ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ
LƏNKƏRAN TƏŞKILATINDAN YAZIRLAR...

Yaqut HƏSƏNOVA
Search

ÀÇßÐÁÀÉÆÀÍ ÁßÑÒßÊÀÐËÀÐ ÈÒÒÈÔÀÃÛÍÄÀ
AZƏRBAYCAN BƏSTƏKARLARININ
YENI KAMERA MUSIQISI

.
YENI MƏLUMAT KITABÇASI
IŞIQ ÜZÜ CÖRDÜ

Fərəh ƏLIYEVA
AZƏRBAYCAN BƏSTƏKARLAR ITTIFAQININ
LƏNKƏRAN TƏŞKILATINDAN YAZIRLAR...

Yaqut HƏSƏNOVA

 


       2002-ci il may ayının 10-da Respublikamızın Prezidenti Heydər Əliyevin doğum günü münasibətilə Lənkəran musiqi texnikumunun zalında 1 saylı Lənkəran uşaq musiqi məktəbi şagirdlərinin konserti olmuşdur. Tamaşaçıların, müəllim və tələbələrin böyük maraq hissi ilə gözlədiyi konserti açan I sinif şagirdi Təhməzli Aydanın (müəllimi Qasımova R.) ifasında dahi bəstəkarımız F.Əmirovun «Məzəli rəqs» və rus xalq mahnısı «Kalinka»nın yaratdığı şux əhval-ruhiyyə bütün tədbir boyu hökm sürdü. Konsertin repertuarında xalq musiqimizlə yanaşı, Azərbaycan bəstəkarlarından F.Əmirovun, Q.Qarayevin, S.Rüstəmovun, T.Quliyevin, A.Məlikovun, xarici ölkə bəstəkarlarından Ş.Qunonun, F.Şopenin, A.Borodinin yaradılıqlarına müraciət olunmuşdur. Əsərlər müxtəlif sinif şagirdlərinin - fortepianoda M.Həsənli (I sinif); S.Hüseynov (III sinif); N.Cavadov və A.Nəhmətov (IV sinif); F.Babayeva, Ş.Həsənova, I.Nəhmətova (V sinif); G.Kazımlı və A.Cəfərova (VI sinif); Ş.Heydərova (VII sinif), tarda - C.Talıbov və R.Hüseynov (IV sinif); K.Bağırov (V sinif); kamançada – A.Axundov (IV sinif); balabanda – V.Salayev (IV sinif); qarmonda – H.Kərimovun (IV sinif) ifasında səsləndi. Be lə ki, müəllimlərdən R.Qasımova, Z.Əliyeva, G.Rzayeva, S.Əliyeva, Z.Salmanova, E.Əliyeva, V.Cabbarova (fortepiano); C.Həsənov, S.Hüseynova, F.Nəcəfov, H.Kərimov (xalq çalğı alətləri) öz şagirdlərinin ifasında çəkdikləri əməyin bəhrəsini bir daha gördülər. Konsertin sonunda xanəndə Nəzərova Ruhiyyənin (müəllim – A.Rüstəmov), Ə.Əsgərov (tar) və T.Şərifovanın (kamança) müşayiəti ilə oxuduğu «Qatar» təsnifi Azərbaycan xalqının ölməzliyini, yaşayıb yaratmaq əzmini bir daha sübut etdi.

       Tədbirin yekununda LMT-nun direktoru F.Kərimov kollektiv adından bütün qonaqlara, C.Cabbarlı adına 1 saylı UMM-nin direktoru N.Quliyevə, məktəbin müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirdikdən sonra sözü Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar, Azərbaycan Bəstəkarlar Ittifaqının Lənkəran təşkilatının sədri Musa Abdulla oğlu Mirzəyevə verdi. M.Mirzəyev konsert haqqında xoş təəssüratını bildirdikdən sonra 29 mart 2002-ci il tarixində Azərbaycan Bəstəkarlar Ittifaqına Lənkəran bölgəsindən ilk üzvlərin - musiqişünaslar Z.T.Əliyevanın (məsul katib), Y.M.Həsənovanın, R.T.Ibrahimovanın yekdilliklə qəbul olunduğunu e’lan edib Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlük vəsiqəsini təntənəli şəkildə sahiblərinə təqdim etdi. Yeni seçilmiş üzvlər öz ürək sözlərini söylədilər.

       Sonra Musiqi Texnikumunun tələbələri N.Ibrahimova (I kurs, müəllim – F.Abışova); A.Kazımova (I kurs, müəllim – M.Qəmbərova); Y.Axundova (IV kurs, müəllim – S.Salamova); müəllimlərdən R. Raşayeva və F.Abışova öz ifaları ilə Azərbaycan Bəstəkarlar Ittifaqının yeni üzvlərini əlamətdar gün münasibəti ilə təbrik etdilər. Təbriklərə qoşulan Lənkəranın fəxri, bəstəkar M.Mirzəyev öz əsərlərindən bir neçəsini ifa etdi. Tamaşaçıların xahişini nəzərə alaraq o, məşhur «Lənkəran əfsanəsi» əsərini dinləyicilərə ərmağan etdi.

       Tədbirdə Lənkəran Icra Aparatının Humanitar şöbəsinin böyük referenti H.Əbilov iştirak edirdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page