Filateliyada musiqi mövzuları
E. Iskəndərov
 


       Qədim Yunanıstan və Romada əlyazmaları toplamaq dəb idi. Daha sonralar, orta əsrlərdə cəngavərlər yaraq – əslahatlarla öyünərdilər. Dahi alman şairi V. Qötenin dövründə – poçt markalarının torlanmasının geniş yayımından bir nəsil öncə – mineralların kolleksiyaları dəbdə idi.
       Kolleksiyaların müxtəlif növləri və yönləri vardır ki, hər biri öz adı ilə adlanır. Məsələn, PERIDROMOFIL və SKRIPKOFIL anlayışlarının mahiyyətini və onların ümumi cəhətlərini heç də hamı bilmir, halbuki onlardan birincisi nəqliyat biletlərini, möhürlərini, nəqliyyat agentliklərinin loqotiplərini; ikincisi isə – qiymətli kağızlar, qəbzlər, səhmlər, istiqrazlar toplamaqla məşğuldur. Adlanmalar olduqca mürəkkəb söz birləşmələridir və onların yaranışında latın, fransız, yunan və çox-çox başqa dillər iştirak edir. Məsələn, "RENARDOFIL" – bir sıra xalqların nağıl və əfsanələrinin ğəhrəmanı – tülkü sürəti ilə bağlı hər şeyi toplayandır.
       "VEKSIKOLOG" – hərbi bayraqları və vımpelları öyrənir. "QELATOFIL" – dondurma kağızları azarkeşidir. "KAMRANOFILIYA" – zənğlərlə; "LUDOFILIYA" – uşaq oyuncagları və əl oyunları; "KNEMATONIMIYA" – malların etiketləri; "LYASSEFILIYA" – kitabların arasına qoyulan inpək lent və başga nişanlarla bağlıdır.
       Sonsuzluğa qədər sadalamaq olar, lakin mahiyyətcə hamsının özünündə yunan sözü "fileo" – "sevirəm" durur. Və bütün bu meyar və maraqlar arasında, sözsüz ki, ən böyük, ən qeniş yeri "filateliya" tutur.
       Gəlin dahilərin filateliya haqqında dediklərinə diqqət yetirək:
       Dm. Şostakoviç: "Marka toplayanlara böyük hörmətim var".
       A. Eynşteyn: "Markaları kolleksiya edin! Bu ilk növbədə zehni əməklə məşğul olanlara qərəklidir, çünki diqqət və yaddaşı nizamlayır".
       Fr. Ruzvelt: "Marka toplamağı məsləhət görürəm. Bu vətəndaşlarda ləyaqətin tərbiyələnməsinə köməkdir".
       Bir sıra ölkələrdə deyilənlərdən irəli gedərək poçt markalarını kolleksiyalamağı tədrisə salmışlar. Isveçdəki təcrübi (eksperimental) məktəblərdə poçt markalarından coğrafiya, tarih, mədəniyyətşunaslıq dərslərində əyani vəsait kimi istifadə edirdilər. Fransa poçt idarələrinin hər yeni çıxan poçt markalarını (bütün növlərdə) hər bir məktəbə bir sayda verməsi bir qaydadır. Almaniyada məktəblərdə filatelist dərnəklərə təcrubəli filatelistlər başcılıq edirlər, o cumlədən, müəllimlər arasından seçilmişlər.
       Bütün dunyada, soruşsanız hansı quruluşda və şəkildə, hansı ölçüdə, hansı materialdan markalar hazırlanmır. Ən adi düz bucaqlı və kvadrat şəkillilərdən tutmuş, üçbucaqlı, romb şəkilli və paralleloqram şəkillilərədək. Hətta buraxılar ölkənin xəritəsi şəkilində, çox bucaqlı və dairəvi markalara rast gəlinir. Özü də markalar nəinki müxtəlif növlü kağızlarda, hətta çox nazik alüminium, gümüş və bəzən qızıl vərəqələrdə çap edirlər. Stereoskopik və tutumlu, basma yolu ilə, ipək və süni parçalarda belə markalar buraxılır. Dinləmək üçün qrammofon valları, ətir və hətta narkotik maddələr səpən markalar artıq vardır.

       Markalar kənarları dişli (perforasiyalı) və dişsiz, adi standart və parlaq, bayramsayağı (kommemorativ), aviapoçt, teleqraf və əlavə ödənişli olurlar.
       Kolleksiyacılara markalar, bloklar, zolaqlar, kvartbloklar, miniatyur markalar saxlanma dəftərləri və vərəqləri, sərgi üçün suvenir bloklardan çox vərəqli və çox zolaqlı albomlardan geniş çeşidli məlumat təklif olunur.
