QEYRI ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
Search


F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
UŞAQ LÖVHƏLƏRI PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


       Muğamlardan fraqmentlər, ayrı-ayrı oxumalar yeni parlaq obrazlar yaradaraq bir-birini əvəz edir. Qeyd etmək lazımdır ki, V. Adıgözəlova romantik qarşılaşdırma yolu və ya sadəcə, sərbəst ardıcıl-laşma keyfiyyəti klassik modulyasiyalılıq yolu ilə ladlar vasitəsilə tədricən keçiddən daha yaxındır. Beləliklə, musiqidə tembr və emosional tərəflər birinçi yeri tutur.

       "Şahnaz", "Humayün", "Vilayəti", "Maye Rast", "Segah", "Şahnaz", "Irak", "Simai-Şəms", "Qarabağ şikəstəsinin" elementləri, "Şahnaz" muğam ladlarından olan mövzu parçaları ardıcıllıqla səslənir. Bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənən bu fraqmentlərin dinamikası ziddiyyətsiz ifadəliliyə səbəb olur və romantik üslub tenden-siyası koloristik meyl qazanır.

       Parlaqlığın meydana gəlməsi və bütövlükdə gecikmiş romantik üslub sonatada ikili: birinci dəfə pedalla əks olunan akkordika, ikinci dəfə isə geniş yerləşdirilmiş harmonik faktura ilə ifadə olunur.

       Əsas partiyanın aparıcı mövqeyi əsas, repriza-yekun partiyalar kimi, musiqidə onun vəziyyətindən əlavə əmələ gələn rəngarəng variantların və törəmələrin meydana gəlməsi ilə təsdiq olunur. Bu variantlar sözsüz ki, ifadəyə tembr faktura və intonasiya (melodik və ritmik) gözəlliyi bəxş edir.

       Bununla əlaqədar olaraq, bəstəkarın minimalizm prinsiplərindən istifadəsini qeyd etməmək olmaz. Bütün bu dediklərimizi sonatanın əsas mövzusunun inkişafında görmək mümkündür. Məsələn, musiqi parçalarının artan tempi, səslərin tədricən yüksəlməsi xarakterik cəhətdir. Mövzuda mütləq, gəti ardıcıllıqla kvartollar kvintollarla, daha sonra isə sekstol, septollar və s. ilə əvəz olunurlar.

       Öz növbəsində səslərin kəmiyyətcə tədricən azalması onları ornamentə, trelə və s. çevirir.

       Muğam sonatanın musiqisində səslərin və komplekslərin fonizmi, tembr fonizmi müəyyən rol oynayır.

       Muğam improvizasiyalılığı ilə uzlaşan sekvensiyalılıq, oxumaların variantlı, variasiyalı inkişafı sonatanın musiqisinə nəzərə-çarpacaq sürətlə hərəkət etmə imkanı verir.

       Qədim muğam köklərinə malik olan lirik-dramatik hekayət xarakterli musiqi onların yenidən oxunmasında dinamiklik əldə edir.

       Dinamika, hərəkətlilik, aktivlik təsir yaradan sekvensiyalılıq materialın variantla irəliləməsinə səbəb olur. O, sonatalılıq sayəsində müəyyən zənginlik əldə edərək, ayrı-ayrı parçalarla uzanmır, əksinə bütövlənmiş, tamamlanmış keyfiyyət əldə edir.

       Çox ustalıqla müəllif muğam prinsipi ilə inkişaf edən muğam intonasiyalı materialı dayaq kompozisiya yolu ilə qruplaşdırır və sonatalılığın əsas mərkəz nöqtələrində yerləşdirir.

       Müəyyən dayaq lad tonal nöqtələri, ladın parlaqlığı təbii ki, rəngarəngliyə və irəliləmə prinsipinin dinamikasına səbəb olur. Belə ki, əsas mövzuda bu si, fa diyez mövzu tezisinin diapazonunu müəyyənləşdirir. Daha sonra sekvensiyalı hissə əks istiqamətlə aşağı düşən metrik cəhətdən yeni olan fraqmentə gətirib çıxarır. Burada simmetriya yaranır. Beləliklə, hərəkətin diapazonu bütövlükdə addım-addım genişlənir. Eyni zamanda sonatanın əsas mövzusunda mühüm rol oynayan aparıcı obraz təsdiq olunur.

       Muğamın intonasiya baxımından çox böyük obrazlı rolunu nəzərə alaraq belə bir fikir yürütmək olar ki, V. Adıgözəlovun sonatası ənənəvi klassik tipdə deyil. Özünün birinci mənası olan italyan sözündən (sonare səslənmək) irəli gəlir. I.Stravinski də bir zaman sonatısını bu cür adlan-dırmış və bu haqda özünün Xronika moey cizni (səh. 175) əsərində yazmışdı.

       V. Adıgözəlovun əsərinin forması sanki müəllifin fikirinin, düşüncələrinin təcəssümündən böyüyərək genişlənir və təbii olaraq fantaziyaya yaxınlaşır1. Mövzuların intonasiyalı melodik və ritmik fərqləri, onların mahiyyət kontrastının zahiri olması muğamın üstün mövqeyindən xəbər verir. Lad birliyi mövzuların şübhəsiz, qohumluğunu göstərir: onlardan biri sanki, o birisindən əmələ gəlir, biri o birini davam etdirir. Bütün mövzular üçün variantlılıq kimi, qeyri müntəzəm aksentlilik də xarakterikdir. Yeri gəlmişkən qeyd edək ki, bütün bu cizgilər səslərin köməyi ilə fikir söyləmək xüsusiyyətindən iirəli gəlir.

       Əsas və köməkçi mövzu kimi təfsir edilmiş fraqmentlərin kontraslılığı, kompozisiyanın qapanma prinsipi əsasında ətraflı, geniş şəkildə şərh olunmuş reprizası əsərin sonatalılığından xəbər verir.

       Beləliklə, V. Adıgözəlov kompozisiyada muğam improvizasiyalı emosional məzmunu gözlənilməz zəngin cizgilər ilə təqdim edir. Bu da ki, onun fantaziyasına səmərəli başlanğıc verir.

       Bununla demək olar ki, sonata janrının təkamülü bizi onun həllinin daha bir şəklinə sonata forması cizgilərinin muğam məzmunu ilə üzvi sintezinə gətirib çıxarır.

____________

1. Təsadüfi deyildir ki, müəllif sonralar sonatanın daha bir variantını Muğam-fantaziyanı dərc etdirir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page