ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
QÖRÜŞLƏR...
-
Search

ÉÅÍÈËÈÊËßÐÈÌÈÇ
Azərbaycan hərbi orkestr
Aydın Öğüt (Türkiye)
INTERNET SƏHIFƏLƏRINDƏ...
Pərviz QULIYEV
YARADIJILIQ...
-
QÖRÜŞLƏR...
-
MUZEYLƏRDƏ...
-

 



        Sonra səs və simli kvartet üçün «Stabat mater» və latın dilində daha bir əsər yazdım və hər ikisi Isveçrədə ifa olundu. Nəhayət, Paraqvay musiqisi əsasında «Quarani kapriççiosu» əsərim də UNESKO-nun mükafatına layıq görülüb. Mənə lap öncədən əsərin ritmi tapşırılmışdı. Musiqini yazmaqda sərbəstdim. Sonralar sifarişçilər və münsiflər məni Latın Amerikası bəstəkarı kimi təqdim edirdilər. Üslubca musiqi Vila-Lobos və Çavesi xatırladır. Nə isə, dedilər ki, «sən azərbaycanlı olsan da, Paraqvayın milli bəstəkarısan».
        T. M.: Bəlkə «BMT-nin bəstəkarısan» demək daha yaxşı olar?
        F. H.: Mən Azərbaycan bəstəkarıyam, lakin peşəkar bəstəkar hər bir üslubda musiqi yazmalıdır.
        T. M.: Bəs gələcəkdə səndən hansı «qocaqlıqlar» gözləyək?
        F. H.: «Quarani kapriççiosu» noyabrda Asunsyon və Buyenos-Ayresdə ifa olunacaq. Ispaniyada kamera əsərlərim ifa olunmalıdır. Və mən artıq Türkiyə üçün balet yazıram. Librettosu Antoni və Kleopatra zamanlarına aparır.
        T. M.: Fərhəng, hər halda hansısa üslub Sizin yaradıcılığınızda digərlərindən üstün olmalıdır?
        F. H.: Xeyr, əsil bəstəkar üçün üslub qadağası qoyula bilməz. Musiqi mədəniyyəti səviyyəsi peşəkaplığın özülüdür. Mən həmişə keyfiyyətli, yüksək arzu və məqsədlərə xidmət edən əsərlər yazmağa çalışıram. Soruşanda isə deyirəm ki, «mən mühafizəkaram».
        Ümumiyyətlə, bir söz demək istərdim. Bizim «müasir bəstəkarlarımız» yaxud «avanqardçılar» özlərini elə qələmə verirlər ki, guya musiqi sənətinin vuran nəbzi onlardır. Əsində onların yaratdıqları çox da tutumlu olmayan zallar üçündür. Hər bir ölkədə hətta 2-ci ifa soyuqluqla qarşılanır. Bəşəriyyət hay-küydən yorulub, insantara insan hərarətli musiqi lazımdır. Bu baxımdan mən mühafizəkaram. Istəyirəm ki, əsərlərim dinləyicinin qəlbinə yol tapsın. Bunun üçünsə bəstəkarın yaradıcılığında dar dünyagörüşə, mövhumatçılığa, çoxsaylı «izmlərə» yer olmamalıdır. Incəsənəti qanadlandıran ilhamdır, bunu özümə də, digər bəstəkarlara da ürəkdən arzulayıram. Azərbaycanlı da, amerikalı da insandır və bir insan kimi musiqi dinləmək istəyir. Artıq dünya köklü şəkildə dəyişib, cərəyan anlayışı keçmişin qalığına çevridib.