       Bildiyiniz kimi markaların yol yoldaşü və yayımlayanı – poçtalyonun qədim zamanlarda səs siqnalı verən sümsüsü yahud kiçik şeypurcuğu vardır. Filatelist materialın toplanması işi coxüönlüdür, lakin mən onlardan ikisi üzərində geniş dayanacağam: ümumilikdə mövzulu və musiqi mövzular üzərində. Bəri başdan deməliyəm ki, markanın yol yoldaşı və yayımlayanı – poçtalyonun qədim zamanlarda səs siqnalı verən sümsüsü yaxud kiçik şeypurcuğu vardı. "Kolleksiya" sözü ilk dəfə işlədən qədim Romada tanınmış natiq Tsitseron olmuşdur. Markaların ilk kolleksiyaçısı isə 1774-cü ilə yaxın qerb markaların tam kolleksiyasını toplaya bilmiş qerb rüsumu yığan irlandiyalı Con Burke sayılır. O zaman indiki poçt yox dərəcəsindəymiş. Ilk poçt markası 6 may 1840-cı il tarixdə buraxılmış "Qara penni" idi. "Filateliya" anlayışına xeeyir-dua verən isə fransız kolleksiyaçısı Yorj Erpen olmuşdur. Bu anlayışa ilk dəfə 1864-cü ildə "Poçt markaları kolleksiyaçısı" jurnalın səhifələrində rast gəlirik.
       Filatelistlərin ilk uzunömürlü birliyi 10 aprel 1869-cu il tarixdə yaranıb, onun ilk prezidenti Daniel Kuper seçilib. 1906-cı ildən ingilis kralı VII Eduardın razılığı ilə birlik Kral cəmiyyəti statusu alıb ki, bu da Ingiltərə ənənələrinə biri-birinə hörmət edən əsilzadələrdən ibarət bütün birlik və məclislərə xas olan cəhətdir. Lakin Ingiltərə Kral cəmiyyəti poçt markaları kolleksiyaçıları birliklərinin heç də tam ilki deyil. Hələ 1 may 1866-cı il tarixdə Amerika Birləşmiş Ştatlarında "Ekselsior" kolleksiyaçılar cəmiyyəti yaradılsa da, onun ömrü uzun olmamışdır.
       Fransada da, hələ bundan əvvəl, 1865-ci ildə kolleksiyaçılar cəmiyyəti yaransa da, onun ömrü daha qısa olmuşdur. Sonralar digər ölkələrdə də buna oxşar filatelist cəmiyyətlər yaradılır və filatelist ədəbiyyat – kataloqlar, məlumat kitabçaları buraxılırdı.
       XIX əsrin ikinci yarısında filateliyanın geniş yayımı digər sahələrdə kolleksiyalığa marağın sönməsini ilə müşaiət olunurdu. Hazırda filatelistlərin bütün dünya üzrə sayı on millionlarla ölçülür. Gülüş doğuran məzəli hadisə kimi onu yada salmaq olar ki, ilk poçt markasının buraxılışı ondan divarlara çəkilən kağız yerinə istifadə etmək ideyası ortaya atdı və bu ideyanı həyata keçirmək üçün aparılan misilsiz toplama işi ilə nətiçələndi. 1841-ci ilin sentyabrında çox mötəbər "Tayms" qazetində belə bir elan çıxmışdı: "poçt markaları axtarıram" (başlıq). Evinin divarlarına kağız çəkmək üçün poçt markaları işlədən cavan oğlan, öz dostlarının köməyi ilə 16 mindən artıq marka toplamışdır. Lakin bu qədər marka azlıq etdiyindən, o dərdinə şərik cıxanlardan marka göndərməyə xahiş edir ki, başladığı işi axıra çatdıra bilsin. "Əlbəttə, belə divar kağızı bugünkü gündə evin özündən qat qat baha başa gələrdi. Vaxtı ilə poçt markaları ilə ən gözlənilməz əşyalar bəzəyirmişlər. Böyük külqabıların dibinə arxadan marka yapıştırırdılar; markalı divar sincləri, lampa qalpazları, divarsobaları üçün markalı ekranlar dəb idi.
