XƏBƏRLƏR
-
 

2003-cü il



       Noyabr ayının 5-də Moskva Dövlət Konservatoriyasının Raxmaninov adına salonunda «Moskva payızı» XXV Beynəlxalq müasir musiqi Festivalı çərçivəsində SSRI xalq artisti, Lenin və SSRI Dövlət mükafatları laureatı, professor Qara Qarayevin 85 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsert Rusiyanın xalq artisti Iqor Dronovun rəhbərliyi və «Yeni musiqi» studiyası solistləri ansamblının iştirakı ilə təşkil edilmişdir.

       Konsert proqramı Q.Qarayevin Prelüdləri ilə açıldı. Proqramda Q.Qarayev tələbələrinin əsərləri – Xəyyam Mirzəzadənin «Memory», Rəhilə Həsənovanın «Pirəbədil», Ismayıl Hacıbəyovun «Divertisment», Zaur Fərhadovun «Dalğalar» və Cəlal Abbasovun «If I could see you again…» adlı 4 saylı simfoniyası və o cümlədən Fərəc Qarayevin «Siz hələ də sağsınız, cənab Nazir?» əsərləri səsləndi.



       Noyabr ayının 7-də Kamera və Orqan Musiqisi Zalında tanınmış kamança ustası Ədalət Vəzirovun xatirəsi geniş konsert proqramı ilə yad edilmişdir. Gecədə Qara Qarayev adına Kamera Orkestri iştirak etmişdir (bədii rəhbər və baş dirijor, respublikanın əməkdar incəsənət xadimi Teymur Göyçayev). Konsertin təşkilatçısı Asəf Zeynallı adına Musiqi Kollecinin nəzəriyyə şöbəsinin müəllimi, bəstəkar Ədviyyə Rəhmətova idi. Konsert proqramında Ədviyyə xanımın Ə.Vəzirova ithaf olunmuş kamança və kamera orkestri üçün Konserti – solist Arzu Səlimova (ilk ifa); Hacı Xanməmmədovun kamança və orkestr üçün Konserti – solist Elşən Mansurov və b. əsərlər səsləndi.



       Noyabrın 24-də Bakı Musiqi Akademiyasının Böyük Zalında Respublikanın əməkdar artisti, professor Rauf Adıgözəlovun xatirə gecəsi keçirilmişdir.

       Gecədə BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, xalq artistləri A.Rzayev və T.Bakıxanov öz xatirələri ilə çıxış etdilər.

       Konsert proqramında V.Adıgözəlovun orqan üçün Fantaziyası (ifaçı-R.Ismayılova), piano üçün Prelüdləri (ifaçılar – E.Kəbirlinskaya və M.Adıgözəlzadə) və «Qərənfil» mahnı-romans (tarda ifa etdi – respublikanın xalq artisti Ramiz Quliyev); T.Bakıxanovun R.Adıgözəlova həsr olunmuş skripka və piano üçün 11 saylı Sonatası (ifaçılar L.Həsənova və F.Əhmədbəyova); F.Bədəlbəylinin piano üçün «Ithaf» (ifaçı – Ü.Hacıbəyova); Niyazinin «Arzu» romansı (ifaçı – G.Ismayılova) və Veroççininin violonçel və piano üçün «Larqo»su (ifaçılar – R.Abdullayev və A.Əliyev) səslənmişdir.

       Gecənin sonunda xalq artisti, bəstəkar Vasif Adıgözəlov ailəsi adından hamıya öz minnətdarlığını bildirdi.



