ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN
VƏ BU GÜN

Fəttah XALIQZADƏ
Search

ÅÒÍÎÌÓÑÈÃÈØÖÍÀÑËÛÃ
ILISUNUN MUSIQI ETNOQRAFIYASI DÜNƏN
VƏ BU GÜN

Fəttah XALIQZADƏ
ĞÖYÇƏ AŞIQ MƏKTƏBI (ARDI)
Azad Ozan KƏRIMLI

 


       Ən’ənəvi toy mərasimində musiqi
       Ilisuda qız ilə oğlan bir-birini sevəndə əvvəlcə adət üzrə elçi gedirlər. Razılıq əldə edilərsə, toy günü tə’yin olunur. Oğlanın yaxın adamları mətləbi mahnı ilə açırlar.
       Misal ¹1.        Xına gecəsi. Toydan bir gün əvvəl gəlinin qohumları, rəfiqələri, qonum-qonşu, cavan qızlar axşamdan qız evinə yığılır. Gecədən nə qədər keçsə də yatmağa, yuxulamağa imkan verilmir. Xına gecəsinə toplaşanlar sabahı oradaca açmalıdırlar. Yatan adamın paltarı döşəyə tikilir – o sabah duranda döşək arxasınca gəlir və camaatın qəhqəhəli gülüşünə səbəb olur.
       Xına gecəsində yerli nəğmələrdən oxuyurlar, çalırlar, oynayırlar. Burada oğlan üçün xına aşı bişirilir, boğça yığılır və onun payını nağara-zurna çala-çala gedib bəy evinə verirlər.
       Ümumiyyətlə, keçmişdə toylar nağara-zurna ilə keçirilərdi. Bu dəstə 4 nəfərdən ibarət idi: zurnaçalan, mil tutan (dəmkeş), yekə nağara və kiçi nağara (qazax dilində kişi kimi tələffüz edilir).
       Çalğıçılar kəndin aşağı başındakı Səngər məhəlləyə çatanda çalmağa başlayardılar. Onda bütün el-oba bilirdi ki, toya nağara-zurna dəstəsi çağırılıb. Onlar «danqıdı, danqıdı, danqıdı» çala-çala qız evinin darvazasının qabağında dayanıb bir hava çalır. O zaman qapıdan içəri girəndə çalınan musiqi ayrı idi, buna müqəddimə deyilirdi.
       Bəyin qohumları – anası, xalası, dayısı, əmisi və başqaları xonça ilə gəlirdilər. Qız-gəlinlərin əlində ya kələğayı, ya da iki metr ipək parça olurdu. Onlar çalançıların boynuna toxuma parçaları qoyur, sonra da durur «Tərəkəmə»ni oynayır, nə oynayır! Bəyin kişi qohumları isə çalğıçılara şabaş verərdilər.
       vvəllər gəlini atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi. «Vağzalı» havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi.
       Toyda, qəşəng bəzənmiş yaxşı bir atı olan qazax da iştirak edirdi. Qoçaqlığı ilə seçilən bu qazax atını gəlindən qabaq çapır. Bəy evinin darvazasını açaraq şad xəbər gətirir: «Gəlin gəlir, verin muştuluğumu!» O, oğlan adamlarından bir qırmızı kəlağayı alıb, öz atının boynuna bağlayır.
       Gəlini gətirəndə ayağının altında qoç kəsirlər. Gəlin ayağını qana basır, qandan adlayır, sonra ayağı ilə bir boşqabı sındırır və yerə qoyulmuş bir iti baltanı da adlayıb keçir. 40 nəfər atlının bir havası var. Onlar atdan düşüb elə oynayırlar, elə oynayırlar...
       Gəlinin başı üzərindən üç dəfə güllə atılır. Sonra başına noğul, konfet, kişmiş, xurma, qəpik-quruş və s. atılır. Onun əlindən tutub evə çıxardırlar. Lakin oturmağa icazə yoxdur. Gəlin və ya yengə otursalar, cərimə olunurlar. Gəlini oturtmağa dastar salmaq deyilir.
       Qaxın toylarında adamları oynatmaq üçün bir nəfər ayaqçı tə’yin olunurdu. Toyun əsas şənliyi də ayaqçıdadır. Əlində bir çubuq gəzdirən ayaqçı adamları oynatmağa də’vət edir, istədikləri havanı çaldırır, özü də başqaları ilə oynamağa başlayır. Ayaq üstündə gəzməkdən ayaqçının üzündən tər su kimi süzülür – həm zurnaçılara pul yığır, həm də toy şən keçir.
       Bəyi gətirəndə keçmişdən qalma «Gəldi ha, gəldi» havasını oxuyurlar.
       Misal ¹2.

       Misal ¹2a.

