ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
Search

ÓÑÒÀÄËÀÐÛÌÛÇÛÍ ÕÀÒÈÐßÑÈÍß
FIKRƏT ƏMIROV –
AZƏRBAYCAN MUSIQISININ KORIFEYI

Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
AZƏRBAYCANIN ILK
QADIN BƏSTƏKARI

Fəttah XALIQZADƏ
BÖYÜK BƏSTƏKAR, ƏSL VƏTƏNDAŞ
Lalə HÜSEYNOVA
RAUF HACIYEV – 80
ONUN MUSIQISI HƏMIŞƏYAŞARDIR

Ramiz ZÖHRABOV
BƏZƏN BIR ÜMID, BƏZƏN GÖZ YAŞI…
(Emin Sabitoğlu yarıdıcılığı
və şəxsiyyəti haqqında lirik d&uum

Zümrüd DADAŞZADƏ

 


       Azərbaycanın böyük bəstəkarı, musiqi ictimai xadimi, bəstəkarlarımızın bütöv bir nəslini yetişdirmiş gözəl pedaqoq Cövdət Hacıyevin bu il 85 yaşı tamam oldu. Lakin çox təəssüf ki, nəinki bəstəkarın özü üçün, bəlkə də daha artıq dərəcədə Azərbaycan musiqi mədəniyyəti üçün əsl tarixi əhəmiyyətə malik bu yubileyi onun öz iştirakı ilə qeyd etmək qismət olmadı. Anadan olduğu günə düz beş ay qalmış Cövdət müəllim dünyasını dəyişdi.

       Sirr deyil ki, son illər Cövdət müəllim əsas etibarilə ailə üzvləri ilə ünsiyyət edirdi: onu konsertlərdə, tədbirlərdə və yaxud illər boyu dərs dediyi Konservatoriyada çox nadir halda görmək olardı. Buna səhhəti imkan vermirdi. Lakin bu böyük şəxsiyyətin, şəksiz nüfuz sahibinin sadəcə varlığı belə XX əsrin əvvəllərində başlanan musiqi intibahımız ilə canlı əlaqə yaradırdı. Məlumdur ki, nəinki gənc bəstəkarlar, habelə musiqidə öz sözünü demiş yaşlı nəslin nümayəndələri də öz yeni əsərlərini Cövdət müəllimə göstərir, onun rəyini eşitmək istəyirdilər. Cövdət müəllimin vəfatı ilə elə bil bizim ötən əsrin nəhəng musiqi epoxası ilə canlı əlaqəmiz də qırıldı…

       Cövdət Hacıyev XX əsrdə Azərbaycanda təməli Üzeyir bəy tərəfindən qoyulan möhtəşəm musiqi sarayını inşa edənlərdən, ucaldanlardan biri idi. O, yeni forma və biçimdə intibaha başlayan Azərbaycan musiqisinin təşəkkülündə öz sözünü demiş, öz təkrarolunmaz üslubunu yaratmışdı. Ilk növbədə isə Cövdət Hacıyev bütün ömrü boyu ali, yüksək ideallara sədaqətlə xidmət edib, vətəndaşlıq qayəsini hər şeydən üstün tutan və buna görə də bizlərə daim örnək olan əsl ziyalılıq mücəssəməsi idi.

Deyirlər ki, dahiləri zaman, dövr özü yetişdirir, özü seçir. Keçən əsrin 30-cu illərində Cövdət Hacıyev kimi böyük istedadın musiqiyə gəlişi çox təbii və qanunauyğun idi. Çünki bu dövr, Azərbaycan musiqisinin yeni yüksək zirvələr fəth etdiyi bir dövr idi və musiqi həyatına yeni qədəm basan gənclərə, «Koroğlu»nun ölməz melodiyaları ilə böyüyüb tərbiyə alan cavan kadrlara böyük ümidlər bəslənilirdi. Bu yeni nəsil artıq XX əsrin müasir, mürəkkəb ruhunu dərindən duyub təcəssüm etdirmək, yeni üslub və cərəyanları əxz etmək iqtidarında idi.