       1875-ci ildə sarı Avstriya və qara Bavariya markaları ilə bəzədilmiş belə bir ekranı Zaltsburqda 2,5 quldenə satılmışlar. Ən maraqlısı odur ki, bu oxşarsız, orijinal kolleksiyanın mərkəzində hazırda çox çətinliklə tapılan markalardan – qırmızı Avstriya "Merkuri"lərindən çox ğözəl işlənmiş "FY I" (Frans - Iosif I) venzeli (ad və familiyanın baş hərflərinin bir birinə keçirilən qəşəng yazılışı) yerləşirdi.
       Lakin əsl kolleksiyaçılığın başlanğıcı sonrakı dövrə aiddir. Tanınmış kolleksiyonçıların söylədiyinə görə, onlar ilk markaları albomlarda toplama işinə XIX əsrin 40-cı–50-ci illərdə başlamışlar. 10 il ərzində buraxılan markaların sayi o qədər də çox deyildi və 1860 ildə bütün dünyada həmin ildən buraxılmış markaların tam kolleksiyasınin toplanması çətinlik yaratmırdı, çünki 1840–1849-cu illər arası 11 ölkədə bütövlüklə 44 marka işıq üzü görmüşdü.

       Poçt markaları çox növlü poçt göndərişlərindən savayı, bir sıra köməkçi vəzifələrdə yerinə yetirirmişlər: məsələn-teleqrafda, əlavə ödənişdə, və s. Poçt markalarının sonsuz və tükənməz çalarlı bədii tərtibatı milyonlarla insanın zövqünü oxşayır, həmin markaları adi renglənmiş kağız deyil, sənət əsəri səviyyəsində nəzərdən keçirməyə sövg edir. Ilk poçt markaların məzmunu, – hansısa görkəmli adamın portreti hazırda da ən geniş məzmun olaraq qalır. Lakin hazırda buraxılan markalardan dövlət başçılarından daha çox elm, mədəniyyət, içtimayi xadimlərinə daha çox yer verilir. Yəni marka da bir abidə kimi qavranılır. Bəzi ölkələrdə, məsələn ABŞ-da, hazırda yaşamını yaşayanların poçt markalarında şəklini vermək qanunla qadağandır. Markaları rəssam və bəstəkarlarların, yazıçı və şairlər, görkəmli humanist filosof və ifaçıların portretləri bəzəyir. Mədəniyyət tarixi məzmunlu markalar kolleksiyaçıların ayrı-ayrı ölkələrin nədəniyyəti və mənəviyyatı ilə tanışçılığına imkanlar açır. Konqodaki tayfaların maska və ağacdan yonulmuş heykəlcikləri, Yaponiya, Hindistan və Çinin oytpərəst məbədləri və buddist paqodaları, xalq reqsləri və milli geyimlər çox əlverişli ayani vasitə və vəsaitdir.
       I. Y. Levitasın "Həm ciddi, həm qəribə" (I seryozno, i kuryozno) kitabında oxuyuruq: "Bəstəkarlar və digər musiqiçilərdə boş vaxtlarını filateliyaya həsr edirlər. Onların arasında D. Kabalevski və Q. Qarayev, Y. Silantyevin və L. Stakovskinin, Avstriya bəstəkarı R. Ştoltsun, hətta bütün dünyada ən gözəl royallar düzəldən firmanın başçısı Teodor Şteynveyin adlarına rast gəlinir. Sonuncu ən tanınmış filateliya eksperti və ən samballı filateliya sərgilərinin təşkilatçısı olub".
       Dünya şöhrətli dirijor L. Stokovski poçt markalarının bədii – estetik mahiyyətinə böyük diqqət yetirirdi.
       Filatelist bəstəkarların filateliyaya həsr etdikləri mahnı və marşlar az saylı deyildir. Onların arasında ən geniş yayılan R. Ştoltsun "Filatelist valsı"dır. Bəstəkarın qələmindən çıxan "Bütün dünya göy rəngindədir" ("Vesh mir nebesno-qoluboy") kitabında I. Brams haqqında xatirələrdə var: "Məşhur bəstəkar I. Brams hər yerdən, – musiqiçi dostlarından, ondan məsləhət gözləyən həvəskarlardan, gənc istedadlardan, o cümlədən öz əsərlərin onun mühakiməsinə verən gənc Antonin Dvorjakdan məktublar alırdı. Ayrı-ayrı aylarda ona əlliyədək məktub gəlirdi. Altı yaşım tamam olanda, Brams mənə bir bağlama konvert bağışladı: konvertin markalarında krallar, kraliçalar, dövlət xadimləri və qəhrəmanların şəkilləri çar olunmuşdur. Bu belə qeyri-adi hadisə idi ki, bircə anda bütün hisslərimi, duyğularımı ələ aldı. Ömrümdə ilk dəfə Qrats və Vyanadan uzaq, yeni, yuxuma girməyən dünya gözlərim önündə canlandı. Anam məni kolleksiyaçılıq həvəsimdə ruhlandırdı, çox aztapılan əlyazmaları və məktubları illərlə toplayan atanı isə, mən bir qədər yaşa dolduqdan sonra, kolleksiyaçılığın incəliklərini mənə öyrətməyə başladı.