        Anası, xalası, bacısı və b. gəlib bəyin boynuna kələğayı və ipək parça yığırlar. Mərasimin bu anını əks etdirən həmin sözlər eyni bir ritmik motiv əsasında təkrar-təkrar oxunur. Keçmişdə (və bəlkə də haradasa indinin özündə də) həmin sözlərin və mərasimin məzmununa uyğun gələn şerin da oxunması ehtimal oluna bilər. Buna görə də gələcək sahə araşdırmalarında mahnının müxtəlif variantlarının sorağı ilə maraqlı nəticələr əldə etmək olar. Hələlik isə qısa bir melodik parçaya rast gəlmişik. Zurna və tütək ifaçıları bu havanı, daha doğrusu, onun ritmik motivini əxz edir, tipik inkişaf üsulları (təkrar, variant, sekvensiya və s.) ilə həcmini genişləndirir və ona müəyyən bir biçim verirlər. Məsələn, Ağçay kəndinin sakini Eldar Yusifov eyni havanın maraqlı bir variantını tütəkdə təqdim etmiş, misal ¹ 2a. Ilisulu Ibrahimxəlil Rüstəmov isə özünün instrumental ifasında (tütək) aramlı tempdə gedən birinci hissədən sonra melodiyanın tempini və xarakterini dəyişmişdir. Yerli əhalinin dilində buna yeyrək hava (yə’n i yeyin hava) deyilir.
       Belə bir temp dəyişməsi mərasimin gedişatı ilə müəyyən olunur. Informantların (E.Yusifov, I.Rüstəmov) dediyinə görə, gəlini bəyin evinə gətirib oturtduqdan sonra oynaq və şən bir hava ilə rəqs edirlər. Bunun üçün məşhur oyun havalarından «Tərəkəmə» istifadə oluna bilər.
       Təsvir edilən mərasim musiqisinin hər üç variantını (bir vokal, iki instrumental) müqayisəli təhlilinə gələcək işlərdə diqqət ayrılacaq. Belə bir müqayisə folklor təfəkkürünün açıqlanması üçün, şübhəsiz, mühüm əhəmiyyət daşımalıdır.
       Toy gecəsindən sonra sabahın açılmasına bir saat qalmış adət üzrə yenə də üç dəfə güllə atılır, nağara-zurna çalmağa başlayır. Həyətə işıq düşsün deyə 20-30 fənəri ipə çəkirlər.
       Bəy ilə gəlini bir hava ilə oyadırlar. Bəyin bacısı içində bal, halva, kişmiş olan bir xonça ilə oxuya-oxuya qapıya yaxınlaşır.
       Misal ¹3.

       Bəy evdən çıxandan sonra bütün qadınlar gəlinin yanına gedir, yaxşı süfrə açılır, yemək-içmək olur. Gəlini görməyə gələnlərə şirni, bal, bir stəkan çay verirlər.
       Kişilər, cavan oğlanlar bəyi təbrik edirlər. Bəyi görməyə gec gələnlər isə cəzalandırılır və təpəsi aşağı kəndirdən asılır.
       – Sen meni gej görməyə gelmisin. Cərimə olunursan.        Balaca uşaq olanda cəriməni atasından istəyirlər. Yığılan pula bir qoç alınır, yeməklər bişirilir.
       Ertəsi günü toy mərasiminin sona çatdırılmasına «Qazax dağıtdı» deyilir.
       Ilisu mərasim folklorunun orijinal nümunəsi «Tonqay/Tunqay Məlik» – adlanan yarış ruhlu mahnı-oyun bir zamanlar yerli toyların ən sevincək səhnələrindən birini təşkil edərdi. Indi əsasən hafizələrdə yaşayan bu mahnını toy şənliyində müşahidə etmək bizə nəsib olmadı. Lakin Səngər məhəllədəki toyda gənc qızların hərarətli rəqslərini gördükdən sonra «Tunqay Məlik» oyununun göstərdiyi tə’siri təsəvvür etmək çox da çətin deyildir.
       Bildiyimiz kimi, Alp-ər Tonqay türk qəhrəmanlıq dastanlarının baş qəhrəmanı olan Əfrasiyabın əsl adı olmuşdur. Xalqın şüuruna toyun hamısı kimi daxil olmuş Tonqay Məlik obrazının türk mifologiyası ilə bağlılığı musiqişünas A.Abduləliyev tərəfindən öyrənilmiş (5), tarixçi-etnoqraflar T.Rəsulzadə və C.Qurbanov isə oyunu tam bərpa etməklə musiqi folklorçularına yardımçı olmuşdur (9).
       Üç mərhələdən ibarət olan bu oyun əsasən qızlar tərəfindən icra olunur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page