MÜDRIK SƏNƏTKAR
(Stalin mükafatı komitəsində də
onun fikrinə ehtiyac duyulurdu)

Səadət QARABAĞLI
Search


MÜDRIK SƏNƏTKAR
(Stalin mükafatı komitəsində də
onun fikrinə ehtiyac duyulurdu)

Səadət QARABAĞLI
ŞOSTAKOVIÇIN, KARAYEVE BETIKLERI
Dinçer YILDIZ (Turkiyə, Ankara)

 


Sovet imperiyasının qılıncının sağı da, solu da kəsən bir zamanda, 1940-cı ildə SSRI-də Stalin mükafatı komitəsi yaradıldı. Komitə 1952-ci ilə qədər fəaliyyət göstərmişdir. Dövlətin ən yüksək mükafatı elm, texnika,ədəbiyyat və incəsənət sahəsində fərqlənənlərə verilirdi. Təltif olunanlara 1-ci, 2-ci və 3-cü dərəcəli Stalin mükafatı adı, diplom və fəxri döş nişanı təqdim edilirdi. Mükafat komitəsinə Sovet Ittifaqının ən görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri daxil idilər.

Türk dünyasının fəxri olan, cahanşümül dahi bəstəkar, publisist, dramaturq, alim, pedaqoq, ictimai xadim Üzeyir bəy Hacıbəyov Stalin komitəsi yarandığı gündən ona üzv seçilmiş, ömrünün sonuna kimi də kömitənin üzvü olaraq qalmışdır. Dövlət mükafatı ilə bağlı müzakirələrdə Üzeyir bəy Səməd Vurğun, S.Prokofyev, D.Şostakoviç, M. Şoloxov və başqalarının əsərləri haqqında fikir söyləmiş, mükafatların verilməsində müstəsna rol oynamışdır. Sonralar bu mükafat SSRI Dövlət mükafatı kimi təqdim edilmişdir.

Ü.Hacıbəyov özü də iki dəfə Stalin Dövlət mükafatına layiq görülmüşdür. Birinci dəfə 1941-ci ildə dahi bəstəkarın Koroğlu operasına Stalin mükafatı verilmişdir. Bu barədə Stalin mükafatı komitəsinin 1940-cı il 30 dekabr tarixli geniş iclasının stenoqramındakı professor A.B.Qoldenveyzerin çıxışında oxuyuruq: Biz altı namizədin siyahısını vermişik. Opera bölməsi üzrə seksiya Koroğlu operasına görə Hacıbəyovu təqdim etmişdir. Əsas belədir: milli dekadalar bir sıra opera əsərləri göstərmişlər. Onların arasında Hacıbəyovun operası böyük müvəffəqiyyət qazanmışdır. Böyük teatrda tamaşaya qoyulmaq üçün qəbul edilmişdir. Bu milli operalardan ən dəyərlisidir.

Ikinci dəfə isə Ü.Hacıbəyov 1946-cı ildə Arşın mal alan filminə görə Stalin mükafatı ilə təltif edilmişdir.

Bu yaxınlarda ədəbiyyat və incəsənət sahəsi üzrə Stalin mükafatı komitəsinin 21 noyabr 1940-cı il tarixli geniş iclasında Üzeyir bəy Hacıbəyovun rus dilində çıxışının stenoqramını əldə etmişik. Komitədə əsas məsələ olaraq bəstəkar D.Şostakoviçin Stalin mükafatına namizədliyi müzakirə edilmişdir. Başqa bəstəkarlar haqqında da fikirlər söylənilmişdir. Üzeyir bəy Hacıbəyov S.Prokofyev, D.Şostakoviç, A.Xaçaturyan, N.Myaskovski, R.Qliyer haqqında tənqidi fikirlərini bildirmiş, səlist və obyektiv çıxışı ilə onların yaradıcılığının dərinliyinə varmışdır.

Beləliklə, Üzeyir bəy Hacıbəyovun Stalin komitəsindəki çıxışını bütünlüklə musiqi ictimaiyyəti və Üzeyir bəy pərəstişkarlarının diqqətinə çatdırırıq. Inanırıq ki, bu tapıntı Ü.Hacıbəyovun tədqiqatçıları, eləcə də bütün xalqımız üçün dəyərli bir yenilik olacaqdır. Bir daha Üzeyir bəyin nə qədər humanist, obyektiv, sənətini dərindən bilən və hörmət edən müdrik bir sənətkar olduğunu bariz şəkildə görəcəyik.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page