À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
Search

À×ÛËÌÀÌÛØ ÑßÙÈÔßËßÐ
BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



       1946-ci ildən orkestr Bakıya qastrol səfərlərinə gələn görkəmli dirijorlarla da çıxış edir. Qauk və Ivanov (Moskva), Mravinski (Leninqrad), Raxlin (Kiev), Dmitriadi (Tbilisi) ilə yaradıcılıq ünsiyyəti bəhrəli olmuşdur.
       1949-cu ildə Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında orkestr simfonik konsertlərdə yeni əsərlərlə çıxış edir. Proqrama M. Əhmədovun simfoniyası, S. Ələsgərovun “Vətən” simfoniyası, C. Hacıyevin oratoriyası, F. Əmirovun simfonik muğamları, Qara Qarayevin “Leyli və Məcnun” simfonik poeması, S. Hacibəyoun “Gulşən” baletindən süita, C. Cahangirovun, “Arazın o tayında” vokal-cimfonik poeması, A. Babayevin “Uvertyra"sı, Ə. Abbasovun “Konsertinosu”, B. Zeydmanın violonçel və simfonik orkestr üçün konserti, Niyazinin “Rast” simfonik muğamı daxil idi.
       1949-1950-ci illərdə orkestrin repertuarı Balakirevin “Tamara”, Borodinin “Bahadır simfoniyasi”, Skryabinin “Poema ekstaza” əsəri ilə zənginləşir. Bethovenin IX simfoniyasının, Şostakoviçin “Məşələr haqqında nəğmə” oratoriyasının, eləcə də A. S. Puşkinin anadan olmasının 150 illiyi münasibətilə Rimski-Korsakovun “Qızıl Xoruz” operasının konsert ifası prespublikanın musiqi həyatında əlamətdar hadisə idi. Bu illərdə orkesrtr tez-tez SSRI-nin məşhur musiqiçiləri ilə çıxış edirdi. Orkestrlə Qriqin fortepiano konsertini böyük mübəffəqiyyətlə ifa etmiş SSRI xalq artisti, pianiçu Qoldenveyzer yazırdı: “Mən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrini dəfələrlə dinləmişəm. Həm texnika, həm də bədiilik baxımından o həmişə xoş təəssürat oyadır. Bu kollektivlə çalmaq... mənə uzun müddət xatirimdə yaşayacaq böyük zövq verdi”.
       1951-ci ildə Niyazi Çexoslovakiyada “Praqa Baharı” festivlında uğurla çıxış etdikdən sonra (Praqa padiosu və Çex fiapmoniyasının orkestri ilə) Bakıda simfonik orkestrlə festivalda dirijorluq etdiyi Dvorjakın Beşincı, Çaykovskinin Dördünçü simfoniyasını dinləyicilərə təqdim edir. 50-60-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestri ilə Niyaziylə yanaşı bir sıra dirijorlar da işləmişlər. Orkestrin ikinci dirijoru kimi məhsuldar çalışan Leninqrad konservatoriyasının məzunu Əhəd Israfilzadə, Çingiz Hacıbəyov, Əşrəf Həsənov, Kamal Abdullayev, Əfrasiyab Bədəlbəyli də orkestrin ifaçlıq tarixində parlaq iz qoymuşlar.
       Niyazinin doğma qardaşı olan Cingiz Hacıbəyov orkestr repertuarında müasir bəstəkarların, - xususilə də D. Şostakoviç də S. Prokofyevin əsərləsinin təmsil olunmasında böyük rol oynamışdır. Orkestr məşqlərinin böyük hissəsi də onun payına düşürdü. Simfonik orkestrin musiqi məktəbləri ilə abonement konsertlərinin keçirilməsi də mütamadi olaraq Çingiz Hacıbəyovun adı ilə bağlı olmuşdur.
       1952-ci ildə Niyazinin rəhbərliyi ilə simfonik orkestr yeni premyeranı – Qara Qarayevin “Alban rapsoduyasını” təqdim edir. Bu əsərin ifası xüsüsi bir əks-səda doğurur. Belə ki, Qara Qarayev onu məhz orkestrə ithar etmişdi. 1953-cü ildə yeni əsərlər üzərində gərgin iş nəticəsində R. Hacıyevin skripka və orkestr üçün konserti ilk dəfə səslənir. Təkcə 1953-cü ildə Bakıya gələn parlaq ifaçıların konsertləri isə əsl musiqi bayramına çevrilir: S. Rixter Bethovenin III fortepiano konsertini, E. Gilels Çaykovskinin I fortepiano konsertini, B. Davidoviç Rahmaninovun “Paqanini mövzusuna rapsodiya”, J. Zak Raxmaninovun I fortepiano konsertini, Q. Barinov Çaykovskinin skripka konsertini ifa edirlər.
