G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
Search


QIRX YAŞLI MUSIQI MƏKTƏBI
Ariz Abduləliyev
DÜNYA PEDAQOJI MƏKTƏBLƏRI SISTEMINDƏ MUSIQILI-ESTETIK TƏRBIYƏNIN ROLU
Gülnarə SƏFƏROVA
G.G.ŞAROYEV ADINA 35 SAYLI ONBIRILLIK MUSIQI MƏKTƏBI: ƏNƏNƏLƏRIN DAVAMI
Cəmilə HƏSƏNOVA-ISMAYILOVA
MUĞAM JANRININ TƏDRISI PROBLEMLƏRI
Arif ƏSƏDULLAYEV
HEKAYƏTLI MUSIQI LÜĞƏTI (ardı)
Sevda ƏLIQIZI

 



Respublikamızda çox sayda uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Musiqi məktəblərində təhsil alan uşaqların əksəriyyəti üçün bu incəsənətlə təmas vasitəsi, başqa sözlə desək, musiqi məşğuliyyətidir. Lakin musiqi sahəsində ilkin addımlar sonradan professional sənətin bünövrəsinə də çevrilir. Uşağın musiqi zövqünün formalaşmasında, ondakı istedad rüşeymlərinin inkişaf etdirilərək, yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür.Çünki uşağın sonradan musiqini özünə peşə seçməsi və professional musiqiçi kimi yetişməsi məhz ilk musiqi müəllimindən, geniş mənada isə musiqi məktəbində təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəklində məqsədyönlü xarakter daşımasından çox asılıdır.
Tədris prosesinin və müəllimlərinin yüksək professional səviyyəsi ilə seçilən musiqi məktəblərindən biri G.G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbidir. 65 ildən artıq bir dövrdə fəaliyyət göstərən bu musiqi məktəbini Azərbaycanda professional musiqi təhsilinin və fortepiano ifaçılığı məktəbinin inkişafında böyük xidmətləri olmuş mahir pianoçu, təcrübəli pedaqoq Azərbaycan respublikasının əməkdar incəsənət xadimi, professor G.G.Şaroyev təşkil etmişdir. Məktəb hal hazırda onun adını yaşadaraq, ənənələrini davam etdirir.
G.G.Şaroyevin əsil mənada, yaradıcılıq məhsulu olan bu məktəb haqqında söhbət açmazdan əvvəl, bir qədər onun özünün həyat və fəaliyyəti barədə məlumat vermək istərdik. Zənnimizcə G.G.Şaroyevin ömür yolu həm respublikada musiqi təhsilinin inkişaf tarixinin, həm onun uzun illər boyu çalışdığı Bakı Musiqi Akademiyasının tarixinin, həm də elə 35 saylı musiqi məktəbinin tarixinin mühüm səhifələri kimi oxucular üçün maraqlı olar.
G.G.Şaroyev 1890-cı ildə iyunun 13-də Moskvada anadan olmuşdur. O, gözəl təhsil almış, 1900- cü ildə, 10 yaşında olarkən Moskva konservatoriyasına qəbul olunmuşdur. Burada o, Q.A.Paxulski, V.I.Safonov, K.N.Iqumnov kimi məşhur pedaqoqlardan dərs almışdır. Onların ailəsi Peterburqa köçdükdən sonra isə , o, təhsilini Peterburq konservatoriyasında davam etdirmiş və görkəmli rus pianoçuları M.K.Benua və A.N.Yesipovanın tələbəsi olmuşdur. Bütün bu pedaqoqlar onun bir pianoçu və müəllim kimi yetişməsində böyük rol oynamış və Georgi Georgiyeviç sonrakı pedaqoci fəaliyyətində onların ənənlərinə əsaslanmışdır.
Peterburq konservatoriyasını bitirdikdən sonra Azad sənətkar diplomu almış bu istetadlı musiqiçi 1918-ci ildə Bakıya musiqi müəllimi kimi dəvət olunmuş və taleyini ömürlük bu şəhərlə bağlamışdır. O, respublikamızda mədəniyyətin inkişafı işinə rəhbərlik edən musiqimizin korifeyləri Ü.Hacıbəyov və M.Maqomayevlə çiyin-çiyinə milli musiqiçi kadrların yetişdirilməsi ugrunda əzmlə yorulmadan çalışmışdır.
Ü.hacıbəyov G.G.Şaroyevə böyük hörmət bəsləyir, istedadlı pianoçu və pedaqoq kimi onu yüksək qiymətləndirir, musiqi təhsili ilə bağlı məsələlərdə ona çox etibar edirdi.
G.G.Şaroyev müəllim kimi Bakı musiqi texnikumunda fəaliyyətə başlamışdır. O, həmçinin, Azərbaycan Konservatoriyasının (indiki Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının) yaradılmasında böyük əmək sərf etmiş, 1921-ci ildən ömrünün sonuna kimi burada çalışmış, müəllimlikdən professora kimi şərəfli bir yol keçmişdir. O, uzun illər boyu ixtisas fortepiano kafedrasının müdiri (1934-1952), fortepiano fakultəsinin dekanı, sonra isə koservatoriyanın elmi və tədris işləri üzrə prorektoru olmuşdur.
