ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
Search

ÌÓÑÈÃÈ ÍßÇßÐÈÉÉßÑÈ
F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
«UŞAQ LÖVHƏLƏRI» PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI – ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


       Ikinci element öz cəld hərəkətilə (I-IV-VI) üçüncü element isə mövzuda yuxarı kvarta (a) və ikinci pillə (fis) səslərini aksentlərlə qeyd edir. Bu da Şur ladının tipik kadensiyasıdırir.

       Mövzunun dördüncü elementi – stakkato şəklində ladın əsas dayağını bir daha möhkəmlədir.

       Musiqiyə nəzər salaraq görmək mümkündür ki, ilk motiv yuxarı yönəlir.

       Bütünlükdə isə mövzu aşağı yönələn motivlərdən ibarətdir. Beləliklə onun daxilən bir-birinə əks olması bütünlükdə musiqidə dinamizasiyada gözə çarpan rol oynayır.

       Ardıcıllıqla bütün tematizmin sıxlaşmış şəkildə verilməsi (9 taktın əvəzinə 6 takt) bir daha dinamikanın nümunəsi kimi qəbul olunur.

       «Məzəli rəqsin» əsas xüsusiyyəti onun silsiləyə daha bir yeni janr növü daxil etməsidir. «Məzəli rəqs» - etüd-tokkata janrındadır. Şurun ən səciyyəvi beşinci pilləsini qabarıq şəkildə təqdim etməklə bəstəkar müəyyən koloritli sekundalar yaradır və əsərə zənginlik gətirir.

       Kiçik Kodanı əslində mövzunun daha bir variantı adlandırmaq olar. Mövzunun bütün intonasiyaları Kodada yekunlaşır.

       «Lay-lay» (altıncı pyes) öz musiqi xüsusiyyəti ilə «Nağıl» pyesinə yaxındır. Burada eyni prinsipdən istifadə olunub. Inkişaf prinsipi iki motivin variant təkrarı ilə yaranır. Həmin motivlər pyesin melodik əsasını təşkil edir və bir hissəli Koda ilə əsərin formasını yaradır. Mövzuya xüsusi təravət verən onun harmonik müşayiətidir. Bu müşayiətdə iki tonal dayaq d-moll-F-dur öz aparıcı tonlarını tez-tez dəyişərək musiqiyə rəngarənglik verirlər. Hər iki intonasiyanın sintezindən sonrakı mövzunun variantı yaranır. Bəstəkar musiqi dili ilə yırğalanan beşiklə assosiasiya yaradır. Basda «boş» kvintalar tez-tez dəyişilib «yırgalanan» beşiyi təsvir edirlər.

       Yeddinci pyesdə «Skertso» - oynaq, şux, dəcəl uşaqlıq yaşlarını canlandırılır. «Skertso», «Məzəli rəqsi»n davamı kimi səslənir.

       Beşinci pyesdə olduğu kimi, bu pyes də uşaqlara məxsus oynaqlığı ilə fərqlənir, burada da mövzunun əsası kiçik tersiyadır.

       Sıçrayışlı addımlar musiqinin yumoristik xasiyyətini artırır. Yumoristik xüsusiyyəti həmçinin taktların quruluşunun assimmetriyası artırır, çünki bu asimmetriya klassik kvadrat quruluşunu pozur (4+1+4) və xalq musiqi quruluşunda olan perioda yaxınlaşdırır.

       Misal ¹ 3.








       Eyni zamanda inkişaf davam etdikcə aydınlaşır ki, bütünlükdə pyesin quruluşu iki perioddan ibarətdir (xalq musiqisində olduğu kimi (a+a+a1+a2).

       Pyesin janr mənsubluğunu (skertso) onun fakturası da dəqiqləşdirir: sol əldə növbələşən akkordlar harmonik fon yaradırlar, sağ əldə zərif melodiya səslənir. Ümumiyyətlə onun oynaq, şıltaq xasiyyəti xüsusən ikinci periodda (b+b) aydın görürür. Onu da registrlərin bir-birilə əvəzlənməsi, quruluşun assimmetrik olması (4+3, 4+5) və dinamikanın kəskin dəyişmələri ilə bağlamaq (p, ff) olar. Ikinci mövzu sözsüz birincidən yaranır, baxmayaraq ki, yuxarı lad dayağı burada çox da möhkəm deyil.

