ΙΕΝΘΛΘΚΛίΠΘΜΘΗ
MUZEYLƏRDƏ...
-
Search

ΙΕΝΘΛΘΚΛίΠΘΜΘΗ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Dahi bəstəkarımız, Azərbaycan peşəkar musiqisinin banisi, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəyovun ad günü – 18 sentyabr hər il bu insanpərvər və həyatsevər şəxsin ulu ruhuna böyük hörmət əlaməti olaraq lazımli səviyyədə, müxtəlif idarə və təşkilatlarda, mədəniyyət ocaqlarında qeyd olunur.
        Bu il, sentyabrın 17-də dahi bəstəkarın anadan olmasının 116-cı il dönümünə onun ev-muzeyinin kollektivi böyük məhəbbət və həvəslə hazırlaşmışdı. Böyük şairimiz, Üzeyir bəyin yaxın dostu Səməd Vurğunun ölməz bəstəkara həsr etdiyi şerdən götürülmüş "Şöhrət tapdı adınla bizim ana yurdumuz" misraları ilə adlandırılmış tədbirdə Üzeyir bəyin vaxtilə tələbələri olmuş, onun dəyərli məsləhətləri ilə sənət aləminə gəlmiş Məmməd Cavadov, Şəfiqə Axundova və Ruqiyyə Rzayeva, Azərbaycan Opera sənətinin ən gözəl Leyli və Əslilərindən olan Gülxar Həsənova, uzun illər Opera və Balet teatrında müşayiətçi-tarzən işləmiş Ələkrəm Hüseynov, Azərbaycan rəqsinin ustadı Əminə Dilbazi, Şuşa şəhər Mədəniyyət idarəsinin müdiri Zahid Abasov, Yasamal rayonu Icra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov, Üzeyir bəy Hacıbəyovun adını daşıyan Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasının müdiri, professor Ramiz Quliyev, qocaman jurnalist Ənvər Quliyev, bəstəkar-musiqişün as Nərgiz Şəfiyeva, KIV-in nümayəndələri və dahi bəstəkarın qohumları iştirak edirdilər. Ev yiyəsi adından qonaqları salamlayan ev-muzeyinin direktoru Səadət Qarabağlı Üzeyir bəy Hacıbəyovun həyat və yaradıcılıq yoluna geniş nəzər salaraq, dahi sənətkarın olməz əsərlərilə Azərbaycanın musiqi mədəniyyətini dünyada tanıtdırdığını vurğuladı. Sonra isə dahi sənətkar və onun çoxşaxəli yaradıcılığı haqqında daha ətraflı danışmaq üçün sözü qonaqlara verdi.
        Üzeyir bəy Hacıbəyovun xeyirxahlığından, insanpərvərliyindən, dahiliyindən və başqa bu kimi yüksək insani keyfiyyətlərindən böyük şövqlə xatirələr söyləyən tədbir iştirakçıları sanki məclisə saflıq mənəvi təmizlik, ruh yüksəkliyi ab-havası gətirmişdilər. Məclisi bəzəyən Üzeyir musiqisi də lap yerinə düşmüşdü: Gülxar xanım Ələkrəm Hüseynovun müşayiəti ilə "Leyli və Məcnun" operasından parçalar oxudu: vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsinin laureatı Həsən Enami dahi bəstəkarın "Koroğlu" operasından Koroğlunun az ifa olunan ariyasını yüksək ustalıqla ifa etdi, sonra isə Musiqi Akademiyasının tələbəsi Nurşən Məmmədov "Arşın mal alan" operettasından Əsgərin ariyasını oxudu. Tədbirdə həmçinin muzeyin gənc əməkdaşlarının ifasında Üzəyir bəyə həsr olunmuş bir neçə şer səsləndi. Sonra isə, Üzeyir bəyin xalası oğlu, onun əsərlərində bir çox qadın rollarının mahir ifaçısı Əhməd Ağdamskinin oğlu, professor Telman Ağdamski çıxış edərək, Üzeyir bəy barədə xatir ələrini danışdı və qohumları adından tədbirə toplaşanlara öz minnətdarlığını bildirdi.
        Muzeyin otaqlarından birində başlanan tədbir daha sonra muzeyin həyətində səliqə ilə qurulmuş çay süfrəsi arxasında davam etdirildi.
