BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ
Search


FIKRƏT ƏMIROV
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV 80
ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR

Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ

 


2002-ci ilin iyunu idi. Azərbaycan Musiqi Mədəniyyəti muzeyində sənətsevərlərin, mütəxəssislərin, jurnalistlərin iştirakı ilə məclis qurulmuşdu. T.Quliyevin, R.Hacıyevin, E.Sabitoğlunun xatirəsi yad edilirdi. Bu sənətkarların eyni bir tədbir çərçivəsində (2002-ci il hər üçünün yubiley ili idi) xatırlanmasında rəmzi məna var idi. Onların hamısı (mən bu siyahıya cari ildə 95 illiyi qeyd olunan S.Rüstəmovu da aid edərdim) XX əsr Azərbaycan musiqisi tarixində iz qoyub getmiş, bizə neçə-neçə nəğmələr bəxş etmiş, həyatımızı rövnəqləndirmişlər.

Yuxarıdakı xatirə toplantısı beynəlxalq muzeylər günü ilə əlaqədar keçirilirdi, qloballaşma və milli sənət mövzusuna həsr olunmuşdu.

Arada Lider kanalının əməkdaşı mənə yaxınlaşıb tədbirin doğurduğu düşüncələri televiziya tamaşaçıları ilə bölüşdürməyi xahiş etdi. Mən aşağıdakı məqamları vurğuladım.

Azərbaycan sənətinin gücü ondadır ki, bəstəkarlarımız dünya sənəti ilə rabitəyə girərək heç zaman öz köklərini unutmamış, milli ənənələrə dayaqlanaraq Avropa formalarını novatorcasına yozmuşlar. Muğam operalarını, simfonik muğamları, meydan tamaşaları estetikasından bəhrələnən operettaları, musiqili qəzəlləri xatırlamaq kifayətdir. Bu sırada Azərbaycan mahnısı da ləyaqətli yer tutur. Odur ki, qloballaşmanın milli sənətin inkişafında əngələ çevrilməsi təhlükəsi bizi narahat etməyə bilməz.

Digər tərəfdən muzeydə nəğmələri dinlədikcə daha bir duyğunu yaşayırdım. Bu günün çox zaman bulanıq musiqi axınında yüksək sənətkarlıq nümunələri ilə hər bir görüş insana saflaşdırıcı təsir bağışlayır. Biz sanki duru bulaq suyu içir, təmiz hava uduruq. Mən danışdıqca V.Mustafazadənin yadigarı Sevil vokal qrupu Dayan, dayan, zaman, dayan oxuyurdu və mən öz-özümə düşünürdüm ki, zamanı, əlbəttə, dayandırmaq qeyri-mümkündür. Hər dövrün onun özünə bənzər nəğmələri olur. Lakin hər halda bizə miras qalmış ali zövq mücəssəməsi klassik mahnıları unutmamaq, onlara bir meyar kimi dönə-dönə müraciət etmək gərəkdir.

Deyirlər ki, nəğmə dövrün ab-havasını, əhvalını, insanların dünyaduyumunu daha bariz əks etdirir. 60-cılardan olan Emin Sabitoğlunun yaradıcılığına məhz zaman kontekstində nəzər salmağa çalışaq. Lakin əvvəlcə qısa bioqrafik arayış.

Emin müəllimin sənət aləminə gəlişində təəccüblü heç nə yoxdur. Görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açmış Emin bir çox ədiblərin övladları kimi xüsusi musiqi məktəbində təhsil alırdı: Yusif və Vaqif Səmədoğlular, Araz Dadaşzadə, Anar, Rəfiq Zəka kimi. Lakin adları çəkilənlərdən fərqli olaraq Emin musiqiyə, necə deyərlər, xəyanət etmədi, onu özünə sənət seçdi. Çünki şəksiz istedadı var idi, çünki öz fikirlərini musiqi dili ilə daha dəqiq ifadə edə bilirdi.

Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərinə gedib gəlir. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək bu şöhrətli təhsil ocağını professor Y.Şaporinin sinfi üzrə bitirir.

Emin müəllimin ilk qələm təcrübələri simfoniya, kamera əsərləri onun böyük potensialını, sənətdə əhəmiyyətli vəzifələr həll etmək iqtidarını üzə çıxardı. Məsələn, F.Əlizadə məqalələrindən birində yazır ki, 60-cı illərdə Emin Mahmudov Q.Qarayev sinfinin assistenti idi. Onun diplom işi Simfoniya Qara müəllimin dərslərində yüksək peşəkarlıq nümunəsi kimi dəfələrlə xatırlanardı: Yadımdadır, bu əsərin lent yazısına qulaq asıb, mən bir qədər ruhdan düşdüm, çünki partituranın sənətkarlığını əlçatmaz zənn etdim - deyə Firəngiz xanım öz ilk təəssüratlarını belə müəyyənləşdirir.

