CAHARGAH ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
Search


CAHARGAH ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
ELMI FIKRIN INKIŞAFI NAMINƏ
Ariz ABDULƏLIYEV
ƏFRASIYAB BƏDƏLBƏYLININ ELMI YARADICILIĞINDA NIZAMININ ŞERIYYƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
AZƏRBAYCAN MUSIQI NƏZƏRIYYƏSI ELMININ TƏDRISINDƏ YENI BIR NAILIYYƏT
Səadət SEYIDOVA
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
XXI ƏSRIN DƏRS VƏSAITI
Kamilə DADAŞZADƏ

 


       Sərbəst ritmika şəraitində tətbiq olunmuş ritmik fiqurlar da vahidlərin (payların) sayı ilə səciyyələndirilir. Üçpaylıdan tutmuş on dördpaylıya qədər fiqurların sıralanması çoxsaylı misallarla əyani şəkildə təqdim olunur və muğamın zaman axarında baş verən proseslərin zənginliyini bir daha göstərir.
       Əsərin son bölməsi (Musiqi forması) hər bir hissənin daxili quruluşunu təyin etmək məqsədi ilə əlaqədar yığcam alınmışdır. Lakin burada meydana gələn ayrı-ayrı formaların heç biri nəzərdən yayınmamışdır. Bu formalar quruluş etibarı ilə milli musiqi təfəkkürünün özünəməxsus nəticəsi kimi qavranılır.
       Məsələn, dəqiq ölçülü nömrələrdə dördhissəli (təsnif 3 və Rəng 8), beş cümləli (Dəraməd), altıhissəli (Rəng 4), yeddihissəli (Təsnif 12) formaların qeyri-adi quruluşu dərhal nəzərə çarpır. Improvizə təbiətli muğam şöbələrinin quruluşu isə daha az dərəcədə reqlamentə salınmış, hərçənd ki, lad qanunauyuğunluqları həmişə ciddi şəkildə gözlənilir. Təkcə Zərbi-Mənsuriyyə məlum forma-sxemlərindən biri kimi izah olunur kodalı rondo. Eyni zamanda onun bir sıra quruluş xüsusiyyətləri, məsələn, refrenin yeri (girişin ikinci hissəsi) orijinal milli üslubdan xəbər verir.
       Bütün yuxarıda deyilənlər oxucuları rəy verilən tədqiqat əsərinin başlıca məzmunu ilə ümumi şəkildə tanış edir. Ümidvaram ki, Cahargah muğam-dəstgahının nəzəri əsasları kitabı musiqi ictimaiyyətinin marağına səbəb olacaqdır.
       Professor Ramiz Zöhrabovun yaradıcılığına başqa ölkələrdə də maraq göstərilir. Bu yaxınlarda musiqişünasın Muğam kitabı Iranda Musiqiye-məqami Azərbaycan (Muğam) adı ilə nəşr olunmuşdur. Kitabı fars dilinə Əlaüddin Hüseyni tərcümə etmişdir.


        1 Ramiz Zöhrabov. Cahargah muğam dəstgahının nəzəri əsasları. Bakı, Şur nəşriyyatı, 2000. 85 s.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page