QEYRI ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
Search


F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
UŞAQ LÖVHƏLƏRI PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


Təbii olaraq, son onilliklərdə Azərbaycan instrumental musiqisi müasir musiqinin tarixi inkişafının ümumi mənzərəsinə qoşulur. Bütün dünyada olduğu kimi, bizdə də instrumental musiqi yeni fikirləri, ideyaları, obrazlı emosional məzmunu və təbii ki, sonuncu onilliklərin musiqisində istifadə olunan ifadə vasitələrini, müxtəlif yanrlarda yazılmış yeni əsərlərin kompozisiya xüsusiyyətlərini mənimsəyərək özünə çəkir.

Bu illərdə Azərbaycan instrumental musiqisində demək olar ki, iki tendensiya, iki istiqamət nəzərə çarpır: bunlardan biri sonata formasına, klassik sonata kompozisiyası ənənələrinə, funksional sistemə arxalanır və təkamül edərək inkişafında davam edir. Digəri isə çox zaman sərbəst, buxovdan azad obrazların milli musiqi təfəkkürü və müasir texnologiyalarla üzvi sintezinə əsaslanaraq inkişaf edir.

Italyan sözü olan Sonarenin ən birinci mənası, alman sonata modeli, müxtəlif dövrlərin, zamanların və milli üslublu sonata modellərinin bir-birinə qarışmasına baxmayaraq, son onilliklərdə yaranmış bir sıra əsərlərdə çox zaman Sonata termini bir qədər formal xarakter daşıyır.

Sonata formasının təkamülündə novatorcasına təzahür edən xüsusiyyətlərdən biri də onun birhissəli formada ifadə olunmasıdır. Burada çox zaman improvizasiya üslublu, sərbəst ardıcıllıqla inkişaf edən, bir-birinin variantı kimi səslənən iki mövzu təcəssüm olunur (məsələn X. Mirzəzadənin sonatalarında olduğu kimi). Bu tipli sonatalarda janra xas olan konsepsiya, konflikt yoxdur. Bu sonatalar özünəməxsus, ona bir forma struktur kimi vacib olan, dramaturji baxımdan qarşıqoyulma və ya müqayisə edilmə kimi keyfiyyətlərdən məhrumdurlar. Bu cür sonatalarda çox zaman obrazlı emosional, hətta tonal cəhətdən də materiallar ayrılmır.

Bununla demək olar ki, bu cür əsərlərin müəllifləri sonata üçün tamamilə yeni olan təfəkkür və quruluş növlərinə diqqət yetirməyi təklif edirlər. Təbiidir ki, çox vaxt köhnə inkişaf prinsipləri yenisi ilə, daha dəqiq desək, improvizasiyalı variantlılıq kimi xüsusiyyətlərlə əvəz olunur. Bütün bu deyilənləri X.Mirzəzadənin fortepiano üçün Ohne sonatasında, R. Həsənovanın skripka ilə forte-piano üçün sonatasında, V. Adıgözəlovun Muğam sonatasında və b. əsərlərdə görmək çətin deyildir. Bu müəlliflər bəstəkar texnikasının müasir metodlarından istifadə edərək janrın həlli və təzahürünə yeni cür yanaşmış və bu janrın yeni şərhini, izahını vermişlər.

V. Adıgözəlovun Muğam sonatası qeyri ənənəvi sonatalar kateqoriyasına aiddir. Burada sonata janrının, sonata formasının qanunauyğun-luqları sərbəst ifadə olunmuş muğam melosu, metroritmika və muğam leksikası müasir texno-logiya cizgiləri ilə üzvi surətdə əlaqələnir. Onu da qeyd etmək lazımdır ki, V. Adıgözəlov sonata kompozisiyası quruluşunu muğam materialı ilə zəngiləşdirməklə daha bir böyük addım atdı. Bununla bərabər, bəstəkar sonata cizgilərindən istifadə edərək özünün improvizasiyalı muğam melosunu tez-tez dəyişən geyri-müntəzəm aksentləri ilə kompozisiyada çox zəngin, sərbəst şəkildə göstgrməyə müvəffəq oldu.

Sonata birhissəlidir. Onun əsas mövzusu əsərin aparıcı obrazı (Şahnaz ladı) sonata prinsip-lərinin təsdiq olunmasında mühüm rol oynayır.

Əsas mövzunun ifadəsi özünün melodik və metroritmik şəkli ilə laylar yaradır, kompozisiyanı reprizalı tərzdə tamamlayaraq sanki, haşiyəyə alır. Bununla psixoloji və tematik yekunlaşma prinsipi açıq-aydın təsdiq olunur.

Misal 1.

Əsərdə köməkçi mövzu qruplarının mövcud-luğuna baxmayaraq əsas movzu demək olar ki, monointonasiya rolu oynayır. Təkcə onun melodik intonasiyalı oxunuşu deyil, həmçinin metroritminin də əhəmiyyəti az deyildir. Əsas movzunun metroritmi bütöv sonatanı müxtəlif variantlarda laylara bölür. Inkişaf prosesində rast gəlinən nisbətən xarakterik tipləri də qeyd etmək olar.

Misal 2a.

Misal 2b.

Ikinci movzu özünəməxsus tərzdə muğam sonatanı əlaqələndirir və əsas mövzuya zidd olaraq şəffaflıq təşkil edir. O, Rast ladında yüksələn muğam gedişi ilə araya girir və sonra isə köməkçi mövzu kimi bir qədər başqa variantda yenidən səslənir.

Bütövlükdə sonatanın bu bölməsinə köməkçi partiyalar qrupu kimi baxmaq olar. Bu bölmənin vahid birliyindən Şahnaz ladı və ona yaxın Segahin lad növbələşmə dairəsi xəbər verir. Bəstəkar bir qədər sonra Qarabağ şikəstəsinə uyğün mövzu elementi daxil edir. Bütün bu movzular, mövzuyaradan qruplar sonatada repriza kodaya gətirib çıxarır.

Bələliklə müğam növlərinin fraqmentlərindən sərbəst istifadə edən müəllif onları özünəməxsus tərzdə melodik blokda birləşdirir.

Əsas mövzu reprizanın qayıtması əsərə müəyyən simmetriklik verir.

Sərbəst improvizasiya yolu ilə muğam intonasiyalı materialın növbələşməsi nəticəsində xalq yaradıcılığı üçün xarakterik olan dramatik, lirik, ekspressiv və möhtəşəm obrazlar meydana çıxır.

Bütövlükdə klassik tonal sistemi deyil, lad istiqamətini əsas tutan bəstakar müəyyən dərə-cədə aleatorika texnikasından istifadə edir. Burada görünən təsadüfilik qəti idarəçiliyə tabe olur. Muğam planlı fraqmentlər ilk baxışda sərbəst olaraq bir-birinin ardınca düzülsələr də tembr yüksəkliyi, bir qədər də lad qarşı qoyulması ilə idarə olunurlar. Bununla, bir ladı əsas, üstün götürməklə bəstəkar digər muğam-ladları sanki müvəqqəti, əsas ladla müqayisədə nəzərdən keçirir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page