ÜZEYIR HACIBƏYOV VƏ AZƏRBAYCANDA XOR IFAÇILIĞI SƏNƏTI (bəzi sənədlərin izi ilə)
Leyla MƏMMƏDOVA
 

"Ötən əsrin 20-ci illəri ərzində Ü.Hacıbəyovun musiqi-ictimai fəaliyyati çox geniş və əhətəli olur. Özünün birinci dərəcəli vəzifələri sırasında o çalışır ki, milli musiqi mədəniyyətinə xor ifaçılığı sənətini fəal şəkildə daxil etsin. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Konservatoriyasının Nizamnaməsini tərtib edəndə, Üzeyir bəy Konservatoriyanın bütün tələbələri üçün xorla oxuma fənnini daxil etmişdi. Bunu ADK-nın 1921-22-ci tədris ilinin hesabatından görə bilərik (həmin sənəd 1922-ci il iyunun 7-də imzalanıb): "...s naçala uçebnoqo qoda otkrıtı klassı po speüialğnım predmetam: fortepiano, skripki, violonçeli, kontrabasa, po duxovım instrumentam, (...) i po predmetam obəzatelğnım: klass pedaqoqiçeskoqo fortepiano dlə pevüov, instrumentalistov i teoretikov; klassı italğənskoqo əzıka i deklamaüii dlə pevüov; klassı 1-oy i 2-oy qarmonii; glementarnoy teorii i solğfedcio, (...) i, nakoneü, klass xorovoqo peniə, obəzatelğnıy dlə vsex uçahixsə v vozraste: mucçin 1 8 let i cenhin 16 let [müəllifin qeydi – L.M.]". 1(Nizamnamədə hətta səs apparatının yaş və fizioloji imkanları da nəzərə alınmışdır).

Xorla oxuma fənnini Üzeyir bəy hətta öz təşəbbüsü ilə yaranmış və rəhbərlik etdiyi Azərbaycan Türk Musiqi Məktəbinin tədris proqramına da daxil etmişdi. Belə ki, ATMM Nizamnaməsinin 4-cü bəndində deyilir ki: "...krome speüialğnıx predmetov, v şkole prepodaötsə sleduöhie obəzatelğnıe predmetı: solğ"fedcio, glementarnaə teoriə muzıki, qarmoniə, klass ansamblə, xorovoy klass (dlə vsex otdeleniy) [müəllifin qeydi – L.M.]" 2 .

Qeyd edək ki, Nizamnamələrin ikisində də xüsusi qeyd olunur ki, xorla oxuma fənni bütün fakültələrdə təhsil alan tələbələr üçün məcbüridir.

Ü.Hacıbəyov çalışır ki, Azərbaycan gənclərində kiçik yaşlarından xorla oxuma sənətinə maraq oyatsın. Adı çəkilən xor kollektivləri üçün milli repertuar yaratmaq məqsədi ilə o, kiçik xor əsərləri yazır. Bunun üçün o, öz məşhur melodiyalarını ikisəsli xor üçün işləyir. Diqqətimizi yaxşı tanış olmayan nadir bir nəşr cəlb etmişdir. Nəşrin adı "Ikisəsli məktəb mahnıları"dır və oraya Ü.Hacıbəyovun "Ey, səba yeli", "Axşam oldu" və "Cürətimin sirrini bil" xorları daxildir. Nəzərə alsaq ki, "Axşam oldu" xoru çox populyar idi ("Əsli və Kərəm" operasını Ü.Hacıbəyov 1912 ildə yazıb), qalan iki xor daha çox maraq doğurur. Onların birincisi – "Ey, səba yeli" xorunu Üzeyir bəy çox güman ki, "Səadət" məktəbində dərs deyərkən yazmışdır3 . Lakin, təbii ki, o vaxt bu xor birsəsli idi.

