ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV
Search


YADDAŞLARDA HƏKK OLMUŞ SƏNƏTKAR
Azər RZAYEV
ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV

 


1938-ci ildən o bütünlüklə öz həyatını Üzeyir Hacıbəyovla bağlayır. Moskvada keçən tarixi Azərbaycan mədəniyyəti və incəsənəti ongüluyündə o, həm Azərbaycan musiqi incəsənətinin, həm də dahi Üzeyir bəyin ümumittifaq miqyasda yüksələn şöhrətinin qəti qələbəsinin şahidi olur Bu illər həm bəstəkar həm ictimai xadim, həm də dövlətin yüksək rütbəli məmuru kimi olduqca ağır, çətin vəzifələr daşıyan Ü.Hacibəyovun yaxın dosta, sirdaşa ehtiyacı var idi.
Ramazan Xəlilova ürəkdən inanan Üzeyir bəy ona şəxsi köməkçisi olmaq təklifi ilə müraciət edir. Bu təklifi can-başla qəbul edən R.Xəlilov Üzeyir bəyin seçiminin çox düzgün olmasını tezliklə sübut edir. Dahi bəstəkarın istər şəxsi, istər elmi ictimai həyatında Ramazan bəy ona layiqli arxa, həyan olur. Üzeyir bəyin rektor olduğu dövlət konservatoriyasında R.Xəlilov prorektor, Ü.Hacıbəyovun sədr olduğu Bəstəkarlar Ittifaqında Ramazan bəy musiqi fondu direktoru, Üzeyir bəy SSRI Ali Soveti deputatı olarkən R.Xəlilov rəsmi köməkçi kimi vəzifələr daşıyır. Azərbaycan musiqi incəsənətinin xüsusi yüksəliş dövrü olan 30-50-ci illərdə R.Xəlilov gənc bəstəkar və ifaçıların təhsilində, həyat şəraitlərinin yaxşılaşmasında, onların yüksəlişində Üzeyir bəylə yanaşı müstəsna xidmətlər göstərir, Görkəmli musiqişünasların mühazirələrlə, dirijor və ifaçıların konsertlərlə Bakıya dəvət olunaraq bizim musiqi həyatımızı canla ndırmasında R.Xəlilov həmişə maraqlı olmuşdur. Hətta onun təklifi ilə Üzeyir bəy konservatoriyanı bitirən bəstəkarların diplom işinin sinifonik orkestr ilə ifa olunması ənənəsini yaradır. Moskva, Leninqrad konservatoryalarının bir sıra professorlarını Bakı konservatoriyasına dərs deməyə dəvət edir, onları maraqlandırır.
1991-ci ilin fevralında Moskva ətrafında Ruza bəstəkarların yaradıcılıq evində tanış olduğum Qorki (Nijni Novgorod) konservatoriyasının dosenti Aleksandr Sergeyeviç Benditski söhbətimiz zamanı bildirdi ki, II Dünya müharibəsi illərində o 10 yaşında olarkən bir müddət Bakıda yaşamışdır. Onun anası - professor Marans - Sverdlovsk konservatonyasında fortepiano üzrə əla mütəxəssis olduğu üçün Üzeyir bəy tərəfindən Bakıya, işləməyə dəvət olunur. Aleksandr Sergeyeviç xatırlayırdı ki, o vaxt anamla məni dəmiryol vağzalında Xəlilov familiyalı gözəl, ziyalı bir kişi qarşıladı. O kişinin görkəminə, nəcib davraışına ilk andan məftun olduq... Ramazan Xəlilov professor Maransı Üzeyir bəyin qəbuluna aparınb, ev-eşiklə təmin olunmasına, digər şəraitlərin yaradılmasında yardımçı olub. Mən Benditskiyə deyəndə ki Ramazan bəy hal-hazırda (1991) Üzeyir Hacıbəyovun ev-muzeyinin direktorudur, o heyrətləndi, axı aradan 50 ilə yaxın vaxt keçmişdi. Israrla xahiş etdi ki, Ramazan bəyə onun, ailəsinin salamını və minnətda rlıq hisslərini yetirim. Bakıya dönərkən bu əhvalatı Ramazan bəyə danışdım. Gülümsədi... O da həmən günləri gözəl xatırlayırdı...