       Səkkizinci pyes – «Lirik rəqs», onuncu – «Vals», doqquzuncu «Oyun» adlanan pyesi əhatə edirlər. «Lirik rəqs» dördüncü pyes «Sevilin rəqs»inə yaxındır.

       Onuncu nömrə «Vals» - lirik rəqsdir. Üç hissəli formada yazılmış Vals öz yumşaq hərəkətli, mülayim axar melodiyası və Şüştər muğamına xas olan səmimi, bir az həzin xasiyyəti ilə seçilir.

       On birinci pyes - «Elegiya» - dərin psixoloji lirikaya malikdir. Uşaq aləmi ilə bağlı olmasına baxmayaraq, pyes öz düşüncəli lirikası ilə o biri pyeslərdən fərqlənir. Qəmginliyinə baxmayaraq Elegiyanın melodiyası işıqlıdır. Melodiya aşağı registrdə sağ əldə, ayrı-ayrı səslərə parçalanaraq harmonik fakturanın müşayiəti ilə səslənir.

       Misal ¹ 4.








       Emosional rəngarəngliyi, mahnıvari melodiyası və yenə də Şur ladı ilə bağlılığı «Elegiya»nın bir daha Əmirovun sevdiyi ladda yazmasının nümunəsidir. Eyni zamanda təhlil etdiyimiz pyes xalq yaradıcılığına xas olan quruluş prinsiplərinin tətbiqi ilə maraqlıdır. Əmirovun «Elegiya»sı xalq musiqisində olan cüt periodların xüsusiyyətini özündə cəmləşdirir və bütün pyesin forma əsasını təşkil edir. Birinci 4 taktda ladın kvinta əsası h-fis qeyd edilir.

       Mövzunu ikinci dəfə variantlı şəkildə təqdim edərək müəllif periodu tamamlayır. Şur ladına xas olan kadensiya eşidilir. Şur üçün səciyyəvi olan ladın tersiyasından tonikaya doğru aşağı yönələn pilləvari melodik yolu qeyd etmək olar. Silsilənin final pyesi «Rəqs» - xalq rəqslərindən "Şalaxo"nu yada salır, amma bir az lirikləşmiş, yumşalmış şəkildə.

       Pyesin forması sadə üçhissəlidir və silsilənin bir çox pyesləri kimi bir mövzuludur – əsərin aparıcı melodiyası ilk intonasiyadan yaranır.

       Pyes çahargah ladında yazılıb, bu lad pyesin bir sıra quruluş xüsusiyyətlərini də təyin edir, dəqiqləşdirir. Mövzu kvadrat 8 taktlı təkrar olunan perioddur. Əsərdə çahargah ladı üçün səciyyəvi olan zəngulə tipli oxşamalar kadensiyaları ta-mamlayaraq, onları xalq musiqi nümunələrinə yaxınlaşdırır. Belə hallarda (orta və tamamlayıcı kadensiyalarda) – yuxarı yarımtonlu aparıcı ton, yuxarı tersiya ilə birlikdə artırılmış sekunda intervalı yaradır.

       Pyesdə, sözsüz, harmonik dil diqdəti cəlb edir. Hər iki kadensiyanın mövzusu, həmçinin ladın horizontal təqdimindən yaranır.

       Pyesin harmonik inkişafında xüsusən II pillə gözə çarpan rol oynayır, məhz onun üzərində, kadansın plaqal hissəsi kimi formanın orta hissəsi qurulur. Həmin kadans Kodanın da əsasını təşkil edir.

        Beləliklə qeyd etmək lazımdır ki, bütün silsilədə Əmirov bir neçə əsas prinsipdən istifadə edərək özünə məxsus böyük əsərlərdə olduğu kimi uşaqlar üçün yazdığı musiqidə də fərdi üslublu maraqlı əsər yaradır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page