C.Bünyadzadə öz "Keşkül" adlı kitabçasında bu xorun mətnini verir, bu da onu sübut edir ki: birincisi – "Ey, səba yeli" xoru 1914 ilə kimi yazılıb, ikinci isə – bu xor çox geniş yayılmışdır və hətta adı çəkilən məcmuəyə daxil olunmuşdur4 . Həmin xorun nəşr variantını (Nümunə 1.) təqdim edirik (qeyd edək ki, mətnin əlifbası nəşrdə olan kimi saxlanılıb):

Yeri gəlmişkən onuda qeyd edək ki, bu əsər elə ikisəsli variantda bəstəkar Səid Rüstəmovun 1935 ildə çap olunmuş "Tar məktəbi" adlı dərs vəsaitinə daxil edilmişdir. Bildiyimiz kimi, S.Rüstəmov isə Ü.Hacıbəyovun Azərbaycan Türk Musiqi Məktəbinin ilk tələbələrdən biri idi.

Ikinci xor – "Cürətimin sirrini bil", əslində Ü.Hacıbəyovun "Şah Abbas və Xurşidbanu" operasından Xurşidbanunun ariyasının ikisəsli işləməsidir. (Qeyd edək ki, Ü.Hacıbəyov operanın librettosunda göstərir ki, Xurşidbanu təsnif ifa edir5 ). Bildiyimiz kimi, bu opera da 1912-ci ildə yazılıb. Həmin musiqi parçasını diqqətinizə çatdırırıq (Nümunə 2.):

Beləliklə aydınlaşır ki, bu xorların musiqisi 1908-1912 illərin məhsuludur. Nəzərə almaq lazımdır ki, o vaxt bu xorlar, təbii ki, birsəsli idi. Çox güman ki, onların ikisəsli variantını Ü.Hacıbəyov məhz ADK və ATMM tələbələri üçün milli repertuar düzəltmək məqsədi ilə 20-ci illərin əvvəlində yazmışdır.

Belə fikir geniş yayılmışdır ki, Ü.Hacıbəyovun ilk xorları əsasən birsəsli və ya unison şəklində olmuşdur (bəlkə bir qədər tembr variantlığı ilə seçilirdilər). Lakin, bu iki xorları diqqətlə təhlil edəndə görürük ki, burada Üzeyir bəy tersiya və seksta quruluşlu ahənglərdən geniş istifadə edir. Bu da milli lad təfəkkürünə xas olan cəhət deyil. Bundan başqa, bu xorlarda polifonik çoxsəsliyin elementləri də istifadə olunur: müşaiyətdə kontrapunkt əmələ gəlir. Ü.Hacıbəyov bu əsərlərdə avropasayağı akkordlardan – T, S və D üçsəslikləri və onların dönmələrindən geniş istifadə edir. Belə ki, bəstəkarın əsas məqsədi o idi ki, oxuyanları və dinləyiciləri harmonik avropa minoruna alışdırsın. Bununla bağlı o kadensiyalarda aparıcı tonu xüsusi qeyd edir. "Cürətimin sirrini bil" xorunda isə hətta yüksədilmiş IV pilləni istifadə edir və bununla kvinta pilləsini qabardır - bu isə məhz avropa ladlarına səciyyəvidir. Bundan başqa o çox vaxt D7 harmoniyasına əsaslanır və çalışır ki, onu milli tipli melodikaya uyğunlaşd ırsın. Maraqlıdır ki, hər 2 xorun vokal partiyalarında ikinci səs melodiya baxımından daha sərbəstdir. Onu da qeyd edək ki, hər 2 xor "Bayatı-Şiraz" ladına yaxındır.

Təəsüflər olsun ki, bu notlarda nəşrin ili qeyd olunmamışdır. Lakin, nəzərə alsaq ki Dövlət Not Nəşriy"yatı 20-ci illərdə təşkil edilmiş və onun müdiri 1923-1925 illərdə Şövkət Məmmədova (bu fakt nəşrdə qeyd olunur) olmuşdur, zənn etmək olar ki, bu əsərlər həmin dövrdə çap edilmiş və qeyd etdiyimiz kimi, ADK və ATMM şagirdləri üçün nəzərdə tutulmuşdur.




