ΜΣΡΘΓΘ ΝίΗίΠΘΙΙίΡΘ
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
Search

ΜΣΡΘΓΘ ΝίΗίΠΘΙΙίΡΘ
ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI – (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA

 



        Bir qayda olaraq qabaqcıl sənətkarlar daima bu cür qlobal miqyaslı hadisələrə ilk, öncül olaraq, bir çox hallarda bəlkə də təhtəlşüuri tərzdə, özünəməxsus bir üslubda reaksiya verirlər (məsələn, Salvador Dalinin 1940-cı ildə yaratdığı məşhur "Müharibə tablosu") və bu sıra əsərlər öz forma miqyaslılığı, ifadə genişliliyi, ideya nəhayətsizliyi və ən nəhayət janr monumentalizmi ilə seçilirlər. Bu baxımdan musiqidə, kantata-oratoriya canrı monumental bir janrlardan biri kimi, daim tarixi-ekstremal vəziyyətlərdə cəmiyyətin və xüsusilə sənət insanlarının bir növ etiraz səsi kimi (buna misal olaraq Q. F. Hendelin yaratdığı şedevr əsərlərin – "Israil Misirdə", "Messiya", "Samson", "Iuda Makkavey" və s. oratoriyalarının məhz Ingiltərənin bir imperiya kimi təşəkkəl tapması zamanı və bu proseslərlə əlaqədar olaraq total stress dövrü keçirən müasirləri ingilislərə çox yaxın olan, mövzusu incildən və antik eposdan götürülmüş v ətənpərvər süjetlərdən ibarət olması, Fransanın almanlar tərəfindən işğalı zamanı A. Oneggerin məşhur "Canna d'Ark tonqalda", S. S, Prokofyevin II dünya müharibəsindən bir qədər öncə, 1939-cu ildə yaratdığı "Aleksandr Nevski", habelə, Vasif Adıgözəlovun, bəstəkar Ramiz Mustafayevin son illərdə Qarabağ müharibəsi mövzusunda yazdığı, VI hissədən ibarət, (1 s. 12 dəq. çəkən!) "Məhəmməd və Leyla" oratoriyasını göstərə bilərik) ucalaraq xüsusi yer tutmuş, ictimai həyatda və intellektual dairələrdə xüsusi rezonans doğurmuşdur. Bütün bunların yaşadığımız dövr üçün aktuallığını nəzərə alaraq, tədqiqatımızın əsas məqsədi, Vasif Adıgözəlovun son 10 ildə yaratdığı və bəstəkarın yaradıcılığı ilə bərabər olaraq, musiqimizdə də yeni bir mərhələ kimi qəbul edilə biləcək üç nəhəng oratoriyanı – "Qarabağ şikəstəsi" (1989), "Çanaqqala" (1998) və "Qəm karvanı" (1999) – bu gün çox səcəyyəvi və rəmzi məna daşıyan, yüksək bədii keyfiyyətləri ilə seçilən monumental əsərlə ri nəzərdən keçirərək araşdırmaqdır.
        Bununla yanaşı bu əsərlərin araşdırılması və seçilmiş janrın əsas nailiyyətlərinin tədqiqi, çağdaş musiqimizin dünya müasir musiqisi kontekstində müsbət və mənfi cəhətlərini anlamaq, ümumi mənzərəsi barədə geniş təsəvvür əldə etmək, bu proseslərin nəbzini duymaq baxımından çox vacibdir.

