LIRIK XALQ MAHNILARININ BƏDII-ESTETIK XÜSUSIYYƏTLƏRI
Naibə RZAYEVA
 



       Azərbaycan lirik xalq mahnılarında lirik motivlər tarixi inkişafı prosesində məzmunvə istiqamətinə görə ailə məişət zəminində əvvələr utilitar–təmənnalı, yəni adət-ənənə meyarları ilə səciyyəlləndirmə kəsb etmiş və bu səbəbdən də müəyyən mənada, ümumi, tipikləşmiş, sosial psixoloji görüşlərlə, baxışlarla tərənnümə gətirilmişdir. Bu aspekdə lirik ovqat əvvəllər bədii və estetik məzmun daşımaq səciyəsinə qalxmaya doğru təkamül yolu keçsə də, hələ müstəqil fenomen ola bilməmişdir. Bu nə deməkdir? Söhbət ondan gedir ki, təsvir edilən obyekt kimi seçilmiş insan, qəhrəman, onun varlığı, sözün əsl mənasında lirizm xüsusiyyətlərini kəsb etmədən təmənnalıqla, utilitar əxlaqi baxışlarla mahnı məzmununa daxil olmuş və bu səpqidə onu tərənnüm edənin ailə-məişət mündəricəsində əhval-ruhiyyəsini ifadə etmişdir. Belə mahnı mətnlərində bədii-poetik səciyyə və təbiidir ki, onun inkişafının nəticəsi kimi formalaşan mənəvi estetik tutum səciyyəsi daşıya bilməzdi. Başqa sözlə, tə rənnümə gətirilən insana «məhəbbəti» əksər hallarda onun sosial mövcudluq dərəcəsi, var-dövlət zəmini, qohumluq, mülki yaxınlıq, qonşuluq və s.b. kimi utilitar-təmənna amili səciyyələndirmişdir.. Bu meyar baxımından bir sıra xalq mahnısının mətnlərinə diqqət yetirək.

        «Sona xanım» adlı xalq mahnısının beş bəndlik mətninin, məzmununda müəyyən döv1rlərdə, xüsusilə məhəbbətə utilitar, xeyir, fayda, məqsədli yanaşma zamanlarında qısa müraciətlə oğlanın seçiminə xidmət edən ovqat xüsusi vurğulanır. Onun camalı, hüsnü üzündə xalı, atının quyruğu və yalı kimi obraz xüsusiyyətləri ilə yanaşı qəhrəmanın zənginliyinə dəlalət edən dövlətinin, malının, ev-eşiyinin, yaxşı otaqlarının, zallarının mövcudluğu ön plana çəkilir.

Evlərinə getdim qonaq
Anası açdı əl-ayaq
Gətirdi bal, yağ, qayqanaq
Dövləti malı yaxşıdır.

Atama sirrimi açaram,
Deməsəm ölləm, açaram,
Verməz, qoşullam qaçaram,
Otağı, zalı yaxşıdır.

       Mahnının mətnində əvvəlki üç bəndin poetik vurğusunu təşkil edən «yaxşıdır» rədifinin önündə işlənən «camalı», «xalı», «yalı» qafiyələrinin bədii obrazı ilə yuxarıda nəzəri məqsədimizə müvafiq misal gətirdiyimiz iki bəndəki «dövləti malı» və «otağı zalı» obrazları arasında məntiqi təzadlar vardır. Çünki ilk üç qafiyə-obrazın obyekti məhəbbət duyğusunu şeriyyə səpkisində vəsf etdiyi halda, sonrakı qafiyə-obraz sosial mülkü məna daşıyır və buna görə də onlar arasında bədiilik və estetiklik baxımından dissonans (uyğunsuzluq) yaradır. Bu uyğunsuzluq çərçivəsində sinkretik şəkildə, bir-birilə mənaca və funksiyaca uyuşmazlıq məcrasında sosial-mülkü məqsəd aparıcı olur və bədii təfsir məqamı ona tabe edilir. Buna görə də mahnıda lirik qəhrəman bədii poetik müstəviyə gəlmir, əksinə utilitar-praktik obraz məzmunu kəsb edir. Belə mahnı mətnləri hələ lirizmdən uzaq olur və onların estetik mündəricəsi yox dərəcəsinə düşür. Mahnı mətnlərinin poetik mədəniyyətinə uyğun g əlməyən bu səpkidəki məzmun qafiyə-obrazlar vasitəsilə, bədii forma-qoşma, gəraylı, rübai, qəzəl və s. forma çərçivəsinə salınsa da sözün əsl mənasında, bədii estetik səviyyəyə qalxmış, insanın mənəvi ovqatı, hissi aləmini tərənnüm etmir. Belə mahnılar, necə deyərlər, özlərinin tarixi yerini öz mündəricələri ilə müəyyən edir, daha dürüst deyilsə, məhəbbət lirikasının təkamülü prossesində ibtidai utilitar zövqün təzahürü kimi səciyyələnir. Başqa xalqların folklorunda əxlaqi praktiki qərəklik pafosuna uyğun olan lirik xalq mahnıları Azərbaycan xalq poeziyasında da müəyyən yer tutmuşdur. Buna misal olaraq, qohumluq, qonum-qonşuluq, patrialxal zəmində formalaşmış sosial-psixoloji, ənənəvi ovqatın, əhval-ruhiyyənin ifadəsi olaraq xalq poeziyası tarixində meydana çıxan mətnlərin impulsları əsasında qoşulan lirik mahnı az deyi. Misal olaraq, əmioğlu, xalaqızı, s.b k. qohumlarla bağlı patriarxal mündəricəli mətnlərə diqqət yetirək. «Əmioğlu» adlı və əmimoğlu xitabı ilə qoşulmuş mahnının dörd bəndli mündəricəsindək i iki bəndi alaq.

