ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



        KAPELMEYSTER - XVIII əsrdə tanınmış kübar ailələrin təhkimçi musiqiçilərdən ibarət orkestri, xoru, solist-müğənniləri olurdu. Belə orkestrlər və ya xorlar-kapella, onun rəhbəri isə kapelmeyster («kappella» - xor, «meister» - rəhbər, usta) adlanırdı. Məsələn; Avstriya bəstəkarı Y. Haydn 30 ildən artıq knyaz Esterqazinin kapellasında kapelmeyster işləmişdir.
       Kapelmeysterin vəzifəsi yannız musiqiçilərə rəhbərlik etməkdən ibarət deyildi. O, həmçinin, repertuarı seçməli, xüsusi olaraq bu orkestr üçün əsərlər yazmalı, musiqi alətlərinin vəziyyətinə, not kitabxasına nəzarət etməli, musiqiçilərə dərs verməli idi. Tədricən kapelmeyster yalnız orkestr dirijoru funksiyasını yerinə yetirməyə başladı. Daha sonralar, artıq simfonik orkestrin formalaşdığı dövrlərdə kapelmeyster termini əvəzinə «dirijor» sözü işlənmişdir. Son zamanlaradək bəzi hərbi-nəfəs orkestrlərinin rəhbərləri kapelmeyster adlanırdı. Hal-hazırda isə bu termin artıq işlənmir.
        KAPRIÇÇIO - Italyan sözü «capriccio» - «şıltaqlıq» kimi tərcümə edilir. Musiqidə, adətən, sərbəst quruluşlu, oynaq, dəyişkən xasiyyətli pyeslər kapriççio adlanır. Məsələn; P. Çaykovskinin orkestr üçün «Italyan kapriççiosu»nda şən karnaval səhnəsini əks etdirək rəngarəng italyan xalq melodiya və ritmlərindən istifadə edilmişdir. Görkəmli Azərbaycan bəstəkarı F. Əmirovun «Azərbaycan kapriççiosu» da rəngarəng orkestri, zəngin melodikası və ritmi ilə fərqlənir. Bəzən bu terminin fransız variantından («caprice») - kapris - istifadə edilir. Məsələn; Paqanininin skripka üçün virtuoz Kaprisləri, A. Rubinşteynin fortepiano üçün Vals-kaprisi geniş şöhrət qazanmışdır.
        KASTANYET - Ispaniyada yaranmış bu özünəməxsus tembrli musiqi alətinin müşayiəti ilə ispanlar bolero, segidilya, xota və b. rəqsləri ifa edirlər.
       Kastanyet orkestrin zərb alətləri qrupuna daxildir. Bəstəkarlar öz əsərlərinin rəqs epizodlarında kastanyetlərdən geniş istifadə edirlər. Məsələn; Qlinkanın ispan uvertüralarında («Araqon xotası», «Madriddə gecə»), Çaykovskinin və Qlazunovun baletlərindən ispan rəqslərində; J. Bizenin «Karmen» operasında kastanyetdən istifadə edilmişdir.
       Ispan kastanyetləri qarağac, şümşad, kokos-palma kimi möhkəm və davamlı ağaclardan düzəldilir. Kastanyet iki cüt balıqqulağı formasında kiçik çanaqcıqlardan ibarət olub, qalın iplərlə baş barmağa keçirilərək çalınır. Kastanyetdə çalğı texnikası çox çətindir. Ispan rəqqasələri hələ uşaq yaşlarından bu alətdə çalmağı öyrənirlər.
       Orkestrdə kastanyetin xüsusi dəstəyə birləşdirilmiş iki cüt qapaqdan ibarət sadə formasından istifadə edilir.
        KƏRRƏNAY - Qədim nəfəs musiqi alətidir. Uzunluğu 3 m olan tunc borudan düzəldilir. Müştüyü borunun yuxarı tərəfinə taxılır, aşağı tərəfi isə tədricən genişlənmiş olur. Kərrənayın səsi olduqca gür, şiddətli və güclüdür. Odur ki, çalındığı zaman çox uzaqlarda eşidilir.
