F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
Search


F.ƏMIROVUN SIMFONIK MUĞAMLARININ
BƏZI ÜSLUB XÜSUSIYYƏTLƏRI

Inara MƏHƏRRƏMOVA
FIKRƏT ƏMIROVUN
UŞAQ LÖVHƏLƏRI PIANO SILSILƏSI

Lalə ƏLIYEVA
QEYRI ƏNƏNƏVI SONATALAR
Iradə ABDURƏHMANOVA
C.HACIYEVIN
ALTINCI SIMFONIYASI D. ŞOSTAKOVIÇ
ƏNƏNƏLƏRI ASPEKTINDƏ

Fərəh TAHIROVA
TOFIQ QULIYEVIN
MAHNILARINDA POETIK MƏTNIN
VƏ MELODIYANIN ƏLAQƏLƏSI

Ceyran SABITOĞLU

 


Müəyyən bir üsluba malik əsər və ya onun elementləri digər üsluba keçirilirsə dəyişikliklər labüddür. Milli-xalq və professional bəstəkarlıq kimi iki janr sisteminin qarşılıqlı əlaqəsi zamanı əsas materialın dəyişilmə xarakteri, birinci növbədə, bu əlaqənin estetik üslub istiqamətilə müəyyən edilir. Bu yaradıcılıq üsulu həmin sistem çərçivəsində ilkin mənbənin ən xarakter məzmununun elementlərinin qorunub saxlanmasını nəzərdə tutur. Muğamın yaradılması üçün bədii kanonun dərəcəsinin (tədriciliyinin) ümumiləşdirilməsi labüddur, onun fərdi modelinin yaranması və bu modelə öz ideya fikrinin, öz texnikasının uyğunlaşdırılması zəruridir. Gülüstanda kanonun ümumiləşməsi dərəcəsi yüksəkdir, burada bir neçə muğamın materialından istifadə edilmişdir Bu barədə F.Əmirov belə deyirdi: Bu sadəcə ənənəvi muğamın simfonik variantı deyil. Bu, muğam dünyası haqqında mənim müəllif rəvayətimdir və bu rəvayət atom və elektron kimi tükənməzdir2.

Məlum olduğu kimi, muğam şərq professional janrları üçün səciyyəvi olan dünyanın geniş-fəlsəfi bədii konsepsiyasını əks etdirir.

Simfonik muğam iki musiqi məntiqinin həyata keçirilmiş sintezidir, qavrayışın iki növünün qarşılıqlı əlaqəsidir. O, müəllifin estetik mövqeyini müəyyən edir. Əgər simfonik dilogiyanın obrazlı quruluşu məzmununa daha uyğundursa, Gülüstanın məzmunu isə hər şeydən əvvəl yüksək poetik obrazlarla bağlıdır. Proqramlıq burada bu əlaqələri poetik məcraya yönəldən digər sənətlərlə əlaqə baxımından daha konkretdir. Gülüstanın proqramlığının xarakteri simfonik muğam janrı üçün perspektivlər açır. Bu, muğam simfonizminin klassik şərq poeziya və musiqisinin obrazlarının müasir şərhi baxımından, milli simfonik və poetik janrların sintezi baxımından səciyyəvidir.

Üslub planında simfonik muğamlar avropa coxsəsliyinin və ənənəvi şərq monodiyasının əlaqəsini müvəqqəti-məkan kimi nümayiş etdirir. Tematizm planında, simfonik muğamlarda sitatlar muğam ənənəsinin kanon improvizasiyasına istinad edir. Sitat muğam improvizasiyasını əks etdirir, lakin ənənəvi deyil, ümumiləşmiş, ilkin mənbənin tematik modelinin bəstəkar təfəkkürü ilə fərdiləsimiş şəkildə verilir. Simfonik muğamlarda sitat simvolik əlavə kimi qeyd edilmir. Muğam üslubu müəllif təfəkkürünün ayrılmaz komponentinə çevrilir.