Həmin dövrün başqa bir yaratması skripka və fortepiano üçün poemadır. Əsəri atama, yaxın dostu, ədəbiyyatşünas Araz Dadaşzadəyə hədiyyə edən Emin müəllim notların üzərində qara tuşla yazıb: Araza çox yazdığım əsərlər içində bu yaxşısıdır. Qoy sən deyən olsun! Emin. 4.V.60. Son misra mənim üçün sirr qalır: hər ikisi dünyasını dəyişib. Lakin ən önəmlisi odur ki, poemanın musiqisi yaşayır. Bu yaxınlarda Lider kanalı ilə çıxış edən məşhur skripkaçımız Sərvər Qəniyev repertuarına daxil olan əsərlər sırasında poemanı da qeyd etdi.

Sonrakı illərdə E.Sabitoğlu uvertüra, kantata (Çiçəklən, Vətənim, həmmüəllif X.Mirzəzadə), oda, romans silsiləsi də bəstələyir. Lakin tədricən onun yaradıcılığının başlıca hədəfi müəyyənləşir: o, əsas diqqətini mahnıya yönəldir.

Yazımın bu məqamında Qara müəllimin öz tələbələrindən birinə professionallığın mahiyyəti haqqında söylədiyini xatırlatmaq istərdim: Əgər sizi gecə yarısı oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmaq təklif etsələr, siz bu tapşırığın öhdəsindən gəlməlisiniz.

Emin müəllim öz ilk nəğmələrini yazarkən artıq belə bir professional idi. Gözəl məktəb keçmişdi, qələmini, özü də çox uğurla, musiqinin ən mürəkkəb, ciddi janrlarında sınamışdır. Mən bu faktı qəsdən vurğulayıram. Çünki indi mətbuatda, televiziyada bəstəkarın peşəkar hazırlığını az qala lazımsız bir şey adlandırır, hətta lağa qoyurlar. Bu gün külli miqdarda üzdən iraq bəstəkar meydan sulayır. Təsadüfi deyil ki, öz çıxışlarından birində V.Adıgözəlov mahnı bəstəkarı söz birləşməsinə, anlamına qəti etiraz edərək E.Sabitoğlunun yaradıcılığını nümunə gətirdi: Emin simfoniya da, operetta da, mahnı da yaza bilirdi. Yəni əsl bəstəkar idi - dedi.

Bu kiçik yazıda mən E.Sabitoğlunun rəngarəng, genişhəcmli mahnı yaradıcılığının (mahnıların sayı 500-ü adlayır) bütün məziyyətləri haqqında danışmaq fikrindən uzağam. Bu, əslində ciddi bir tədqiqatın mövzusudur. Lakin məni bir musiqişünas kimi aşağıdakı suallar maraqlandırmaya bilməz. Nə üçün məhz E.Sabitoğlunun mahnıları müəyyən dövrün ən bariz emosional ifadəçisi olmaq səviyyəsinə yüksəldi? Axı onunla paralel olaraq bir çox bəstəkar nəğmələr yazıb yaradırdı. Nə üçün məhz bu sənətkar təşəkkülü və çiçəklənməsi S.Rüstəmov, T.Quliyev, R.Hacıyevin adları ilə bağlı Azərbaycan mahnısının inkişafında keyfiyyətcə yeni söz söyləyə bildi?

Ilk əvvəl E.Sabitoğlu mahnılarının əsas qəhrəmanının portretini yaratmağa çalışaq. O, kimdir? Müasir azəri, şəhər sakini, intellektual, mənəviyyatca zəngin, daxilən azad, müstəqil insan. Burada bəstəkarın püxtələşdiyi dövrün 60-cı illərin məxsusi ab-havasını unutmaq olmaz. SSRI və Qərb dünyası arasında dəmir pərdənin aradan götürülməsi, siyasi iqlimin mülayimləşməsi, xaricdən ölkəyə axan informasiyanın həcminin artımı, sənətin məzmununun yeniləşməsi dövrün əsas əlamətləridir. Məsələn, A.Dadaşzadə 1969-cu ildə Drujba narodov jurnalında yeni Azərbaycan nasirləri haqqında yazırdı: Əvvəlcədən quraşdırılan sxem üzrə hərəkət edən, məlum həqiqətləri bəyan edən maneken qəhrəmanlar, habelə tələm-tələsik yapılan və həmişə xoşluqla bitən vəziyyətlər aradan çıxır.

Fikrin ifadəsi bir qədər yöndəmsiz alınsa da, söyləməliyəm: E.Sabitoğlu öz mahnı yaradıcılığında bizdən mənə modulyasiya edə bildi. Yəni ayrılıqda hər bir insanın iç dünyasına nəzər salaraq, onun təkrarsız fərdiyyətini üzə çıxarmağa müvəffəq oldu. Bir dəfə filosof Rəhman Bədəlov yaxşı demişdir: Mən bilmirəm, Emin musiqidə daha çox özünü ifadə edir, yoxsa məni? Zənnimcə, onun musiqisində bütün nəslimizin nəbzi döyünür. Əlavə edərdim ki, məni ifadə edə-edə, E.Sabitoğlu nəticədə bizi təcəssüm etdirməyə müvəffəq oldu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page