1 Azərbaycan arxivi; ¹ 2-3 (25-26); B.; Kommunist; 1985; s.25-26.

2 Oradaca; s.27.

3 Xatırladaq ki, burada Ü.Hacıbəyov 1908 ildən 1911 ilə kimi, yəni məktəb bağlanana gədər dərs demişdi.

4 Kitab 1914 ildə nəşr olunub və onu C.Bünyadzadə "Azərbaycan, tatar, fars və türk xalq mahnıların məcmüəsi" adlandırıb. Lakin, kitabda təkcə mətnlər verilmişdir, buna görə də Ü.Hacıbəyov hətta "Tənqid əvəzinə" başlığı ilə felyeton da yazımışdır və orada bu cür "musiqi" təhsil metodlarını şübhə altına qoymuşdur (Bax: "XX əsr musiqi mədəniyyətinin qaynaqları".( Tərtibçi - F.Əliyeva). II cild; B.; Nurlan; s.284-286).

5 Ü.Hacıbəyov. Əsərləri 10 cilddə; Icild; B.; Az.SSR Elmlər Akademiyası. Memarlıq və incəsənət Institutu; 1964; s.125.


Beləliklə, 1920-ci illərin əvvəlində Azərbaycan xor ifaçılığına xeyli maraq oyanmışdır. Lakin, Ü.Hacı"bəyov ilk növbədə Azərbaycanda peşəkar xor kollektivini yaratmaq üçün çalışırdı. Nəhayət, 1926 ildə, ADK və ATMM birləşəndə və ADK milli kadrlar baxımından xeyli zənqinləşən zaman, Ü.Hacıbəyovun bu ideyasını həyata keçirmək üçün zəmin yarandı. Təəssüflər olsun ki, bu xor tez bir zamanda dağıldı. Ü.Hacıbəyov bu haqda özünün "Pervıy azerbaydcanskiy narodnıy xor" məqaləsində yazırdı: "Pervıy mnoqoqolosnıy azerbaydcanskiy xor bıl orqanizovan mnoö v 1926 qodu v stenax Azqoskonservatorii. V xore bılo 70 pevüov i peviü – preimuhestvenno uçahaəsə molodecğ. No prodviqatğ vpered novuö formu vokalğnoqo ispolneniə na pervıx porax okazalosğ neleqko. Vrediteli iz laqerə burcuaznıx naüionalistov nemalo postaralisğ dlə toqo, çtobı likvidirovatğ naşu iniüiativu v samom naçale. Vraqi utvercdali, çto azerbaydcanskomu narodu ne nucen mnoqoqolosnıy xor, ne nucna polifoniə. V rezulğtate sozdannıy mnoö üenoö oqromnıx usiliy xor raspalsə" 6 . Diqqətəlayiqdır ki, Üzeyir bəy çoxsəsli xorla oxumanı dərk etməyən şəxsləri Azərbaycan incəsənətinin düşmənləri və ziyankarları adlandırır.