* * *


        Bu gün musiqimizdə kantata-oratoriya janrına, dərin daxili məzmunlu və fakturasına görə açıq strukturlu kompozisiyaları aid etmək olar. Bunların əkəriyyəti, özündə səhnə-teatr elementlərini də birləşdirən, böyük saylı ifaçılardan ibarət-solistlər, xor, bəzən qiraətçi və xüsusi instrumental heyətlər (o cümlədən milli professional və folklor), üçlü, dördlü və yaxud qarışıq tərkibli orkestr – forma və məzmunca monumental, irimiqyaslı, musiqi tablolarıdır. Bədii obrazlarda yenilik tələb edilərkən, janrın tipləşdirilmiş qatlarından imtina etmə şəraitində, "kanona alternativ (M. Aranovski) axtarışları zamanı, klassik janr qəliblərinin əvəzi və bəzən bunların tamamilə kənar edilməsi qaçınılmazdır. Bu zaman, oratoriyanın dəqiq forma stereotiplərinin və hər hansı bir reqlamentləşdirilmiş qanunlarının olmaması, daxili strukturlarının individuallaşmasına geniş meydan açır. Lakin, bununla belə qeyd etmək lazımdır ki, bütün mümkün ola biləcək yeniliklər və konkret formaların dəyişkənliyi ilə bərabər olaraq oratoriyanın ideya mənbəi və daxili mahiyyəti dəyişməz olaraq qalır – musiqi təfəkkürünün əsas keyfiyyətləri bədii ümumiləşmənin yüksək pilləsində duran fəlsəfilik və konseptuallığa əsaslanır.
        Müasir oratoriya və kantatanın janr palitrası çoxşaxəli və çoxobrazlı olduğundan, bunların aparıcı tipoloji müxtəlifliyi heç bir ciddi sistematizasiyaya tabe olmur. Burada əsasən ayrı-ayrı təmayül dairələri və strateji inkişaf yolları haqda danışmaq daha yerinə düşərdi.
        Oratoriya janrı bütün tarixi yolu ərzində bir çox hallarda bu və ya digər formada teatr ilə əlaqəli olmuşdur – xüsusilə spesifik səhnə janrları ilə sintezdə olduqda və ya əsərin üz başlanğıcını (yəni əsərin yaranma impulsunu) qeyri-musiqi mənbəyindən götürdükdə. Bu cür ikili mahiyyətin məhdudiyyətini bir tərəfdən iri formalı, immanent musiqi məntiqli əsərlər yaratmaq və bunun ümumiləşdirilmiş fəlsəfi varlığı konsepsiyasını təsəvvür etmək, və yaxud "təmiz" musiqi hüdudlarını aşaraq ideyalar və hadisələr aləminə çıxmaq cəhdi kimi əsaslandırmaq olar (oratoriya-kantata janrı bu gün akademik musiqi ilə yanaşı hətta rok(!) musiqisində də (məsələn, məşhur "Isa Peyğəmbər – Super Ulduz" rok-oratoriya-operası) çoxhissəli silsilə şəklində – burada şübhəsiz ki, söhbət zəmanəmizin yaratdığı simbioz bir janrdan gedir – bu isə bir örnək kimi çox maraqlıdır – təmsil edilə bilər). Bir çox hallarda oratoriya və kantatanın musiqi konsepsiyasını və konstruktiv qanunauyğunluqlarını m ətn və söz müəyyən edir – burada daha çox açıq tipli kamera-vokal formalarının əlamətləri hökm sürür. Çağdaş dövrümüzdə mətn və sözün (proqramlığın) vacibliyi simfoniya janrı ilə kantata-oratoriya silsiləsinin sintezi təcrübəsində də təsdiqlənmişdir və təcrübədə çox genişlənmişdir, buna Q. Malerin (III və VIII saylı simfoniyaları), D. D. Şostakoviçin (III və XIII saylı simfoniyaları) və s. bəstəkarların əsərləri misal ola bilər (vokalın çox zaman, sadəcə bir tembr kimi istifadəsi hallarını bura qatmamalı!). Həmçinin müasir canr eksperimentlərinin başlanğıcı – XX əsrdəki bəstəkar axtarışlarının, kantata-oratorial janrın simfoniya ilə simbiozuna yönəlməsi və tədricən hibrid simfoniyalar kimi janrın meydana gəlməsilə nəticələnir – burada ənənəvi simfoniya forması özündə həmçinin messa, oratoriya və vokal silsilələrin əlamətlərini ehtiva etmişdir (məsələn: B. Britenin Simfoniya – rekviemi, I. F. Stravinskinin Symphony of Psalm's, A. Oneggerin Liturgik simfoniyası, Q. Qarayev və F. Qarayevin birgə "Qoyya" simfoniyası və s.). Oratoriya-kantata da öz növbəsində simfoniyadan konseptuallığı, bədii dramaturgiyanın konfliktliyini, tembrlərin personifikasiyası, materialın spesifik simfonik inkişaf üslubunu əks etmişdir.
