ÔÈÊÐßÒ ßÌÈÐÎÂÓÍ 80 ÈËËÈÉÈ ÃÀÐØÛÑÛÍÄÀ
KEÇMIŞIN SƏHIFƏLƏRI
Solmaz QASIMOVA, Zemfira ABDULLAYEVA
Search

ÔÈÊÐßÒ ßÌÈÐÎÂÓÍ 80 ÈËËÈÉÈ ÃÀÐØÛÑÛÍÄÀ
KEÇMIŞIN SƏHIFƏLƏRI
Solmaz QASIMOVA, Zemfira ABDULLAYEVA
FIKRƏT ƏMIROVUN MUSIQIMIZ HAQQINDA DÜŞÜNCƏLƏRI
Cəmilə Həsənova-ISMAYILOVA

 


       Azərbaycanın ən qədim, ən səfalı güşələrindən biri Gəncə! Bəşəriyyətə Nizami kimi nəhəngi bəxş edən Gəncə!
       Tarixlərə adları əbədi həkk olunan bir sıra sənətkarlar bu şəhərdə yaşayıb-yaratmışlar. Şərqin ulduzu –Məhsəti xanım məşhur rubailərini Gəncədə yazmışdır. Burada qoca çinar ağaclarının kölgəsində, «Cümə məscidi»nin dar hücrəsində bir zamanlar şair Mirzə Şəfi Vazeh gələcəyin böyük dramaturqu, dahi M.F.Axundova dərs keçmişdir.
       XII əsrdən Gəncə şəhəri poeziya və sənət mərkəzi kimi tanınırdı.
       1804-cü ildə rus imperatoru I Aleksandrın arvadı Yelizavetanın adına «Yelizavetpol», 1935-ci ildə bolşeviklərin «Kirovabad»a çevrildikləri Gəncə, yalnız 1991-ci ildə öz qədim adına qovuşdu.
       Musiqi sənətimizin də inkişafında Gəncənin payına az tarix xidmətlər düşməyib. Böyük korifeylərlə siyin-çiyinə çalışan, mənşəcən Şuşalı olan, tarzən-xanəndə Məşədi Cəmil Əmirov, məhz Gəncəni 1907-ci ildə özünə ikinci vətən seçmiş və məhz burada kamil bir sənətkar kimi yetkinləşəcək, ayrı-ayrı vaxtlarda böyük ustad Bülbüllə, Gəncə çöllərində «qızaran lalələri» xoş avazıyla «qonaq çağıran» ölməz sənətkar Rəşid Behbudovun atası Məcid Behbudovla dostluq və əməkdaşlıq etmişdir.
       Uşaqlıq dövrü ağır keçmişdi Məşədi Cəmilin. 1875-ci ildə dünyaya göz açmış Cəmil, artıq 12 yaşında ikən atasını itirmişdi. Anasının zəif çiyinlərinə düşən ağır yükün yarısını balaca Cəmil öz üzərinə götürür. Gecə-gündüz əlləşib çalışır, varlı ailələrdə nökərçilik, baqqal dükanlarında satıcılıq etməklə özündən kiçik olan altı qardaş və bacılarına himayədarlıq edir. Nəhayət o, özünə daimi iş yeri tapır; dərzilik peşəsinə yiyələnmək üçün şagirdliyə gedir.
       Təbii ki, belə şəraitdə heç bir musiqi savadı almaq barədə söhbət ola da bilməzdi. Lakin Tanrı tərəfindən bəxş olunan fitri istedad öz işini görür. Cəmil daim özü-özünə zümzümə etməklə, müğənniləri daim dinləməklə ətrafındakılardan musiqiyə olan hədsiz məhəbbətini gizlədə bilmir.
       Bir varlı evində baş verən məzəli əhvalatı yada salmağımız yəqin ki, yerinə düşər. Qonşu otaqda ucadan zəngulə vuran müğənninin valehedici səsi, bu zaman çay süzən Cəmili o qədər heyran edir ki, mahnının sonuna yaxın samovardakı suyun axıb getməsini belə hiss etmir.
