Ü.HACIBƏYOV ADINA AZƏRBAYCAN DÖVLƏT KONSERVATORIYASINDA
XOR DIRIJORLUĞU KAFEDRASININ YARADILMASI TARIXINDƏN

Leyla FƏRƏCOVA
 

       Məlumdur ki, 1921-ci ildə Bakıda nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə ilk Konservatoriya açıldı. Fəaliyyətinin birinci günlərindən başlayaraq, həm Konservatoriyanın rəhbərliyi (professor M.L.Pressman), həm də birinci növbədə Üzeyir Hacıbəyov özü (o vaxt o, Xalq Maarif Komissarlığının Incəsənət şöbəsinin musiqi bölməsinin müdiri idi) həmin ali məktəbdə xor sinfinin açılması məsələsinə böyük maraq göstərirdilər. Həqiqətən, hələ 1908-ci ildə «Leyli və Məcnun» operasının tamaşaya qoyulması zamanı, Ü.Hacıbəyov xorda oxuyan milli kadrların çatışmaması ilə rastlaşdı. Əlbəttə, o vaxt Azərbaycanda musiqi sənətinin bu növündə çalışan kadrlar azlıq təşkil edirdi. Peşəkar azərbaycanlı xormeysterlər isə yox idi. Belə problem Ü.Hacıbəyov başda olmaqla bütün milli musiqi mədəniyyətinin qabaqcıl nümayəndələrini çox narahat edirdi və heç də təəccüblü deyil ki, Konservatoriyanın açılışından sonra, orada təhsil alan bütün tələbələr mütləq xor sinfində də çalışmalı idilər. Həmin faktı 7 iyun 1922-ci il tarixində imzalanmış «1921/1922-ci il ərzində Azərbaycan Dövlət Konservatoriyasının fəaliyyəti haqqında hesabat»ı təsdiq edir və bu sənəddən bir parçanı təqdim etmək istərdik: «…s naçala uçebnoqo qoda otkrıtı klassı po speüialğnım predmetam (müəllifin qeydi – L.F.) fortepiano, skripki, violonçeli, kontrabasa, po duxovım instrumentam, … po peniö i speüialğnoy teorii, i po predmetam obəzatelğnım (müəllifin qeydi – L.F.): klass pedaqoqiçeskoqo fortepiano dlə pevüov, instrumentalistov i teoretikov; klassı italğənskoqo əzıka i deklamaüii dlə pevüov, klassı 1-oy i 2-oy qarmonii, glementarnoy teorii i solğfedcio,…; klassı ansamblə, i, nakoneü, klass xorovoqo peniə, obəzatelğnıy dlə vsex uçahixsə v vozraste: mucçin 18 let i cenhin 16 let. (müəllifin qeydi – L.F.).

       …Zav. AQK , professor M.L.Pressman»1.

       Gördüyümüz kimi, bu məsələyə çox ciddi yanaşırdılar və əllərindən gələni əsirgəmirdilər. Əsas məsələ isə milli kadrlar yetişdirmək idi.        Məşhur bir faktdır ki, 1926-ci ildə Konservatoriyada tələbə xoru yarandı. Lakin baxmayaraq ki, məhz Ü.Hacıbəyov bu kollektivi qoruyub saxlamağa çalışırdı, o tez bir zamanda fəaliyyətini dayandırdı. Bunun bir səbəbi də o idi ki, o zaman Azərbaycan dinləyicisi xor kollektivinin ifasında əsərlərə qulaq asmağa hələ ki, hazır deyildi. Hətta xor ifaçılığını qeyri-milli musiqiyə aid edənlər də var idi. Lakin, hələ 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasında xor kollektivi fəaliyyət göstərirdi ki, bu da diqqətəlayiq bir faktdır. Xatırladaq ki, 1929-cu ildə artıq Üzeyir bəy Azərbaycan Dövlət Konservatoriyasının Direktoru vəzifəsində çalışırdı. Ü.Hacıbəyovun Azərbaycan Dövlət Konservatoriyasının fəaliyyəti haqqında 19 yanvar 1929-cu il tarixli məruzəsində oxuyuruq: «…osobıy xor sostoit iz 140 çelovek, priçem iz nix 70 çelovek v törkskom xore i 70 v evropeyskom»2.