        Müasir oratoriya yaradıcılığının bir tendensiyası da – bir çox hallarda proqramlığın ümumiləşdirilmiş (fəlsəfi-psixoloji) və yaxud əsərin süjet planı şəklində mövcud olmasıdır. Bu sıra hallara proqramlığın, əlbəttə ki, istifadə edilən mətnin məzmunundan başqa, əsərin musiqi dramaturgiyasına rəmzlərlə:
        – əsərin və hissələrin adı;
        – əsas ideyanı açıqlayan ön söz-epiqraf (o cümlədən ithaf, memorial);
        – Musiqi konsepsiyasının impulsuna səbəb olmuş ədəbi və ya təsviri mənbələrə istinad şəklində və s.;
        – yeridilməsi və onun bilavasitə əksi baş verir.
        Oratoriya janrının tamaşa-səhnə sənəti ilə bağlılığını qeyd edərkən, bu zaman, həmçinin kino qanunauyğunluqlarının bu janrın musiqi məntiqinə təsirindən danışmamaq mümkən deyil. Kinematoqrafik "leksikanın" – stop-kadr, montaj prinsipi və s. – təsirini Arif Mirzəyevin, 20 yanvar şəhidlərinə ithaf etdiyi "Mslam Messası", R. Mustafayev və V. Adıgözəlovun bir çox oratoriyalarında, həmçinin Q. Qarayev və F. Qarayevin artıq yuxarıda qeyd edilmiş eyniadlı filmin musiqisi əsasındı qurulmuş "Qoyya" simfoniya-kantatasında görürük. Müsiqidə kinematoqrafın təsiri haqqında danışarkən, bunun çox zaman musiqi əsərlərinin dramaturgiyası ilə bağlı olduğunu söyləyirlər – bu fikir yuxarıda çəkdiyimiz və bir sıra başqa misallarda təsdiqlənir.
        Müasir musiqimizin oratoriya-kantata janrının bir müstəqil qatı da, janrın dramaturgiyasında ümumavropa və spesifik milli prinsiplərin uzlaşması, qarışılıqlı təsir qoludur. Bəzi bu qəbildən olan əsərlərdə, klassik sonata prinsiplərinin muğam formaları ilə birləşərək, buna müvafiqn tərzdə forma transformasiyası baş verir. Qeyd etdiyimiz bu səbəblərə görə – xüsusilə bizim musiqimizdə, praktik olaraq hər bir yeni əsər, çox orijinal, özünə görə yeganə olan janr-üslub sintezi, individual bədii-dramaturji konsepsiyanı ifadə edir.