       Təbiətcə ciddi olan Cəmil Əmirov, gördüyü hər bir işə də belə münasibət bəsləyirdi. Məhz bunun müqabilində o, dərzilik peşəsinə tam yiyələnir və tezliklə özünün tikiş emalatxanasını açır. Lakin onun ürəyi paltar tikən dəsgahın yanında yox, səhnədə idi.
       Musiqiyə olan hədsiz məhəbbət, bu sehirli aləmə olan sevgi, nəhayət öz bəhrəsini verir. Nağıllarda olduğu kimi, günlərin bir günü, Cəmilə sifariş üçün müraciət edən tarzənə cavan dərzi cəsarət edib deyir:
       - Zəhmət haqqı əvəzinə mənə tar çalmağın sirrini öyrətsəz, sizə yerlə göy qədər minnətdar olaram.
       Tarzən razılaşır, Cəmil ucu-bucağı görünməyən incəsənət dəryasına atılır. Tezliklə, fitri istedada malik olan Cəmil Əmirovu orta səviyyəli müəllim qane etmir və o, məşhur Nəvvaba müraciət edir, ondan muğamın sirlərini öyrənməyə başlayır. Artıq yetgin yaşlarında o, bir çox müğənnilərlə konsertlər verir, tarzən-müşayitçi kimi musiqi aləmində tanınır.
       Şuşada Qaragöz Zülfüqarı tarda müşayiət edən Cəmil Əmirov, nəhayət dərzilik peşəsilə xudafizləşərək Cəncəyə köçür və burada məşhur Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Bülbülü, Seyid Şuşinskini müşayiət etməklə məşhurlaşır.
       Geniş dinləyici kütləsinin məhəbbətini qazanan Cəmil Əmirov, artıq 1910-cu ildə Riqaya «Qramofon» firmasında ifasını yazdırmaq üçün yola düşür. Hədsiz dərəcədə tara vurğunluq kamança və qarmonun da sirlərinə yiyələnməyə mane olmur.
       1911-ci ildən etibarən Cəmil Əmirov iki il dalbadal Istambula konsert proqramlarılə səfər edir. 1912-ci ildə nəşr olunan «Şəhbal» jurnalının səhifələrində böyük sənətkarın «Heyratı» muğamının ifası zamanı çəkilən şəklini görmək olar.
       Daim axtarışda olan Cəmil Əmirov 1913–cü ildə Iranın Məşhəd şəhərinə ziyarətə gedir və oradan ud və kanonu Gəncəyə gətirir, onlarda da ifa etməyə başlayır. Məhz bu ziyarətdən sonra Cəmil Əmirov musiqi aləmində Məşədi Cəmil Əmirov kimi tanınır.
       Ustad ifaçı olmaqla bərabər, Məşədi Cəmil Əmirov, həm də bacarıqlı pedaqoq kimi də tanınmışdır. Musa Şuşinskinin xatirələrini oxuyarkən biz bir daha bunun şahidi oluruq.
       Gözəl ifaçı–tarzən Məşəd Cəmil, öz yaradıcılığında vokal sənətinə də geniş yer verirdi. Hələ Şuşada oxumağa meyl göstərən sənətkar, artıq Gəncədə səhnəyə çıxıb Rzabəy, Zeyd, Kərəm, hətta Məcnun kimi mürəkkəb obrazları yaradır.
       Dahi Üzeyir bəy Hacıbəyovdan sona 1908–ci ildən etibarən bir sıra bəstəkarlar opera və operetta kimi janrlara müraciət edirlər. Bu hədsiz dərəcədə mürəkkəb iş Məşədi Cəmil Əmirovu əsla qorxutmur və 1915–ci ildə o, özünün «Seyfəl mülk» operasını Gəncədə səhnəyə qoyur. Bir il sonra həmən əsər müvəffəqiyyətlə Tiflisin Z.Paliaşvili adına milli opera teatrında canlanır.
       Əsərin müvəffəqiyyətinə səbəb operanın quruluşçu rejissoru Sidqi Ruhullanın özü olması idi. Operaya Məcid Behbudov, Bülbül kimi sənətkarlar da cəlb olunmuşdular ki bu da müəllifin yüksək sənətə yiyələnməsini bir daha bəyan edirdi. Diqqəti o amil də cəlb edir ki, o vaxtkı afişalara nəzər saldıqda, görə bilərik ki, operaya dirijorluğu da öz üzərinə müəllif – M.C.Əmirov götürmüşdü. Həmən ildə M.C.Əmirovun operası təkcə Tiflisdə yox, Zaqafqaziyanın bir çox iri şəhərlərində də qastrol səfərlərinə yollanmışdı ki, bunlar haqqında geniş məlumatı 1957–ci ildə çıxan (¹304) «Kommunist» və 16 mart 1988–ci il (¹61) tarixli «Bakinskiy raboçiy» qəzetlərindən almaq olar.