       Noyabrın 24-də Bakı Musiqi Akademiyasında görkəmli musiqişünas, sənətşünaslıq namizədi, professor Izabella Vladimirovna Abezqauzun 80-illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

       Konfransda Ü.Imanova «I.Abezqauz, kak rukovoditelğ diplomnıx rabot muzıkovedov», S.Bağırova «I.Abezqauz – pedaqoq i uç¸nıy», R.Əliyeva «Nekotorıe soobraceniə o prepodavanii muzliteraturı v speüialğnıx muzıkalğnıx şkolax», L.Rzayeva «O prepodavanii kompleksa predmetov istorii fortepiannoqo iskusstva v vısşey şkole», L.Abdullayeva «Romantiçeskaə konüepüiə dvoemiriə v opere Çaykovskoqo «Pikovaə dama», L.Mehdiyeva «K probleme qarmonizaüii narodnıx pesen i melodiy», A.Hüseynova «Simvolika 10 simfonii Şostakoviça», R.Həsənova «Çelovek moləhiysə», K.Dadaşzadə «Opera «Keroqlu» U.Qadcibekova v kontekste sovremennoy nauçnoy paradiqmı» və A.Inyakina «Fazovoe razvitie v azerbaydcanskoy muzıke XX veka» (K.Karaev, F.Amirov, Dc. Qadciev) adlı məruzələr ilə çıxış etdilər.

       Konfransdan sonra I.Abezqauzun xatirəsinə həsr edilmiş konsert oldu.

       Konsert proqramında K.Debüssinin «Çox ağır vals» (ifaçılar – T.Babayeva (skripka) və G.Ənnağıyeva (piano); Q.Qarayevin «Ə vas löbil» romansı (ifaçı – F.Əliyev, konsertmeyster – R.Zimina); F.Şopenin Ekspromt-fantaziyası (ifaçı – G.Ənnağıyeva); Niyazinin «Arzu» romansı (ifaçı – J.Cəfərova, konsertmeyster – G.Şekalyova); Bethovenin «Romansı» (ifaçılar – T.Aslanov (alt), I.Kirillina (fortepiano); Şoperinin «Dualar» (ifaçı – J.Cəfərova, konsertmeyster – G.Şekalyova) və Raxmaninovun «Mənə çox ağırdır» romansı (ifaçı – F.Əliyev, konsertmeyster – R.Zimina) səslənmişdir.



       Noyabrın 28-də Almaniyanın Bonn şəhərinin ən böyük konsert zalında – Bethovenhollda – möhtəşəm bir konsert keçirilmişdir. Konsert proqramında Praqa Opera Teatrının baş dirijoru Loes Zvarovskinin rəhbərliyi ilə Bonn şəhəri simfonik orkestrinin ifasında dünya klassik əsərləri ilə yanaşı Azərbaycan respublikasının xalq artisti, professor Firəngiz Əlizadənin violonçel və sitmfonik orkestr üçün Konserti səslənmişdir.

       Konsertdən sonra «Bonn simfonik orkestrinin dostları» cəmiyyətinin təşəbbüsü ilə bəstəkar F.Əlizadə ilə görüş keçirmişdir. Görüşün aparıcısı «Alman dalğası» radiostansiyasının redaktoru Qero Şliss idi.

        Noyabr ayında bəstəkarın simli orkestr üçün «Oazis» əsərini Savoy kamera orkestri Fransa turnesində ifa etmişdir. Bundan başqa, bəstəkarın bir sıra kamera əsərləri Amerikada – Çikaqo, Vaşinqton və Nyu-York şəhərlərində də səslənmişdir.



       Dekabrın 9-da Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, professor Emin Sabitoğlunun 65 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.

       Konfransı giriş sözü ilə Bakı Musiqi Akademiyasının rektoru, SSRI və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli açdı.

       Konfransda Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, professor G.Abdullazadə; Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Birinci Katibi, xalq artisti, professor V.Adıgözəlov; Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor R.Zöhrabov; əməkdar incəsənət xadimi, professor S.Ibrahimova; sənətşünaslıq namizədi, professor v.i.e. I.Əfəndiyeva; sənətşünaslıq namizədi, dosent C.Mahmudova, sənətşünaslıq namizədi, dosent F.Xalıqzadə, sənətşünaslıq namizədi, dosent C.Həsənova və b. öz məruzələri ilə çıxış etdilər.



