جسربأب حكاكذبةةكرب
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
Search

جسربأب حكاكذبةةكرب
ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI – (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA

 



        Sivil bəşəriyyət qarşısında duran başlıca vəzifələrdən biri, əsrlər boyu yaradılmış mədəni irsin böyük abidələrinin qorunub saxlanılması və gələcək nəillərə ötürülməsidir. Bu sərvətlərin itirilməsi həm cəmiyyətin, həm də individuumun hərtərəfli, mükəmməl inkişafını və harmonik-perspektivli gələcəyini qeyri-mümkün edir. Müasir bəşər mədəniyyəti kontekstində musiqini, beynəlxalq mədəni mühiti formalaşdıran, inkişaf mərhələsindən asılı olmayaraq, istənilən cəmiyyətin həyatında çox vacib rol oynayan elementlərdən biri kimi xarakterizə etmək olar. Musiqinin qüdrətli inteqrasional potensionalı, beynəlxalq cəmiyyətin yaranmasında və onun mərhələli inkişafında çox mühüm amillərdən biri kimi çıxış edir. Müasir sivilizasiyanın yaranması və inkişafı tarixində, müxtəlif xalqların və ölkələrin musiqi mədəniyyətlərinin iştirakı, bu zaman onların özünəməxsusluğu və sırf individual cəhətlərinin qorunub saxlanılması ilə yanaşı, bu proses mədəniyyətlərin yaradıcı mübadiləsinə səbə b olmuş, hər bir xalq öz təkrarolunmaz mədəni sərvətlərini dünya xəzinəsinə daxil etmişdir. Hal-hazırda müasir elmin, kompüter, audiovizual və telekommunikasiya texnologiyasının görünməmiş inkişafı sayəsində bu proseslər xüsusilə sürətlənmiş və yeni kosmopolitik vüsət almışdır – mədəni mühitdə yaranmış bu yeni şərait hər bir ayrıca götürülmüş mədəniyyətləri, çağdaş sivilizasiya ilə addımlamaq və mobilləşmə problemi qarşısında qoyur, bunun əksi olacağı təqdirdə, bütün bunlar həmin mədəniyyətin dünyəvi sivilizasiyadan təcridinə, onun yavaş-yavaş ölməsinə və gələcəkdə tamamilə itirilib, tarixdən silinməsinə gətirib çıxara bilər.
        Bu kontekstdə Azərbaycan musiqisinin gələcək inkişafı, dünya musiqi proseslərinə inteqrasiyası, mədəni irsimizin və mənəvi dəyərlərimizin qorunub saxlanılması, bütün bunların yeni yaranmış şəraitə adaptasiyası böyük məna kəsb edir. XX əsrin əvvəllərində dahi Üzeyir bəyin musiqimizdə başladığı yeni mərhələ – müasir professional musiqi mədəniyyəti – artıq inkarolunmaz bəhrələrini vermiş, Azərbaycan bəstəkarlıq məktəbi anlayışı dünya müasir musiqisində öz yerini tapmışdır. Bu mərhələnin verdiyi güclü impulslar milli musiqi mədəniyyətimizin məkan bağlılığını dağıtmış, professional milli musiqi ənənələrimizi və Qərbi Avropa klassik musiqi ifadə vasitələrini tamamilə yeni bir səpkidə bir araya gətirmişdir. Lakin bütün bunlarla yanaşı, Üzeyir bəyin musiqimizə gətirdiyi yeniliklərin, sonradan bir çox hallarda hərfi mənada anlanmış yaradıcılıq istiqamətləri, semiotik "ortalaşdırılmış" basmaqəlib normalara gətirmiş, bu da XX əsr Azərbaycan yazılı musiqi mədəniyyətində para doksal vəziyyəti mövcudlaşdırmış və labüdləşdirmişdir. Bəzən çox sadə qavranılmış və tədricən musiqimizin bir növ ideoloji kabusuna çevrilmiş "Iki mədəniyyətin sintezi" – xalq intonasiyalarının Qərbi Avropa janrları ilə birləşməsi – uzun zaman bir çox bəstəkarlarımızın yaradıcılığına hazır qəliblər şəklində basqı etmişdir. Buna bənzər ştamplara qarşı digər böyük bəstəkarımız Qara Qarayev bütün yaradıcılığı boyu mübarizə aparmışdır. Ümumiyyətlə, yaşadığımız XXI əsrin yüksəkliyindən ölkəmizin artıq 100 illik müasir musiqi mədəniyyətinin nailiyyətlərini, bu prosesin müsbət və mənfi, yəni ümumi mənzərəsini təsvir və tədqiq etdikdə, həddən artıq siyasiləşdirilmiş keçən əsrin araya gətirdiyi və siyasi konyukturanın "bir övladı" olan standart incəsənət tərzlərinə öz yaradıcılığı ilə qarşı duraraq, həqiqi ziyalı mövqeyi olan bəstəkarlarımızın əsərlərinin yalnız musiqi sahəsində deyil, vətənimizin gələcəyi, onun ümumbəşəri dəyərlərə əsaslanacaq yeni ideologiyasının yaranmasında müstəsna rolu olduğu qənaətinə gəlmək ol ur. Bu tədqiqatın yazılımasını doğuran başlıca səbəb belə bəstəkarlarımızdan olan Vasif Zülfüqar oğlu Adıgözəlovun yaradıcılığının zirvəsi olan son 10 ilinə bir baxışdır.