Sitata bəstəkar tərəfindən bir çox variantlar əlavə olunur. Simfonik muğamların, improvizasiya şöbələrinin tematizmi mahiyyətcə ustalıqla işlənmişdir. Bu, bəstəkarın təfəkkürü çərçivəsində ritm, intonasiya, ilkin mənbənin digər mövzularının və motivlərinin, onun prinsiplərinin tematik inkişafının həyata kecirilməsidir. Improvizasiyalı tematizmin təşəkkülü onun məkan və zaman sıxlığı şəraitində və bəzi zahiri xüsusiyyətlərində baş verir. Tematizmdəki inkişaf sürəti kontrastlıqla uyğunlaşır, məkan (qorizontal ölcülərdə) daxilində və bəzi zahiri əlamətlərdə özünü biruzə verir. Simfonik muğamlarda ilkin məhbə ilə müqayisədə improvizasiyalar müəyyən struktura malikdir, onlar geniş masştabı əhatə edir. Bu, əsasən tematizmdə ləngitmə momentlərinin ölçüsünün qısalması hesabına, təkrarların sayının azalması hesabına, variantların, frazaların motivlərin azalması hesabına baş verir. Nəticədə şöbə hüdudunda tematik inkiaf tezləşir. Bu tezləşmə muğamda olduğu kimi tədrici deyil, hər yeni muğam periodunda müxtəlif i ntonasiya yeniləşməsinin zəruriliyini tələb edir.

Bundan əlavə simfonik inkişafın qanunları həmcinin tematik quruluşun kontrastlığını qəbul edir. Məsələn, Şur-Şahnaz şöbəsində (Şur) bir tematik bütövlük təşkil edən altı muğam periodu seçilir, onların arasında hərdən məzmunun kontrastlığı özünü birüzə verir. Bu vəziyyət simfonik muğamların bir çox başqa improvizasiya şöbələrində də nəzərə çarpır: tematizmdə inkişafın tezləşməsi və kontrastlığı uyğunlaşır.

Çoxsəsli üslubun məkan-zaman xüsusiyyətləri ilə tematizmin bütövlükdə ritmik cəhətdən sadələşdirilməsi əlaqədardır; həddindən artıq xırda ölçülərdən istifadə mürəkkəb fiqurlardan imtina etmə ornamentikanı asanlaşdırır bütün bunlar muğam melosunun zəruri estetik normalarından biridir. Allegro epizodu ənənəvi muğamın eyniadlı şöbəsinin inkişaf etmiş hissəsi ilə sekvensiya vasitəsilə əlaqələndirilir, Andante-də isə onun tematik çərçivə yaradan kadensiya ilə bitməsi qeyd olunur. Lakin melodik şəklin məqsədyönlüyünü qabarıq surətdə əks edən kadensiya hissəsindən yalnız özül (skelet) qalır.

Improvizasiya şöbələrinin tematizmi quruluşuna görə sıxlaşdırılaraq, ritm və ornament baxımından sadələşdirilərək ilkin mənbənin bu və ya digər şöbəsinin eləbil ki, tematik kvintessensiyasına çevrilir. O, şöbə üçün ən əhəmiyyətli, kanonik keyfiyyətləri lad intonasiya və ritmik xüsusiyyətləri yığcam formada eks etdirir.

Simfonik muğamlarda improvizasiyalı tematizmdə gözlənilməyən böyük kadensiyalar özünü göstərir. Onlar muğam guşələrində qəflətən meydana gələn qısa ifadəli frazaları xatırladır ki, (muğamın bir şöbəsindən digərinə keçid zamanı) bunu da F.Əmirov şərq simfonizminin tərkib hissəsi hesab edir.

Beləliklə kanonik üsullara və muğam improvizasiyasının inkişaf vasitələrinə istinad onların çoxçəçliyin və simfonizmin məkan-zaman parametrləri ilə uyğunlaşdırılması tematizmdə muğam improvizasiyasının və simfonik başlanğıcının təbii əlaqəsini müəyyən edir.

Improvizasiya şöbələrində sitat materialı öz quruluşunu qoruyub saxlayır, çox vaxt hətta F.Əmirov tərəfindən daxil edilən təkrarların hesabına genişlənir. Əsərlərin improvizasiya şöbələrində böyük sitat şəklində material daxil edilir. Bu şöbələrin tematizmi xalq mahnılarının, rəqslərin, təsniflərin, rənglərin melodiyalarını geniş surətdə və sərbəst əks etdirir. Müəllif replikaları üslubuna görə onlarla vəhdət yaradır. Bu epizodlarda çoxsəsli sitatlara münasibət muğam şöbələrindən fərqlidir. Burada sitat materialı həcminə görə azalmır, yalnız quruluşu ixtisar olunur, çox vaxt hətta variasiyalı təkrarların hesabına genişlənir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page