ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
Search

ÌÓÑÈÃÈ ÒßÙÑÈËÈ
QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



       Muğam sənəti özünəməxsus improvizə xüsusiyyətinə malikdir. Bildiyimiz kimi, hər bir xanəndənin və ya sazəndənin ayrı-ayrılıqda ifaçılıq səpgisi var. Bu baxımdan bir neçə muğam ifaçısının yaradıcılığına nəzər salaq.
       Cabbar Qaryağdı oğlu gözəl, şaqraq zənguləyə, geniş nəfəsə, yüksək duyuma, aydın yaradıcılıq qabiliyyətinə, dinləyicinin zövqünü oxşaya bilən, musiqi mədəniyyətimizin inkişafı naminə əlindən gələni əsirgəməyən və nəhayət, iki oktava yarım səs diapazonuna malik nadir bir xanəndə idi. Onun ifasında zil reqistrdə oxunan muğamlar daha cazibəli və təsirli səslənir. «Şur», «Rast» kimi dəstgahların mayələrini oxumaq onun səsinin xüsusiyyətinə müvafiq olmadığı üçün Cabbar əmi (onun bütün xalq, musiqi ifaçıları və xanəndələri belə adlandırırlar) «Şur»u simayi-şəms (mayedən bir oktava zil) pərdəsindən, «Rast»ı isə əraq pərdəsindən (birinci oktavanın sol səsindən səslənir - birinci oktavanın fa diyez səsi) başlayardı.
       Mənim eşitdiklərimə qörə, «Bayatı Kürd» muğamının bayatı əcəm şöbəsində ikinci dəfə bayatı kürd pərdəsi oxuyardı. Cabbar Qaryağdı oğlunun həyat və yaradıcılığı haqqında F. Şuşinskinin «Azərbaycan xalq musiqiçiləri» kitabında maraqlı yazılarla tanış olmaq məsləhət görülür.
       Azərbaycan xanəndələri içərsində çox nadir ifaçılar olub ki, bütün muğamları eyni şövq ilə, eyni təravətlə, yüksək savada malik və heç bir xanəndədə təkrarı hiss olunmayan ifaçılıq qeyrətini (A.Ə.), özünəməxsus yaradıcılıq hissiyatını, yüksək xeyriyyəçilik ürəyini bizlərə qoyub gedib. Seyid Şuşinskinin yüksək ifaçılıq mədəniyyəti ilə ifa etdiyi muğamlar və ya zərbi muğamlar (səs yazıları) bu gün muğam sevənlər və xalq musiqisi ilə musiqişünaslıq elmini daha da zənginləşdirən alimlərimiz üçün çox dəyərli bir istinad mərkəzidir. Ağanın (xalq musiqi ifaçıları-xanəndələr, eləcə də xalq kütlələri arasında Seyid Şuşinskiyə həm seyid olduğu üçün, həm də yüksək hörmət əlaməti olaraq «Ağa» deyə müraciət olunurdu) ifasında muğamlar istər «Çahargah», «Orta Mahur», «Şur», «Bayatı Şıraz», istərsə də zərbi muğamlar «Arazlari», «Mani», «Heratı», «Ovşarı» və s. təkrar olunmayan ustalıqla dinləyiciyə çatdırılır.
       Helə Ağanın 19 yaşı (1908-ci il, Şuşa şəhəri, «Yay klubu») olarkən onun ecazkar səsinin, fitri istedadının və hədsiz ustalığının şahidi olan Cabbar Qaryağdı oğlu səhnəyə çıxıb Seyidi bağrına basaraq gözləri yaşarmış halda «Camaat! Indi mən ölsəm də, daha gəmim yoxdur, çünki məndən sonra Səyid vardır» demişdir. Onu da qeyd etmək lazımdır ki, Seyid Şuşinskinin muğam ifaçılıq məktəbinin davamçısı, gözəl pedaqoq Nəriman Əliyev uzun illər Ağanın işini davam etdirmişdir (1963-1998).