Tanrı onu xoşbəxt yaratmısdı. Hətta həyatında kifayət qədər ağıllı-acılı günlər olsa da...
Gözəl simasi, uca və mütənəsib qəd-qaməti, dərin zəkasi, zəngin nitqi, sadəliyi, mehribanlığı onu həmişə sevdirən cəhətlərdən olub. Ən maraqlısı bu idi ki, həmən keyfiyyətləri Ramazan bəy ömrünün sonuna qədər qoruyub saxlaya bilmişdi. Cavanlığında işvəkar qadınların ona marağı haqda əfsanələr bu günə kimi yaşayır. Lakin ona qarşı təkcə qadınlar deyil, kişilər də xüsusi maraq göstərmişlər. 1995-ci ildə Respublika Mədəniyyət Fondunda Bakı ziyalılarının onunla keçən görüşü zamanı yazıçı-yumorist Cahangir Aslanoğlu etiraf etdi ki: Biz cavanlığımızda Ramazan Xəlilova bir ideal kimi baxırdıq. Onun gözəl görkəmi, zövqlü geyimi, kübar davranışı cavanları ona bənzəməyə sövq edərdi. Hətta o vaxtlar yazdığım Gündəlikdədə də bu hisslər öz əksini tapmışdır...
Ramazan Xəlilovun muzeydəki kabineti hər gün qonaqlı-qaralı olurdu: kimi nə haqdasa soruşurdu, kimi köhnə fotolarda əks olunan şəxsləri tanımaq istəyirdi, başqa birisi hansısa bir tarixi dəqiqləşdirirdi... Hamı bilirdi ki, ən doğru, düzgün, səhih məlumatı məhz R.Xəlilovdan almaq olar. Bilik və təcrübəsinə baxmayaraq o ömrünün sonuna kimi mütaliə edir, öyrənir, maraqlanırdı. Onunla həmsöhbət olmaq özü zövq mənbəyi idi. Yoldaşlığına isə söz ola bilməzdi. Iş günü ərzində ancaq bir dəfə çay içərdi. Ancaq hərdən məni yanına çağırıb deyərdi:
- Sərdar, nəsə bu gün könlümə plov düşüb, rəhmətlik anam da mənə deyərdi ki könlünə nə düşsə onu et. Gəl mənimlə birgə gedək....
Sözündən çixmazdım. Yaxşı aşxanaların birinə gedərdik. Hər yerdə onu yaxşi tanıyır, ürəklə qulluq edərdilər. Ancaq stolun pulunu özu verərdi... Cavanlıqdan adəti belə idi.
Üzeyir bəylə Moskvada restorana getmələrini xatırlardı. 40-cı illərin ortalarında Moskvaya növbəti səfəri zamanı mehmanxanaya Üzeyir bəyin yanına orda təhsil alan azərbaycanlı tələbələr gəlir.Üzeyir bəyin işarəsi ilə R.Xəlilov hər tələbənin cibina 500 rubl pul qoyur. Tələbələri yola saldıqdan sonra ikilikdə restorana düşüb nahar etmək istəyirlər. Qara kürü sifariş vermək istəyən Üzeyir bəy onun baha olduğunu görüb, fikrindən daşınır. Bundan heyrətə gələn R.Xəlilov: Üzeyir bəy, bir saat əvvəl 10.000 manat pul bağışladınız, indi özün-üzə 10 manat qıymırsınız - deyə zarafat edir.