Gedin deyin Laçına, əmim oğlu
Bəzək vursun saçına, əmim oğlu,
Üç il var nişanlıyıq, əmim oğlu,
Bəs toy qaldı haçana əmim oğlu.

Gedin deyin əmimə, əmim oğlu
Qalsın dərdi-qəmimə, əmim oğlu,
Nə vaxt yelkən çəkərsən, əmim oğlu,
Getmək üçün gəmimə, əmim oğlu.

       Göründüyü kimi, buradakı pafosun əsas istiqaməti Azərbaycan sosial-psixologiyasının, onun tərkib hissəsi olan ənənəvi düşüncənin təzahürü kimi öz ifadəsini tapmış və məhz onun zəminində poetikləşdirilmişdir. Mətndəki məzmun vurğusu - üç il nişanlı qalmış qızın toy həsrəti aparıcı motiv olur. Lakin bu həsrətin, nigarançılığın həllinin doğma əmisinə həvalə edilməsi, onun dərd-qəminə çarə qılması haqqında müraciət bədii bənzətmə ilə poetikləşdirilir: «Nə vaxt yelkən çəkərsən, qetmək üçün gəmimə» ifadəsi, müraciət olunanın hissinə, duyğusuna təsir etmək üçün bədii-estetik səpkiyə gətirilir. Məhz buna görə də qəhrəmanın istək və arzusu tədricən şəxsi həyəcanla müstəqilləşir və müəyyən mənada estetik pafos kəsb edir.

       Deməli, cəmiyyətdə mövcud olan hər hansı fərdin, şəxsin lirik həyatı təmənanlıqdan bədii –estetik pafosa doğru inkişaf tapır və bu xüsusiyyət xalqın mənəvi ovqatını daha parlaq daha təsirli epitetlərlə, təşbihlərlə tipikləşdirib ifadə etmək təzahürü kimi çıxış edən lirik xalq mahnılarında böyük vüsət tapır. Bu cür mahnılarda lirik «mən» öz mənəvi haqqı uğrunda mübarizəyə qalxan müstəqil şəxsiyyət kimi qarşımızda durur.


       Lirik xalq mahnılarının tarixi mündəricəsində bu tipik xüsusiyyət getdikcə universal xarakter daşıyır. Utilitarlıqdan, mülki-məişət koloritində, sosial-tipik xəttdən getdikcə uzaqlaşıb sırf mənəvi, bədii və estetik mündəricəyə doğru gedən bu pafos, demək olar ki, lirik folkloru inkişaf etmiş bütün xalqların yaradıcılığına xas olan universal lirik qəhrəman tipini hazırlamışdır.Burada nisbətən sosial-psixoloji məqamların getdikcə azalan ifadəsi əvəzinə tədricən güclənən bədiilik və estetiklik artır, onların konkret ifadə tərzinin ünsürləri kimi çıxış edən milli-məhəlli metaforalar, metonimiyalar və başqa ifadə vasitələri və formaları məhəbbət hisslərini spesifik, özünəməxsus estetik çalarlarla dinləyiciyə təqdim edir. Çünki xalq poeziyasının çox mühüm tərkib hissəsi olan lirik mahnı səslə, avazla, melodiya ilə oxunur. Lirik mahnıların daxili məzmununda qəhrəmanın özünütəsdiqi təbii-mənəvi hal alır və onun sosial problemlərə müstəqil vətəndaş kimi mövqeyi ifadəsini tapı r. Bu mündəricə çərçivəsində qadın üçün sevgi zəminində nigah müəyyən dövrlərdə artıq mənəvi azadlığın xoşbəxt perspektivi olur. Buna görə də məhəbbət onun həyatında şəxsiyyət kimi varlığının təsdiqi formasına, insana içtimai mahiyyətinin bədii-estetik ifadəsinə, təzahürünə çevrilir. Lirik qəhrəman məhz bu şəxsi müstəqilliyini, fərdi mövcudluğunu qorumaq xatirinə hər cür şücaətə əl atır, və bu xüsusiyytlərlə yaşayır. Elə həmin məqamlarda qəhrəmanın məhəbbəti lirikləşir və estetikləşir. Şəxsi amil, fərdi önəmlik həyatı həmişə mövcud olmuşdur. Bu tarixi-təkamül baxımından ayrı cür də ola bilməz. Çünki cəmiyyətin özü praktiki olaraq ayrı-ayrı fərdlərdən təşkil olunur. Sosioloji baxımdan bu, şəxsi, fərdi olan içtimai əhəmiyyət və funksiya daşıyır. Lakin cəmiyyətin inkişafında , xüsusilə mənəvi tərəqqisində onun mühüm amilinə zamanca tez çevrilmir, cəmiyyətin artmaqla olan differensiyası şəraitində getdikcə aparıcı funksiya kəsb edir. Məhz belə tarixi- təkamül gedişində bu şəxsi, fərdi olan, və onun mühüm daxi li-mənəvi aləmi, zövqü estetik səciyyə və qiymətin predmetinə çevrilir və məhz bu səpkidə ona uyğun olan sənət növünün, formasının inkişafını şərtləndirir.1 Lirik xalq mahnılarının bu zəmində inkişafı və formalaşması bütün xalqlarda, demək olar ki, gec-tez eyni mərhələdən, lakin yaradıcılıq xüsusiyyətlərinə görə müxtəlif səviyyələrdən keçir. Müəyyən mənada bu təkamül mərhələsi universal xarakter alsa da, hər bir xalqın, hər bir millətin estetik simasını, bədii varlığını ifadə edir. Belə bir şərtlənmə şəraitində xalq bizim qarşımızda, böyük rus bəstəkarı M.P.Musorqski demişkən, «Vahid ideya ilə ilhamlanan böyük şəxsiyyət kimi» dayanmış olur.

