YADDAŞLARDA HƏKK OLMUŞ SƏNƏTKAR
Azər RZAYEV
Search


YADDAŞLARDA HƏKK OLMUŞ SƏNƏTKAR
Azər RZAYEV
ƏSRIN YAŞIDI, ƏSRI YASADI
Sərdar FƏRƏCOV

 


Azərbaycanın musiqi mədəniyyətində böyük rolu olmuş, görkəmli dirijor, xalq artisti, professor Kamal Canbaxış oğlu Abdullayevin bu il 75 yaşı tamam olacaqdı. O, ömrünün 71-ci ilində dünyasını dəyişmişdi. Onu yaxından tanıyırlar bu xəbəri ürək ağrısı ilə qarşıladılar. Bu xəbərdən sonra mən, bəxtiyar, gənclik illərimi yada salmağa başladım.
Hələ orta ixtisas musiqi məktəbində oxuduğum illər məndən bir neçə sinif yuxarda olan Kamalla dotsluq əlaqələri yaranmışdı. Həmin illərdə mən bildim ki, Kamalı, hələ 7 yaşında olarkən Üzeyir bəyin yanına aparmışdılar. Üzeyir bəy onu skripka müəllimi olan M.V.Reytixin sinifdə skripka ixtisası üzrə dərs keçməyə göndərmişdi. Bir neçə ildən sonra Kamal, violada çalmaq üzrə A.A.Qrossmanın sinfində təhsilini davam etdirdi.
Məhz həmin illərdən başlayaraq mənim Kamalla dotsluq əlaqələrim başladı.
Yeri gəlmişkən qeyd etməliyəm ki, Kamalın atası Canbaxış kişi və anası Südabə xanım yüksək, geniş məlumatlı, dərin bilikli, misiqisevər bir ailədə böyümüş, tərbiyə almışdılar. Misal üçün Südabə xanım, ata evində -Şuşada, sonralar isə Bakıda, atasının yaxın dotsları olan Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Qurban Pirimov və başqalarını dəfələrlə görmüşdü. Odur ki, belə bir ailədə böyümüş övladların, öz uşaqlarının da musiqi almaq istəklərini təsadüfi saymaq olmazdı.
Həm Kamal, həm də onun qardaşları Azər və Rauf, uşaq vaxtlarından musiqi ilə məşğul olmağa başlamışdılar. Bir neçə ildən sonra Kamal dirijorluq sənətinə yiyələnməyə başlayır və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Konservatoriyasını da dirijorluq ixtisası üzrə bitirir.
K.Abdullayev uzun illər Akademik Opera və Balet teatrımızda baş dirijor vəzifəsində çalışaraq, bir çox tamaşaların musiqi rəhbəri və dirijoru olur.
Mənim yadıma gəlir ki, Q.Qarafevin Yeddi gözəl, S.Hacıbəyovun Gülşən baletilərində, C.Cahangirovun Azad operasında onun dirijorluğu xüsusi olaraq qeyd edilmişdı.
Illər ötdükcə K.Abdullayev artıq tanınmış bir dirijor kimi məşhurlaşır və 1960-cı ildə Donetsk Opera və Balet teatrına baş dirijor kimi dəvət olunur. Burada da o, bir çox səhnə əsərlərinə, o cümlədən M.Musorqskinin Boris Qodunov və S.Prokofyevin Monastırda nigah operalarına müvəffəqiyyətlə dirijorluq edir.
1962-ci ildə K.Abdullayev, Moskvaya, Stanislavski və Nemiroviç-Dançenko adına Akademik musiqili teatrına, baş dirijor vəzifələrinə dəvət olunur. Burada da o, bir çox əsərlərə müvəffəqiyyətlə dirijorluq edir. Onun təfsir etdiyi S.Prokofyevin Monastırda nigah operasının lent yazısı ilə o, Beynəlxalq və qızıl medala layiq görülür.
K.Abdullayev uzun illər qürbətdə yaşamasına baxm9999ayaraq, həmişə doğma xalqına, azərbaycan musiqisinə möhkəm bağlı olmuş, daimi musiqiçilərimizlə yaradıcılıq əlaqəsi saxlanmışdır. O, hansı ölkədə, hansı şəhərdə qastrol səfərində olurdusa, mütləq azərbaycan bəstəkarlarının əsərlərini öz repertuarına salar və bu əsərləri böyük ustalıqla dinləyicilərlə çatdırmağa çalışırdı.
Onun konsert fəaliyyəti də çox geniş və səmərəli olmuşdu. Xarici ölkələrdə Polşa, Türkiyə, Macarıtsan, Almaniya, Yaponiya, Çexiya və keçmiş SSRI-nin çox şəhərlərində onun dirijorluğu yüksək qiymətləndirilmişdi.
Yadıma gəlir, 50-ci illərin axırlarında məndə Kamalla birlikdə qastrol səfərində olmuşam. Kamal özünün konsert proqramına mənim skripka və simfonik orkestr üçün bəstələdiyim 2 saylı konsertimi də salmışdı. Konsertlər Donetsk və Dnepropetrovsk şəhərlərinin simfonik orkestrlərinin müşayəti ilə həmin şəhərlərdə, yüksək səviyyədə keçirilmiş və mətbuatda da qeyd olunmuşdu. Mən böyük fərəh hissilə deyirəm ki, həmin konsertdə dirijorluğu K.Abdullayev etmiş, solist isə mən özüm olmuşdum.
K.Abdullayevin yüksək professionallığını mən daha bir əsərdə də hiss etdim.
1960-cı ildə mən, simfonik orkestr üçün bir uvertüra bəstələmişdim. Həmin əsər çox mürəkkəb ritmik cəhətlərlə fərqlənirdi. Bir neçə dəfə müxtəlif dirijorlar bu əsəri səsləndirməyə çalışmış, lakin lazımi səviyyədə səsləndirmək mümkün olmadığından müəllifin etirazı səbəbindən proqramdan çıxarılmışdı.
Nəhayət bu əsərimi mən, məhz Kamal Abdullayevin yüksək bacarığı sayəsində, simfonik orkestrin ifasında dinləyə bildim. O zaman, məni belə bir fikir qavramışdı.
Bu əsərlə mən demək istəmişdim ki, bu səpgidə də əsər yazmaq olar.
Hər bir şəxsin həyatında müəyyən bir məqsəd olmalıdır. Həyatın ritmini düzgün tutmağı bacarmaq üçün inadla çalışmaq lazımdır.
Belə bir yorulmamazlıq, bacarıq və istedadı mən məhz Kamal Abdullayevin dirijorluğunda gördüm.
Mənə aydın oldu ki, K.Abdullayev bir dirijor kimi nail olduğundan heç bir zaman kifayətlənməmişdi, həmişə irəliyə doğru addımlamağa çalışmışdı.
Bir daha çox böyük təəssüf hissi ilə deyirəm ki, Azərbaycan musiqisində böyük rolu olmuş, görkəmli dirijor, xalq artisti, professor Kamal Canbaxış oğlu Abdullayevin bu il 75-yaşı tamam olacaqdı. Onun, dünyasını dəyişmək xəbərini eşidənlər, o cümlədən mən, böyük ürək ağrısı keçirdik.
Kamal Abdullayev, yaddaşlarda həkk olmuş bir sənətkar, istəkli bir dost kimi ürəklərdə daim yaşayacaqdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page