ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



       XVII-XIX əsrlərdə Ukraynada nəğməkar səyyahların - kobzarların sənəti geniş yayılmışdı. Kobzarlar öz mahnılarını kobzanın, daha sonralar isə banduranın müşayiəti ilə oxuyurdular.
        KOLORATURA - Italyanca «coloratura» - «bəzək» kimi tərcümə edilir. Musiqidə isə koloratura dedikdə vokal melodiyanı zənginləşdirən virtuoz passaclar, trel və b. melodik «naxışlar» anlaşılır. Koloraturaya, adətən, ən yüksək registrli qadın səsi (koloratura - soprano) üçün yazılmış opera əsərlərində rast gəlmək olar.
       Koloratura xüsusilə italyan bəstəkarlarının operaları üçün səciyyəvidir.
        KOMUZ - Ən geniş yayılmış və ən məşhur qırğız xalq çalğı alətidir. Onun armuda bənzər çanağı və üzərində 3 sim birləşdirilən qolu var. Kənar simlər unison və ya oktava kökündə, orta sim isə kvinta və ya kvarta yuxarı kökdə olur. Orta simdə melodiya çalınır, kənar simlər isə müşayiət edici rol oynayır. Komuzda, əsasən, qırğız əfsanə və nağılları ilə bağlı «küy» - instrumental pyeslər çalınır. Komuz həmçinin müşayiət edici alət kimi işlənir.
        KONTRABAS - Öz tembrinə görə ən qalın səsləri ifadə edən kontrabas-simfonik orkestrin simli-kamanlı alətlər qrupu içərisində mühüm yer tutur. Kontrabasın səsləri sanki bütün orkestr alətlərinin özülünü təşkil edir.
       Kontrabasın diapazonu kontroktavanın «mi» notundan I oktavanın «sol» notunadək davam edir. Not yazısında əlavə xətlərdən istifadə etməmək məqsədilə, kontrabasın partiyası bir oktava yuxarı yazılır.
       Kontrabas çox nadir hallarda solo aləti kimi çıxış edir. Çox böyük olduğuna görə bu alətdə galmaq üçün xüsusi hündür stulda əyləşirlər. Bu isə simlərin vibrasiyası üçün çətinlik törədir. Kontrabas «pizzicato» üsulu ilə də çalınır. Bəzi məşhur kontrabas çalanlar, hətta violonçel üçün yazılmış virtuoz pyesləri də bu alətdə ifa edə bilirlər. Belə virtuoz kontrabas çalanlardan biri görkəmli dirijor kimi tanınmış Sergey Kusevitski olmuşdur.
       Kontrabasdan, həmçinin estrada və caz orkestrlərində də geniş istifadə edilir.
        KORNET - Mis nəfəs alətləri qrupuna daxil olan kornet italyanca «corno» buynuz quruluşuna və çalğı üsuluna görə trubaya oxşayır, lakin tembri bir qədər yumşaqdır. Onun diapazonu kiçik oktavanın «mi» notundan - III oktavanın «do» notunadək davam edir.
       Simfonik orkestrə kornet ilk dəfə XIX əsrdə daxil olmuşdur. Bundan başqa kornetdən nəfəs orkestrlərində, hərbi orkestrlərdə geniş istifadə edilir.
        KSILOFON - Müəyyən yüksəkliyi ifadə edən zərb alətidir. Ksilofon müxtəlif uzunluqlu tirəbənzər kiçik ağac lövhələrdən ibarətdir. Yunan sözü «xylon» - ağac, «fon» - səs deməkdir. Bu lövhələr trapesiya formasında düzülərək rezin qatı olan yumşaq döşəmədə yerləşdirilir. Alətdə qaşığa bənzər iki ağac qubuq vasitəsi ilə çalınır. Ksilofonun diapazonu I oktavanın «do» notundan III oktavanın «mi» notuna qədər davam edir.
       Ksilofon qədim alət kimi Asiyada yaranmış, orta əsrlərdə Avropaya gətirilmiş və xalq çalğı aləti kimi geniş yayılmışdır. XIX əsrdən sonra solo aləti kimi simfonik orkestr və estrada ansambllarının tərkibində tətbiq edilməyə başlamışdır.
       Bəstəkarlar ksilofondan xüsusi tembr effekti əldə etmək məqsədilə istifadə edirlər. Onun tembri çox soyuq, şaqraq və cingiltilidir.
       Ksilofondan ilk dəfə 1874-cü ildə fransız bəstəkarı Sen-Sans «Ölüm rəqsi» əsərində istifadə etmişdir.
        KULMINASIYA - Latın sözü «culmen» - tərcümədə «zirvə», «yüksək nöqtə» - deməkdir. Musiqi əsərlərində kulminasiya dedikdə ən yüksək emosional gərginlik anı yaradan epizod nəzərdə tutulur. Iri həğmli əsərin daxilində bir neçə kulğminasiya anını müşahidə etmək olar. Hər bir melodiyanın da öz daxilində kulğminasiya nöqtəsi (ən yüksək not) var.
       Ovşarı - «Şur» muğam dəstgahı kökündə zərbi muğamdır. Fikrət Əmirovun bəstələdiyi «Ovşarı» adlı məşhur simfonik muğamında ovşarı zərbi muğamı ilə yanaşı «Maani» («Osmanı») zərbi muğamından da geniş istifadə edilmiş və əsər «Şur» simfonik muğamının intonasiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında bəhdət yaratmış olur.
        KVARTET - Kvarta intervalı ilə kökü eyni olan latınca «quartus» - yəni «dördüncü» - 4 ifaçıdan ibarət xüsusi ansambl üçün nəzərdə tutulan müstəqil kamera musiqisi janrıdır. Instrumental kvartetlər iki skripka (birinci və ikinci), alt və violonçel üçün yazılır. Belə tərkibli kvartet klassik simli kvartet adlandırılır. Haydn, Motsart, Bethoven, Şubert, Brams, Çaykovski, Borodin və b. simli kvartetləri ilə məşhurlaşmışlar.
       Bə zən başqa tərkibli kvartetlərə də rast gəlmək olur. Məsələn; fortepiano kvarteti (skripka, alt, violonçel və fortepiano üçün). Nadir hallarda nəfəs alətlərindən ibarət kvartetlərə də rast gəlmək olar.
       Vokal kvartetlər (qadın, kişi və qarışıq səslərdən ibarət) müstəqil kamera əsəri kimi, həm də opera, oratoriya və kantataların tərkib hissəsi kimi mövcuddur. Məsələn; C Verdinin «Riqoletto» operasında sonuncu pərdədən kvarteti göstərmək olar.
       Kvartet ifa edən bəzi məşhur kollektivlərə görkəmli bəstəkarların adı verilmişdir. Məsələn; Bethoven adına kvartet, A. Borodin adına kvartet, Taneyev adına Leninqrad kvarteti, D. Şostakoviç adına kvartet, Q. Qarayev adına Azərbaycan Dövlət kvarteti və s.

(ardı var)

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page