        Vasif Zülfüqar oğlu Adıgözəlov (1935) yaradıcılığının yetkin dövrünü yaşayan, artıq heç şübhəsiz musiqimizdə özünəməxsus yer tutmuş və bunu dəfələrlə beynəlxalq səviyyələrdə təsdiqləmiş, sənətdə mütəfəkkir bir mövqedə duran sənətkardır. Bəstəkarın yaradıcılığı, bütün yetkin sənətkarlar üçün səciyyəvi olan özünəməxsusluğu ilə fərqlənir. Öz əsərlərində o "normativ klassik estetikadan" çox tezliklə uzaqlaşmış, lakin heç bir zaman qərbin texnoloji modern yeniliklərin kor-koranə təqlid etməmişdir.
        Sənətkarın bütün əsərlərində yaşatdığı milli ideal, mədəniyyətimizin dərin qatlarına – onun fundamental arxitipik əsaslarına yönəlmişdir, və bəstəkarın yaratdığı bədii sisteminin istenilən əhəmiyyətli elementinin ikili yozumu ola bilər: həm klassik qərb incəsənəti ənənəsi (müasirlik), həm də milli musiqi dilimizin ənənəsi (ənənəvilik) kimi. Bəstəkarın mədəniyyətimiz kontekstində qaldırıdığı problematika, milli musiqi ənənələrimizə xüsusi diqqətli münasibəti və çağdaş musiqimizdəki aparıcı rolu müxtəlif səpgili, çoxşaxəli analiz tələb edir, lakin onun yaradıcılığının bir aspektini dəqiqliklə qiymətləndirmək mümkündür – Vasif Adıgözəlov öz yaradıcılığı ilə Azərbaycan musiqisini yeni bir səviyyəyə qaldırmışdır. Bu qənaətə gəlməyimizin bir çox xüsusi kulturoloji-siyasi və tarixi-dialektik səbəbləri vardır. Bütün XX əsr ərzində, musiqimizdəki "Qərb-Şərq" qarşıdurması mədəniyyətin daxili məkanda məna-dəyər və mənəviyyat imperativi olaraq qalmışdır. Musiqimizin bir əsr lik inkişaf yolu, ənənəvilik və professional musiqi mübarizəsi daima bu "cöğrafi" stilistik dialektikadan keçir. Qeyd etmək yerinə düşərdi ki, bu məsələnin aktuallığı yalnız bizim musiqidə deyil, bütün XX əsr Avropa musiqisində də mövcud olmuşdur. Təsadüfi deyil ki, hətta "Petruşka" və "Svadebka" kimi əsərlərin müəllifi olan I. F. Stravinski kimi bir bəstəkarın bu problemə münasibəti – "Onlar biri-birindən o qədər də fərqlənmir, tutalım neft və su qədər və yaxud adi su və müqəddəs su kimi, ancaq onlar yağ və su kimi çox pis birləşirlər" ("Folklor Simfoniyası¹ məqaləsindən) – özünün qatı antipodu və tamam başqa mədəni mühitin yetirməsi olan A. Şönberqin mülahizələri ilə üst-üstə düşür. Bütün bunlar əsrlər boyu müxtəlif müharibələr şəklində baş vermiş Qərb və Şərq qarşıdurmasının bu gün, nəinki kulturoloji aspektdə, habelə mənəviyyat, sosial amillər, iqtisadi maraqlar və ən başlıcası, biri-birinə zidd intellektual istiqamətlər və mentalitet-dünyagörüşü sferasına keçərək, geopolitik qütbləşmənin yeni aktuallığın dan xəbər verir. Bu müasirləşmiş antaqonizmin əsas xüsusiyyəti onun cəmiyyətin bütün təbəqələrinə sirayət etməsi və qarşıdurmanın qloballaşaraq artıq planetar xarakter almasıdır. Buna görə də qarşımızda duran ümdə vəzifələrdən biri bu gərgin qarşıdurmanın tarixi, geopolitik və kulturoloji özüllərini (tədqiqatımızın yazılmasını doğuran başlıca səbəblərdən biri!) əsaslı surətdə nəzərdən keçirməkdir – bunu vətənimizin mənafeyi, qədim mədəniyyətimizin müasir dünyada intişar tapması və inkişafı, təkrarolunmaz incəsənətimizin gələcək taleyi tələb edir.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page