ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
Search


BƏSTƏKARIN MÜQƏDDƏS RUHUNU ƏMƏLLƏRIMIZDƏ YAŞADAQ!
Raziyə ƏLIYEVA
ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI
Şeyla HEYDƏROVA
AZƏRBAYCANIN BAŞ ORKESTRI NIyazI epoxası (ARDI)
Nigar ƏLIYEVA Fərəh ƏLIYEVA
ÇARDAŞ VƏ MARKALAR VƏ YAXUD MARKALARDA ƏKSINI TAPAN MACAR RAPSODIYASI
Eldar ISKƏNDƏROV
ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI

 



Musiqi mədəniyyəti tarixini müxtəlif rakurslardan işıqlandırmaq olar. Biz bu tarixə ənənəvi yollardan bir qədər fərqli, musiqi nəsillərinin taleyi baxımından nəzər sala bilərik. Musiqi tarixində silinməz iz qoymuş nəsillərdən biri Rostropoviçlər nəslidir.
Əsrlərin yaddaşında qalan və həmişəyaşar Rostropoviçlər nəsli kökü etibarı ilə bir neçə dövrü əhatə edir. Bu nəslin layiqli davamçıları indi də yaşayır və yaradırlar. Məqalədə Rostropoviçlər nəslinin ilk nümayəndələri haqda söhbət açarkən, müasir dövrdə yaşayan M. L. Rostropoviç yaradıcılığının əsrarəngiz aləmi anmaya bilməz.
Demək olar ki, Rostropoviçlər nəslinin hər bir nümayəndəsinin musiqi istedadı və musiqiyə hədsiz marağı olmuşdur. Musiqi ifası Rospropoviçlər ailəsi üçün bir ənənə idi. Onlar gözəl oxuyur və fortepianoda çalırdılar. Bu nəslin bir neçə nümayəndəsi öz həyatını tam musiqiylə bağlamış və professional musiqiçi olmuşlar.
Buna görə də bu nəsli musiqiçilər nəsli adlandırmaq olar. Nəslin hər bir nümyəndəsinin üstün cəhətləri, musiqi istedadı, insani keyfiyyətləri bütünlüklə Mstislav Leopoldoviç Rostropoviçdə cəmlənmişdir. Məhz buna görə də M. L. Rostropoviç nadir istedada malik musiqiçi, gözəl insan, "Dünya vətəndaşı" bir sözlə Rostropoviçlər zadəgan nəslinin layiqli nümayəndəsi kimi bütün dünyada tanınınr.
Rostropoviçlərin uluları Polşa və Litvada yaşamış və Rostropoviçyuslar adlanırdılar. Rostropoviçyusların əsaslı nəsl tarixləri Yan Rostropoviçyusdan (I nəslin nümayəndəsi) gəlir. Qeyd etmək istərdik ki, bu nəsildə rus, polyak, litva və çex xalqlarının nümayəndələri olmuşdur. II nəslin nümayəndəsi Matvey, III nəslin nümayəndəsi Simon və IV nəslin nümayəndəsi Yan Rostropoviçyuslar olmuşlar. Onların nəsli qədimdən "Inam, Namus, Vəzifə" şüarı altında "Boqorıya gerbi" ilə qeyd olunurdu.
1851-ci ildən Varşava deputatlarının ümumi iclasında (V nəslə aid olan) polyak Iosif Rostropoviçyus və uşaqları zadəgan rütbəsi ilə təltif olunurlar. Iosif Rostropoviçyus milliyətcə çex olan qızla Fransişka Qauşild ilə evlənir və şəhər hakimi vəzifəsinə qədər yüksəlir. Iosif və Fransişkanın oğlu Hannibal Vladislav Rostropoviç (VI nəslin nümayəndəsi) Varşavada yerləşən malikanədə məskunlaşmışdı. 1856-cı ilin aprelində o, Florensiya Bronislava ilə (18341915) nigah bağlayır. Hannibal Vladislavdan başlayaraq Rostropoviçyuslar nəsli artıq Rostropoviçlər adlanırlar. Hannibal Vladislav Rostropoviçin 5 oğlu: Vitold (18581913), Hedemin Konstantin (18591903), Keystut Vladislav (18661937), Olgerd Mstislav (18661891), Boleslav Hannibal (18681923) və 4 qızı dünyaya gəlir. Demək olar ki, hal hazırda Polşada bu ailənin nümayəndələri yaşayırlar.