       Hər bir xalqın mənəvi inkişafının müəyyən dövrlərində bu şərtləndirici amil aparıcı olsa da, biz belə fikirdəyik ki, cəmiyyətin təkamülü ümumi qedişində insan sərbəstliyi, onun təşəbbüskarlığı, bir sözlə, fərdi amil həmişə ümumini, bütövü zənginləşdirmiş olur. Məhz buna görə də hər bir xalqda fərdin sərbəstlik, azadlıq dərəcəsi onun mənəvi inkişafının aparıcı, müəyyənedici amilinə çevrilir. Bu inkişaf təmayülü getdikcə güclənir və bu səpkidə fərdin emosional həyatı onun mənəvi aləminin lirik zəmininin təkamülünə xidmət edir. Belə bir şəraitdə fərd ilə cəmiyyət, mənəvi şəxsiyyət ilə xalq arasında ziddiyyət, təzad əsasən yox dərəcəsində olur. Çünki fərdin bədii və estetik zövqü getdikcə ümuminin, kollektivin, cəmiyyətin mənəvi tərəqqisinə böyük təsir göstərir. Bu baxımdan biz K.S.Davletovun belə bir fikri ilə razılaşmırıq ki, gələcəkdə mahnı yaradıcılığının inkişafı kollektiv zövqün inkişafından asılı olacaq, güya bu dövrdən xüsusilə sinifsiz, kommunist cəmiy yətlərində bu amil aparıcı olacaqdır2. Başqa sözlə, folklorda ümumxalq lirikasının fərdi, individual xüsusiyyətlər üzərində üstünlük təşkil etməsi haqqında fikirlər müasir mənəvi tərəqqinin aparıcı xəttini təşkil edə bilməz. Təsadüfi deyildir ki, demokratik cəmiyyətlərdə liberal, sərbəst, azad zövqün məhsulu olan lirik mahnılar, xüsusilə məhəbbət mahnılarının təsir dairəsi, arealı genişlənir. Deməli, folklorda ümumxalq, ümummilli lirika heç də insan şəxsinin mənəvi inkişafının individual zəifliyi zəminində deyil, əksinə bədii-estetik planda şərtləndirici, aparıcı xüsusiyyətlərinə söykənir və bu amil mahnıların məzmununda öz inikasını tapır. Buradan da belə məntiqi nəticəyə gəlmək olar ki, emosional-lirik estetik təsir tədricən epik estetik təsirdən güclü funksiya daşımağa başlayır. Buna bariz misal kimi son zamanlar epik dastanlardan differensiallaşdırılıb, ayrılıb müstəqil şəkildə ifa, oxunma həyatı keçirən mahnıları göstərə bilərik. Bu gün «Koroglu», «Qaçaq Nəbi» və s. epik məzmunlu dastanlardakı epik-l irik və sırf lirik mahnılar ayrıca bədii estetik fakt kimi yaşayır.

QEYDLƏR

1. Bax: K.S.Davletov. Folğklor kak vid isskustva, M. «Nauka». 1960, str 273-274.

2. Yenə orada, səh. 277.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70