Əlbəttə ki, Bakı Musiqi Akademyasının yaradılmasının 80 illik yubileyi ərəfəsində həyat yolu respublikanın ali musiqi məktəbinin tarixi ilə çarpazlaşan bir şəxsiyyətin xatirəsinin anılması vacibdir.
G.G.Şaroyev geniş dünyagörüşünə, nadir erudisiyaya və tükənməz yaradıcılıq qüvvəsinə malik bir şəxs idi. O, həm gözəl pianoçu və konsertmeyster kimi, həm də musiqi sənətinin müxtəlif məsələləri barədə məqalə və resenziyaların, bir sıra elmi işlərin müəllifi kimi tanınmışdır.
Lakin o, musiqi pedaqogikası sahəsində xysusilə böyük nailiyyətlər əldə etmişdi. Müəllimlik onun həyat amalı idi. O, bütün ömrünü yüksək səviyyəli professional musiqiçi kadrların yetişdirilməsinə həsr etmiş, bununla da Azərbaycanda musiqi mədəniyyətinin inkişafına əhəmiyyətli xidmət göstərmişdir.
G.G.Şaroyev böyük bir pianoçular nəsli yetirmişdir.Yetirmələrinin əksəriyyəti sonradan onunla birlikdə çalışaraq, Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafında mühüm rol oynamış, respublikanın hüdudlarından kənarda da çox məşhurlaşmışlar. Onlardan respublikasının əməkdar insəsənət xadimi, xalq artisti, professor kimi yüksək fəxri və elmi adlara layiq görülmüş Kövkəb xanım Səfərəliyeva, Elmira Nəzirova,Çingiz Sadıxov və başqalarının adlarını qeyd edə bilərik. Müxtəlif illərdə G.G.Şaroyevin sinfini bitirmiş tələbələrdən, həmçinin, V.Mustafazadə, Z.M.Stelnik, E.M.Nikomarova, I.V.Abezqauz, E.Kremer, L.N.Yeqorova, S.Xanina, Y.I.Perevertaylo, I.Q.Plyam, S.T.Daşdəmirova, F.Quliyeva, N.A.Yujanin, E.Vəlizadə, A. Abdullayev, V.Apresov, N.A.Qasımova Şaroyeva, N.V.Tsinam Dzqravişvili, N. Dadaşlı və başqalarını göstərmək olar. G.G.Şaroyevin yetirdiyi mütəxəsislər, eyni zamanda, onların da tələbələri hal hazırda Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında, Bülbül adına orta ixtisas musiqi məktəbi ndə, A.Zeynallı adına Bakı Musiqi Kollecində, G.G. Şaroyev adına 35 saylı onbirillk orta musiqi məktəbində və respublikanın hüdudlarından kənarda yerləşən digər şəhərlərdəki musiqi təhsili ocaqlarında çalışırlar. Bütün bunlar G.G.Şaroyevin böyük bir ifaçılıq məktəbi yaratdığını sübut edir.
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev də vaxtilə G.G.Şaroyevin tələbəsi olmuş, fortepiano sənətinin sirlərini bu böyük müəllimdən əxz etmişdir.Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində saxlanılan Q.Qarayevin G.G. Şaroyeva yazdığı məktubunda belə sözlər diqqəti cəlb edir: Siz mənə atamdan da artıq köməklik göstərmisiniz. Bu fikir G.G.Şaroyevin bir insan kimi qiymətli keyfiyyətlərini bariz şəkildə əks etdirir.
Ümumiyyətlə G.G.Şaroyevin bir pedaqoq kimi ən gözəl xüsusiyyəti onun tələbələrinə və sənət yoldaşlarına qarşı qeyri adi səmimi, qayğıkeş münasibəti, təmənnasız yardım etməsi idi.
Tələbələri xatırlayırlar ki, G. G. Şaroyev tələbənin zövqünü və istedadını qiymətləndirir və onları həvəsləndirməyi bacarırdı. O, hər bir tələbəyə fərdi yanaşırdı. Bu, onun əsas pedaqoci prinsiplərindən biri idi. Buna görə də onun hər bir tələbə ilə iş metodu muxtəlif idi.
G.G.Şaroyev tələbənin istedadını tam şəkildə üzə çıxarılmasına böyük diqqət yetirir, onun fantaziyasına sərbəstlik verirdi.O,ifaçılıq texnikasını əsərin bədii təfsirinə tabe etməyi tövsiyyə edir, ifaçılığın bədii və texniki cəhətlərini qovuşdurmağı tələbəyə öyrədirdi.Bu da çox müsbət nəticələr verirdi. O,həmçinin müəllif mətninin dürüst öyrənilməsinə, ifa olunan əsərlərin təhlilinə çox fikir verir, çalğı texnikasını artırmaq məqsədiilə tələblərə xüsusi məşğələlər təklif edirdi. Dərslərdə tələbələrə bu və ya digər əsərin təfsirini verərkən,o özü gözəl ifaçılıq qabilyyəti nümayiş etdirdi. Xüsusilə onun konsertlərdə ilhamlı çıxışları yaddaşlarda həkk olunaraq, xatirələrdə yaşayır.
O, eyni zamanda, tələbələrin dünyagörüşünün inkişafına çox diqqət yetirir, dərsdə onlarla ədəbiyyat,təsviri sənət barədə söhbətləraparır, opera tamaşalarına və konsertlərə getməyi tövsiyyə edirdi.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page