        Çox təqdirəlayiq və fərəhli haldır ki, dahi bəstəkarın yaradıcılığı gənc nəsil tərəfindən da lazımınca mənimsənilir, onun xatirəsi yad edilir. Belə tədbirlərdən, sentyabrın 18-də, Üzeyir bəy Hacıbəyovun anadan olmasının 116-cı ildönümünə həsr olunmuş və bəstəkarın ev-muzeyinin əməkdaşlarının da iştirak etdiyi – Əbilov adına Mədəniyyət Mərkəzində və Nərimanov rayonunda yerləşən Uşaq Yaradıcılığı Mərkəzində keçirilən tədbiri xüsusi qeyd etmək lazımdır. Hər iki tədbirin iştirakçıları məktəb yaşlı uşaqlar idi və hər iki tədbirdə dahi bəstəkarın opera və operettalarından nümunələr məhz uşaqların ifasında böyük həvəslə səsləndi.
        Dahi bəstəkarın ad günü Üzeyir bəy Hacıbəyovun ev-muzeyinin əməkdaşlarının iştirakı ilə Sərhəd Qoşunlarının hərbi hissəsində də çox geniş qeyd olundu. Azərbaycan ordusunun Sərhəd qoşunları zabiti Cəbrayıl Əliyev giriş sözü ilə çıxış edərək, Üzeyir bəy Hacıbəyovun Azərbaycan mədəniyyəti tarixindəki yerindən söhbət açdı. Teatr muzeyinin əməkdaşı dahi bəstəkarın həyat və yaradıcıdığı barədə toplaşanlara bir daha məlumat verdi. Dünya azərbaycanlı gənclərinin Beynəlxalq həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə çıxış eləyərək Üzeyir bəyin əsərlərinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əsaslı yer tutduğunu vurğuladı. Üzeyir bəy Hacıbəyov dahiliyindən söz açan şair Rizvan Əliyev bu dahi insanın həyatından birsıra epizodları nəzərə çatdırdı. Daha sonra Gənclər, Idman və Turizm Nazirliyinin əməkdaşı Üzeyir Hacıbəyov yaradıcılığına respublikanın sərhədlərindən uzaqlarda göstərilən marağın şahidi olduğundan söz açdı. Tədbirdə iştirak edən Üzeyir bəyin e v-muzeyinin direktoru Səadət Qarabağlı dahi bəstəkarın mənalı yaradıcılıq yolunun maraqlı səhifələrindən bəzilərin tədbir iştirakçıları üçün işıqlandırdı. Tədbiri Bülbül adına Orta Ixtisas Musiqi məktəbi şagirdlərinin maraqlı konsert proqramı bəzədi.
        Çox sevindirici hal bir də odur ki, Üzeyir bəyin doğum günü – Azərbaycanda musiqi günü respublikamızın bir çox şəhər və rayonlarında da qeyd olunmuşdur. Bəstəkar Musa Mirzəyevin yaxınd köməkliyi ilə sentyabrın 18-də Lənkəranda yerli ifaçıların qüvvəsi ilə böyük bir tədbir keçirilmiş, Üzeyir bəyin əsərlərindən nümunələr ifa olunmuşdur.
        Sentyabrın 17-də Bakıda, dahi bəstəkarın ev-muzeyində başlanan Azərbaycan Musiqi günü, ertəsi günü səhərdən daham etdirilmişdir. Belə ki, Azərbaycanın bir çox tanınmış elm və incəsənət xadimləri, Bakının Uşaq musiqi məktəblərinin kollektivləri, Üzeyir sənətini sevən sadə adamlar Fəxri Xiyabana gəlmiş, dahi Üzeyir bəy Hacıbəyovun, eləcə də Qara Qarayevin, Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Müslüm Maqomayevin, Rəşid Behbudovun məzarlarına gül dəstələri qoymuşlar.
        Sonra bu böyük mərasim iştirakçıları Rüstəm Mustafayev adına Incəsənət Muzeyini həyətinə gələrək, Şuşa şəhərindən gətirilmiş, erməni faşistlərinin vəhşiliklərinə məruz qalmış Natəvanın, Üzeyir bəy Hacıbəyovun, Bülbülün heykəlləri önünə tər çiçəklər qoymuşlar.
        Üzeyir bəy Hacıbəyovun doğum günü münasibətilə keçirilən Milli Musiqi günü öz zirvəsinə Musiqi Akademiyası qarşısındakı böyük mərasimlə çatmışdır. Burada Mədəniyyət naziri Polad Bülbüloğlu, baş nazirin müavini xalq yazıçısı Elçin, Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar Ittifaqının birinci katibi Vasif Adıgözəlov maraqlı nitqlə çıxış etmişlər.
        Bəstəkar Vasif Adıgözəlovun çox düzgün olaraq "Həmişə müasir səslənən müəllifi" adlandırdığı Üzeyir bəy Hacıbəyovun əsərlərindən nümunələr bu böyük mərasimə yüksək pafos və təntənə bəxş etmişdir.

Raziyə ƏLIYEVA

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page