       Simfonik orkestrin repertuarında Çaykovskinin əsərləri həmişə əhəmiyyətli yer tutmuşdur. Niyazi ən müxtəlif cəviyyəli və tərkibli ayditoriya, istır tələbələr, istər neftçilər qarşısında daimi Çaykovckini ifa edirdi. Çaykovskinin II simfoniyası, “1812-ci il” uvertyuraları bu dövrün ən çox çalınan əsərləri sırasında olmuşdur.
       Simfonik orkestr ümumdunya simfonik musiqi ədəbiyyadının ən fəal təbliğatçısı kimi mütamadi iş aparırdı. Məhz bu illərdən başlayaraq Niyazi konsertdən əvvəl musiqişunasların giriş mühazirələri ilə çıxışı ən“ənəsinin əsasını tutur. Istedadlı musiqişunas Elmira Abbasova çıxışlarını belə xatırlayır: “O, (Niyazi) həmişə filarmoniyanın cəhnəyə çıxış qapıcında dayanar və diqqətlə qulaq asardı. Bu məni həm həyəcanlandırar, həm də ilhamlandırardı. Məni xüsusilə hamulik konsertlərində çıxışlar cəlb edirdi. Niyazi öz orkestri ilə haralarda çıxış etmirdi: mayestro hərbi hissələdə çıxış etməyi xücucilə sevirdi”. 1979-cu ildən Moskvalı musiqişunas J. Dozortseva da mühazirəçi kimi konsertlərə cəlb olunur.
       1954-cü ilin mayında simfonik orkestr A. Dvorjaka həsr olunmuş konsertdə bəstəkarın IX simfoniyasını ifa edir. Respublikanın baş orkestri Azərbaycan Bəstəkarlar Ittifaqının keçirdiyi bütün musiqi tədbirlərinin – plenum, festival və qurultayların əvəzolunmaz iştirakçıcı idi. 1954-cü ildə Azərbaycan Bəstəkarlar Ittifaqının plenumunda orkestr yeni əsərləri – S. Ələsgərovun II simfoniyasını, E. Nəzirovanın fortepiano konsertini, B. Zeydmanın “Rapsodiya”sını, Ə. Hüceynzadənin “Sülhün səsi” kantatasını, S. Hacıbəyovun “Ukraynaya salam”, C. Cahangirovun “Dostluq nəğməsi” süitası ifa edir.
       1955-ci ildə Bakıda keçirilən sovet musiqisi festivalında simfonik orkestrin ifasında azərbaycan bəstəkarları – Üz. Hacıbəyov, Q.Qarayev, S. Hacıbəyov, F.Əmirovla yanaşı D. Kabalevski, I. Ştoqarenko, I. Peyko, V. Muxtarovun əsərləri səslənir. Niyazinin təfsirində iki monumental simfonik partitura – S. Prokovyevin VII simfoniyası və C. Hacıyevin Dördüncü Simfoniyası xüsusilə böyük maraqla qarşılandı. Azərbaycan Bəstəkarlarının I qurultayında orkestr fəal yaradıcılıq rejimində işləyir. Yeni nəfəs və ilhamla kollektiv Üz. Hacıbəyovun “Koroğlu” operacının uvertyurasını, F. Əmirovun, Niyazinin simfonik muğamlarını, R. Hacıyevin “Gənclik simfoniyasını”, eləcə də bir sıra yeni əsərləri – S. Hacıbəyovun “Uvertyura”sını, N. Əliverdibəyovun “Balet süitasını”, H. Rzayevin “Babək” simfoniyasını, A. Rzayeüvin skripka konsertini ifa edir. Qurultayın işində iştirak edən D. Şostakoviç və görkəmli musiqişunas V. Vinoqradov Niyazini həssas təfsirçi və yorulmaz təbliğatçı adlandıraraq qeyd edirlər ki, “o milli müəlliflərə bu cür mürəkkəb janrda fəal işləməyə imkan verir”.
       1956-ci ilin əvvələrində simfonik orkestrin beynəlxalq müsabiqələr laureatları V. Mejanov (Çaykovskinin I f-no konserti) və V. Başkirovla (Mosart və Skryabinin f-no konsertləri) konsertləri böyük əks-səda doğurur.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page