ÈÐÑÈÌÈÇ «ØÓØÀ – 250»
Şuşa Azərbaycan musiqisinin məbədidir
Z.Səfərova.
Search

ÈÐÑÈÌÈÇ «ØÓØÀ – 250»
Şuşa Azərbaycan musiqisinin məbədidir
Z.Səfərova.
Natəvan və musiqi
A. Ziyadlı.
Bülbül Azərbaycan professional vokal sənətinin banisidir
S. Həsənova-Ismayılova.
Azərbaycan incəsənətində Bədəlbəylilərin rolu
N. Rəhimova.
Ağalar Əliverdibəyovun musiqişünaslıq fəaliyyəti
haqqında

F. Xalıqzadə.
Şuşa musiqi təhsili
Y. Vəliyev

 



       Sadıxcan iri əllərə, uzun və güclü barmaqlara sahib idi, deyilənə görə onun tarda işlətdiyi barmaqları, vurduğu mizrabları heç kəs təkrar edə bilməmişdir. Ona baxmayaraq qeyd etməliyik ki, Məşədi Zeynal, Meşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Primov kimi mahir tarzənlər məhz Sadıxcan məktəbinin gözəl davamçılarıdır.
       1897-ci ildə Şuşada yazıçı Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə həvəskar aktyorların ifasında dahi Azərbaycan şairi Füzulinin poeması əsasında "Leyli Məcnunun məzarı üstündə" musiqili səhnəcik göstərildi. Məcnun rolunu məşhur xanəndə Cabbar Qaryağdıoğlu (1861-1944) oynayırdı. 1902-ci ildə "Fərhad və Şirin" mövzusunda ikinci belə musiqili səhnə qoyuldu. Fərhad rolunu yenə də Cabbar Qaryağdıoğlu ifa edirdi. O, xalq xanəndəsi və bəstəkarı kimi məşhur idi. Cabbar Qaryağdıoğlu öz sözlərinə çoxlu mahnı, təsniflər üçün isə şerlər yazmışdır. "Bakı", "Bəsti", "Tiflisin yolları" və bir çox mahnıların müəllifi idi. Cabbar, Qaryağdıoğlunun yüksək tessitura və geniş diapazonlu gözəl tenoru var idi. Onun kimi "Mənsuriyyə", "Heyratı", "Kürdi-Şahnaz" oxuyan yox idi. Onun səsini məşhur italyan tenoru Karuzo ilə müqayisə edirdilər. Yesenin onu "Şərq musiqisinin peyğəmbəri" adlandırmışdır. Hələ 1906-1912-ci illərdə onun səsi Kiyev, Moskva, Varşavada bir sıra aksioner cəmiyyətl ər tərəfindən fonovalikə yazılmışdır. Cabbar Qaryağdıoğlu Azərbaycan vokal sənətinin tarixində yeni səhifə açmışdır. O, musiqili-ədəbi və şərq konsertlərində çıxış edərək, milli operanın yaranmasında önəmli rol oynadı, onun üçün münbit zəmin yaratdı.
       Cabbar Qaryağdıoğlundan sonra Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinski idi (1889-1965). Cabbar Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi" adlandırmışdı. Seyid Şuşinskinin 1908-ci ildə Şuşanın "Yay klub"unda keçən ilk uğurlu çıxışından sonra Cabbar səhnəyə çıxıb Seyidi bağrına basaraq gözləri yaşarmış halda demişdi: "indi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardır"5. Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək öz qavalını ona bağışlamışdı.
       Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinsi ifa üçün mürəkkəb muğam olan "Cahangah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zənkulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.
       Seyid Şuşinski yaradıcılığında Hafiz, Füzuli, Seyid Əzim qəzəllərilə yanaşı, Cavidin və Sabirin şerlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şer və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.
       Seyid Şuşinski, Mirzə Cəlil, Əblürrəhimbəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox gömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Cahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Mani", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.
       Onu da qeyd edək ki, Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.