        Oratoriya-kantata janrının musiqimizdə yaranması tarixi dahi Ü. Hacıbəyovun adı ilə bağlıdır. Onun ilk kantatası 1934-cü ildə yazdığı və Firdövsinin 1000 illiyinə həsr edilmiş, 1938-ci ildə isə M. F. Axundova həsr olunmuş "Ölməz sənətkar", daha sonra 1942-ci ildə II dünya müharibəsi zamanı "vətən və cəbhə" olmuşdur. Qara Qarayev də 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ongünlüyü üçün "Ürək mahnısı" kantatasını yaratmış və öz yaradıcılığında sonradan dəfələrlə bu janra qayıdaraq "Zamanın bayraqdarı" (1959) kantatasını, "Lenin" (1970) oratoriya-plakatını yaratmışdır. Sonralar bir çox bəstəkarlarımız bu örnəklərdən yararlanaraq, yüksək bədii dəyərlər daşıyan sənət nümunələri yaratmışlar. Bunlardan ilkləri kimi C. Cahangirovun – qeyd edək ki, bu bəstəkar öz yaradıcılığı ərzində 9 kantata və 4 oratoriya yaratmışdır – "Füzuli" (1959) kantatası, "Sabir" (1962), "Hüseyn Cavid – 59" (1984) və s. oratoriyaları, R. Mustafayevin "Oktyabr" (1967) və s. (bura həmçinin V, Adıgözəlovla birgə yazılmış "Səbuhi" əsəri də aiddir – V. Adıgözəlovlun yaradıcılığı barədə aşağıda xüsusi söhbət olacaqdır), A. Əlizadənin "Iyirmialtılar" (1969), N. Məmmədovun "Azərbaycan" (1970) oratoriyaları və başqalarını misal göstər ə bilərik – musiqimizdə baş vermiş bu proses XIX əsrdə öz mövqeini itirmiş oratoriyanın XX əsrdəki dirçiləşinin tərkib hissəsi idi (I. F. Stravinskinin "Çar Edip" (1927), K. Orfun "Karmina Burana" (1937) və s., möasirlərimizdən K. Penderetskinin Osvetsimin qurbanları xatirəsinə yazdığı "Dies irae" (1967), "Te Deum" (1979), Polşa rekviemi (1983) və s. habelə A. Onegger, B. Britten, D. D. Şostakoviç, V. Lütoslavski, O. Messian, H. Hentse və başqalarının yaradıcılığı bunu təsdiqləyir).
        Beləliklə, oratoriya-kantata, musiqimiz çərçivəsində həyata vəsiqə almış və inkişaf edərək bəstəkarlarımız üçün tədricən aparıcı janra çevrilmişdir. Oratoriyanın musiqimizdə ənənəvi olması, bu janrın mədəniyyətimiz çərçivəsindəki dinamik inkişafı, artıq bir neçə nəslin aparıcı nümayəndələri tərəfindən (Ü. Hacıbəyov, Z. Hacıbəyov, Q. Qarayev, S. Ələsgərov, C. Cahangirov, Z. Bağırov, R. Hacıyev, R. Mustafayev, V. Adıgözəlov, N. Məmmədov, A. Əlizadə, A. Mirzəyev və s.) ona dönə-dönə müraciət edildiyini nəzərə alaraq, onun müasir musiqimizin janr klassifikasiyasında yeri barədə müzakirə və mübahisələr səngimir – bütün bunlar janrın musiqimizdə çox aktual olduğu, oratoriyanın bədii ifadə vasitələrinin tükənməzliyini və bu sahədə böyük örnəkləri olan, gənc bəstəkarlarımızın yaradıcılığı üçün böyük gələcəyini göstərir. Oratoriya-kantatanın yüksək məna və məzmununun zərurəti XX əsrin sonu və indiki dövrümüzdə xüsusilə lüzumludur – elə bir zamanda ki, bu janrdan artıq klassik kanonlara (qəliblərə) əməl etmək tələb edilmir və bu şəraitdə istənilən inandırıcı bədii və dramaturji qərarlar, mümkün ola bilən ifaçılıq və ifadə vasitələri məqbul hesab edilir. Bu janrın daimiliyi – onun "mənəvi parametrlərində", dövrün aparıcı ideyalarını cəmləşdirmək və özündə əks etdirmək xüsusiyyətlərindəndir. müasir musiqinin janr ierarxiyası sistemində oratoriya-kantataya ta rixən aparıcı yer verilmişdir. Böyük ənənələrin daşıyıcısı olan bu janr indi də daima aparıcı bəstəkar axtarışlarının yol ayrıcında yerləşir.