       Zülfü Adıgözəlov deyəndə mənim qulaqlarım sanki «Rast», «Zəbul seqah» muğamlarını, xüsusən «Fars Şikəstəsi»ni eşidir. Şifahi ənənli xalq musiqisinin ifaçılarını adətən iki hissəyə bölürlər: zilxan və pəsxan xanəndələr. Zülfü müəllim pəsxan xanəndə idi. Buna baxmayaraq, deyilənlərə görə vaxtı ilə Zülfü əmi «Orta Mahur» ifa edib. Zülfü Adıgözəlovun şirin, aydın və təmiz diksiyası, çox təsirli ifa tərzi, oxuduğu muğamın təkrar olunmayan hissiyatla, ürək yanğısı ilə ifa etməsi, şöbələr arasında xalq mahnılarını və təsnifləri böyük yaradıcılıq məharəti ilə oxuması XX əsr Azərbaycan muğam ifaçılığı tarixində bənzərsiz bir obraz yaradıb.
       Instrumental muğam ifaçılığından söz açarkən tarzən Hacı Məmmədov, Əhsən Dadaşov, kamançaçalan Şəfiqə Eyvazova sənətindən danışmaq yerinə düşərdi.
       Hacı Məmmədov muğamları çox böyük ifaçılıq texnikası ilə ifa edən özündən əvvəl yaşayıb-yaratmış tarçalanları təkrarlamayan, yeni ifaçılıq məktəbi yaradan solist idi. Instrumental muğamlarımızın yaşamasında Hacı Məmmədovun xidmətləri hədsizdir. Onun ifasında «Orta Mahur», «Çoban bayatı» və bir çox xalq melodiyaları bü gün də dinləyicilərin yaddaşında yaşayır. Onu da qeyd etmək lazımdır ki, Hacı Məmmədov bir sıra Azərbaycan, Rus, Avropa bəstəkarlarının əsərlərini ilk dəfə tarda yüksək səviyyədə ifa etmişdir. Bu da sevindirici haldır ki, Bakı şəhər mədəniyyət idarəsi xalq artisti Hacı Məmmədovun xatirəsini əziz tutaraq, Bakı şəhərində iki ildən bir gənc ifaçılar arasında Hacı Məmmədov adına müsabiqə keçirir. Əhsən Dadaşov bəstəkar qəlbli, Azərbaycan muğamlarını gözəl bilən, xanəndələri müşayiət edərkən onun daxili imkanlarını üzə çıxarmağı bacaran, Şərq musiqisini dərindən mənimsəmiş, lakin Şərq musiqisi ilə Azərbaycan muğamlarının sintezini yaratmamış, əksinə muğamlarımızı yeni-yeni çalarlarla, musi qi frazaları ilə zənginləşdirmiş, çox geniş dünya görüşünə, misilsiz musiqi zövqünə malik sənətkardır. Ifaçılıq mədəniyyətimizin tarixində ilk dəfə Hacı Xanməmmədovun tar ilə orkestr üçün bəstələdiyi «Bir saylı Kosert»i Əhsən Dadaşova həsr edilmiş və bu «Konsert»in ilk ifaçısı Əhsən (1924-1976) müəllim olmuşdur. Təkrarsız musiqi duyumuna malik olan Əhsən Dadaşovun gərgin zəhməti nəticəsində Qədir Rüstəmov kimi onlarca xanəndə və ifaçı xalq musiqimizin adını yüksəklərə qaldırıb, yaşatmaqdadır.
       Şəfiqə Eyvazova kamançaçalanlar arasında yeganə ifaçı qadındır ki, istər özündən əvvəl yaşayıb-yaratmış instrumental ifaçıları, istərsə də müasirlərini təqlid etməmişdir. O, özünə məxsus ifaçılıq ənənəsini yaratmış, ardınca yüzlərlə qızlara bu sənəti sevdirmişdir. Sonsuz musiqi duyumuna malik olan Şəfiqə xanım öz ifası ilə sübüt etdi ki, kamança çalmaq ancaq kişilərə məxsus deyil. Ifaçılıq sənətinə özünəməxsus tələbkarlıqla yanaşan Şəfiqə Eyvazova «musiqiçinin qadın-kişisi yoxdur» deyir. Yüksək ifaçılıq texnikasına, musiqi mədəniyyətinə malik olan Ş. Eyvazova dünyanın müxtəlif ölkələrində xalq musiqimizi, Azərbaycan muğamlarını uzun illərdir ki, təbliğ etməkdədir.
       Üzeyir Hacıbəyov adına BMA-nın professoru, respublikanın xalq artisti Şəfiqə Eyvazovanın yetirmələri bu gün musiqimizin inkişafı üçün əllərindən gələni əsirgəmirlər.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page