Buna baxmayaraq, məqsədyönlü və prinsipial Ü.Hacıbəyov Azərbaycanda xor kollektivi yaratmaq məqsədi ilə öz axtarışlarını davam etdirir. S.Mümtaz ad. Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət Arxivində maraqlı bir sənədlə rastlaşdıq. Bu, 6 dekabr 1928 il tarixi ilə Ü.Hacıbəyovun imzaladığı ADK üzrə əmrdir. (Xatırladaq ki, Ü.Hacıbəyov 1926 ildən prorektor, 1928-1929-cu dərs ilində isə ADK-nın rektor vəzifəsində çalışmışdı.) Həmin əmrdə Ü.Hacıbəyov rəsmi şəkildə elan edir ki, ADK-nın nəzdində xüsusi xor sinfi açılır və orada yüksək səviyyəli xor artistlərini hazırlaşdıracaqlar (əmr ¹99): "pri AQK otkrıvaetsə speüialğnıy xorovoy klass dlə podqotovki kvalifiüirovannıx artistov xora. V proqrammu speüialğnoqo xorovoqo klassa vxodit, pomimo speüialğnoqo predmeta, üelıy rəd teoretiçeskix disüiplin (...) prosğba şiroko opovestitğ ob gtom klubı i druqie soöznıe orqanizaüii dlə komandirovaniə celaöhix izuçitğ opernıy xorovoy repertuar" 7 .

Bundan başqa, bir ay öncə, 1928 il noyabrın 4-də 53 saylı Əmrdə xorla oxuma xüsusi sinfinə buraxılmış şəxslərin siyahısı təqdim olunur. Yerli Qəbul komissiyasının sədri Hənəfi Terequlov – məşhur bariton, teatr və ictimai xadim və Azərbaycanda opera xoru yaradanlardan biri idi. Siyahıda göstərilmiş 28 nəfərdən 1 nəfər imtahandan kəsilmiş, 14 nəfər şərti olaraq keçmiş, qalanları isə uğurla imtahan vermişdilər8 . Onu da qeyd edək ki, bu siyahıda yalnız 3 nəfər qeyri-millət var idi. Bu da onu göstərir ki, Ü.Hacıbəyov ilk növbədə məhz milli xor yaratmaq üçün çalışırdı. Arxiv sənədləri göstərir ki, hələ 1929-cu ildə ADK-da tələbə xoru fəaliyyət göstərmişdir. 1929-cu il yanvarın 19-da imzalanmış sənəddə, habelə ADK-nın fəaliyyəti haqqında Ü.Hacıbəyovun məruzəsində oxuyuruq: "… xüsusi xor 140 nəfərdən ibarətdir, onlardan 70 nəfəri türk xorunda, 70 nəfəri avropa xorundadır" 9 . Avropa xorunu çox vaxt hətta "rus" xoru adlandırırdılar. On a Azər"baycan Dövlət Opera və Balet teatrının baş xormeysteri Y.Qrossman rəhbərlik edirdi. (Onu da qeyd edək ki, Y.Qrossmanın əsas peşəsi hüquqşünaslıq idi. Bir xormeyster kimi, o təcrübə sayəsində püxtələşmişdi10 ). Türk xoruna isə bəstəkar A.Mayılov rəhbərlik edirdi. O, əvvəllər bir sıra həvəskar xorlara rəhbərlik etmişdi. Buna baxmayaraq, türk xoru çoxlu çətinliklərlə rastlaşdı. Məsələn, professor V.Karaqiçev ADK-nın şöbə mü"dirlərinin iclasında (03.01.1931) xüsusi qeyd edir ki, türk xor siniflərində musiqi ədəbiyyatı çatışmır. 11

Burada o, yəgin ki, Azərbaycan xor musiqisi ədəbiyyatının çatışmamasından söhbət açır. Lakin, bizə elə gəlir ki, türk xorunun əsas problemi yaradıcılıq problemləri ilə bağlı deyildi. Birincisi - A.Mayılov peşəkar xormeyster deyildi, ikincisi isə o milliyyətcə erməni olub, Azərbaycan milli musiqisini dərindən dərk etmirdi və ola bilər ki o, respublikada xor ifaçılığı sənətinin inkişafında çox da maraqlı deyildi. Nəticədə isə türk xorunu saxlamaq mümkün olmadı. Bu məlumatı biz ): "Forma reorqanizaüii texnikuma pri AQK" sənədində oxuyuruq: "gtnoqrafiçeskiy [müəllifin qeydi – L.M..] xor, kak samostoətelğnaə ediniüa, likvidiruetsə (...) Studentı ukazannoqo otdela slivaötsə s tex"nikumom" 12. Diqqəti cəlb edir ki, türk xorunu o vaxt "etnoqrafik" xor adlandırırdılar və bu da kollektivin əsas fəaliyyət istiqamətini müəyyənləşdirirdi.