       M.C.Əmirovun opera sənətindəki nailiyyəti «Seyfəl mülk»lə bitməmişdir. Onun «Namuslu qız» operası 1924–cü ildə Gəncədə, Şuşada, daha sonra isə Tiflisdə müvəffəqiyyətlə səhnələşdirilmişdir.
       1920–ci il Məşədi Cəmilin həyatında dərin iz qoyur. O, ailə həyatı qurur. 30 il yaş fərqinin olmasına baxmayaraq, Dürdanə xanım ilə bağladığı nigah nümənəyə layiq idi. Həm zahiri, həm də xasiyyətcə gözəl olan Dürdanə xanım Məşədi Cəmilə vəfalı ömür yoldaşı, möhkəm dayaq olur.
       Zərdabi (indiki M.F.Axundov) küçəsində yerləşən və onsuz da gəllimli–gedimli olan Məşədi Cəmilin evi daha da izdihamlandı; Əmirovlargildə daim çalıb-oxumaq sədaları gəlir, incəsənətdən diskusiyalar keçirirdilər. Bu evin musiqi ocağına çevrilməsində Dürdanə xanımın əlbəttə ki, hədsiz rolu var idi.
       1922–ci ilin 22 noyabrında Əmirovlar ailəsinin həyatında daha bir əlamətdar hadisə baş verir. Bu ocaqda Azərbaycanı bəşər dünyasına tanıtdıran dahi şəxsiyyətlərdən biri olan Fikrət həyata göz açır – dünya musiqi tarixində yeni bir səhifə açmış Fikrət Əmirov.
       Balaca Fikrətin uşaqlıq dövrü çox acı keçir. 1928–ci ildə onun atası sətəlcəmdən vəfat edir və 6 yaşlı Fikrət, daha üç uşaq Dürdanə xanımın himayəsində qalır.

       Yolun başlanğıcı
       1939–cu ildə ümumtəhsillə birgə orta musiqi məktəbini əla qiymətlərlə başa vuran F.Əmirov, savadını artırmaq üçün Bakıya gəlir. Gənc gələcək sənətini seçməkdə çətinlik çəkir. Lakin anası Dürdanə xanımın təkidi ilə, o atasının köhnə dostu Bülbüllə görüşür. Bu görüş, gələcək bəstəkarın həyatında dönüş yaradır, belə ki, məşhur müğənni onu birbaş dahi Ü.Hacıbəyovun yanına aparır. Moestro Əmirovun fitri istedadının olmasını duyaraq, ona mütləq musiqi təhsilini davam etdirməsini tövsiyə edir. Elə həmin ili F.Əmirov konservatoriyaya daxil olur və məhz Ü.Hacıbəyovun sinfində özünə layiq olan yerini tutur.
       Təhsil dövründə maddi çətinlikləri olmasına baxmayaraq, gənc tələbə öz üzərində daim ciddi olaraq çalışır; qədim xalq mahnılarını toplamaq onu cəlb edir. Arzu və istəyi xalq musiqisinə yeni rəngarənglik vermək, onları müasir üslubda canlandırmaq, bir sözlə onlara yeni həyat vermək idi.
       Iyirmi il sonra “Azərbaycan xalq mahnıları”nın iki cildliyi işıq üzü görür və oraya F.Əmirovun topladığı mahnılar da daxil edilir. Bəli, xalqımızın yaddan çıxmış sərvətləri bu bəstəkarın inadlı zəhməti sayəsində yenidən səhnədə canlanmağa başladı. Məşhur müğənnimiz R.Behbudovun ifa etdiyi “Evləri var xana–xana”, “Küçələrə su səpmişəm” və bir sıra başqa nəğmələr üzərində məhz F.Əmirov işləmiş, onları fortepiano üçün işləmişdir.