* * *


        Yuxarıda qeyd etdiyimiz kimi, bu tədqiqatımız, zəmanəmizin görkəmli bəstəkarının, hal-hazırda öz yaradıcılıq yolunun zirvəsinə qalxmış Vasif Zülfüqar oğlu Adıgözəlova, daha dəqiq onun üç böyük oratoriyasına həsr edilmiş bir tədqiqatdır. Bu tədqiqatın əsas mövzusu və predmeti, onun mərkəzində, V. Adıgözülovun bu əsərlərinin vacib tərəflərindən biri olan – onun 80-ci illərin sonu, 90-cı illərdə, musiqimiz üçün yeni, özünəməxsus və orijinal bir tərzdə, musiqi formalarının ən yüksək səviyyəsində, janr-üslub sintezi, bədii-dramaturji və bəstəkarlıq texnikası cəhətdən novatorcasına yaradılmış ideoloji konsepsiyalar durur. V. Adıgözəlovun yaradıcılığının bu dövründə qaldırdığı problematika, cəmiyyətimiz üçün zəruri olan, beynəlxalq ümummədəni diffuziya və inteqrasiya prosesləri ilə mütənasiblik məcrasındadır və böyük mənada, müasir dünya incəsənətində yeni tendensiyaları və yeni zamanın nəbzini ifadə edir. Belə ki, XX əsrdə bütün Avropa-Qərb mədəniyyəti və incəsənətində , böyük alman filosofu və kulturoloqu O. Şpenqlerin hələ 1918-ci ildə "Avropanın qürubu" (daha doğrusu almancadan tərcüməsi çox çətin olan – "Der Untergang des Abendlandes" – bizim variantda kitabın adı ruscadan götürülmüşdür – müəllif) əsərində xəöərdarlıq etdiyi və hal-hazırda Qərbin bütün sənətşünaslərının təsdiq etdikləri kimi, dərin böhran baş vermişdir. Bütün XX əsr ərzində Qərbin aparıcı sənətkarları bunu daima hiss etmiş və yaranmış bu vəziyyətdən çıxış yollarını aramış, Avropa mədəniyyət və incəsənətini bürüyən dekadans, material kateqoriyaların mənəviyyat üzərində üstünlüyü (praqmatizm və s.), "qapalı dairə" və s. kimi ideyalar kompleksi (daha doğrusu ideyasızlıq) çərçivəsindən azad olmaq cəhdləri etmişdirlər. Bu istək və cəhdlər, müxtəlif konsepsiya və formalarda – yeni harmoniya axtarışları-avanqard modernizm (kubizm-sürrealizm, dodekafoniya-serializm, konstruktivizm və s.), qədim arxitipik qatlara qayıdış-arxaizm (dinimistik-ritual incəsənət, neoklassisizm və s.) və "yeni sadəlik" (folklorizm, mi nimalizm və s.), abstrakt incəsənət növləri (video-art, performans və s.), "yeni oriyentalizm", həmçinin totalitar möhtəşəmlik-monumental icəsənət və xüsusilə iri miqyaslı formaların tədrici bərpası şəklində – idafə edilirdi. Bütün bu hadisələr müasir Azərbaycan incəsənətindən də yan keçməmişdir – bu bizim sivilizasiya quruculuğunda dünya ilə birgə addımladığımızı və bu proseslərin bərabər iştirakçısı kimi bir daha təsdiqləyir – dahi Ü. Hacıbəyovun əsasını qoyduğu, müasir professional musiqi məktəbində əvvəl bu meyllər, bəstəkarlarımızı əsasın iki ümumi düşərgəyə – "Qərbi" (Q. Qarayev, C. Hacıyev və s.) və "Şərqi" (F. Əmirov, S. Hacıbəyov, C. Cahangirov və s.) – ayırmışdısa, sonradan bu bədii cərəyanlar və istiqamətlər tədriclə genişlənərək, bütün dünyada olduğu kimi bir çox şaxələrə bölündü:

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page