       Dekabrın 26-da Azərbaycan Bəstəkarlar Ittifaqında «Azərbaycan xalq musiqisinin tədqiqi məsələləri» mövzusunda Azərbaycan Milli Konsrevatoriyası və Bəstəkarlar Ittifaqının etnomusiqişünaslıq bölməsi ilə birgə elmi-nəzəri konfrans keçirilmişdir.

       Konfransı giriş sözü ilə Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi, Respublikanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov açmışdır. Daha sonra, söz Milli Konservatoriyanın elmi-tədris işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor Rafiq Imraniyə verilmişdir. Bakı Musiqi Akademiyasının müəllim heyətinin üzvləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və Incənəsət Institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və eləcə də Mədəniyyət və Incəsənət Universitetinin əməkdaşları və müəllimləri öz məruzələri ilə çıxış etmişlər. Bunların sırasında C.Mahmudovanın (BMA) «Qoşma ədəbi janrının bəstəkar mahnılarında təcəssümü», I.Köçərlinin (ADMIU) «Bir daha lad nəzəriyyəsi haqqında», C.Həsənovanın (BMA) «Üzeyir Hacıbəyovun lad nəzəriyyəsinin öz operalarında təzahürü», E.Hüseynovanın (ADMIU) «V.M.Belyayevin tədqiqatlarında Azərbaycan muğamları», R.Zöhrabovun (BMA) «Zərbi muğamlar Azərbaycan bəstəkarlarının yaradıcılığında», R.Imraninin (AMK) «T ürk xalqlarının məişətində muğam-makam sənəti», N.Abdullayevanın «F.Əmirovun fortepiano əsərlərində milli xüsusiyyətlər», N.Rəhimbəylinin (AMK) «Azərbaycan və türk xalq yaradıcılığının qarşılıqlı əlaqələri», A.Quliyev və A.Əliyevin (AMK) «Muğam ənənələri və müasir dövrdə onların qorunmasına dair» və «Muğam ənənəsinin qorunmasında tədrisin rolu», Ə.Babayevanın «Üzeyir Hacıbəyovun yaradıcılığında xalq ağlama intonasiyalarının təcəssümü», M.Abbasov və A.Vəliyevin (ADPU) «Ümumtəhsil məktəblərində musiqi, sinifdənxaric və məktəbdənkənar musiqi vasitəsilə məktəblilərin bədii estetik zövqünün artırılması məsələləri», C.Osmanovun «Xalq musiqisi - şagirdlərin musiqi tərbiyəsinin əsasıdır» və F.Xalıqzadənin «1938-ci il Gəncə ekspedisiyası haqqında» məruzələrini qeyd etmək lazımdır.



       Dekabrın 27-də Kamera və Orqan musiqisi Zalında Q.Qarayev adına Kamera orkestrinin konserti keçirilmişdir.

       Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən, F.Əmirovun «Nizami» simfoniyası və «Elegiya»; I.Abdullayevin «Vokaliz», T.Bakıxanovun fleyta və kamera orkestri üçün 2 saylı Konserti (solist – Respublikanın əməkdar artisti Müzəffər Ağamalızadə) və kamera orkestri üçün IV simfoniyası səsləndi.

       Dirijor – Respublikanın əməkdar incəsənət xadimi Teymur Göyçayev idi.




2004-cü il



       Yanvarın 12-də Azərbaycan Bəstəkarlar Ittifaqı Gənclər, Idman və Turizm Nazirliyi ilə birgə «Ilin ən yaxşı əsəri» müsabiqəsini keçirdi.

       Müsabiqədə 4 nominasiya üzrə mükafat verildi:

       1. Həsənova Kəmalə – Skripka və simfonik orkestr üçün Konsert («Simfonik musiqi» nominasiyası);

       2. Əlizadə Kəmalə – kamera orkestri üçün «Depressiv illüziyalar» («Kamera-instrumental musiqi» nominasiyası);

       3. Camalzadə Vüqar – piano üçün «Sehrli spiral» variasiyaları («Kamera əsəri» nominasiyası);

       4. Şirinova Səadət – radioda musiqi verilişlərinin müəllifl kimi («Musiqişünaslıq» nominasiyası).



       Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibəti ilə Yaradıcı gənclərin mükafatlandırılma mərasimi keçirilmişdir. Mərasim Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilmişdir. Azərbaycan Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi R.Zöhrabov mükafatların təqdimetmə mərasimində çıxış etmişdir.

       Axşam «Azərbaycan» mehmanxanasında rəsmi qəbul və klassik musiqidən ibarət konsert olmuşdur. Konsertdə I.Abdullayevin «Vokaliz»i və «Bizimdir gələcək» mahnıları (Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinin «Qız qalası» xorunun ifasında. Bədii rəhbər – D.Əliyeva), V.Camalzadənin «Ulduz» mahnı-balladası (ifaçı – L.Məmmədova), K.Həsənovanın «Lalə» və «Dağlar» romansları (ifaçı – G.Ismayılova), K.Əlizadənin «Prelüdləri» (müəllifin ifasında), L.Cəfərovanın «Bu gecə» romansı (ifaçı – F.Əliyev) və Ə.Quliyevin ifasında tar üçün «Rəqs»i ifa olunmuşdur.



       Yanvarın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının əsaslı bərpadan sonra təntənəli açılış mərasimi olmuşdur.

       Azərbaycan Respublikasının Prezidenti, cənab Ilham Əliyev mərasimdə iştirak etmişdir. Ümummilli lider, Prezident Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

       Mədəniyyət Naziri Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, gənc skripkaçı, prezident təqaüdçüsü Cəmilə Musayeva və dünya şöhrətli musiqiçi, həmyerlimiz Mstislav Rostropoviç açılış mərasimində çıxış etdilər.

       Maestro Mstislav Rostropoviç əziz və sevimli dostu, Prezident Heydər Əliyevin nurlu xatirəsinə dərin hörmət və ehtiram olaraq I.S.Baxın iki nömrəli süitasından Sarabandanı ifa etdi.

       Daha sonra dünya şöhrətli musiqiçinin dirijorluğu ilə Firəngiz Əlizadənin «Ithaf» əsəri, xalq artisti Rauf Abdullayevin idarəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun «Koroğlu» operasından Uvertüra və «Çənlibel» xoru, Qara Qarayevin «Yeddi gözəl» baletindən «Vals» və «Yürüş», Fikrət Əmirovun «Azərbaycan kapriççiosu» əsərləri səsləndi.

       Azərbaycan Prezidenti Ilham Əliyev mərasimdə nitq söylədi.



       Yanvarın 29-da «Muğam» Teatrında xalq artisti, bəstəkar Emin Sabitoğlunun xatirə gecəsi keçirilmişdir. Gecədə Yazıçılar Birliyinin Sədri Anar, Bəstəkarlar Ittifaqı Idarə Heyətinin Katibi R.Zöhrabov, xalq şairi Vaqif Səmədoğlu, Yazıçılar Birliyinin Katibi Ç.Abdullayev, kinorejissor R.Ocaqov, Bəstəkarlar Ittifaqının Məsul Katibi L.Hüseynova, xalq artisti R.Quliyev, xalq artisti Ş.Axundova, əməkdar artist N.Məmmədov, şair R.Heydər, kinorejissor O.Mirqasımov və bəstəkarın qızı musiqişünas C.Mahmudova çıxış etdilər.

       Bəstəkarın mahnılarını K.Kərimova, A.Bayramova, M.Iskəndərli, I.Muradov, N.Dostəliyeva, C.Məmmədov, T.Əmrah və b. ifa etdilər.

       Gecədə «Muğam» teatrının ansamblı iştirak etdi.

Materialları hazırladı: .

Leyla Məmmədova.











Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70