80
KEÇMIŞIN SƏHIFƏLƏRI
Solmaz QASIMOVA, Zemfira ABDULLAYEVA
Search

80
KEÇMIŞIN SƏHIFƏLƏRI
Solmaz QASIMOVA, Zemfira ABDULLAYEVA
FIKRƏT ƏMIROVUN MUSIQIMIZ HAQQINDA DÜŞÜNCƏLƏRI
Cəmilə Həsənova-ISMAYILOVA

 


        Gecənin yeniliyi F.Əmirovun simli orkest üçün bəstələdiyi simfoniya idi. Biz özümüzə yeni bir kompozitor açdıq.
        Taymsın səhifələrində yazılmışdi: Q.Rojdestvenski gecəni yeniliklə, konsertdə tamaşaçı kimi iştirak edən F.Əmirovun simli orkestr üçün yazdığı simfoniya ilə açdı. Böyük Azərbaycan şairi N.Gəncəviyə həsr olunan bu simfoniyaya qulaq asan londonlular, Şərqin röyaları ilə yaşadı.
       Konsertdən sonra Ingiltərə bəstəkarlar birliyinin sədri, Əmirovu və ifaçıları qonaq dəvət etdi. Həmin məclisdə Ross Pratt F.Əmirovun fortepiano üçün bəstələdiyi 12 miniatürü ifa etdikdən sonra, həmin ifanın lent yazısını müəllifə hədiyyə etdi. Hələ Londona yola düşməzdən əvvəl, bu təşkilatın üzvləri, Əmirovdan tarını da gətirməyi xahiş etmişdilər. Azərbaycan bəstəkarı haqqında geniş məlumat toplayan bəstəkarlar birliyi bu ecazkar simli musiqi aləti ilə də tanış olmaq istəyirdi. Beləliklə, Kembric universitetinin divarları arasında, xalqımız tərəfindən sevilən tarın səsi canlanaraq, özünə xeyli dost qazandı.
       Ingiltərə musiqiçilərinin xahişi ilə radioda səslənən konsertlərin birində, sonra isə Bi-Bi-Si televiziya kanalında Əmirov tar ilə bir neçə mahnı ifa etdi ki, bunlar da lent yazısına alındı.
       Onu da qeyd etmək lazımdır ki, Londonda bu simfoniya, D.Şostakoviçin 8-ci simfoniyası, S.Prokofyevin 3-cü konserti ilə (bakılı musiqisevərlərə yaxşı tanış olan turk pianoçusu Idil Biretin ifasında) bərabər səslənmişdi və Əmirovun bu əsəri, bu nəhəng bəstəkarların əsərlərindən heç də az rəğbətlə qarşılanmamışdı.
       Nizami simfoniyası 4 hissədən ibarətdir. Həm 4 hissəli silsilə, həm də ayrı-ayrı dinamik hissələrin forma inkişafı əsərin klassik simfoniya olmasını göstərir. Simfoniyanın hissələri dinləyicinin bədii düşüncələrini Nizami şerinin epiqraflarına sarı çəkib-aparır.
       Alleqretto-f-moll əsərin giriş hissəsi olmaqla, dolğun, emosional şəkildə səslənir. Dolğun emosional başlanğıc, epiqraf-tezisli məzmunla vəhdət təşkil etməklə, sanki şairin düşüncəli obrazını yaradır.
        Şuştər və Şahnaz intonasiyalarıyla bəzədilən bu məzmun, daha sonra dəfələrlə təkrar olunur ki, bu da Nizami leytmotivini açıq-aşkar biruzə verir. Təkrarlar şair böyüklüyü faktorunu təsdiq etməklə, onun ideyasını, fəlsəfəsini əbədiləşdirir.
       Sonata alleqrosunun əsas partiyası, enerji dolu, ekspansiv şəkildə səslənir. O da dəfələrlə təkrar olunur, lakin hər dəfə bəstəkar dinamikanı sürətləndirərək, ifa tərzini dəyişir, bununla da sanki əsas partiyanın libasını təzələyir. Dinamik kulminasiyaya gətirib çıxaran, daim artan ekspessiya enişlə əvəz olunaraq, köməkçi partiyaların yaranmasına yardım edir (canlı ekspessivliyi parlaq, köməkçi himn əvəz edir). Əsas partiyanın lirik variantını birləşdirici partiyalar təşkil edir.
       Həcminə görə işlənmə çox da böyük deyil və o, köməkçi partiya (əsas partiyada) üzərində qurulmuşdur. Məzmunda baş verən müxtəlifşəkilli polifonik dəyişikliklər, daim təkrar olunan qılçıqlı dinamik təsirlər, termik fasilələr musiqiyə gərginlik gətirir. Qısaldılmış repriz (köməkçi partiyasız) Nizaminin leytmotivi səslənən kodaya gətirib çıxarır.

       ƏDƏBIYYƏT
        1 Sovetskoye iskusstvo qəzeti, 10.VI.1948-ci il.
        2 Bakinskiy raboçiy qəzeti, 10, 8.V.1965.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page