       Həmin sənəddən görünür ki, «rus» (yəni «avropasayağı» – L.F.) xorunun rəhbəri Azərbaycan Opera və Balet Teatrının baş xormeysteri Y.Qrossman türksayağı xorun rəhbəri isə Bakıda bir sıra özfəaliyyət xor kollektivləri ilə çalışan A.Mayılov3 idi. Beləliklə, xor sinfinin dərslərini təcrübəli ixtisasçılar aparırdı.

       Təəssüflər olsun ki, həmin xor kollektivini qoruyub saxlamaq mümkün olmadı və demək olar ki, Azərbaycanda birici milli peşəkar xor kollektivi dağıldı.

       1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Xoru yaranır və bu kollektiv tez bir zamanda böyük müvəffəqiyyətlər əldə edir. Qeyd etdiyimiz kimi, Azərbaycan xor sənətinin başlıca problemi xor artistlərinin, xüsusilə də milli kadrların çatışmamasından əmələ gəlirdi. Və bu kollektivi yaradanda Ü.Hacıbəyov ilk növbədə milli vokalçı kadrlara üstünlük verirdi. Lakin, çox vaxt təbiətən istedadlı vokalçıların peşəkar səviyyəsi aşağı olurdu, hətta əksəriyyətinin musiqi təhsili də yox idi. Bu səbəbə görə Ü.Hacıbəyov xor artistləri üçün 4 illik tədris kursları açır: I tədris ili ərzində xorun artistləri «Musiqi savadı» (həftədə 2 dəfə, 60 dəqiqə ərzində, 30 nəfərdən ibarət qrup); «Solfecio» (həftədə 2 dəfə, 60 dəqiqə ərzində, 30 nəfərlik qrup), «Ümumi fortepiano» (həftədə 1 dərs, 30 dəqiqə ərzində, fərdi məşğələ) və «Xor sinfi» (həftədə 5 dərs, 120 dəqiqə ərzində, 60 nəfərlik qrup);

       II tədris ilində – «Musiqi nəzəriyyəsi» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, 30 nəfərlik qrup); I və II səsli «Solfecio», «Ümumi fortepiano» və «Xor sinfi» dərsləri I tədris ilindəki kimi;

       III tədris ilində ixtisar edilmiş I-ci və II-ci «Harmoniya» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, yalnız mühazirələr, qrupda 30 nəfər); «Solfecio» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, qrupda 30 nəfər); «Ümumi fortepiano» və «Xor sinfi» dərsləri I-ci və II-ci tədris ilindəki kimi;

       IV tədris ilində «Musiqili təhlil» /ensiklopediya məlumatı şəklində/ (həftədə 1 dərs, 60 dəqiqə ərzində, yalnız mühazirələr); «Azərbaycan xalq musiqisinin əsasları» (həftədə 1 dərs, 60 dəqiqə ərzində, 60 nəfərlik qrup, yalnız mühazirələr); çoxsəsli «Solfecio» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, 30 nəfərlik qrup), «Notun üzdən oxunması» (həftədə 2 dərs, 60 dəqiqə ərzində, 20 nəfərlik qrup) və hər il olduğu kimi «Ümumi fortepiano» və «Xor sinfi» dərsləri keçirilməsi nəzərdə tutulurdu4.


