ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
IFAÇILIQ...
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
INTERNET SƏHIFƏLƏRINDƏ...
.
YARADICILIQ...
.
MUZEYLƏRDƏ...

IFAÇILIQ...

 


       Qalır…… Qalır bizim gənc musiqiçiləri nəsli. Zənnimcə, konsert günləri və cem-seyşnlərdə yalnız qısamüddətli çıxış imkanı əldə etsələr də, hərə öz ifa tərzini, üslub meyllərini, öz fərdi xüsusiyyətlərini nümayiş etdirdi. Mən, gözəl saunda, frazirovka duyumuna malik Ruslan Ağababayevi, improvizasiya qabiliyyəti və fərdi ifaçılıq cizgiləri çoxdan formalaşmış Şahin Növrəsli və gələcəyin liriklərindən birinə çevriləcək Emil Məmmədovu nəzərdə tutub onlara sönməz yaradıcılıq ruhu və müvəffəqiyyətlər arzulayıram!

       Indi isə bir–sıra ümumi fikirlər doğurmuş bu bayramın əks – sədalarını dinləyək. Fikirmcə, həm biz – ifaçı və musiqişünasların, dinləyicilərin və onların – yəni təşkilatçı və sponsorların zövqünün inkişafında, mənən irəliləməsində bundan xeyirli nə ola bilər?

       Müəyyən səbəblərdən, üstünlüyü mədəni ictimaiyyətimizin əsas hissəsi – musiqiçilərə verib iki sualımla onlara üz tutdum.
       1. Festivalın musiqi hissəsinin verdiyi təəssüratlar.

       2. Digər fikirlər, arzular.

       Rəhilə Həsənova, bəstəkar:

       - Mənə belə gəlir ki, konsertlərin ən maraqlı hissələri öz musiqiçilərimizin ifası idi: onlar məntiqlə, böyük bir zövqlə kompozisiyalar yaratmış, caz musigisinin dili ilə birgə milli musiqimizin lad, harmonik yaxud ritmik elementlərini ahəngləşdirə bilmişlər. Mən ukrayna cazına çox qulaq asmışam və muqayisə üçün deyə bilərəm ki, onlar konsert yaxud CD-dən dinlədikləri musiqinin tə’siri altındadırlar, çox zaman stereotip təkrarlara yol verirlər. Azərbaycan cazı isə yaman sərbəstləşib. Məsələn, festivala dəvət olunanlardan biri, pianoçu Mayk Del Ferronun da yanaşma tərzi – caz musiqisinin opera ariyaları, fraqmentləri ilə sintezləşdirilməsi – də maraqlı idi. Burada rastlaşdığımız maraqlı forma, aranjiman üzrə tapıntılara baxmayaraq, onlar, yəni qərbi musiqiçilərin yaradıcılığı heç bir dərin təəssurat bağışlamadı.

       Master-klassların yalnız birində oldum və məndə belə fikir yarandı ki, onlar yaxşı təşkil olunmayıblar. Bəlkə caz master-klassları, seminarları fərqlənir, belə olmalıdır, bilmirəm, lakin onları keçirən müəllimin səthi münasibətini duydum. Axı master-klass mexanizmi nədir? Bu, professional müəllimin profesional tələbəyə təfsir, material üzərində işləmə metodları barədə maksimal dərəcədə verəcəyi məsləhətlər, informasiyalar deməkdir. Və bu dərsləri aparan müəllim həm iştirakçı, həm də dinləyici üçün onların maraqlı keçməsinə can atmalıdır.

       Bir də: mənə elə gəldi ki, bizim musiqiçilər özləri də beləcə master-klasslar verə bilər. Onlar buna hazırdırlar.

       Rauf Sultanov, bas gitaraçı:

       - Musiqi hissəsi çox yaxşı, normal təşkil olunmuşdu. Yaxşı musiqiçilər çağırılmışdı: M. Del Ferro yaxşı pianoçudur və yaxşı da triosu var idi, onun kontrabasisti Yasuhito Mori Avropanın ən yaxşı basistlər onluğuna daxildir. Mori isə öz növbəsində bizim caz musiqiçilərinin profesionallığını xüsusi qeyd etdi: o, Bakıya gələrkən cazımızın vəziyyətindən xəbəri vardı, lakin gözləri ilə bu cür yüksək səviyyəni gördükdə xoş bir şok hissi keçirdi.

       Mən texniki hissədən yaman narazı qaldım və səbəb də həmin tədbirin professional musiqiçilərlə, bu sənətin biliciləri ilə hesablaşmayaraq keçirilməsi idi. Bu necə festivaldır ki, yerli musiqiçiləri adam yerinə qoymurlar, onların xarici həmkarlar ilə ünsiyyətinə şərait yaratmırlar, açılış keçirib öz musiqiçilərini xəbərdar etmirlər, bütün musiqiçilərə aid olan xidmət məsələlərində isə ayrı-seçkilik salırlar. Öz musiqiçisini saymayıb əcnəbiyə hörmət göstərmək düzgündürmü? Inanın, mən özüm neçə-neçə festivalın iştirakçısı olmuşam, ancaq bu kimi hadisələrə heç yerdə rast gəlməmişəm.

       Cem-seyşnlər də çox savadsız təşkil olunmuşdu: qonaqların Avropa mehmanxanasında qaldığını nəzərə alıb, oraya appratura gətirib cem-seyşnləri orada da keçirmək olardı.

Gələcək bu kimi tədbirlərdə mən, əlbəttə ki, bu cur məqamlarla bir daha toqquşmaq istəməzdim.
Salman Qəmbərov, pianoçu, bəstəkar:
- Musiqi tədbirlərini iki qeyri-bərabər tərkib hissəsinə ayırmaq olar. Musiqiçini yaxşı tanımaq, onunla qeyri-rəsmi şəraitdə bilavasitə yaradıcı ünsiyyətdə olmaq imkanını cem-seyşnlər verir. Konsertə isə zəif musiqiçi də çıxıb üç il ərzində hazırladığı bir neçə kompozisiyanı çala və aplodismentlər qazana bilər – bu asandır.
Bircə bu qərara gəldim ki, dəvət olunanlar içərisində dünya səviyyəli yeganə sənətkar – Tuts Telemansdır. Ümumiyyətlə, bütün dünyada caz-festivallar – əlbəttə ki, Montre ya da Şimali dəniz festivalını istisna etsək – bu prinsip üzrə təşkil olunur: Dünya səviyyəli təkçə bir ulduz dəvət alır və qalan orta səviyyəli musiqiçilər onun ətrafına toplaşdırılır. Bu hamının keçdiyi ümumi təcrübə yoludur, odur ki, şikayət etməyə dəyməz. Hətta, deyərdim, günahdır – əcnəbi musiqiçilər arasında samballıları vardı, onların hamısı ilə cem-seyşnlərdə tanış oldum. Bart Platto yaxşı fleytaçıdır. Yasuhito Mori gözəl kontrabasistdir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page