Beləliklə, Azərbaycanda xor ifaçılığı sənətini dirçəltmək üçün böyük professional, qabaqçıl düşünən istedadlı musiqiçi və əsl xor sənətinin fədaisi lazım idi. Bunun üçün həm də Azərbaycan şifahi ənənəli musiqini dərindən bilmək və hiss etmək tələb olunurdu. O illər bu şəxs təkcə Ü.Hacıbəyov özü ola bilərdi. Və, nəhayət, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət xoru yaranır və Üzeyir bəy onun bədii rəhbəri və dirijoru təyin edilir. Demək olar ki, Ü.Hacıbəyov həm də ilk azərbaycanlı xormeyster oldu. Azərbaycan Dövlət xoru 100 nəfərdən ibarət idi və onların əksər hissəsini azərbaycanlılar təşkil edirdi. Ayrı milliyətlərdən olan artistlər üçün Azərbaycan dilini sərbəst bilmək xüsusi tələb kimi qoyulmuşdu. Çox maraqlı bir arxiv sənədini təqdim edirik:




6 Qadcibekov U. Pervıy azerbaydcanskiy narodnıy xor // O muzıkalğnom iskusstve Azerbaydcana; B; Az.Qos.Izd.; 1966; s.46-47.

7 S.Mümtaz ad. Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət Arxivi.Fond ¹ 329; siyahı1; saxlama vahidi 20; vərəq13.

8 Oradaca, vərəq 69.

9 Azərbaycan arxivi; ¹ 2-3 (25-26); B.; Kommunist; 1985; s.76

10 S.Mümtaz ad. ADƏIA.Fond ¹ 361; siyahı 2; sax. vahidi 2; vər.162.

11 S.Mümtaz ad. ADƏIA.Fond ¹ 329; siyahı 1; sax. vahidi 25; vər.19.

12 S.Mümtaz ad. ADƏIA.Fond ¹ 329; siyahı 1; sax. vahidi 25a; vər. 6,8


"Polocenie o qosudarstvennom törkskom xore"

"1. Dlə poohreniə i nasacdeniə iskusstva xorovoqo peniə v Azerbaydcane i dlə vısoko"xudocestvennoqo kollektivnoqo ispolneniə azerbaydcanskix törkskix narodnıx pesen, a takce pesen druqix narodov Azerbaydcana
[müəllifin qeydi – L.M.] obrazuetsə Azer-baydcanskiy Qosudarstvennıy Törkskiy xor v koliçestve 60 çelovek.

2. V sostav xora dolcnı vxoditğ: soprano – 20 çelovek, alğtı – 10 çelovek, tenora – 20 çelovek, bası – 10 çelovek.

3. V xor prinimaötsə liüa, obladaöhie xoroşimi qolosovımi dannımi, umeöhie krasivo ispolnətğ narodnıe pesni, qramot"nıe po-törkski i bez aküenta vladeöhie törkskim əzıkom
[müəllifin qeydi – L.M.].

Primeçanie: V predjəvlenii vışeoz"naçennıx trebovaniy k postupaöhim v xor liüam moqut bıtğ dopuhenı isklöçeniə po otnoşeniö k basam i çastiçno k alğtam[müəllifin qeydi – L.M.] v trebovanii umenğə petğ törkskie narodnıe pesni pri postuplenii.

4. Pervıy qod postupleniə v xor sçitaetsə ispıtatelğnım.

5. Çlenı xora do okonçaniə kursa uçebı, ustanovlennoy po uçebnomu planu, polğzuötsə stipendiey v razmere ot 120 rub. do 200 rub.