Ailənin böyük oğlu Vitold 1870-ci ildə Leypsiqə köçür və orada mühəndis işini öyrənir. Eyni zamanda konservatoriyanın professorları Reyneke və Yadassonun rəhbərliyi altında musiqi təhsili alır. Musiqiyə olan hədsiz məhəbbət onu təmamilə özünə cəlb edir və artıq 1870-ci illərin axırlarında Vitold Hannibaloviç Rostropoviç Voronejda müəllim kimi fəaliyyət göstərməyə başlayır. 1880-cı ilin sentyabr ayında V. Rostropoviç "Oğlanlar gimnaziyasında" fortepiano üzrə müəllim işləyir. 16 il gimnaziyada müəllimlik fəaliyyət göstərən V. Rostropoviçin rəhbərliyi altında çoxlu gənc istedadlar təhsil almışlar.
1880-ci illərin əvvəllərində Voronejda musiqi həyatının canlandığı bir zamanda musiqiçilərin qastrol səfərləri, gecə konsertləri, şəxsi məktəblərin açılması bütün qüvvə və həvəslə işləyən yerli insanlardan güc tələb edirdi. Belə ki, 1883-cü ildə "Rus musiqi cəmiyyəti" şöbəsinin Voronejda yaradılmasında zəhməti olanlar sırasında xüsusilə pianoçu V. Rostropoviçin də böyük rolu olmuşdur. 1880-ci illərin ortalarından başlayaraq V. H. Rostropoviç musiqi əsərlərinin müəllifi və redaktoru kimi məşhurlaşır. Musiqinin əsrarəngiz aləminə qapılan V. Rostropoviçin bütün həyatı boyu bu sahədə fəaliyyət göstərməsi, onun musiqiyə qırılmaz tellərlə bağlı olduğunu təstiq edir. V. H. Rostropoviç 1913-cü il sentyabr ayının 25-də qəflətən vəfat edir. V. H. Rostropoviçin yaradıcılıq fəaliyyətindən göründüyü kimi musiqi Rostropoviçlər nəslində aparıcı mövqe tutur.
Əvvəlki nəsillərdə musiqiyə olan məhəbbətə isə V. Rostropoviçin kiçik oğlu (VIII nəslə aid olan) Leopold varis olmuşdur. O, 1892-ci il fevralın 26-da dünyaya göz açmışdır. Leopold hələ kiçik yaşlarından atasından fortepianoda çalmağın, bəstələməyin yollarını öyrənirdi, lakin onun professional gələcəyini violonçelist A. Lukiniçlə görüşü təyin etdi. Milliyyətcə çex olan A. Lukiniç Vitold Rostropoviçlə ansamblda çalırdı. Məşqlərdə iştirak edən kiçik Leopold violonçel alətinə vurulur. Lukiniç Leopoldla ciddi məşğul olur. Və 1904-cü ildən artıq 12 yaşlı Leopold konsertlərdə çıxış etməyə başlayır. Leopoldun yükcək eşitmə qabiliyyəti, gözəl yaddaşı və nəsildən nəslə keçən artistizmi, estradaya məhəbbəti var idi. Əgər zalda tamaşaçılar çox olurdusa, o daha da yaxşı çalırdı. 1905-cı ildə Leopoldun 13 yaşı tamam olur və atası onu Peterburq Konservatoriyasına imtahanları verməyə aparır.
Leopoldun ifasına Peterburq violonçel məktəbinin o vaxtkı baş rəhbəri A. Verjbiloviç qulaq asır, və o saat onu öz sinfinə götürür. Fortepianonu atmaq istəməyən Leopold fortepiano ilə parallel məşğul olmağı qərara alır və A. Yesipovanın sinfinə qəbul olunur. Yesipova ilə məşqlər çox davam etmirdi, lakin bu qısa zamanda Leopoldun ifa etmə texnikası möhkəmləndi. O, bütün ömrünü fortepiano ilə bağladı və öz tələbələrini müşayət edərkən hesab edir və deyirdi ki, fortepiano hər bir professional musiqiçinin təkmilləşməsi üçün əsasdır.

   
    copyright by musiqi dunyasi 2000-2005 ©

 


Next Page