       Bakının keçmiş Dmitrov (indiki Ş.Bədəlbəyli) küçəsində kirayə ev tutan, yarıac–yarıtox qalan F.Əmirov, üz–üzə gəldiyi məişət çətinliklərini sanki görmür, duymurdu. O, bütün varlığı ilə sehirli musiqi aləminə baş vurmuşdu. Fikri yalnız Ü.Hacıbəyovun öyrətdiklərini qavramaq, məşhur bəstəkarların əsərlərini dinləmək və bəstələmək idi.
       Onu da qeyd etmək lazımdır ik, 30-40–cı illərdə Bakı dünyanın qabaqcıl musiqi şəhərlərindən biri idi. Azərbaycan Dövlət Filarmoniyasında daim simfonik konsertlər keçirilirdi və konsertlərdə adlı–sanlı musiqiçilər iştirak edirdi. Gənc Fikrət Bethovenin, Haydnın, Motsartın, Çaykovskinin, Şubertin, Qlinkanın, Şostakoviçin, Prokofyevin, Bramsın, Musorqskinin gözəl, təkrarolunmaz əsərlərini daim dinləyirdi.
       F.Əmirovun həyatında baş verən daha bir maraqlı epizod. Bir konsert belə buraxmayan, daim ön sıraların birində əyləşib musiqiyə aludəliklə qulaq asan Fikrətə günlərin bir günü məşhur dirijor Nikolay Anosovun özü müraciət edir: “Cavan oğlan, mən sizin bütün konsertlərimdə görürəm. Əgər istəyirsinizsə, sizi məşqlərə də gəlməyiniz barədə sərəncam verim”.
       Bu göydəndüşmə xoşbəxtliyi, gələcəyin dahi bəstəkarı heç cür gözləmirdi. Ona görə fürsəti verməyib tələsik razılaşır və məhz həmən gündən sonra Fikrətin nəhəng sənətkarla, sonrakı illər isə onun oğlu Qennadiy Rojdestvenski ilə dostluq əlaqələri yaranır.
       Sözsüz ki, F.Əmirovun bir sənətkar kimi yetişməsində dahi Üzeyir bəyin hədsiz rolu olub. Lakin bununla bərabər onu da etiraf etmək lazımdır ki, Leninqraddan dərs demək üçün 30–cu illərdə Bakıya gələn Boris Isakoviç Zeydmanın da az əməyi olmamışdır. Gözəl sənəkar və pedaqoqun sinfində ayrı-ayrı vaxtlarda S.Hacıbəyov, C.Cahangirov, Ş.Axundova, A.Hüseynzadə, A.Rzayev, E.Nəzirova, Ə.Abbasov kimi görkəmli sənətkarlar təhsil almışlar.
       Konservatoriyanın I kursunda oxuyarkən, F.Əmirov artıq özünün bir sıra əsərlərini yazır ki, bunların içərisində indi də müğənnilər tərəfindən sevilə–sevilə oxunan “Iki sahil”i, “Koreyalının andı”nı və gözəl romansı – M.Y.Lermantovun sözlərinə yazılan və ədib M.Rəhim tərəfindən tərcümə olunan “Ulduz”u göstərmək olar.
       “Ulduz” romansı üzərində bir qədər ətraflı danışmaq olar, çünki bu əsər xüsusi olaraq diqqətə layiqdir. Romansa xas olan janr xüsusiyyətlərini olduğu kimi saxlayaraq, bəstəkar burada xalq musiqisinə xas olan milli kaloriti ustalıqla nümayiş etdirmişdir. Şerin poetik məzmununa həssaslıqla yanaşan F.Əmirov, gecənin mənzərəsini yaratdığı musiqidə çox gözəl təsvir edə bilmişdir. F.Əmirovun “Ulduz”u dinləyicinin gözü önündədir, onun parlaqlığını bütün əsər boyu “görə bilir”.
       1940–cı ilin əvvəllərində bütün tərəqqipərvər bəşəriyyət Azərbaycanın layiqli oğlu, dahi Nizaminin 800 illik yubileyini təntənə ilə qeyd edir. Ü.Hacıbəyov başda olmaqla (“Sənsiz” və “Sevgili canan”ı şedevrləri) T.Quliyev, C.Cahangirov, Ə.Abbasov, Ş.Axundova və başqaları bu bayrama öz sovqatları ilə gəlirlər.