* * *


         «Musiqi Dunyası» curnalı redaksiyasının qonaqlarından biri, Azərbaycan Respublikasının əməkdar artisti, violaçı Çingiz Məmmədov hazırda Meksikada yaşayır və işləyir. Biz onu, uzun zamandır ki, görmürük, eşitmirik və dinləmirik. Məhz bu səbəbdən onu dəvət etdik ki, özü haqqında, musiqiçi fəaliyyəti haqqında söhbət açsın.
        Tariyel Məmmədov: Çingiz, Sizin son dövrünüz hansı şəraitdə keçir?
        Çingiz Məmmədov: 1990-ci ilin sentyabrından mən Meksikadayam. Mexiko ştatının 20 milyon əhalisi var, onun mərkəzi Toluka şəhərinin 2 milyon. Toluka şəhəri isə simfonik orkestrində violalar qrupunun konsertmeysteriyəm. Toluka şəhəri ölkənin paytaxtı Mexikodan 50 kilometr aralı yerləşir. Orkestrimiz ölkədə çox sayımlı kollektivdir, 95 nəfərlik heyəti var. Demək olar ki, Meksikanın 1-ci orkestriyik. Heyətdə keçmiş SSRI-dən 15 musiqiçi çalışır. Moskva və Kiyevdən ən yaxşı musiqiçilər. Mən hələ də violalara rəhbərlik edirəm. Doğrudur, məni tanıdıqdan sonra kamera ansamblları və solo konsertlərə də dəvət edirlər. Bədii rəhbərimiz maestro Enrike Battiskempbeldir.
        T. M.: Çoxlu konsert verirsiniz?
        Ç. M.: Orkestrlə həftədə 2 dəfə. Cümə günü Toluka və bazar günü paytaxt Mexikoda, özü də Mexikonun ən məşhur teatrında. Kosertlərimiz 2 saat çəkir, proqramlarımız olduqca zəngindir. Bütün üslublarda əsərlər ifa olunurlar, hətta ən müasir üslublarda. Düzünü desək, dirijorumuz orkestr musiqiçilərinin solo çalğısına, yəni kənarda çıxışlarına imkan verməməyə çalışır. Buna baxmayaraq neçə dəfə solo çalmışam. Bizim orkestrlə dünyanın ən adlı-sanlı musiqiçiləri çıxış edirlər, o cümlədən Korsakova və Ivan Monigetti. Demək olar ki, hər həftə tanınmış solistlər dəvət alıb, bizimlə məşq və çıxış edirlər.
        T. M.: Deməli, ancaq orkestrlə işləyirsiniz?
        Ç. M.: Xeyr, artıq yarım ildir ki, dərs verirəm, özü də təkcə viola üzrə yox, həm də violino yaxud skripka üzrə. Məndən öncə konservatoriyada Pyotr Vodopyanov kimi tanınmış violaçı dərs deyirdi. Mexikodan gəlib-gedirdi. Sonra nəsə alınmadı və məni dəvət etdilər. 16 tələbəm var, amma zəifdilər, çünki lap başlanğıcdan gərək əsasını düzgün qoyasan.
        T. M.: Meksikada musiqi təhsili haqqında nə deyə bilərsən?
        Ç.M.: Mənim dərs dediyim konservatoriyada aylıq təhsil haqqı 10 dollardır. Baha deyil, lakin səviyyə və tələblər şərtidir. Zəif yaxud təhsilə davam etmək istəməyənlər çıxıb gedə bilərlər. Binamız da yığcamdır, çəmi 50 müəllim işləyir.
        T.M.: Meksika bəstəkarları haqqında məlumat versəydin, pis olmazdı.
        Ç.M.: Requyeltas çox məşhur bəstəkardır, hələ 30 il öncə zamanla səsləşən əsərlər yaradıb. Ponse fransız olsa da, meksikalılaşmış bəstəkardır. Ximenes də yaxşı bəstəkardır. Meksikada bəstəkarların hörməti çoxdur, dinməz-söyləməz ifa edirlər.
        T. M.: Folklor da ki, yüksək səviyyədə ...
        Ç. M.: Folklor Meksikada çoxçalarlıdır. Quzey Meksika ilə Güney Meksika folklorları arasında böyük fərqlər var. Ansambllar da kefin istəyən heyətlərdə, özü də çoxsaylıdırlar.
        T. M.: Azərbaycanla musiqi əlaqələri qurmaq fikirləri yoxdur ki?
        Ç. M.: Meksikalılar özgə mədəniyyətlərə böyük hörmət və maraqla yanaşırlar. Və maliyyə baxımından çətinlikləri yoxdur. Lakin əlaqələr ikitərəfli olmalıdır. Əgər onlar Azərbaycandan hansısa musiqiçini dəvət etsələr, ona böyük qonorar verəcəklər, - haradasa 5 min dollar və daha artıq, gediş-gəliş və qalmaq haqqı da öz yerində. Lakin Azərbaycan onların, məsələn, dirijorunu həmin səviyyədə qəbul etməz.
        Mən öz tərəfimdən bizim bəstəkarlarımızın yayımlanmasında bacardığımı əsirgəmirəm. Q. Qarayevin əsərlərindən ibarət konsert vermişəm. Əlbəttə ki, konservatoriyada. Hazırda A. Məlikov və X. Mirzəzadənin əsərlərini səsləndirməyə hazırlaşıram. Digər bəstəkarları da ifa edəcəyəm. Təki, ömür imkan versin.

