ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV
Search


YADDAŞLARDA HƏKK OLMUŞ SƏNƏTKAR
Azər RZAYEV
ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV

 


Onunla şəxsi tanışlığım 1984-cü ilin yayında oldu. Hərbi xidmətdən qayıtmışdım, iş axtarırdım. Musiqişünas dostum Namiq Abdullayev təklif etdi ki, onun çalışdığı yerə - Üzeyir Hacıbəyovun memorial ev muzeyinə gəlim, bəlkə bir şey alındı...
Doğrusu bu təklifə bir az ürəksiz yanaşdım. Çünki özümü heç cür muzey işçisi kimi təsəvvür etmirdim. Iş barədə başqa təkliflər, variantlar olsa da muzeyə gəldim. Dahi Üzeyir Hacıbəyovun yaşadığı ev, burdakı şərait, ömrünün eksponatlara dönmüş səhifələri məni əfsunladı, bu səliqə-səhmanın, təmizliyin içində bərqərar olmuş sakitlik, əmin-amanlıq sanki böyük ustadın müqəddəs ruhuna keşik çəkirdi. Hiss etdim ki, burdakı saflığa, dəruni qüdsiyyətə içimdə bir ehtiyac var və məhz həmən an burada qalib çalışmağa özlüyümdə qərar verdim...
... Namiq Abdullayevlə - muzeyin direktoru Ramazan Xəlilovun kabinetinə gəldik. Namiq məni təqdim edib: - Ramazan Qamzatoviç, Sizə haqqinda danışdığım gənc bəstəkar budur... - dedi.
R.Xəlilov bizə oturmağı təklif etdi və mənə təhsilim, müəllimlərim, ən başlıcası Üzeyir Hacıbəyova münasibətim barədə suallar verdi. Mən suallara cavab verir və özlüyümdə qarşıda oturmuş bu qəd-qamətli, nurani simalı, əsil aristokrat görkəmi olan bu ağsaçlı kişiyə heyranlıqla baxırdım. Söhbətimizdə ilk dəqiqədən səmimi bir ab-hava yaradan R.Xəlilov zarafatından da qalmadı. ... Indi cavan bəstəkarların çoxu musiqi əvəzinə, daranq-durunq yazır... Sən də eləsən, ya yox?.
Qismət olar eşidərsiniz - dedim.
O gün Ramazan Xəlilov məni Ü.Hacıbəyovun dövlət memorial ev-muzeyində, fonoteka müdiri vəzifəsinə işə qəbul etdi. Fonoteka köhnə kometa maqnitofonundan və Ü.Hacıbəyovun musiqisi yazılmış, 10 il qatı açılmayan lentlərdən ibarət idi. Mən bütün bu lentləri dinləməli və yararsız hala düşənləri səs arxivindən və ya dövlət radiosunun səs fondundan yenidən köçürüb bərpa etməli idim. Mən işə başladım. Bu lentlərin içində dahi bəstəkarın mənə məlum olmayan bəzi əsərlərini, eləcə də müxtəlif musiqiçilərin təkrarsız ifalarını aşkar etdim. Böyük bəstəkarın ecazkar musiqisinə təkrar-təkrar qulaq asır və hər dəfə onda yeni-yeni gözəlliklər kəşf edirdim.
Bir gün otağımın pəncərəsi onündə Ramazan Xəlilovun var-gəl etdiyini gördüm. Bunun səbəbini bilmək üçün otaqdan çıxıb onun yanına gəldim. Məni görüb gülümsədi: - Çoxdan bu musiqiləri səsləndirən yox idi. Neçə gündür mən də burdan qulaq asıram, ləzzət eləyir dedi. Getgedə Ramazan bəylə münasibətimiz daha səmimi, daha isti, daha etibarlı olurdu. Hər gün görüşmək, söhbətləşmək, mədəniyyət tariximizin dəyərli səhifələrini yada salıb çözələmək artıq mənim üçün mənəvi bir ehtiyaca çəvrilmişdi. Ramazan Xəlilov böyük bir məktəb, bilik mənbəyi idi. Çünki şərəfli və mənalı bir ömür yaşayab çox şeyi görmüşdü....
... O (Ramazan Həmzət oğlu Xəlilov) XX əsrin ilk ilində 1901-ci ildə dünyaya göz açmışdı. Uşaqlıq illəri Qroznı, Tiflis şəhərlərində keçmişdi. Məhz Tiflisdə ana babasının evində o ilk dəfə Üzeyir Hacıbəyovu görmüşdü. Dayısı Əli Terequlovun Qori müəllimlər seminariyasından tələbə dostu olan Üzeyir bəy 1910-cu ildə bu ailə ilə qohum olmuşdu. Üzeyir Hacıbəyovun zövcəsi Məleykə xanım isə Ramazan Xəlilovun kiçik xalasi idi. Məhz Üzeyir Hacıbəyov ilə qohumluq, yaxınlıq, zaman keçdikcə mətinləşən dostluq münasibəti onun həyatını mənalaşdıran, gözəlləşdirən amillərdən oldu. Maraqlıdır ki, 1908-ci il yanvarın 25-də Leyli və Məcnun operasının ilk tamaşasına baxanların içərisində yeddi yaşli Ramazan Xəlilov da var idi və həmən günü o, 90 il sonra da çox yaxşı xatırlayırdı.
