ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
Search


ŞOSTAKOVIC VƏ AZƏRBAYCAN SIMFONIZMI (Q. Qarayev və C. Haciyevin əsərlərinin nümünələrində)
Elmira ABASOVA
ƏNƏNƏLƏRI YAŞADAN BƏSTƏKAR
Sevinc RZAYEVA
QARA QARAYEV VƏ MUSIQI FOLKLORU
C. Həsənova-Ismayılova.
ƏMIROVUN ÜSLÜB XÜSUSIYYƏTLƏRI VƏ ONUN FORMALAŞMASINDA MILLI XALQ YARADICILIĞININ ROLU
Inarə MƏHƏRRƏMOVA

 



        Azərbaycan musiqisi öz ilk zirvələrini fəth edərkən, Dmitriy Şostakoviç artiq yaradıcılıgının kamil dövrünə qədəm qoymuşdu. Onun V simfoniyası Köroqlu ılə yaşıddir. Öz-özlüyündə, bu fakt əlbəttə ki, təsədüfdür. Lakin rus klassik musiqi ən`ənələrinin şərəfi və davamçısı olan Şostakovicin Üz. Hacıbəyov operasının fundamental əhəmiyyətini bu qədər dərindən anlaya bilməsi heç də təsadufi deyildir. Azərbaycan musiqisinin Moskvada II Azərbaycan incəsənəti dekadası künlərində keçirilən müzakirələrində Şostakovic demişdir: Mən azərbaycan bəstəkarlarına Üz. Hacıbəyovun qüdrətli ən ənələrini müqəddəs bilərək inkişaf etdirməyi arzulayıram.
        Mənbə kimi, myhtəlif obraz-intonasiya mühitlərinə malik V simfoniya və Köroqlu XX əsrin musiqi incəsənətinin mühtəlif təbəqələrini səciyyələndirir, fərqli tarihi funksiyaları yerinə yetirir, və təbiidir ki, bunlar ortaq musiqi-üslub səciyyələrinə malik deyillər. Lakin eyni zamanda məhz Üz. Hacıbəyovun klassik operası Azərbaycanda müasir musiqi incəsənətinin proqressiv ən`ənələrini, həmçinin Şostakovoçin novator üslubun cizkilərini yaradıci şəkildə qavramaq qabiliyyətini hazirladi.
        Dikər təsadüfi fakt - Azərbaycanın iki körkəmli bəstəkarı Gara Garayev və Cövdət hacıyev, məhz Dmitriy Dmitriyeviç Şostakoviçin sinifində konservatoriya təhsillərini başa vurmuşlar. Lakin, eyni zamanda, azərbaycan musiqisinin inkişaf prosesini Azərbaycan bəstəkarlarının yeni nəsli qarşısinda milli simfonizmin yaranması kimi tarihi məsələ qaldırması qanuna uyğunluq idi. Onun qurulması və inkişafını Şostakoviçin nailiyyətləri daha da sürətləndirmişdir.
        Şostakoviçin Azərbaycan musiqisinə təsiri mühtəlif şəkillərdə özünü büruzə verir. Bəzən bu açıq etirafdır. Lakin çoh zaman zəmanəmizin böyük ustagının musiqisinin təsiri başqa məqamda özünü köstərir. Və bu azərbaycan simfonizminin mühtəlif üslublarının formalaşmasında bir sıra cəhətlərlə müəyyənləşir. Bu üslublar ücün ümymi hüsusiyyət kimi, ziddiyyətli proseslərin, hadisələrin acılması nəticə kimi yüksək ictimai-etik idealların təsdiqi kötürülür.
        Şostakoviç və azərbaycan sinfonizmi məvzusu bir sıra aspectlərə malikdir. Və onlardan hər biri tədqiqat bahımından olduqca əhəmiyyətlidir. Oçerkin məqsədi isə - eskiz qeydlərində Şostakoviç ideyalarının, onun azərbaycanlı tələbələhi Q. Qarayev və C. Haciyevin musiqində ayrı-ayrı cizkilərinin açılmasıdırş
        Bu bəstəkarların hər biri artıq tələbəlik illərində qətiyyətlə öz yolunu ahtarırdı. Və onlardan hər biri Şostakoviçin əsərlərində özünəməhsus ifadə basitələri axtarır və onları individual fikir və milli musiqi təfəkkürü spesifikasına uyğun şəkildə inkişaf etdirmişlər. Məhz Şostakoviçin sinifində Qarayev iki, Hacıyevin isə üç simfoniya bəstələmişdir. Bunların içində Qarayevin I və II, Hacıyevin isə III simfoniyası erkən Azərbaycan simfoniyaları içərisində ən yaxşı nümqnələr kimi hesab olunur. Hər uç simfoniya bu yanr ücün labud olan kompozisiya quruluşu ilə qeyd olunur.