       Keçmişdə kərrənay əsas etibarı ilə hərbi musiqi aləti kimi işlədilmişdir. Eyni zamanda oyunbazlar, kəndirbazlar göstərəcəkləri tamaşaya adam toplamaq üçün əvvəlcə kərrənay səsləri ilə car çəkərdilər. Nizami öz əsərlərində kərrənay (kərnay) haqqında tez-tez yazır. Hazırda kərranay musiqi alətindən özbək və tacik xalqlarının musiqi məişətində geniş istifadə edilir. Bəzən ona «özbək zurnası» da deyilir.
        KƏSMƏ ŞIKƏSTƏ - Azərbaycanda zərbi muğam kimi məşhurdur. Şikəstələr hələ XIX əsrdə də zərbi muğam kimi geniş yayılmışdılar. Azərbaycan xanəndəlik sənətində «Şikəstə»nin iki növü əsas yer tutur: «Qarabağ şikəstəsi» və «Kəsmə şikəstə».
        «Kəsmə şikəstə»ni adətən qadın xanəndələr ifa edirlər. «Kəsmə şikəstə» bir neçə «Segah» kökündə («Orta segah», «Mirzə Hüseyn segahı», «Haşım segahı») ifa oluna bilər.
        «Kəsmə şikəstə»də musiqi ibarələri qırıq-qırıq, kəsilə-kəsilə, yə ni sezuralarla oxunur. Məhz bu cəhətinə görə xalq arasında «Kəsmə şikəstə» kimi adlandırılmışdır. Adətən «Kəsmə şikəstə»də şikayət, əzab-əziyyət, iztirab, ümid hissləri vəsf olunur. Bu isə onun musiqi dilinə həzinlik, kövrəklik, lirizm və emosionallıq xüsusiyyətləri gətirir. «Kəsmə şikəstə»nin mətnini «Bayatı» təşkil edir.
        KLAVIR - Bu söz almanca «Klaverauszug» (tərcümə - «klavir üçün çalınan») sözünün ixtisar edilmiş şəklidir. Orta əsrlərdə klavişli-simli alətlər qrupu (çembalo, klavikord, klavesin, fortepiano) klavir adlanırdı.
       Halhazırda opera, balet, simfoniya, oratoriya və b. mürəkkəb janrlı əsərlərin partiturasının fortepiano üçün işlənməsi klavir adlanır. Əsərin klavir variantı musiqi ədəbiyyatının müxtəlif simfonik və opera əsərləri ilə tanış olmağa imkan yaradır.
        KLARNET - Klarnet ağac nəfəs alətlərindən biri olub, e. ə. IV minillikdə Qədim Misirdə yaranmışdır. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir.
       Klarnet - uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir. Klarnetin tembri registr bölgüsünə görə müxtəlifdir: aşağı registrdə daha tutqun; orta registrdə mülayim, ifadəli; yüksək registrdə işıqlı və cingiltili səslənir.
       Bu baxımdan onun adının mənası da maraq doğurur. Italyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi.
       Klarnet transpozisiyalı musiqi alətləri qrupuna aiddir. Orkestr və ansambllarda, adətən in A və in B kökündə klarnetlərdən istifadə edilir.
       Əsas klarnetdən başqa onun iki növü var: kiçik klarnet və bas klarnet.
        KOBZA - Qədim ukrayna xalq çalğı alətidir. Kobza dartımlı simli alət olub plektr (mizrab) ilə çalınır. Onun lütnyaya oxşar çanağı, arxaya qatlanmış qolu var. XVI-XVII əsrlərdə xüsusilə geniş yayılmış kobza daha sonralar öz yerini banduraya vermişdir. Hazırda kobzadan Moldova, Rumıniya, Macarıstan ölkələrində istifadə edilir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page