       Çox yazıçılar olsun ki, II dünya müharibəsinin alovlu illərində mənim ilk markalı albomların atamın toplayıb qoruduğu Betxoven, Brams və digər bəstəkarların əlyazmaları ilə bir yerdə yoxa çıxdılar. Lakin mən yenə də ruh yüksəkliyi ilə marka toplamaqdayam. Bununla yanaşı, özülü I. Brams tərəfindən qoyulan ilk kolleksiyam mənim üçün unudulmazdır".
       R. Ştoltsun pərəstişkarları onun adına filateliya fondu yaratmışlar, Eyntsa Ştolts hətta R. Ştoltsun adına mükafat da təsis edib və bu mükafat hər il musiqi mövzusunda ən seçmə, ən uğurlu markaya görə verilir. Həmin markanı isə beynalxalq münsiflər heyyəti seçir. Deməliyəm ki, ölümünədək onun sədri dünyada ən görkəmi skripkaçı Iyequdi Menuxin idi.
       Hələ XX əsrin 20-ci illərində "musiqili" markalar filatelistlərdə böyük maraq doğurmuşdur. Əlbəttə, belə böyük maraqdan bir sıra Avropa poçt idarələri yararlanaraq, musiqi mövzusu həvəskarlarına bahalı buraxılışlar təklif etməyə başladılar. Kosmos, idman və başqa mövzuları "partlayış" səviyyəli maraq "musiqi"nin mövqeyini heç zaman laxlatmayıb. Və beynalxalq sərgilərdə "musiqi" mövzulu markaların nüfuzu kifayət qədərdir.

       Mövzu və məzmun baxımından "musiqi"li markaları bir - neçə bölməyə ayırmaq olar. Onların birini, – musiqi alətləri bölməyi bu yazıda sizlərə təqdim edirəm.
       Hələlik musiqini öz əsil mahiyyətində təqdim edən birneçə marka Butan dövlətində buraxılıb. Elektrik qrammofonunda həmin markalar Butan dövlətinin himni və bir neçə xalq mahnısını səsləndirirlər. Markaların çoxusu isə musiqi sənətini şərti şəkildə təqdim edirlər: 1) rəmzi-alleqorik; 2) musiqi alətləri və çalğı ilə oxuma; 3) musiqi əsərləri məzmununun əks olunması (məsələn, not vasitəsilə) şəkildə.
       Markaların üzərində musiqi rəmzləri kimi musiqi alətləri yaxud onların hansısa ünsürləri şəklində öz ifadəsini tapır. Rəssamlar haqlı olaraq stilizasiyalar işlədirlər, çünki emblem (rəmz) üçün, onların fikrincə, alətləri bütünlüklə təsvir etmək gərəksizdir.
       Musiqi alətləri və çalğının növlərinin təyini üçün bir çox təsnifat sistemləri var. Çox zaman işlədilən xalq çalğı və professional çalğı anlayışları sonuncunun musiqi təhsilini nəticəsi kimi nəzərdə tutur. Poçt markalarının "lal" musiqinin təsviri aləmində çalğının mahiyyətini musiqi alətini özü təyin edir, lakin alət həm professional, həm də xalq musiqi yaradıcılığına aiddirsə (məsələn, skripka), ifaçının geyimi əsas götürülə bilər.
       Təsnifatda səs mənbəyinin, səs alma üsulunun və digər quruluş özəlliklərinin də öz, təyinedici yeri var. Məsələn, fortepiano həm simli, həm zərb, həm də dillə çalınan alətdir.
       Bir müəllif kimi, jurnal üçün yazdığımı nəzərə alaraq, məqalədə təqdim edəcəyim markalar Azərbaycan, Türkiyə, Monqolustan, Burkina Faso və Mozambikin xalq musiqi alətlərini əks etdirir ki, burada violalar sinfinə üstünlük verilib. Qeyd etmək istərdim ki, hətta görkəmli fransız rəssamı Deqanın çox tanınmış və yaddaqalan tablosunda saçlarını darayan qızın təsviri xəyalən violonçel çalğısını yada salır.





(ardı var)







Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70