        (Fikrət Əmirov məşhur tarzən, Şuşa sazəndəlik məktəbinin görkəmli nümayəndəsi, həm də "Seyfül-Mülük" operasının müəllifi Məşədi Cəmil Əmirovun oğludur).
       Qarabağdan çıxan muğam ustaları arasında öz məlahətli səsi, xüsusi pəsxanlığı ilə seçilən və xalqın ürəyinə yol tapan xanəndələrdən biri də Zülfüqar Adıgözəlov idi (1898-1963). 1920-ci illərin axırlarında Şuşa məclislərinin birində Cabbar Qaryağdıoğlu onu eşitmiş, bəyənmiş və Bakıya dəvət etmişdi. Bakıda, dövlət filarmoniyasında işləyə-işləyə, o, sənətkarlığını artırmış, cilalaşdırmışdı. Z. Adıgözəlov opera teatrında da bəzi rollarda çıxış etmişdi. Çox tez o, gözəl səsinə, aydın diksiyasına, səmimi, sərbəst oxumağına görə populyar olur. Xalq onu mehribanlıqla "Zülfi" deyə çağırır. Zülfi Adıgözəlov "Rast" muğanının mahir ifaçısı idi. Necə ki, Cabbar "Mahur"u, Seyid "Cahargah"ı, Islam Abdullayev "Segah"ı xüsusi məharətlə, özünə məxsus təkrarsız üslubda oxuyardı, eləcə də Zülfi Adıgözəlov "Rast"ı o cür ustalıqla ifa edərdi.
       "Rast"ın düzlük, mərdlik, vüsət kimi xüsusiyyətlərini vurğuluya bilirdi. Zülfi "Orta Segah"ı da gözəl oxuyardı. Zülfi Adıgözəlov "Nəbi", "Kəklik", "Dedim bir busə ver", "Bir cüt sona" kimi xalq mahnılarının mahir ifaçısı idi. Onun "Mən gedirəm Zəngilana" təsnifini böyük hisslə, təsirli oxuması hamını heyran edirdi.
       Zülfi Adıgözəlovun gözəl səsi Azərbaycanfilm studiyasının çəkdiyi "Kəndlilər", "Səbuhi", "Bakılılar" filmlərində də səslənir.
       Şuşanın xanəndəlik məktəbinin son korifeylərindən olan Xan Şuşinski (1901-1979) haqqında söz açdıqda qeyri-ixtiyari Səməd Vurğunun "Azərbaycan" şerinin bu misraları yada düşür:
       Könlüm keçir Qarabağdan
       Gah bu dağdan, gah o dağdan.
       Axşam üstü qoy uzaqdan
       Havalansın Xanın səsi
       Qarabağın şikəstəsi.
       Indi bu misralar adamı xüsusilə kövrəldir, acıdır. Illər boyu gözəl Qarabağın, onun musiqi və poeziya beşiyi Şuşanın şərəfinə bir sıra şairlərimiz şerlər yazmışlar, onların bir qismində Xan Şuşinskinin səsi və sənətkarlığı da vəsf edilir. Xan Şuşinskinin ilk müəllimi, xanəndəlik tariximizə "Segah" muğamının ustadı kimi daxil olmuş Islam Abdullayev olmuşdu. Elə Xan Şuşinski adını da gənc Isfəndiyara Islam Abdullayev özü vermişdi. Bir gün Şuşanın musiqi məclislərinin birində gənc Isfəndiyarla bərabər iştirak edən Islam Abdullayev ev yiyəsindən xahiş edir ki, onlar üçün o zaman məşhur olan Təbrizli xanəndə Əbdülhəsən Xanın qrammafon valını səsləndirsin. Xanəndə "Kürdi-Şahnaz" oxuyurdu. Valı dəfələrlə dinlədikdən sonra məclis əhli gənc Isfəndiyardan xahiş edir ki, həmin muğamı təkrar oxusun. O, bu