       Nizaminin yubileyinə F.Əmirov şairin “Gülüm” qəzəlinə bəstələdiyi əsəri yeni formada– “qəzəl–romans” kimi musiqi tariximizə bağışlayır.
       Yüksək lirik tonda yaradılan bu əsər Əmirov yaradıcılığında xüsusi yer tutur. Xüsusən romansla şerin söz mətni arasında olan vəhdət diqqətəlayiqdir.
       Ü.Hacıbəyov – Nizami vəhdətinə söz ola bilməz. Məhz bu amili nəzərindən bir an belə qaçırmayan F.Əmirov, Üzeyir bəyin ənənəsinə sadiq qalaraq, yeni bir üslubda əsər yaradır. “Gülüm”də harmoniya, musiqi dili qabarıq şəkildə gözə çarpır: bəstəkarın özünəməxsus dəst-xəttini açıq şəkildə görmək olar. Əgər “Şur”da modal sayılan major və minor variasiyalarına rast gəlinirsə, Nizaminin sözlərinə yazılan “Gülüm” romans–mahnının “gündəliyin səhifələri”nə daha yaxın olması gözə çarpır. Yubiley əsəri olan bu romansın fortepiano partiyası formaca yığcamdır və bu lokoniklik əsərə xüsusi bir təravət verir.
       Bu janra F.Əmirov sonralar da təkrarən qayıdır. Lirik başlanğıcı olan, lakin davamı emosional şəkildə ifa olunan, S.Vurğunun və M.S.Ordubadinin “Sən mənim baharımsan” və “Gülüşün sevincimdir mənim” sözlərinə yazılan musiqi, bu dediklərimizə misal ola bilər.
       F.Əmirov öz yaradıcılığında rəngarəngliyə geniş diqqət yetirir. Əgər “Gülüm”də intimlik anlayışı açıq büruzə olunursa, yuxarıda adlarını çəkdiyimiz iki mahnıda könül oxşayan açıqlığa meyl göstərilir. Məhz buna görə bu mahnıları dinləyərkən, insana sevgi, məhəbbət və həyat himni kimi təsir göstərir.
       Çox guman ki, klassik vokal ənənəsinə sadiq qalan Əmirov, rəqs ritmini öz əsərlərində qoruyub saxlayır. Belə ki “Sən mənim baharımsan”da valsa xas olan yüngül uçarlıq bəstəkar tərəfindən milli poeziya ilə ustalıqla səciyyələndirilir.
       1941–ci il milyonlarla insanın həyatında olduğu kimi, F.Əmirovun da taleyində dönüş yaranır. F.Əmirov faşist işğalçılarına qarşı vuruşmaq üçün cəbhəyə-Bryansk müdafiəsinə yollanır. Döyüşlərdə fasilə zamanı, gənc musiqiçi ansambl yaramağı ununmur və geniş əsgər auditoriyasına konsertlər verir. Ansambla rəhbərlik edən, özü isə mandolinada müşayiət edən istedadlı əsgər F.Əmirov tezliklə ürəklərdə dərin məhəbbət hissi yarada bildi.
       Döyüşlərin birində ağır kontuziya alan F.Əmirov, 13 gün özünə gəlmədən qospitalda xəstə yatır. Tam sağala bilməyən Əmirovu ordu sıralarından azad edirlər və o, 1943–cü ildə Bakıya qayıdır, Konservatoriyada yarımçıq qalan təhsilini davam etdirir. 1948–ci ildə “Ulduz” operasını diplom işi kimi yazan bəstəkarın vur–tut 26 yaşı var idi.
       Artıq bu dövrdə F.Əmirov bir çox janrlara müraciət etmişdi. Bunlardan fortepiano üçün Variasiyaları, fortepiano üçün yazılan bir sıra Miniatürləri, romans və mahnıları göstərmək olar. Cavan bəstəkarın bəstələdiyi fortepiano üçün “Romantik sonata” da o vaxtlara təsadüf edir.
       Skripka və fortepyano üçün yazılan ikili konsert 1945 il bu janrda ilk əsər idi və A.Babayevlə birgə bəstələnən fortepiano ilə xalq çalğı alətləri orkestri üçün konserti Azərbaycan musiqi tarixində yeni bir səhifə açır.