6. Po okonçanii kursa uçebı çlenı xora sçitaötsə kvalifiüirovannımi xoristami i poluçaöt sootvetstvuöhiy oklad
[müəl"lifin qeydi – L.M.].

7. Proxocdenie kursa trebuemoy uçebı i akkuratnoe posehenie zanətiy sçitaetsə obəzatelğnım dlə çlenov xora.

Primeçanie: Liüa, podqotovlennıe i ne nucdaöhiesə v polnom ili çastiçnom pro"xocdenii kursa uçebı, moqut bıtğ osvobocde"nı ot poseheniə zanətiy uçebı polnostğö ili çastiçno, za isklöçeniem xorovıx zanətiy.

8. Xorovoy kollektiv, kak vo vremə proxocdeniə uçebı, tak i po okonçanii ee obəzan vıstupatğ na gstradax q.Baku, Azerbaydcana, a takce soöznıx i avtonomnıx respublik. 9. Pri xore imeetsə qlavnıy diricer, pomohnik diricera i inspektor"
13.

Bu sənədi diqqətlə izləyəndə çox vacib və maraqlı faktarla rastlaşırıq. Sənədin 1-ci bəndindən aydın olur ki, kollektiv yaradılmasının əsas ideyası – "Azərbaycan türk xalq mahnılarını və Azər"baycanda yaşayan başqa xalqların mahnılarını ifa etməkdir". Başqa sözlə desək, Azərbaycanda xor ifasında xalq mahnılarını fəal şəkildə təbliğ etmək nəzərdə tutulurdu. Xüsusi qeyd edək ki, xorda 60 nəfər ifaçı olmalı idi.

Sənədin 2-ci bəndi ilə tanış olduqda isə yadımıza məşhur və təcrübəli xormeyster P.Çesno"kovun "Xor i upravlenie im" kitabında yazılmış fikirlər düşür. O yazırdı ki, böyük tərkibli xor ən azı 54 nəfərdən ibarət olmalıdır: hər bir partiyaya, yəni Soprano, Tenor və Altlara ayrı-ayrılıqda 12 nəfər düşməlidir. Bas partiyasında isə 18 nəfər olmalıdır. Müəllif bu cür sxemi etalon kimi göstərmir, lakin o qeyd edir ki, bu çox illik təcrübəni və müşahidələri əks etdirir. 14 Digər bir tanınmış xormeyster Q.Dmitrievski də, demək olar ki, xor ifaçılarını eyni ilə bölüşdürür. O da öz "Xorovedenie i upravle"nie xorom" adlı kitabında göstərir ki, Soprano, Alt və Tenor partiyaları eyni dərəcədə və sayda olmalı, Basslar isə bir qədər gücləndirilməlidirlər. 15 Maraqlıdır, onda niyə görə Azərbaycan Dövlət xorunda A və B partiyaları S və T partiyalardan iki dəfə əskikdir? Bunun səbəbini biz 3 bəndin qeydində tapa bilərik. Orada bildirilir ki, A və B partiyalarına uyğun xoristlərə bir qədər qüzəşt edilir. Bu da, yəqin ki, onunla izah edilir ki, həmin tessituralı müğənnilər o dövrdə çatışmırdı. Ü.Hacıbəyov özü də yazırdı ki: "… azerbaydcanskim pevüom sçitalsə lişğ tot, kto imel tenor ili soprano, t.e. pervıy qolos. Bas i bariton voobhe za qolosa ne sçitalisğ" 16 . Doğrudan da, Azərbaycanda "oxumaq" anlayışı hər şeydən əvvəl yüksək registrli səsin mövcudluğunu nəzərdə tuturdu. 17 Bu da öz növbəsində çox güman ki, tenor registrinə uyğun müədzinlərin "gözəl" ifası təsəvvürü yaradırdı. Əsrlərlə məhz bu cür anlayış milli musiqi təfəkkürünə xas idi. Buna görə də müğənniliyə yalnız yüksək səslərə malik milli kadrlar gedirdi. Bu səbəbə görə xora bas və bariton partiyasına artist yığmaq çətin idi və bu partiyalara milliyyətcə azərbaycanlı olmayan vokalçılar da qəbul olunurdu. Belə tessituralı vokalçılara Azərbayca n dilini bilmədiklərinə görə güzəşt edirdilər. Lakin, o şərtlə ki, onlar tez bir zamanda Azərbaycan dilini öyrənməli idi.