* * *


        Nəhayət, Meksikada yaşayıb-işləyən digər bir həmyerlimiz Spartak Babayevdir. Sözü ona veririk.
        Spartak Babayev: Mən çox şadam ki, Vətənimdə musiqişünas jurnal çap olunur. Heç də dünya ölkələrinin çoxusunda belə nəşrlərə rast gəlinmir. Əlbəttə, mən çox təəssüf edirəm ki, Azərbaycanda yaşamıram, bu məni son zamanlar olduqca ağrıdır. Bizi yalnız dolanacaq dərdi ölkəmizdən didərgin salıb.
        Mən, daha doğrusu biz, 1993-cü ildən Meksikadayıq.
        Tariyel Məmmədov: Biz dedikdə, kim i nəzərdə tutursunuz?
        Spartak Babayev: Həyat yoldaşım Liliya Perşina da mənim kimi, Bakı konservatoriyasını bitirib. Mən də, yoldaşım da, hətta qızımız da skripkaçıyıq.
        Sözün qısası, 1993-cü ildə biz Moskvadan Bakıya gəlmiş meksikalı dirijorun yoxlama imtahanından keçdikdən sonra dəvət aldıq. Ilk öncə Meksikanın Keretaro ştatının eyniadlı şəhərində işə başladıq. Bir ildən sonra mən artıq simfonik orkestrdə skripkaçıların konsertmeysteri təyin olundum. Mən Keretaroda ikinci müsabiqədən keçməli oldum. Və keçdim də.
        Onu da deməliyəm ki, mən Azərbaycan Dövlət simfonik orkestrində də 1992-1993-cü illərdə konsertmeystr işləmişəm və A. Zeynallı adına Bakı musiqi texnikumunda skripka sinfinə rəhbərlik etmişəm. Bütün bunlar mənə sonralar çox gərəkli oldu.
        T. M.: Bəs daha sonra?
        S. B.: 1997-ci ildə məni Mexiko ştatına dəvət etdilər. Və burada da biz Azərbaycan musiqiçiləri aparıcı mütəxəssis kimi özümüzü göstərdik. Çingiz Məmmədov bir az təvazökarlıq etdi. Mexiko ştatının simfonik orkestri Meksikada ən aparıcı kollektivlərdən bir yox, mən deyərdim, Latın Amerikasının ən güclü, ən birinci simfonik orkestridir.
        T. M.: Bunu deməyə nə əsas verir?
        S. B.: Birincisi, hər həftə orkestrimiz yeni proqramla çıxış edir. Ikincisi, lazım gəldikdə, - məsələn Q. Malerin yaxud R. Ştrausun əsərlərini ifa etdikdə, - 120-25- nəfərlik heyət çıxış edə bilir. Yəni, əlavə musiqiçilər dəvət etməyə maliyyə imkanları var. Nəhayət, xarici ölkələrdən ən tanınmış musiqiçiləri – solistləri dəvət edir. Belə gərgin rejimdə işləyən simfonik orkestri, çətin ki, taparsan. Hətta SSRI-də BSO onunla bir cərgədə duruş gətirə bilməzdi.
        T. M.: Bəs dolanışıq necədir?
        S. B.: Əlbəttə, təkcə dövlətə bel bağlayan orkestr belə göstəricilərlə öyünə bilməz. Mexiko ştatı orkestrinin çox sayımlı sponsorları var: «Koka-kola», «Folksvagen», «Kraysler», «Bayern» və digər şirkətlər. Məhz onların yardımı sayəsində orkestrdə orta əmək haqqı 1200 dollardır. Əslində əmək haqqının 2/3-ni onlar verir, solistləri dəvət edir, qastrollara ayrıca pul ayırırlar. Hələ üstəlik həvəsləndirici mükafatlar da olur.
        T. M.: Deməli, yalnız orkestrdə işləyirsiniz?
        S. B.: Xeyr, solo konsertlər də veririk, mən trio və kvartetlərdə də iştirak edirəm. Qızım da çıxış edir.
        T. M.: Bəs Çingiz kimi müəllimlik edirsinizmi?
        S. B.: Xeyr, hamısını çatdırmaq olmur. Yoruluram. Orkestr vaxtımı çox alır, biz özümüz də ayrı-ayrılıqda və qruplarla məşq edirik.
        T. M.: Azərbaycanla daim əlaqəniz varmı?
        S. B.: Azərbaycanla əlaqələrim həmyerlilərimdir. Mexiko və başqa şəhərlərdə alimlərimiz işləyir. Onlarla görüşürəm. ABŞ-da səfirimiz Hafiz Paşayev həm də bizim ölkənin Meksikadakı səfiridir. O da bizi nəzarətə götürüb. Bəzən görüşürük də.
        Sonda deməliyəm ki, gediş-gəlişin bahalığına baxmayaraq, mən hər il yayı Azərbaycanda keçirirəm. Çünki başqa cür alınmır. Biz çox darıxırıq.
* * *