       Baxdığımız sənəddən görürük ki, xorun artistləri musiqi təhsilləri üzərində çox ciddi çalışırdılar. Xüsusi qeyd edək ki, xor artistlərinə dərsləri təcrübəli müəllimlər keçir, bu isə bir növ Konservatoriya və Filarmoniyanın birgə apardığı tədris prosesi idi. Bundan başqa, artistlər imtahan da verirdilər və buna görə hətta xüsusi komissiya yaradılmışdı: Ü.Hacıbəyov (sədr), Əşrəf Abbasov (üzv), Y.Qrossman (üzv) və b. Xoristlər peşəkarlıq səviyyələrinə görə 4 kateqoriyaya bölünürdü. Onlar musiqiduyma qabliyyəti, səs imkanları, ümumi ifa və muğamat, repertuarın bilgisi, solo çıxışları üzrə yoxlamaları keçib, hər biri özünə uyğun olan kateqoriya alırdı5. Ona görə də təəccüblü deyil ki, bu kollektiv tez bir zamanda xor ifaçılığında böyük uğurlara çatır. Əlbəttə, xorun repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnılarının işlənməsi tuturdu, lakin bu da irəliyə doğru böyük bir addım idi. Hətta, xoru çox vaxt Türk xoru, ya da Şərq xoru adlandırırdılar. Halbuki xorun repertua rında Ü.Hacıbəyovun xor üçün xalq mahnılarının işləməsi («Ay bəri bax», «Aman nənə», «Sən gözəl» və b.), «Qızıl əsgər», «Komsomolçu qız», «Stalinə salam!» kantatası, Qara Qarayevin «Ürək mahnısı» kantatası, Süleyman Ələsgərovun «Stalin» kantatası və b. əsərlər var idi.

       Konservatoriyada xor şöbəsinin açılmasına gəldikdə isə demək lazımdır ki, Ü.Hacıbəyov və Respublikanın mədəniyyət üzrə rəhbərliyi bu məsələyə daim diqqətlə yanaşıblar. Konservatoriyada, musiqi məktəblərində xüsusi şöbələri açmaq, xor üçün milli kadrlar, peşəkar xormeysterlər yetişdirmək milli musiqi mədəniyyətimizin vacib bir istiqaməti idi.

       Azərbaycan Dövlət Konservatoriyasının 1 sentyabr 1939-cu il tarixli Nizamnaməsinin II bölməsində deyilir ki, ümumi fənnlər (müəllifin qeydi – L.F.) sırasında xor dərsi də var6. Lakin xor sinfinin, özü də ümumi fənnlərin sırasında olub-olmaması, respublikada peşəkar xor ifaçılıq mədəniyyətinin inkişaf problemlərini həll etmək iqtidarında deyildi.

       Burada 1940-cı il sentyabrın 21-də imzalanmış bir sənədi də göstərmək istərdik: «Prikaz «O merax po uluçşeniö podqotovki naüionalğnıx kadrov vokalistov».

       …3. Predlocitğ direküii Azerbaydcanskoqo Qosudarstvennoqo Muzıkalğnoqo Uçiliha i Kirovabadskoqo Muzuçiliha otkrıtğ s 1 oktəbrə s.q. xorovoe otdelenie…

Naçalğnik Upravleniə po delam
Iskusstv pri SNK Azerbaydcanskoy SSR.
Mirza Ibraqimov»7.

       Həmin sənəd təsdiq edir ki, mədəniyyət işçiləri orta təhsil səviyyəsində xor şöbəsini açmağa çalışırdılar. Lakin, ən maraqlısı isə odur ki, həmin tarixdə bir əmr də imzalanmışdı. Bu, Azərbaycanda ilk professional xor kollektivi – kapellanın yaradılması haqqında əmrdir. Həmin əmrə əsasən kapellanın bədii rəhbəri Ü.Hacıbəyov, xormeysteri isə Nikolay Romanovski təyin edilmişdi8. Xüsusi qeyd edək ki, Ü.Hacıbəyov dəfələrlə Moskva şəhərinin Incəsənət Idarəsinə Bakıya peşəkar xormeyster göndərilməsi barədə müraciət etmişdi. Hətta Bakıda işləmək arzusu ilə Üzeyir bəyə bir neçə şəhərdən müraciət də olunmuşdu. Üzeyir bəy isə həmin vəzifəyə istedadlı, çalışqan, həm də mümkün qədər cavan mütəxəssis təyin etmək istəyirdi. Məhz bu səbəbə görə, məsələn təcrübəli xormeyster A.Vorontsovun namizədliyi keçmədi, çünki Azərbaycan xor ifaçılığı sənətini peşəkar səviyyəsinə qaldırmaq çətin, əziyyətli və məsuliyyətli bir iş idi, və A.Vorontsov həm yaşına, həm də səviyyəyə görə çətinlik çəkə bilərdi9. Nəhayət, Ü.Hacıbəyov N.Ro manovskinin namizədliyi üzərində dayandı. Qeyd edək ki, N.Romanovski sonralar Sankt-Peterburq Konservatoriyası xor-dirijorluq kafedrasının professoru, keçmiş SSRI məkanında tanınmış bir xormeyster olmuşdur.