O ki qaldı metso-soprano səsinə (xorda Alt qrupu), bu cür bölünmə bir qədər aydın deyil, çünki Azərbaycanda həmişə bəm qadın səslərə yüksək qiymət verilirdi. Bu da xalqda "gözəl" səs təsəvvürünü pozmurdu. Belə zənn etmək olar ki, Ü.Hacıbəyov ilk növbədə soprano və tenor partiyalarını möhkəmləndirmək fikrində idi və onları xorda aparıcı səs kimi nəzərdə tuturdu. Bu fikri Ü.Hacıbəyovun Azərbaycan xalq mahnılarının ilk xor işləmələri də sübut edir: soprano və tenor partiyaları əsas mövzunu aparır, alt və baslar isə akkompanement funksiyasını daşıyır.

Bundan başqa, sənədin 3-cü bəndində xüsusi qeyd olunur ki, bütün artistlər mütləq Azərbaycan dilini sərbəst bilməlidilər. Bu da onu göstərir ki, Ü.Hacıbəyov ilk növbədə xor sənətini məhz milli mühitdə yaymaq məqsədini güdürdü.

Sənədin 4-cü bəndi göstərir ki, bu kollektiv daim öz peşəkar səviyyəsini qaldırmalı və bunun üçün çox çalışmalı idi. Ü.Hacıbəyov istəyirdi ki, bu xor kollektivi təkcə Azərbaycanda deyil, hətta respublikadan kənarda da yüksək qiymətə layiq görülsün.

Sənədin 5-ci bəndindən bəlli olur ki, xoristlər əvvəlcə sınaq müddətinə xora götürülür və həmin vaxt ərzində onlar maddi cəhətdən də həvəs-ləndirilirdilər. (Maraqlıdır ki, təqaüdlərin miqdarı 120 rubldan 200 rubla kimi qalxırdı və bu da xoristlər üçün böyük stimul idi). Ona görə də, təsadüfi deyil ki, sənədin 6-cı bəndində qeyd olunur ki, xüsusi təhsil kurslarını bitirəndən sonra, xorun ifaçıları ixtisaslı xoristlər hesab olunurdu. Bununla da, faktiki olaraq Azərbaycanda "xorla oxuma məktəbi" yaratmaq üçün ilkin addımlar atılır. (Tədris kurslarından bir qədər sonra danışacağıq).

Sənədin 7-ci bəndi göstərir ki, təhsil kurslarının dərslərinə xorun rəhbərliyi formal yanaşmırdı. Belə ki, tələb olunan səviyyəyə uyğun ifaçılar dərslərdən azad edilirdi.

8-ci bənddən aydın olur ki, xorun yaradıcılıq fəaliyyəti, qeyd etdiyimiz kimi, təkçə Azərbaycanda yox, hətta Respublikadan kənarında da nəzərdə tutulurdu. Məlumdur ki, çoxsəsli oxuma dinləyici auditoriyasına daha güclü təsir etmək iqtidarına malikdir. Sənədin axırıncı bəndindən bəlli olur ki, kollektivin rəhbərlik sistemi də ətraflı düşünülmüşdü. Xorun ifaçılıq üslubunu baş dirijor təyin edirdi. Onun köməkçisi xüsusi çalışmaları və məşqləri aparır, inspektor isə təşkilati məsələlərə baxırdı.