muğamı zildə böyük məharətlə oxuyur və bununla hamını heyrətləndirir. Isfəndiyarın əsil Xan kimi oxumağından qürurlanan müəllimi Islam gənc xanəndəyə o gündən Xan adını veri r. Xan Şuşinskinin etirafına görə onun kamil xanəndə kimi yetişməsində Islam Abdullayevdən sonra Cabbar Qaryağdıloğlunun və Seyid Şuşinskinin böyük rolu olmuşdu. Xan Şuşinskinin geniş diapozonlu, yüksək tessituralı qüvvətli səsi var idi. O, bütün muğamları böyük ustalıqla oxuyurdu. Lakin "Mahur-hindi"ni onun kimi oxuyan olmamışdı. Xan "Segah" muğamının da mahir ifaçısı idi. "Qarabağ şikəstəsi"ni isə təkrar olunmaz bir məharətlə oxuyurdu. Xan gözəl qaval çaldığına görə ritmik muğamlarının da mahir ifaçısı idi. Xan Şuşinski Üzeyir bəyin "Qara göz" mahnısını xüsusi şirinliklə oxuyardı. Xanın özü bir sıra mahnıların müəllifi idi. Onlardan "Qəmərim", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağından", "Ölürəm a Ceyran bala" və nəhayət Şuşaya həsr etdiyi və dillər əzbəri olan "Şuşanın dağları başı dumanlı" mahnılarıdır.
       Şərqdə ilk opera olan "Leyli və Məcnun"u digər dahi Şuşalı Üzeyir Hacıbəyov 1907-ci ildə yazmağa başlayır. Amma bu operanın mövzusu bir qədər əvvəl 1897-98-ci illərdə hələ bəstəkar Şuşada yaşayarkən qəlbində həkk olmuşdur. Şuşada göstərilən "Məcnun Leylinin məzarı üstündə" mövzusunda səhnəcikdə balaca Üzeyir özü də xorda oxuyurdu.
       12 yanvar 1908-ci il bütün müsəlman Şərqində ilk opera "Leyli və Məcnun"un premyerasından sonra, Azərbaycan musiqisində yaranmış elə forma, janr tapmaq olmazdı ki, Üzeyir Hacıbəyovun adıyla bağlı olmasın.
       "Leyli və Məcnun" operası musiqi mədəniyyəti tarixində ilk muğam operası oldu. O, Üzeyir Hacıbəyovun "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşudbanu", "Əsli və Kərəm", "Harun və Leyla", M. Maqomayevin "Şah Ismayıl", Z. Hacıbəyovun "Aşıq Qərib" kimi muğam operalarının üslubunu müəyyənləşdirdi.
       Azərbaycan musiqisinin klassiki, opera sənətinin banisi, görkəmli alim-musiqişünas, alovlu publisist, istedadlı dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun yaradıcılıq yolu Azərbaycan musiqi mədəniyyətinin yaranması və inkişafı tarixinin mühüm dövrünü əks etdirir. Məhz elə buna görə Üzeyir Hacıbəyovun (1885-1948) anadan olduğu günü – 18 sentyabrı Respublikanın ictimaiyyəti musiqi bayramı kimi qeyd edir.
       90 ildən artıqdır ki, Hacıbəyov musiqisi Azərbaycan xalqının canına, qanına sirayət edərək, bədii mədəniyyətimizin ayrılmaz hissəsini təşkil edir. Onun yaradıcılığı tək dağma Qarabağın deyil, Azərbaycanın da hüdudlarını aşaraq artıq müasir musiqi mədəniyyətinin bədii hadisəsinə çevrilmişdir.
