À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
MÜDRIK SƏNƏTKAR
(Stalin mükafatı komitəsində də
onun fikrinə ehtiyac duyulurdu)

Səadət QARABAĞLI
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
MÜDRIK SƏNƏTKAR
(Stalin mükafatı komitəsində də
onun fikrinə ehtiyac duyulurdu)

Səadət QARABAĞLI
ŞOSTAKOVIÇIN, KARAYEVE BETIKLERI
Dinçer YILDIZ (Turkiyə, Ankara)

 


ƏDƏBIYYAT VƏ INCƏSƏNƏT SAHƏSI ÜZRƏ
STALIN MÜKAFATI KOMITƏSINDƏ ÜZEYIR BƏY HACIBƏYOVUN ÇIXIŞI

       Mən professor Qoldenveyzerin söylədiyi fikirlə tamamilə razıyam. O, heç kəsin qəlbinə dəymədən, mükafatlandırılması mümkün olmayan bəstəkarlara ehtiyatla yanaşdı.

       Mən Prokofyevin operasını böyük maraqla dinləyərək bu qərara gəldim ki, onun operasında novator üslubu vardır. O, artıq basmaqəlib opera üslublarından uzaqlaşaraq öz novatorluğunu buna qarşı qoymuşdur. Bu yenilik böyük diqqətə layiqdir. Onun ardıcılları olacaq, çünki işinin yeni üslubu çox yüksəkdir və dinləyiciyə təsir baxımından böyük əhəmiyyət kəsb edir. Bilirik ki, musiqidə hər bir yeni addım çətinliklə qəbul olunur. Lakin Prokofyevin novatorluğu auditoriyaya çatır. Əgər mükafat opera xətti üzrə verilsəydi mən Prokofyevə bu mükafatın təqdim edilməsinin tərəfdarı olardım.

       Yalnız libretto ilə razı deyiləm. O çox pisdir. Kotkonun qəhrəmanlığı nədən ibarətdir? Kilsəyə mərmi atır, ancaq bir nəfər yaralanır, hamı sağ-salamat çıxır?

       Çaykovski və Vaqner librettonun hazırlanmasında özləri də iştirak edirdi. Bu librettonun tərtibində Prokofyevin fəaliyyətindən xəbərsizəm, ancaq o çox yararsızdır.

       Şostakoviçə gəldikdə, bu, əlbəttə ki, yüksək üsluba malik dünya əhəmiyyətli sənətkardır. Onun 5-ci simfoniyasına mükafat verilməsinə heç kim etiraz etməzdi. Burada yalnız böyük sənətkara xas olan, özünəməxsus orkestr səslənməsi sirri vardır. Qavranılmasına görə də bu əsər birinci yerdə durur. Burada geniş dinləyici kütləsi üçün heç bir formallıq, heç bir hoqqabazlıq yoxdur.

       Lakin Şostakoviçin kvinteti məcbur edir ki, klassikanı unudasan və musiqini başqa cür anlamağa yönələsən. Siz burada aydın, məntiqli musiqi fikri görmürsünüz. Bu nədir, lad musiqisidir, ya qeyridir? Əsərin əsasında müəyyən bir məqsəd olmalıdır, burada isə o yoxdur.

       Onun qayəsi daxilən, psixoloji cəhətdən təsir etmir. Dəbdə olan nöqteyi-nəzərə istinadən, Şostakoviç nə yazırsa hamısı yaxşıdır, demək olmaz. Ümumiləşmiş yox, fərdi rəy olmalıdır. Sənətkar adını daşımaq, hər şeyə nail olmaq deyil. Xalq artisti çox zaman başdansovdu çıxış edir və unudur ki, onun hər bir çıxışı hadisəyə çevrilməlidir. Şostakoviç üçün tək onun adı kifayət deyildir. Ad səfərbər edir, yaxşı əsərə təminat verir. Əgər bu əsər Şostakoviçə yox, naməlum bəstəkara məxsus olsaydı, onu qəbul etməzdilər.

