Hacıyevin VI simfoniyasının mühüm xüsusiyyətlərindən biri – əsərin «teatrallığıdır». Səhnə əsərləri yazmayan bəstəkar (Q.Qarayevlə birgə bəstələnmiş «Vətən» operası istisna olmaqla) burada dramaturq kimi çıxış edir. Simfoniyanın 5 fəslini 5 şəkil və ya 5 səhnə hesab etmək olar. Dramaturji prinsiplər burada simfonik prinsiplərlə sintez şəklində verilir. Belə ki, I hissənin girişində musiqi sanki axşamın düşməsi, günəşin batmasını təsvir edir və bu, dramatik hekayətin başlanğıcı kimi qavranılır. I hissənin köməkçi mövzusu namaza çağırışı azanı xatarladır; II fəslin I mövzusu həyəcanlı, qırıq insan nitqi, bəlkə də müəllifin öz söyləməsi hesab edilə bilər; II fəsildə mövzunun səslənməsi titrək səslə edilən zümzüməyə bənzəyir. Bütün bunlar bir-birini əvəz edən canlı səhnələri xatırladır. Bütün deyilənlər VI simfoniyanı «simfonik dram» adlandırmağa əsas verir. Bu xüsusiyyətinə görə əsər Şostakoviçin VIII simfoniyasına yaxındır – «burada sanki teatral hekayətin əyani təsir ini özündə daşıyan çox anlar vardır: birinci hissədə teatral-kinematoqrafik kadrların bir-birini əvəz etməsi müşahidə edilir…».9

       1990-cı ilin 20 yanvar hadisələrini C.Hacıyev qəlb ağrısı ilə qələmə almışdır. Bəstəkar özü deyir ki, «belə mühüm qayənin təcəssümü üçün simfoniya janrına – sənətkara özünü ifadə etmək üçün, böyük həyati mövzuları əks etdirmək üçün hüdudsuz imkanlar verən «qəlb etirafı»na müraciətim təsadüfi deyil. Burada müəllimim və himayədarım D.D.Şostakoviçin simfonik yaradıcılığı mənim üçün ən parlaq misaldır».10

       Bununla bərabər VI simfoniyada Şostakoviç simfonizmi ənənələrindən istifadə həm milli intonasiyalara əsaslanan musiqi dili, həm də C.Hacıyevin şəxsi təfəkkürünün və üslubunun xüsusiyyətlərilə uzlaşır. Şostakoviç monoqrammasından istifadə isə, C.Hacıyevin öz müəlliminə dərin hörmətini bir daha təsdiq edir.

____________

       1. Ikinci redaksiyada simfoniya ilk dəfə 1990-cı ildə Azərbaycan Bəstəkarlar Ittifaqının may plenumunda ifa olunub. Lakin C.Hacıyev simfoniya üzərində işini davam etdirmiş və əsəri 1992-ci ildə başa çatdırmışdır.

       2. Monoqrammanın I.S.Bax intonasiyası ilə əlaqəsi «Mükəmməl temperasiyalı klavir»in I hissəsindən do-diyez-minor fuqasında xüsusilə nəzərə çarpır.

       3. Buna misal – C.Hacıyevin IV simfoniyasından Passakalyadır.

       4. Xatırladaq ki, C.Hacıyevin IV simfoniyasının I hissəsinin (faktiki olaraq Rekviyemin) «faciəvi mövzu»su da mi-bemol-minor tonallığında səslənir.

       5. Q.Qarayevin «Çar kəndinin heykəli» pyesində, R.Vaqnerin «Uçan hollandiyalı» operasında da kvinta intonasiyasından belə istifadə olunub.

       6. Bu prinsip Şostakoviç üçün müəyyən mənada «üslub norması» olmuşdur. «Onun silsiləvi əsərlərində həmişə bütöv bir dramaturji ideya, hissələrin ardıcıllığında müəyyən bir məna aşkar etmək çətin deyil. Məsələn, son illərdə elə bir reprizli qapanmış silsilə kompozisiyası özünü büruzə verir ki, bunun finalında birinci hissənin tematizmindən bütünlüklə və ya qismən istifadə edilir…». Sitat, V.Bobrovskinin «Poslednee soçinenie Şostakoviça» məqaləsindən götürülmüşdür. (Bax.: «Problemı muzıkalğnoy nauki». VI buraxılış, M., 1985, s. 59).

       7. Asafğev B. Vosğmaə simfoniə Şostakoviça, 1945.

       8. Bu onu göstərir ki, simfoniya müəyyən dərəcədə avtobioqrafik səciyyə daşıyır.

       9. Sabinina M.D. Şostakoviç-simfonist. M., Muzıka, 1976, s. 202.

       10. Bəstəkarın məqalə müəllifi ilə söhbətlərindən…

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page