       Azərbaycanda ilk kapellanın tərkibi də böyük diqqətlə, ehtiyatla seçildi və nəticədə 54 nəfərdən ibarət kollektiv yarandı. (Böyük tərkibli xor kapellasının sayı. – L.F.). Bu xor kapellası tez bir zamanda yüksək peşəkarlığa malik oldu və artıq dünya standartlarına uyğun repertuarı ilə seçilməyə başladı. O cümlədən, Aleksandrovun «Partiya himni», Ü.Hacıbəyovun «Komsomolçu qız», Asəf Zeynallının «Aras», Rossininin «Vilhelm Tell» operasından xorlar, P.Çaykovskinin «Noçevala tuçka zolotaə», Rubinşteynin «Demon» operasından xorlar, Şumanın «Qaraçılar» və s. əsərlər kapellanın ifasında səslənirdi. Diqqətəlayiqdir ki, dünya klassikası sayılan Rossininin, Rubinşteynin, Şumanın əsərləri Azərbaycan dilində ifa olunurdu10. Bu da həm azərbaycanlı dinləyicilərin, həm də xor artistlərinin klassik repertuara marağını daha da artırırdı.

       Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Türk Xorunda olduğu kimi, bu xor kapellasının nəzdində də təhsil kursları açılmışdı. Elə müəllimlərin adını çəkmək kifayətdir: Məmmədsaleh Ismayılov, Fikrət Əmirov, Əhəd Israfilzadə, Hacı Xanməmmədov, Qəmbər Hüseynli və b. Bunu da xor artistlərinin peşəkarlıq səviyyəsini təsdiq edən faktlardan biri kimi hesab etmək olar.

       Öz birinci konsertini kapella 1941-ci ilin aprel ayında verdi11 və həmin ilin birinci və ikinci kvartalında 11 konsertlə çıxış etdi12.

       Təəssüflər olsun ki, II Dünya müharibəsinin başlanması ilə N.Romanovski və xorun bir sıra artistləri orduya çağırıldılar və Azərbaycanda xor ifaçılıq mədəniyyətində belə bir vacib başlanğıc yarımçıq qaldı. Müharibədən sonra N.Romanovski Sankt-Peterburqa qayıdır, bu da kapellanın çətin vəziyyətini bir qədər də kəskinləşdirdi. Yadda saxlamalıyıq ki, o zaman Azərbaycanda N.Romanovskinin səviyyəsinə çatan peşəkar xormeyster yox idi. Bir neçə il ərzində onu əvvəlcə M.Kononenko, sonralar isə Y.Abramis əvəz etdilər. Lakin onların bu işdə təcrübəsizliyini hətta ifaçılar da hiss edirdilər. Kollektivdə narazılıqlar artmağa başlayır və təəssüf ki, 40-cı illərin axırında Azərbaycanın ilk xor kapellası dağılır.

       Buna baxmayaraq biz nəzərdə tutmalıyıq ki, vaxtı ilə məhz bu xor kollektivi üçün Qara Qarayevin «Payız» acapella xoru, Cahangir Cahangirovun «Arazın o tayında» vokal-simfonik poeması (bu əsər hətta 1950-ci ildə Stalin mükafatına layiq görülüb. – L.F.), və bir sıra başqa əsərlər yazılmışdır.