       Xaçaturyan barədə. Professor Qoldenveyzer ona çox mülayim yanaşdı. Sözsüz ki, o, inkişaf edir, onun qabiliyyəti və texnikası var. Lakin onun istiqaməti aydın deyildir. Necə musiqi yazır? Əgər o, milli bəstəkardırsa, onun qarşısında duran tələblər bir başqa, Moskva bəstəkarıdırsa tamam başqa olmalıdır. Ermənistanda o, əhəmiyyət qazana bilməyəcək. Erməni musiqisi yazmaq üçün erməni xalq sənətini yaxşı bilmək lazımdır. Amma o, bununla hər şeydən az maraqlanır. Əgər azmaz xalq cizgiləri hiss olunursa, bu da gözə kül üfürməkdən başqa bir şey deyildir. Bu musiqinin xalq musiqisi ilə heç bir əlaqəsi, bağlılığı yoxdur.

       O, gəncdir, sənətdə özünü tapmalıdır. Tənqid gənc bəstəkarı istiqamətləndirməlidir, bizdə isə tənqid yalnız tərifdən ibarətdir.

       Indi də Myaskovski barəsində. Çox təəssüf edirəm ki, bizdə insanlar tez unudulur. Yaddan çıxanlardan biri də Myaskovskidir. Gənc bəstəkarların bir çoxunun sinəsini ordenlər bəzəyir, ancaq 21 simfoniya yazmış bu azman sənətkarın ordeni yoxdur. Mən ondan işinin səmərəliliyinin səbəbini soruşduqda o, cavab verdi ki, yalnız yayda işləyir, qışda konservatoriyada iş yükü çox olur. Mən onun düşüncə sürətini və parlaq texnikasını təsəvvür edirəm. 35 il ərzində 21 simfoniya yazmaq çox böyük işdir və bu musiqi ictimaiyyətinin diqqətini cəlb etməyə bilməz.

       21-ci simfoniya hətta pis ifada belə mənə yüksək təsir bağışladı. Birhissəli olması heç də ona xələl gətirmir, «az olsun, yaxşı olsun». O, musiqidə böyük həyatsevərlik təlqin edir, zəriflik, gözəllik aşılayır. Onun erkən simfoniyalarında bədbinlik, zülmət nişanələri olduğu halda, sovet dövründə o, ideya etibarı ilə yeniləşmişdir. Bu da təqdirəlayiqdir! Onun 18-ci simfoniyası şəfəqsaçan, 21-ci simfoniyası isə öz məzmununa görə nurludur, parlaqdır.

       Mən sevindim ki, Myaskovski əsl həyat həqiqətləri ilə səsləşən əsərləriylə bizim zövqümüzü oxşayacaqdır.

       «Leyli və Məcnun» haqqında. Mən başa düşürəm ki, Nəsirova onun vətəni üçün yazılmış operanı müdafiə edir. Onun qeyd olunmasını istəyir. Yoldaş Qliyer geridə qalan respublikalara kömək etmək məqsədiylə xeyirxah işə başlayıb. Bu çox yaxşıdır. Əgər o, milli şərtlərdən asılı olmayaraq, müstəqil əsər yaratsaydı, əlbəttə ki, böyük müvəffəqiyyət qazanardı. Bu operada parlaqlıq və gözəllik yoxdur.

       Qliyer bizim üçün yaxşı opera yazaraq, opera formasını Azərbaycanda aşılamağa çalışmışdır. («Şah Sənəm»); o, xalq mahnısından üçhissəli formada ariya düzəldir və tam təsəvvür yaradır. Ümumi opera formasının qavranılmasına körpü salınmış olur. Hazırkı vəziyyətdə o, bundan çəkinmişdir. Görünür burada vokal tərəfini kənara qoymuşdur.

       Sadıkova gəldikcə isə, o, hələ gəncdir digər milli bəstəkarlar kimi inkişaf edəcək, püxtələşəcəkdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page