Üzeyir bəyin tələbələrini R.Xəlilov xüsusi məhəbbətlə sevərdi. O tələbələrin çoxunun artıq xalq artisti, professor, dövlət mükafatı laureatı kimi fəxri adlar almiş, görkəmli, tanınmış bəstəkarlar olmasına baxmayaraq Ramazan bəy onlara özü tez-tez zəng edər, keflərini soruşar, qayğısına qalardı, Əşrəf Abbasov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Hökömə Nəcəfova və başqaları onun üçün Üzeyir bəyin yadigarı kimi çox əziz insanlar idi.
1998-ci ilin yay ayları idi. Bir gün məni yanına çağırdı ki, gəl, Hacı Xanməmmədovun ad günüdür, bir təbrik-adres yazaq. Sonra telefonla Hacı müəllimə zəng vurub, muzeyə dəvət etdi. Görünür H.Xanməmmədov səhğbətindən şikayət edirmiş ki, R.Xəlilov təəccüblə soruşdu: Ay Hacı, sən nə danışırsan, sən ki cavan oğlansan?.
Məni gülmək tutdu. Axı o günlər Hacı müəllimin 80 yaşi tamam olacaqdı. Sadəcə Ramazan bəy onları 30-cu illərdə olduğu kimi elə o cür, cavan görürdü... Ancaq onlara qarşı daim diqqətli idi. Onların əlamətdar günlərində və ya yeni əsərlərinin ifasında R.Xəlilov mütləq iştirak edərdi, Eləcə də o öz işçilərinə qarşı bir ata kimi qayğıkeş, himayədar idi. Bir bəstəkar kimi mənim də əsərlərimlə maraqlanır, konsertlərimdə iştirak edirdi. Əsərlərimdəki milii ruhu məmnunluqla qeyd edərdi. Sonralar o Üzeyir bəyin bir-neçə yarımçıq qalmış əsərlərini tamamlamaq üçün, eləcə də Milli marşı yenidən redaktə edib, orkestr üçün işləməyi mənə sifariş etdi. Onun təşəbbüsü ilə filarmoniyada Məleykə xanım Hacıbəyovanın 100 illiyi münasibətilə xatirə-konserti keçirildi. Məhz bu konsert üçün mən xüsusi olaraq Oxunmamış layla simfonik poemasını bəstələdim.
R.Xəlilovun Opera teatrı ilə də gözəl münasibəti var idi. Vaxtıylə bu teatrda icraçı - direktor kimi çalışan Ramazan bəy Üzeyir Hacıbəyovun operalarının ifaçıları ilə də həmişə maraqlanardı. Istər tanınmış, istər gənc ifaçıları muzeyə dəvət edər, ya da onların iştirakı ilə keçən tamaşalara gedərdi. Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Sara Qədimova, Gülxar Həsənova, Qəndab Quliyeva, Lütfiyar Imanov və başqaları tez-tez muzeyin qonağı olardılar. Gənc ifaçı Nəzakət Teymurovanın Leyli rolunda debütü olan premyerada R.Xəlilov da iştirak edirdi. Biz ikimiz lojada oturmuşduq. Qonşu lojada isə Türkiyəli qonaqlar əyləşmişdi. Anasının Məcnuna nəsihət etməsi səhnəsində Məcnunun anası rolunda çıxış edən Səfurə Əzimi öz qırmızı paltarı, çiyninə tökülmüş saçları ilə görünür Ramazan bəyin diqqətini cəlb etdi. Xeyli baxıb Sərdar, bu kimdir? - deyə məndən soruşdu. Mən də cavabında - Məcnunun anasıdır - dedim. Bir az susub əlavə etdi: Yaman cavan anası var. Zalda sükut hökm sürdüyü üçün bu sözlər ətra fda aydın eşidildi və qonşu lojadan türklərin biri yanındakından soruşdu: Ne diyor, ne diyor?. Yanındakı izah etdi: Diyor ki, annesi çok gencdir, Görünür həmən türk də məzəli adam imiş, tez əlavə etdi: Böyle anneye kurban olurum ətrafda gülüş qopdu. Ramazan bəy özü də qayğısız gülənlərə qoşuldu.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page