À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



       F. Listin çağdaşı Mixay Moşonyi haradasa onun əleyhdarı sayıla bilər. Çox gözəl kontrabasçalan, musiqiçi-publisist (Macarıstanda ilk musiqiçi qəzetin təsisçisi və redaktoru) və bəstəkar kimi Moşonyi milli köklərə daha yaxınlığı və ümumavropa ənənələrindən daha uzaqlığı ilə seçilsə də, Macarıstanda romantizm meyarlarının ən yenilməz müdafiəçisi idi.
       1848-1849-cu illər inqilabının iştirakçısı, macar bəstəkarı Karoy Qoldmark milli musiqidə Şərq mövzularından faydalanmışdır. O, «Şakuntala» uvertürası və «Bilqeyis»(«Səba padşahı») operaları ilə ad çıxarmışdır ki, sonuncudan səhnə avia markasında öz əksini tapıb.
       Vyana operettası janrının biçimlənməsində macar bəstəkarlarının ən sanballı xidmətləri var. Ferents Leqar inacar olduqça şən və yelbeyin operettalarında musiqi dili ilə ən yüksək insani yaşantıları gərçəkləşdirə bilib və bunun nəticəsində onun yaratdığı surətlər ölməzdir. Avstriya markası bizlərə F. Leqarın «Şən dul qadın» operettasında baş qadın qəhrəmanı – Qanna Qlavarini təqdim edir.
       XX yüzəlliyin başlancığı öz yaradıcılıqları ilə hətta hazırkı çağdaş musiqinin irəliləyişinə yön verən yeni macar bəstəkarlarının sənət meydanında ilk addımları dövrudur. Onlar milli ideyaların XIX yüzilliyə xas olan ifadə yollardan, çeynənmiş romantik meyarlardan təngə gələrək musiqi sənətinə yeni nəfəs gətirmişdilər.
       Bela Bartok – dahi bəstəkar, pianoçu və Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiya və ərəb ölkələri folklorunun ən tanınmış araşdırıcısıdır (3 marka və bir blok). Onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodika və ritmlə seçilir. Bela Bartokun bir sıra əsərləri, o cümlədə «9 sehrli maral» kantatasının klavirı (blok) və «Göysaqqallı hersoq» operası macar markalarında öz əksini tapmışlar. «Ağacdan düzəldilmiş şahzadə» baletindən səhnə isə Monqolustan miniatüründə öz əksini tapıb.
       B. Bartokun ən yaxın dostu və silahdaşı Zoltan Koday onun araşdırmalarını davam etdirməklə yanaşı, özünün yaddaqalan əsərləri ilə macar musiqi mədəniyyətini zənginləşdirmişdir. 1982-ci ildə çıxan blok onun xatirəsini yad edir.
       1963-cü ildə Macarıstan poçtu ilə buraxılan Budapeşt musiqi akademiyasının professoru, romantik simfonik poemalar və kamera əsərlərin müəllifi Leo Veynerin də xatirəsinə əklil qoydu.
       Macarıstanın bugünkü musiqili həyatı filatelist materiallarda öz geniş əksini tapıb. Sıradakı markada ölkənin musiqi incəsənətinin yüksəlişinin rəmzi kimi violonçelli qız təsvir olunub.
       Macarıstan opera teatrını da markalarda tanımaq olar. I miniatür teatrın memarı Mikloş Iblə, 1984-cü ildə buraxılan blok isə opera teatrının açılışının 100 illiyinə həsr olunub.
       Məhz markalarda öz musiqisini geniş və çoxqalarlı «səsləndirdiyinə» görə Macarıstan ən filatelist ölkələr arasında sayımlı yerlərdən birini tutur.

(Ardı var)

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page