       1944–1946 illərdə F.Əmirovun “Ürək çalanlar” və “Xoş xəbər” musiqili komediyaları, bəstəkarın yüksək lirikaya olan nadir istedadına əyani sübut idi.
       1941–ci ildə Azərbaycan ictimaiyyəti böyük Nizaminin anadan olmasının 800 illik yubileyinə hazırlaşırdı. Lakin faşizmlə aparılan müharibə, bu əlamətdar günü qeyd etməyə mane olduğu üçün, həmin təntənəli mərasim 1947–ci ildə davam etdirdi.
       Yubileylə əlaqədar Azərbaycan bəstəkarları müxtəlif janr növlərində bir sıra əsərlər yazıb yaradırlar. Ü.Hacıbəyovun Nizaminin qəzəllərinə yazdığı “Sənsiz”, “Sevgili canan” romansları; Q.Qarayevin şairin poemalarına bəstələdiyi “Yeddi gözəl”, “Leyli və Məcnun” əsərləri, məhz bu əlamətdar hadisə ilə əlaqədar yazılmışdılar.
       Hələ 1941–ci ildə F.Əmirov özünün “Nizami” simfonik poemasını yaratmışdı. Dahi Nizamiyə gənc bəstəkarda maraq, hələ erkən vaxtlarından oyanmışdı. Bu təsadüfi deyildi, çünki o hələ uşaqlıqdan, şairin əsərlərini dönə–dönə oxumuş, onlara böyük məhəbbət bəsləmişdi. F.Əmirovu təkgə “Xəmsə” və orada yaradılan obrazlar, Xosrov, Şirin, Bəhmən, xalq qəhrəmanı Fərhad və başqaları yox, şairin özünün də keçdiyi əzab və iztirablı yollar, məhəbbət dolu ömrü hədsiz dərəcədə maraqlandırırdı. Şairin keçdiyi bu mənalı həyat yolu Əmirovda həm qürur hissi oyadır, həm də onu heyrətləndirirdi. Nizaminin müdriklüyü, onun ədəbiyyatımıza bəxş etdiyi nəhəng, ölməz əsərləri və nəhayət, dühanın fəlsəfəsi, gənc bəstəkarı bütün varlığı ilə özünə çəkirdi.
       Qələm ustasının nakam məhəbbəti, ömür yoldaşının faciəli ölümü və bütün bunlara baxmayaraq iztirablara sinə gərib ölməz, dahiyanə poemalar yaratması da, F.Əmirovu heyrətləndirməyə bilməzdi. Buna görə də bəstəkar, şairin fikir, həyat yaradıcılığını, ən əsası isə böyüklüyünü tərənnüm edən əsərlər yazmaq qərarına gəlir.
       1947-ci ildə Əmirov, simli orkestr üçün simfoniya bəstələyərək, bu əsəri şairin yubileyinə hədiyyə edir. Əsərdə o, Nizaminin poemalarındakı lirikanı çox ustalıqla əks etbirə bilir. Simfoniya –Əmirovun şair haqqında olan düşüncələridir. Əsər doğrudan da şair qəlbinin bəstəkar tərəfindən həssaslıqla duyulduğuna sübutdur.
       Əmirov bu simfoniyanın vasitəsilə özünün Nizamiyə olan hədsiz məhəbbətini, səmimi duyğularını bütün təfərrüatilə göstərir və bu da dinləyicinin nəzərindən yayınmır. Bu musiqiyə qulaq asan dinləyici romantik əhval-ruhiyyəni, təravət dolu rəngarəngliyi duyur və hiss edir. Bəstəkar orkestrdə simli alətlərə daha çox üstünlük verməklə, Nizami lirikasını daha gözəçarpan dərəcədə çatdırmağa müvəffəq olur. Əmirovun özünün fikrincə, məhz simli alətlərin tembri əsəri daha canlı edir, şairnin yaratdığı poemanın yüksəkliyini daha çox büruzə verir.
       Romantik vurğularla zəngin olan bu simfonik əsər, yığcamlığı, lakonikliyilə də müşahidə olunur. Əsər dinləyicini dərin düşüncələrə dalmasına, Nizaminin özünün və qəhrəmanlarının keçdiyi ömür yollarına bir daha baxmasına gətirib çıxarır.