        Qarayevin bu yanrda ilk əsəri olan hərbi simfoniya (I) 1943-cü ildə bəstələnmişdir. Simfoniyanın obraz məzmunu Şostakoviç simfonizminin façiəvi konsepsiyası ilə sıx surətdə əlaqəlidir. Müəllimi kimi, Qarayev də hadisələri iki planda, bir tərəfdən verilən obyektivlik kimi, dikər tərəfdən isə müəllif düşüncəsinin məhculu kimi açır. Iki hissəli silsilə də məhz bundan irəli ğəlir. I hissədə dövrün gəhrəmani-sərt atmosferi berilir. II hissə müəllif düşüncələrinə və hadisələrin təsvirinə həsr olunub. Bununla yanaşı, II hissə - Variasiyalar sanki özünə dikər hissələrin Andante, Skertso və Finalın funksiyalarının birləşdırır. Onun qüvvətli-matəmsayağı xoral mövzusu inkişaf edərək öz ilkin cimasını kəskin surətdə dəyişir. Musiqidə Şostakoviç uçun səciyyəvi olan qorhulu şər obrazları qrotesk planında açılır. Koda mövzuya ilkin obraz -intonasiya məzmununu qaytararaq, Bariasiyalara rekviyem məzmunu verir və bununla da döyüşlərdə həlak olan qəhrəmanlarla əbədi kədəri if adə edir.
        Bu simfoniya Qarayevin kamil əsərlərinə bağlar yaradır. Belə ki, bəstəkar dəfələrlə zülmə, istibdada həkm ohuyur. Və onun musiqisingə şər obrazları müəyyən milli səciyyəvilik alır. (I simfoniyada hələ meydana çıxmamış cizkilər).
        I hissənin köməkçi mövzusunun incə, təmiz lirikacı (müəyyən ştrixlərlə Şostakoviçin V simfoniyasının I hissəsindən köməkçi mövzusunu yada salmaqla yanaşı) ilə Qarayev, demək olar ki, bütün kələcək lirik obrazlarına dayaq tapır. Bu obrazlar bir-birinə bənzəmir, lakin eyni zamanda etik məmununa və melodik ifadəliliyinə körə əsil Qarayev səciyyəsi daşıyır. Qarayevin Leyli və Məcnun poemasının, Yeddi gözəl və Ildırımlı yollarla baletlərin lirik mövzularının Şostakoviç lirikası ilə uyğunluğu axtarmaq şubhəsiz ki, sərf addım cayıla bilər. Lakin, myəlliminin musiqisi, daim Qarayevin yaradıcılığ fantaziyasını riqqətə gətirərək, onun müstəqil yslubunun təstiqinə çox kömək etmişdir.
        Qarayevin beş hissəli II simfoniyasının haradasa Şostakoviçin IX simfoniyası ilə analoyi xüsusiyyətləri vardır.
        Işıqlı lirik və bayramcayağı qəhrəmani, oynaq obrazlar, Qarayev tərəfindən ötən bədbəxt hadisələri xatırladan, (IV hissədə təsvir olunan), kədərli duşuncələrlə sıxışdırılır. Bu Şostakoviçin ən çox sevdiyi yanr - passakaliyadır
        1) Qeyd etməliyik ki, Qarayev bütün əsərə epiqraf kimi: Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara əbədi şöhrət sözlərini yazmıçdır.
        (Polifonik variasiyalar). Məhz bu yanr vasitəsilə bəstəkar həyata filsəfi mynasibətini, ağır itkilər verən, zamanın gətirdiyi müsibətlərə dözən insanlara olan böyük sevgisini ifadə edir. Bütəvlükdə Qarayev də öz Passakaliyalarını məhz belə traktovka edir. Lakin II cinfoniya və simli kvartetin passakaliyaları qəmli xatirələr xarakterini daşıyırsa, Ildırımlı yollarlabaletinin final Passakaliyası isə üsyankar vətəndaş-publitistik tonlar alır. Onun qəzəbli, sərt musiqisində qisasçı, qalib bir xalqın obrazı açılır. Beləliklə, bu halda da, Şostakoviç konsepsiyasından irəli gələrək, Qarayev qədim yanrın yeni traktovkasını tapır. Mə`lum olduğu kimi, Şostakoviçin IX simfoniyasının intonasiya mühitində şəhər məişəti, komilik, bufon-qrotesk obrazları ilə bağlılıq var. Qarayev isə II simfoniyada aşıq incəsənətinə müraciət edir (qeyd edək ki, bu ilk dəfə deyil). Bu bəstəkarın olduqca ehtiyatla və məhəbbətlə istifadə etdiyi daimi intonasiya mənbəyinə çevrilmişdir. Simfoni yanın III hissəsi aşıq musiqisi ruhunda bəstələnmiş işıqlı Skertso Qarayevin ən incə yanr lövhələrindən olan III simfoniyanın Skretosunu hazırlanmışdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page