       Üzeyir bəy dəfələrlə etiraf etmişdir ki, özünün şedevri olan "Koroğlu" operasını yaradarkən ən əvvəl Bülbülün səsini nəzərdə tutmuşdu. Bülbül (1897-1961) Hacıbəyovun ölməz operasında Koroğlu rolunun klassik ifaçısı oldu. Hələ 12 yaşından bu oğlan Qarabağ toylarında və bayramlarında iştirak edib oxuyurdu. Çox tez o, Bülbül adıyla məşhurlaşdı, populyar oldu. Bülbül inqilabdan əvvəl xanəndə kimi, muğamların ifaçısı kimi çıxış edirdi. Inqilabdan sonra yeni Azərbaycan vokal sənətinin banisi olmuşdur. Bakı konservatoriyasındakı illər, Italiyada ən yaxşı belkanto ustalarından aldığı dərslər, rus, sovet və dünya ustalarının sənətindən öyrənməsi Bülbülü tamamilə yeni tipli Azərbaycan müğənnisi etmişdir. O, öz sənətində milli məxsusluğu dünyəvi texnika ilə məharətlə birləşdirə bilmişdir.
       Bülbül xalq alətlərinin səslənməsinin xüsusiyyətinin saxlanılmasını çox vacib sayırdı və ona görə "Tar məktəbi", "Kamança məktəbi", "Balaban məktəbi" dərsliklərinin çap olunmasının təbliğatçısı idi. Bülbül xalq mahnılarını və təsniflərini gözəl ifa edirdi. "Müxalif təsnifi", "Çahargah təsnifi", xalq mahnıları "Üç telli durna", "Bəri bax", "Yaxan düymələ", "Xumar oldum", "Gülə-gülə", "Qara tellər", "Girdim yarın bağçasına", "Qaçaq Nəbi", "Kəklik" və b. Bülbülün təkrarsız ifasında səslənirdi. Bülbül xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər, italyan bəstəkarları Puççini, Verdi və başqalarının operalarından ariyaları, həmçinin Azərbaycan operalarından ariyaları özünə məxsus ustalıqla ifa edirdi.
       1961-ci ildə ölümündən iki ay əvvəl, Bülbül doğma Qarabağda, anadan olduğu Şuşada konsertlər vermişdir. O, sanki bu torpaqla vidalaşırdı.
       Azərbaycan musiqisinin inkişafında Qarabağdan, Şuşadan çıxmış digər sənətkarlarımızın, məşhur xanəndə və sazədələrimizin, bəstəkarlarımızın, ifaçılarımızın rolu böyük olmuşdur. Biz yalnız bir qisminin üzərində dayana bildik.
       Qeyd edək ki, həyatının son illərinə qədər görkəmli bəstəkar və dirijorumuz Niyazi simfonik konsertlərlə qastrola Qarabağa, Şuşaya gedərdi. Maestronun açıq havada, "Cıdır düzü"ndə keçən konsertləri heç vaxt unutdulmur.
       Biz inanırıq, əminik ki, gün gələcək, Qarabağda, Şuşada, onun "Cıdır düzü"ndə, "Isa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, yenə xalq mahnısı "Qarabağda bir dənəsən" oxunacaq və yenidən yeni "Qarabağ bülbülləri" cəh-cəh vuracaq!
       1 V. Vinoqradov. Uzeir Qadjibekov i azerbaydanskac muzıka. M., 1938, s. 9.
       2 "Vüzühül-ərqam" risaləsi çox illər sonra 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Onun ikinci nəşri (giriş, lüğət, şərhlərlə) bizim tərəfimizdən hazırlanıb çap edilmişdir. Bakı, Elm, 1989.
       3 M.M. Nəvvab haqqında daha ətraflı məlumat almaq üçün bax: Z. Səfərova "Mir Möhsün Nəvvab. Vüzuhül-ərşam", Bakı, Elm, 1989 və yenə onun "Mir Moxsun Navvab". Bakı, Yazıçı, 1983.
       4 Bağdadbəyov C. Qarabağ xanəndələri haqqında xatirələr. AEA-nın Memarlıq və Incəsənət Institutun arxivi. Qovluq ¹ 149 (əlyazma).
       5 Bu və bəzi digər faktları biz F. Şuşinskinin "Azərbaycan xalq musiqiçilər", Bakı,1985, s. 326 və "Şuşa" kitabı üzrə gətiririk. Bakı, 1998.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page