Ü.Hacıbəyov Azərbaycan Dövlət xorunun yaranması haqqında yazırdı: "Sostavləlsə xor preimuhestvenno iz molodıx pevüov i peviü, ne imevşix speüialğnoy podqotovki, no vokalğno odarennıx. Ix mı podbirali v Baku i v selğskix rayonax Azerbaydcana. Sredi xoristov estğ neskolğko kolxoznikov". 18 Beləliklə aydın olur ki, xora toplanmış vokalçılar əslində xalqın içərisindən çıxmış və gözəl səsi ilə seçilən istedadlar idi. Onlardan çoxunun nəinki musiqi təhsili yox idi, içərilərində hətta tam savadsızlar da var idi. Bunları nəzərə alaraq Ü.Hacıbəyov söhbət açdıyımız sənədə əlavə kimi xüsusi "təhsil planı" da hazırlamışdı 19 . Təhsil planı 4 illik tədrisi nəzərdə tuturdu. Bu illər ərzində xoristlər, demək olar ki, lazımı musiqi savadını alırdılar. 20

Bütün bu arxiv sənədləri onu sübut edir ki, Azərbaycan Dövlət xorunun tədris planı ətraflı düşünülmüşdü və xorun artistləri musiqi təhsilləri üzərində çox ciddi çalışırdılar. Xüsusi qeyd edək ki, xor artistlərinə dərsləri təcrübəli müəllimlər keçirdi. Bundan başqa, artistlərin imtahan verməsi üçün hətta xüsusi komissiya da yaradılmışdı: Ü.Hacıbəyov (sədr), Ə.Abbasov (üzv), Y.Qrossman (üzv) və b. 21 Xoristlər peşəkarlıq səviyyələrinə görə dörd kateqoriyaya bölünürdü. Onlar musiqiduyma qabliyyəti, səs imkanları, ümumi ifa və muğamat, repertuarın bilgisi, solo çıxışları üzrə yoxlamaları keçib, hər biri özünə uyğun kateqoriya alırdı. Ona görə də təəccüblü deyil ki, bu kollektiv tez bir zamanda xor ifaçılığında böyük uğurlar qazanır.

Beləliklə, 1936-cı ildə Azərbaycanda ilk peşəkar xor kollektivinin yaradılması məhz Ü.Hacıbəyovun təşəbbüsü və təcrübəsi əsasında mümkün olmuşdur və bu da neçə il əvvəl aparılmış böyük və çətin hazırlıq işinin bariz nəticəsi idi.




13 S.Mümtaz ad. ADƏIA. Fond ¹ 347; siyahı 1; sax. vahidi 284; vər. 7.

14 Çesnokov P.Q. Xor i upravlenie im. M.; Qos.Muz.Izd.; 1961; s.31.

15 Dmitrievskiy Q.A. Xorovedenie i upravlenie xorom. M.; Muzqiz; 1948; s.26.

16 Qadcibekov U. O muzıkalğnom iskusstve Azerbaydcana. Tam ce, s.46.


17 Bu haqda bax: Vinoqradov V. Uzeir Qadcibekov i azerbaydcanskaə muzıka. M., Muzqiz, 1938, s.47.

18 Qadcibekov U.; O muzıkalğnom iskusstve Azerbaydcana; Tam ce, s. 47.

19 S.Mümtaz ad. ADƏIA.Fond ¹ 347; siyahı 1; sax. vahidi 284; vər. 8-10.

20 Bu barədə bax: Fərəcova(Məmmədova) L. " Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xor-dirijorluğu kafedrasının yaradılması tarixindən" // "Musiqi dünyası" jurnalı.¹ 1-2/15,2003 il,səh.163-167.

21 S.Mümtaz ad. ADƏIA, fond ¹ 347, siyahı ¹ 1, sax.vah. ¹ 5, vər. 28.









Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70