       21 sentyabr 1940-cı il tarixində imzalanmış birinci əmrə qayıtsaq aydın olur ki, həmin əmri respublikanın musiqi mədəniyyətinin rəhbərliyi ilk növbədə adı çəkilən kapella üçün kadrlar hazırlamaq fikri ilə imzalanmışdı. Eyni zamanda xatırladaq ki, 1936-cı ildə yaranan Azərbaycan Dövlət Xoru 1940-cü ildə Mahnı və Rəqs Ansamblı ilə birləşir (bədii rəhbər Qılman Salahov) və bu kollektivin repertuarı əsas etibarilə xalq mahnı və rəqslərindən ibarət idi.

       Bundan başqa bir maraqlı fakta da diqqət yetirmək istərdik. Söhbət «Respublikada milli vokalçı kadrların hazırlanması haqqında Azərbaycan Dövlət Konservatoriyasının praktiki təkliflərindən» gedir. Sənəd 1940-cı il sentyabr ayının 25-də imzalanıb və adı çəkilən sənəddə oxuyuruq: «…1. Vse bolee i bolee vozrastaöhaə potrebnostğ v kadrax vokalistov-azerbaydcanüev vsex canrov, v osobennosti opernoqo i xorovoqo uklona (müəllifin qeydi – L.F.), trebuet prinətğ çrezvıçayno sroçnıe merı po podqotovke takovıx. Dostatoçno ukazatğ, çto potrebnostğ odnoqo Baku vıracaetsə üifroy 300 çelovek, v to vremə, kak v sisteme muzıkalğnıx uçebnıx zavedeniy uçitsə ne bolee 30 çelovek (nəzərdə vokalçılar tutulur – L.F.).

       2. V üeləx uskoreniə tempa podqotovki kadrov vokalistov, neobxodimo prinətğ çrezvıçayno sroçnıe merı v nicesleduöhem:

       …q) kak izvestno, xor imeet oqromnoe znaçenie v smısle privleçeniə k sebe massı vokalistov. Iz xora ce vıxodət solistı. V silu gtoqo predusmotretğ v smetax na 1941 qod orqanizaüiö xorovoqo otdela v muzıkalğnıx uçilihax – po Baku na 60 çelovek, po Kirovobadu – 40 çelovek, po Aqdaşu, Şuşe, Nuxe i Naxiçevani - po 25 çelovek. (müəllifin qeydi – L.F.). Poruçitğ vokalğnomu fakulğtetu AQK v kratçayşiy srok sostavitğ uçebno-proizvodstvennuö proqrammu dlə orqanizuemıx xorov. Poruçitğ naçalğniku muzıkalğno-uçebnıx zavedeniy Upravleniə po delam iskusstv pri SNK Az.SSR obespeçitğ rayonnıe muzıkalğnıe şkolı pedaqoqami dlə prepodavaniə po gtoy proqramme…»13.

       Burada biz bir neçə məsələyə aydınlıq gətirmək istərdik. Çox güman ki, «xor bölməsinin açılışı» ifadəsi altında ilk növbədə tələbə xorlarının yaradılması və xor artistlərinin hazırlanması nəzərdə tutulurdu. Bununla yanaşı həmin sənəddən aıdın olur ki, dirijor-xormeysterlərin yetişdirilməsi məsələsi gündəmə çıxarılmırdı.