Ümumiyyətlə, tanrının ona bəxş etdiyi əsil sərvətlərdən biri də onun gözəl yaddaşı, iti hafizəsi idi. 98 il ömür sürmüş bu insan sanki həyatının bütün anlarını yaddaşına köçürmüsdür. 1913-cü ildə Tiflisdə, gimnaziyada oxuduğu zaman, çar II Nikolayı görməsi, 1917-ci ildə Moskvada tələbə ikən fevral inqilabının şahidi olması, 1918-20-ci illər Ləzgi alayında və ADR-in Milli ordusunda xidmət etməsi, general Şıxlinskinin mühafizə dəstəsində olması və bu qəbildən neçə-neçə xatirələr onun yaddaşında tez-tez çözələnirdi.
1923-cü ildən onun jurnalist kimi fəaiyyətə başlaması, Bakıda çıxan Yeni yol, Kommunist, Bakraboçi, eləcə də SSRl-nin bir çox şəhərlərində nəşr olunan qəzetlərdə uğurla çıxış etməsi onsuz da coşğun həyatına yeni dinamika, yeni temp gətirir. Məhz bu illər bir çox yazıçı şair, mühərrirlərlə, o cümlədən C.Cabbarlı, Məmmədəli Sidqi, M.S.Ordubadi, H.Cavid, Əzim Əzimzadə va b., təmasda olur. Bir jurnalist kimi bir-çox tarixi şəxsiyyətlərlə: S.M.KirovIa, Əfqanistan kralı Əmənulla xanla, akademik Pavlovla, Orbeli ilə, şair S.Yeseninlə, D.Bednıy ilə və neçə-neçə dövrünün maraqlı insanları ilə görüşür, məqalələr dərc etdirirdi. Yazılarını bəzən R.Avarski, Roman Çoxski imzaları ilə də mətbuata çixarırdı.
Jurnalist bacarıği, səriştəsi, intelektual səviyyəsi tezliklə ona rəsmi dövlət xəbərlərinin, hesabatlarının işlənməsinin etibar edilməsi ilə nəticələnir. Bunlarla əlaqədar istər-istəməz o dövrün siyasi rəhbərlərindən M.C.Bağırovla, Ruhulla Axundovla va b. görüşməli olur.
O günləri hərdən yada salan Ramazan bəy köks otürüb: Eh, bu dünyada kimləri mən görmədim? deyərdi.Həqiqətən onun bəxtinə XX əsrin nəhəng simalarını yaxından görüb müşahidə etmək kimi bir qismət düşmüşdu. I.V.Stalin, general Ş. de Qoll, xəstə Çiçerin, Z.Molotov və bu kimi onlarla şəxslər onun hafizəsində yaşayırdı. Ancaq həmişə xatirələrini yekunlaşdıran Ramazan Xəlilov: Gördüklərimin arasında Üzeyir bəyə tay ola bilən ikinci adama rast gəlmədim - dəyə kədərlə xəyala dalardı...
Onun Üzeyir bəyə sevgisi bənzərsiz və sonsuz idi. Düşünmək olardı ki, burada axı qəribə nə var? Üzeyir Hacıbəyovu hamımız sevirik. Uşaqlıqdan onun füsünkar musiqisi ilə böyümüşük. Sonralar təhsil alıb, musiqiçi kimi yetişərək bu dahi insanın ölçüyə gəlməz böyük əməllərinin heyranlıqla dərk edib ona səcdə etmişik, Ancaq Ramazan Xəlilov sevgimizə daha yeni keyfiyyətlər aşılaya bildi: mübarizlik, dönməzlik, mətinlik Üzeyir bəy sevgisi onun üçün həyat meyarı idi. Üzeyir bəyi səmimi sevənlər onun dostu, Üzeyir bəyə biganə olan, ona xor baxanlar isə Ramazan bəy üçün ən rəzil insanlar idi.
25 il Azərbaycan musiqi fondunun direktoru vəzifəsində çalışan R.Xəlilov bütün bəstəkarlarla ünsiyyətdə olmuş, özü demişkən onları jarennı, varennı, parennı halda yaxşı tanıyırdı. Üzeyir bəyə münasibətə görə bütün bəstəkralar onunçun iki qütbə bölünmüşdü. Böyük ustada qarşi işlənən hər hansi hörmətsiz sözü, əməli o, heç vaxt cavabsız qoymazdı. Bu cavablar da müxtəlif olurdu. Heç yadımdan çıxmır: ... Bir dəfə filarmoniyada gedən konsert zamanı özünü avanqardist hesab edən bir bəstəkar ona yaxnlaşıb yaltaqcasına salam verdi... Ramazan bəy bu salami cavabsız qoyaraq düz onun gözələrinin icinə baxmağa başladı. Naqolay vəziyyətə düşən bəstəkar pərt halda soruşur - Siz məni tanımadınız? Mən bəstəkar O.F. - yam. R.Xəlilov onu ikrahla süzüb - Mən belə bəstəkar tanımıram - deyərək çevrilib getdi.
Xarakterindəki mübarizlik ömrünün sonuna kimi onunla yaşadı. Hər şeyə maraq göstərir, reaksiya verirdi. Xüsusilə Üzeyir bəylə bağlı heç nə diqqətindən yayılmazdı. Zaman-zaman araya çıxan təhrifləri və ya mətbuatda gedən yalnışları dərhal sezər, tez də cavablandırardı.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page