       Cövdət Hacıyevin iki dahi müəllimi olub – Üzeyir Hacıbəyov və Dmitri Şostakoviç. Bu dahilərin hər birindən C.Hacıyev ən qiymətli ənənələri əxz edib, bəstəkarlığın müxtəlif sirlərinə yiyələnib. Xalq musiqisinə böyük sevgi və ehtiram, onun qanunauyğunluqlarına tam yiyələnmək istəyini onda məhz Ü.Hacıbəyov formalaşdırmışdı. Bəstəkarın özünün dediyi kimi xalq ruhunu kamil, klassik formalarda canlandıran Üzeyir musiqisi onun üçün həmişə nümunə olmuşdur. 1937-ci ildə dahi Bülbülün rəhbərliyi altında elmi-tədqiqat musiqi kabinetində fəaliyyət göstərməyə başlayan C.Hacıyev tələbə dostları – Qara Qarayev, Zakir Bağırov və b. ilə birgə Azərbaycanın rayonlarına folklor ekspedisiyalarına getdi. Bu səfərlər onun qarşısında milli musiqinin dərin, açılmamış qatlarını açır. 1938-ci ildə Qara Qarayevlə birgə Moskvaya, dünyanın mötəbər və ən nüfuzlu musiqi mərkəzlərindən birinə oxumağa yollanan Cövdət Hacıyev tamamilə Qərb, Avropa mühitinə düşməsinə baxmayaraq aldığı savadı, biliyi, yiyələndiyi texnikanı milliliyin, xəl qiliyin təcəssümünə yönəldir. Müasir musiqi dili bəstəkar üçün məhz milli ruhun, milli xüsusiyyətlərin açılması üçün bir vasitəyə çevrilir. Şostakoviçin sinfində C.Hacıyevin şəxsiyyət kimi formalaşması başa çatır. Şostakoviç məktəbinin təsiri Hacıyevin bütün yaradıcılığında – istər monumental simfonik konsepsiyalarda, istərsə də kamera – instrumental əsərlərdə özünü büzurə verir. Dərin psixologizm, intellektual təfəkkür, ciddi və dəqiq dramaturji inkişaf xəttləri, həyat təzadlarının qabardılması – bütün bunları Hacıyev – simfonist Şostakoviçdən əxz etmişdi. C.Hacıyevin yazdığı kimi «hamımız üçün nümunə, zirvə təkcə Şostakoviçin partituraları deyildi. Onun özü ilə ünsiyyətin əhəmiyyəti daha güclü və təsirli idi – bu ünsiyyətdən yaradıcılıq alovu ilə yanırdıq, olduğumuzdan da yaxşı görünməyə, bacardığımızdan da çox etməyə can atırdıq». Öz növbəsində D.Şostakoviç də daim yetirmələri Q.Qarayev və C.Hacıyevin yaradıcılığı ilə maraqlanır, onlara sanki himayədarlıq edirdi.

       Ömrünün son günlərinədək D.Şostakoviç Cövdət Hacıyevlə səmimi dostluq əlaqələrini saxlamışdı. Məhz Şostakoviçin sinfində iki böyük sənətkarın – Q.Qarayevlə C.Hacıyevin dostluğu möhkəmlənmiş, bərkimişdi. 1967-ci ildə həmin bu gündə Qara Qarayev öz dostuna belə yazmışdı: «Əziz qardaşım və dostum! Sənin 50 illiyini təbrik etmək məqamı da gəlib çatdı. Bu 50 ildən qırxını biz çiyin-çiyinə keçirmişik və həyatda, sənətdə həqiqət naminə çalışmışıq. 40 il bir yerdə. Bizim günlərdə belə sadiq dostluqla kim öyünə bilər? Mən səni çox görkəmli, yüksək istedadlı, yaradıcılıqda heç bir güzəşt bilməyən bəstəkar kimi yüksək qiymətləndirirəm. Mən bizim dostluğu da taleyin mənə bəxş etdiyi nadir sevinclərdən biri hesab edirəm. Bu dostluğu mən daim qoruyacam və onu övladlarımıza miras qoymağa çalışacağam.»

       Cövdət Hacıyev, sözün əsl mənasında simfonik təfəkkürlü bəstəkar idi. Yüksək ideyaları, təzadlı mövzuları iri planda şərh etmək meyli onun yaradıcılıq təxəyyülündə simfonik başlanğıcın üstün mövqe tutmasını şərtləndirmişdir. «Böyük fəlsəfi ümumiləşdirmələr» janrı kimi tarix boyu cilalanmış simfoniyaya dönə-dönə müraciət edən bəstəkar hər yeni əsərində əsrlər boyu formalaşmış bu strukturun yeni şərhini axtarmış, onun dramaturgiyasına, formasına özününkünü əlavə etməyə çalışmışdır. Bəstəkarın ilk iri əsəri də birhissəli simfoniya olmuşdur. Doğrudur, bəstəkar bu əsərini 8 simfoniyasının sırasına daxil etməmişdir, lakin bu əsər gənc bəstəkarın simfonik özünüifadə meylindən açıq-aşkar xəbər verirdi.

       C.Hacıyevin 1 saylı simfoniya kimi təqdim etdiyi əsər isə ilk dəfə 1944-cü ildə dinləyicilərin mühakiməsinə verilib. Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının musiqi ongünlüyünün proqramında ifa edilmiş bu əsər ilk Azərbaycan simfoniyalarından biri idi. Bu simfoniya Ü.Hacıbəyov, R.Qliyer və S.Vasilenko kimi bəstəkarlar tərəfindən mətbuatda yüksək qiymətləndirilmişdi. Gənc bəstəkar isə özünün «Ən mühüm nəticə» başlıqlı məqaləsində belə yazmışdı: «Mən özümün gələcək fəaliyyətimə üç əsas tələbi irəli sürürəm – xəlqilik, millilik və sənətkarlıq.» Ömrünün sonuna kimi də C.Hacıyev bu tələblərə sadiq qalmışdı.

       Bəstəkarın növbəti uğuru 1945-ci ildə Q.Qarayevlə birgə yazdığı «Vətən» operası oldu. Ağır müharibə illərində tamaşaya qoyulmuş və «Koroğlu» operasının ənənələrini özünəməxsus tərzdə təcəssüm etdirən bu əsər C.Hacıyevin yaradıcılığında bu janrın yeganə nümunəsidir. Bütövlükdə o dövrün yaradıcılıq eksperimenti kimi maraq doğuran operanın bir çox səhifələri indi də gözəlliyini və təravətini itirməmişdir. Bu operaya görə müəlliflər SSRI Dövlət mükafatına layiq görülmüşlər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page