ČĐŃČĚČÇ
YUBILEYLƏ ƏLAQƏDAR TƏDBIRLƏR
Rza BAYRAMOV
Search

ČĐŃČĚČÇ
«ŞAH ABBAS VƏ XURŞIDBANU»,
«ƏSLI VƏ KƏRƏM» – 90

Raziyə ƏLIYEVA
AZƏRBAYCAN OPERALARININ
«KOROĞLU» ZIRVƏSI
«Koroğlu» operasının ilk tamaşasının 65 illiyi tamam oldu

Sevinc Aqil qızı
YUBILEYLƏ ƏLAQƏDAR TƏDBIRLƏR
Rza BAYRAMOV

 


       Bu ilin avqustun 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi maestro Niyazinin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirdi. Niyazinin mənzil muzeyində keçirilən konfransı giriş sözü ilə Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyeva açaraq Niyazinin həyat yolu və yaradıcıllığından söhbət açdı. Onu Azərbaycan musiqisinə ümumdünya şöhrəti qazandıran şəxsiyyət kimi səciyyələndirdi.

       Sonra Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Tarixi muzeyinin direktoru, Milli EA-nın müxbir üzvü Nailə Vəlixanlı, Bakı Musiqi Akademiyasının professoru Imruz Əfəndiyeva, S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət Arxivinin direktoru Maarif Teymurov, BMA-nın dosenti Fəttah Xalıqzadə və başqaları Niyazinin yaradıcıllığına, onun irsinin qorunması və öyrənilməsinə həsr olunmuş mərüzələrlə çıxış etdilər.

       Azərbaycan Tarixi muzeyinin direktoru N.Vəlixanlı Niyazinin 90 illiyi münasibəti ilə yenicə nəşr olunmuş Kataloqu konfrans iştirakçılarına təqdim etdi. Kataloqda Azərbaycan Tarixi muzeyində saxlanılan 273 ədəd Niyaziyə aid eksponatların siyahısı verilmişdir.

       Konfransda maestronun erkən yaşlarında yazdığı və muzey fondunda saxlanılan əsərləri («Skertso», «Prelüd», «Andantino», «Rəqs», «Zarafat») ilk dəfə olaraq iştirakçılar üçün səsləndirildi. Əsərləri BMA-nın dosenti Ü.Hacıbəyova və muzeyin aparıcı elmi işçisi A.Fyodorova ifa etdilər.

       Konfransın mərüzələrinin tezisləri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyi və Bakı Musiqi Akademiyası tərəfindən yaxın günlərdə nəşr olunacaqdır.

       Konfransın davamı kimi avqustun 20-də Niyazinin mənzil-muzeyində maestronun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

       Tədbiri Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyeva açaraq hörmətli prezidentimiz Heydər Əliyevin Niyazinin 90 illik yubileyi haqqında sərəncamını yüksək qiymətləndirdi və prezidentimizin mədəniyyətimizə göstərdiyi.

       Tədbirdə uzun illər maestro ilə başqaları çiyin-çiyinə işləmiş, fleyta çalan, professor Ə.Isgəndərov respublikamızın xalq artistləri Ə.Dilbazi, F.Bədəlbəyli, X.Qasımova və başqaları maestro ilə bağlı xatirələrindən söhbət açdılar. F.Bədəlbəylinin müşayiəti ilə X.Qasımova T.Quliyevin «Qızıl üzük» mahnısını və Niyazinin «Arzu» romansını ifa etdi.

       Tədbirdə muzey fondunda saxlanılan Niyazinin nadir əsərləri (ifaçılar Ü.Hacıbəyova, A.Fyodorova) bir daha səsləndi.

       Bunlardan əlavə, ilk dəfə olaraq Ü.Hacıbəyova tərəfindən ifa olunan Rauf Hacıyevin Niyazinin həyat yoldaşı Həcər xanıma həsr etdiyi «Həcərə» əsəri, F.Bədəlbəylinin 18 yaşında yazdığı və Niyaziyə bağışladığı musiqi əsəri iştirakçılar tərəfindən rəğbətlə qarşılandı və gözlənilməz bir töhvə oldu. Qeyd etmək lazımdır ki, hər iki əsər Musiqi Mədəniyyəti Dövlət muzeyinin fondlarından tapılmış və ilk dəfə səslənmişdir. Tədbir maestronun yemək otağında Niyazi haqqında xatirələrlə çay masası arxasında davam etdirildi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page