       Əsər 15 sentyabr 1947-ci ildə Moskvada, Nikolay Anosovun dirijorluğu ilə SSRI Dövlət simfonik orkestri tərəfindən ilk dəfə olaraq ifa olunmuşdur.
       Dinləyicilərin dərin rəğbətini qazanan və alqışlarla qarşılanan simfoniya F.Əmirov yaradıcılığında atılan ilk uğurlu addım idi. Həmin tarixi konsertlərdən sonra, dirijor N.Anosov belə demişdi: «Şübhəsiz, simfoniya öz dərin mənasına görə dahi əsərdir ki, bu da müəllifin yüksək texniki istedad sahibi olması ilə izah olunur».(N.Anosovun 15.9.47 tarixli yazılı rəyi F.Əmirovun arxivində saxlanılır).
       Bir qədər sonra, musiqişünas V.Qorodinski «Sovetskoye iskusstvo» qəzetində bu əsər ilə əlaqədar yazırdı: «F.Əmirovun yaratdığı simfoniya, son illərdə bu janrda bəstələnən əsərlər içində ən incələrindən sayıla bilər. Böyük Azərbaycan şairinin uzaqdan belə nur saçan gözəl simasını F.Əmirovun simfoniyasında cəmləşən saf səslər, əsas partiyanın gözəl melodiyası bizə yaxınlaşdırır» 1 .
       SSRI xalq artisti, böyük rus bəstəkarı əsərlə əlaqədar bu sözləri demişdir: «Bu əsəri, mən dərin fəlsəfəsinə, mürəkkəb psixoloji obrazlarına, gözəl musiqi dolu həssaslığına görə çox sevirəm».
       Lakin bütün bunlara baxmayaraq bəzi əsərlərinin taleyi çox müəmmalı olur. Belə ki, haqqında söhbət açdığımız «Nizami» simfoniyası sonrakı 15 il müddətində çox nadir hallarda səslənir. 1960-cı, daha sonra 1963-cü ildə bəstəkar bu əsərin üzərində yenidən işləyir və harmoniya, orkestrovka dəyişiklikləri ilə simfoniyaya yeni həyat bəxş edir. Sanki nağıllardakı sehirli çubuğun köməyilə əsər repertuarlardan düşmür, geniş dinləyici auditoriyası qarşısında yenidən canlanır.
       1963-cü ildə «Nizami» simfoniyası Almaniyada səslənir. Leypsik radiosunun simfonik orkestrinin kollektivi, başda dirijor Hans Poqnerin olmaqla, əsəri ifa etməzdən əvvəl müəllifə yazılı müraciət edir:
        «Çox hörmətli cənab Əmirov! Sizə şad bir xəbər çatdırmaq istəyirik. Simli orkestr üçün simfoniyanız, Leypsik radiosunun simfonik orkestri tərəfindən bu ilin oktyabrında ifa olunacaq. Doğum gününüzdə, noyabrın 29-da, saat 20.15-də ADR radiosunda həmin yazı səslənəcək. Ad gününüzü yaxşı keçirməyi arzulayırıq».
       1964-cü ilin mart ayının 6-da Moskvada Qennadiy Rojdestvenskinin rəhbərlik etdiyi SSRI Böyük simfonik orkestri bu əsəri müvəffəqiyyətlə ifa etdi. Q.Rojdestvenskinin dirijorluğu ilə, Ingiltərə krallığının simfonik orkestrinin ifasında simfoniya London şəhərində səslənir. Konsertə dəvət olunan F.Əmirov, öz musiqisinin ingilislər tərəfindən necə hərarətlə qarşılandığına heyrətlənir.
       Həmin konsertdən sonra Q.Rojdestvenski telefonla Bakıya məlumat verir: «Ingiltərə musiqisevərləri, onlara bu vaxta qədər tanış olmayan, ecazkar və ritmik, özünəməxsus tembrli musiqidən, parlaq temperamentli melodizmdən heyran olmuşdular»2 .
       Konsertdən sonra, Londonun qəzetləri susmaq bilmirdi. «Ivninq post» qəzeti yazırdı:

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page