        Ən nəhayət, bizim sonuncu müsahibimiz gənc skripkaçı, öncəki qonağımız Spartak Babayevin qızı Nanadır.
        Tariyel Məmmədov: Nana, Siz konservatoriyanı nə zaman bitirmisiniz?
        Nana Babayeva: Hələ bitirməmişəm, Meksikada Toluka konservatoriyasında təhsil alıram.Müəllimim haqqında söhbət gedən simfonik orkestrin konsertmeysteridir. Dərslər, əlbəttə ki, ispan dilində aparılır.
         T. M.: Eşitdiyimizə görə, beynalxalq müsabiqə laureatı olmusunuz. Bu haqda nə deyə bilərsiniz?
        N. B.: Iştirak etdiyim müsabiqə 4-cü dəfədir ki, keçirilir. Dahi skripkaçı HenrixŞeringin adını daşıyır ki, XX yüzillikdə onun adı Y. Xeyfets, D. Oystrax kimi skripkaçılarla bir sıradadır. Şerinq Polşada anadan olsa da, Meksika vətəndaşı olmuş, orada və Fransada yaşamışdır. 10-a yaxın dil də bilirmiş.
        Müsabiqə hər iki ildən bir keçirilir və 1 həftə davam edir. Arasıkəsilmədən. Bu dəfəki qalib 15 yaşlı ispaniyalı qız Letisiya Munyos oldu. Onunla 1-ci yeri Moldaviyadan Patrisiya Kopaçinska adlı qız bölüşdürdü. 2-ci yeri Venesuelalı bir oğlan götürdü ki, o da Paris konservatoriyasının yetirməsidir. 3-ci yer heç kimə verilmədi. 4-cü yeri isə mən götürdüm. 5-6-cı yerlər də varıydı və daha bir neçə mükafat nəzərdə tutulmuşdu.
        T. M.: Çıxış proqramınız çətin idimi?
        N. B.: Müsabiqə 4 turda keçirildi: I tur – Izainin sonatası və N. Paqanininin kaprislərindən biri; II tur – Motsartın konsertlərindən birinin hansısa hissəsi, Şerinqin etüdü və şıdırğı bir pyes; III tur – Bethovennin VII sonatasından münsiflərin arzusu ilə hansısa bir hissə və I. S. Baxın Çakonası və IV turda – orkestrlə hansısa konsert.
        T. M.: Konservatoriyada hansı fənnlər hansı səviyyədə keçirilir?
        N. B.: Musiqinin tarixi, harmoniya, solfecio və bir sıra digər fənnlər. Əlbəttə, atam istərdi ki, mən Bakı konservatoriyasında təhsil alım və daha sonra tanınmış müəllimlərdən məsləhətlər alım. Lakin alınmır.
        T. M.: Yaxşı, bəs gələcək planlarınız nədir?
        N. B.: Toluka konservatoriyasında tanınmış müəllim və musiqiçilər az deyil. Lap elə Rusiyanın özündən. Hələlik Zaxar Bronnla tanış olmuşuq. Müsabiqənin gedişində o məni dinlədi və bəyəndi. Yeri gəlmişkən, deməliyəm ki, məni ABŞ-a, Mayamiyə də dəvət ediblər.
        Zaxar Bronn vaxtilə Novosibirskdə dərs verirmiş və bir sıra tanınmış skripkaçı yetişdirib. Hazırda çox dəyərləndirilən pedaqoqlardan biri sayılır. Özü Almaniyada yaşayır və atamla məni Almaniyaya dəvət edib. Z. Bronn ən sayımlı müsabiqələrin münsiflər heyətinin üzvüdür. Lakin mən konservatoriyanı bitirməliyəm və bunun üçün bəlkə də orkestrdən getməli olacağam
        T. M.: Yaxın gələcəkdə çıxışınız gözlənilirmi?
        N. B.: Bəli, oktyabrda musiqi festivalı keçiriləcək və orada iştirak etmək fikrindəyəm. G. Venyavskin «Skertso-tarantella», Paqanininin bir neçə kaprisı və Izainin 2¹-li sonatasını solo konsertində ifa edəcəyəm. Ilin sonunadək bu qədər. Orkestrdə isə işimi hələlik davam etdirirəm.
        T. M.: Sizə uğurlar diləyirik.
        N. B.: Çox soğ olun.

Materialları hazırladı: Tariel MƏMMƏDOV

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page