ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
ƏFRASIYAB BƏDƏLBƏYLININ ELMI YARADICILIĞINDA NIZAMININ ŞERIYYƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
Search

ÁÈÁËÈÎÃÐÀÔÈÉÀ
“CAHARGAH” ALƏMINDƏ GƏZIŞMƏLƏR
Fəttah XALIQZADƏ
ELMI FIKRIN INKIŞAFI NAMINƏ
Ariz ABDULƏLIYEV
ƏFRASIYAB BƏDƏLBƏYLININ ELMI YARADICILIĞINDA NIZAMININ ŞERIYYƏTI
Babək QURBANOV, Əhməd ISAZADƏ
AZƏRBAYCAN MUSIQI NƏZƏRIYYƏSI ELMININ TƏDRISINDƏ YENI BIR NAILIYYƏT
Səadət SEYIDOVA
MUĞAM TƏDRISINƏ DAIR QIYMƏTLI METODIK TÖVSIYYƏ
Ariz ABDULƏLIYEV
XXI ƏSRIN DƏRS VƏSAITI
Kamilə DADAŞZADƏ

 


       Görkəmli bəstəkar qeyd edir ki, Nizami musiqi alətlərinə çox diqqətlə yanaşır, onların hər birindən təsvir etdiyi səhnənin məzmunu, hadisələrin gedişi ilə əlaqədar istifadə edir. Belə ki, dahi şair Xosrov Pərvizlə Bəhram Çubinin döyüş səhnəsini təsvir edən zaman sarı misdən düzəldilən, güclü səsə malik, nəfəs alətləri ailəsinin ən əzəmətlisi hesab olunan Gərənay alətinin adını çəkir:
        «Türk kimi bir döyüş başladı həm də
       Türk gərənayları səslənən dəmdə» (Əlyazma, səh 55)
       Bundan sonra Ə.Bədəlbəyli ərğənun adlı musiqi aləti haqqında mülahizələrini yürüdür. O qeyd edir ki, ərğənun «Körüklər və klavişlər vasitəsi ilə səsləndirilən musiqi aləti idi. Alətin adı bizə onun bir növ Avropa orqanının prototipi olduğunu zənn etməyə imkan verir». (Əlyazma, səh. 57). Ərğənunun konstruksiyası da bunu sübut edir. Çünki ərğənun bir-birinə yanaşı düzülmüş müxtəlif ölçüdə borular və bu borulara görüklər vasitəsilə hava nəql edən xüsusi pnevmatik konstruksiyadan ibarət idi.
       Bu mövzuya yekun vuran müəllif yazır: «Nizaminin əsərlərində simli alətlər də görkəmli yer tutur» (Əlyazma, səh 59). Yuxarıda söhbət nəfəs alətlərindən gedirdi. Burda isə rübab, dütar, setar, rud, saz, ud, qanun, kamança və başqa simli alətlərdən söhbət gedir. Əfrasiyab müəllim qeyd edir ki, bunlardan başqa tembr cəhətdən oxşar, geniş diapazona malik sinc, təbil, dəf, zəng və s. bu kimi zərb alətlərinin də mövcudluğu Nizaminin yaşadığı dövrdə, Azərbaycanda zəngin musiqi alətləri ansambllarının olduğunu aydın şəkildə sübuta yetirir.
       Əlyazmanın sonunda müəllif dahi şairin əsərlərinin motivləri əsasında bəstəkarlarımızın musiqi incəsənətinin müxtəlif janrlarda yaratdıqları əsərlər haqqında söhbət açır. Burada o, Niyazinin «Xosrov və Şirin» (liberetto M.Rəfilinin), B.Asafyevin «Slavyan gözəli» (liberetto H.Ismayılovun) və özünün «Nizami» (liberetto M.S.Ordubadinin) operalarının adını çəkir, o cümlədən S.Hacıbəyovun, F.Əmirovun, C.Cahangirovun, S.Ələsgərovun, A.Rzayevin və başqalarının Nizaminin mətnləri əsasında əsərlər üzərində işləmələri barədə məlumat verir. Bununla yanaşı Əfrasiyab müəllim Üzeyir Hacıbəyovun yaradıcılığı üzərində xüsusi dayanır. O qeyd edir ki «…Nizami mövzuları əsasında yazılmış əsərlər içində ən populyar, ümumxalq məhəbbəti qazanmış – Azərbaycan opera sənətinin banisi Ü.Hacıbəyovun özü tərəfindən «Qəzəl» adlandırdığı –«Sənsiz» və «Sevgili canan» romanslarıdır. Bu qəzəllər şairin sözlərinin musiqi ilə vəhdətinin parlaq nümunəsidir. Bu əsərlərin dahiliyi Nizami dühası ilə mübali ğəsiz müqayisə edilə bilər» (Əlyazma, səh 63).
       Ə.Bədəlbəyli yazır ki, «xaricdə də Nizaminin yaradıcılığı ilə bağlı musiqi əsərləri yazmaq cəhdləri mövcuddur. Lakin bu cəhdlər çox cüzi və cəsarətsizdir. Belə ki, Iranda, 1937-ci ildə, Iran bəstəkarı Ruhulla Xaliqi məktəblilər üçün mahnılar məcmuəsini dərc etdirmiş və buraya Nizaminin sözlərinə bəstələnmiş iki mahnı daxil etmişdir» (Əlyazma, səh. 64).
       Müəllif öz əsərinin əlyazmasını bu fikirlə bitirir: «…Dahi Nizaminin adına layiq, bədii cəhətdən yüksək səviyyəli əsərlər ancaq şairin vətənində, onun dahiyanə yaradıcılığının məzmununu qəlbən hiss və dərindən dərk edən doğma torpağının övladları tərəfindən yaradıla bilər» (Əlyazma, səh. 65).

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page