       Göstərilən əmrlərin çıxmasına baxmayaraq hələ uzun müddət xor bölmələrini açmaq mümkün olmadı. Halbuki, xor ifaçılığının inkişaf etdirilməsi istər II Dünya müharibəsindən qabaq, istərsə də ondan sonra respublikanın musiqi mədəniyyətində həllini gözləyən ən ümdə problemlərdən biri idi. Bu faktı bir sənəd də, daha dəqiq desək sənədin bir neçə bəndi təsdiqləyir. Burada 1948-ci il sentyabrın 9-da imzalanmış Azərbaycan Sovet Respublikası Nazirlər Kabinetinin əmri ilə tanış olmaq məqsədəuyğun olardı: «Ob uluçşenii podqotovki muzıkalğnıx i vokalğnıx kadrov»


       …z) ukrepitğ i rasşiritğ suhestvuöhie v konservatorii i muzıkalğnıx uçilihax q.Baku xorı, a takce orqanizovatğ v muzıkalğnom uçilihe q.Kirovabada studençeskiy xor; prinətğ neobxodimıe merı k şirokomu razvitiö samodeətelğnıx mucskix, censkix i smeşannıx xorov kak v q. Baku, tak i v rayonax Azerbaydcanskoy SSR; prinətğ merı k sozdaniö i izdaniö xorovoqo repertuara razliçnoy trudnosti;

       i) ne pozdnee 15 sentəbrə s.q. otkrıtğ pri muzıkalğnoy şkole 10-letke v q.Baku xorovoe otdelenie s obhim kontinqentom priema 30 çelovek, obrativ osoboe vnimanie na podbor v ukazannoe otdelenie sluşateley iz çisla azerbaydcanskoy molodeci…»14.

       Demək lazımdır ki, 1946/1947-ci tədris ilinin əvvəlində Azərbaycan Dövlət Konservatoriyasında tələbələrin xoru yaradılmışdı. Xorun yaradılmasının təşəbbüskarı istedadlı musiqi-nəzəriyyəçisi, Konservatoriyanın müəllimi N.S.Çumakov idi. Xorun rəhbəri isə bir neçə il ərzində Azərbaycan Opera və Balet Teatrının II-ci xormeysteri olmuş bəstəkar Q.Z.Burşteyn idi. Yarandığı ildən etibarən bu xor tez-tez həm sərbəst, həm də Konservatoriyanın tələbə orkestrinin müşayiəti ilə çıxış etmişdi. O vaxt orkestrin rəhbəri professor L.M.Ginzburq idi. Adı çəkilən xor M.Qlinkanın operalarından, habelə Ü.Hacıbəyovun operalarından və musiqili komediyalarından xorları və s. əsərləri ifa edirdi. Tez bir zamanda bu kollektiv konservatoriyada xor-dirijorluğu şöbəsinin açılması üçün bir növ yaradıcılıq özülü oldu.

       1948-ci ildə Üzeyir bəy vəfat etdi… Onun davamçıları Ü.Hacıbəyovun başladığı bütün işləri demək olar ki, həyata keçirə bildilər. Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə fitri istedada malik olan gənc bəstəkar Qara Qarayev təyin olunur. Qara müəllim də Azərbaycanda xor mədəniyyətinin inkişafı probleminə böyük maraq göstərirdi və Ü.Hacıbəyovun bu istiqamətdə gördüyü işi axıra çatdırdı. 1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu bölməsi açılır və bu Konservatoriyada nəinki xor artistlərinin, habelə peşəkar xormeysterlərin hazırlanmasına gözəl imkan yaradır.

       Bu hadisə ilə yanaşı Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda da 1951/1952-ci tədris ilində xor dirijorluğu bölməsi açılır15. Beləliklə, bu sənəti orta təhsil pilləsində də almaq mümkün olur.

       1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına, bəstəkar Əşrəf Abbasovun rektorluğu dövründə, xor dirijorluğu bölməsinə Moskva şəhərindən tanınmış xormeyster A.V.Sveşnikovun tələbəsi, sənətşünaslıq namizədi A.A.Yurlov dəvət edilir. Iki il ərzində o bu sahədə çalışıb Azərbaycanda xor ifaçılığının, peşəkar xormeysterlik sənətinin bünövrəsini qoyur.

       1954-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu bölməsinin əsasında xor dirijorluğu kafedrası açılır və mübaliğəsiz demək olar ki, o vaxtdan bu günə kimi bu kafedra Bakı Musiqi Akademiyasının aparıcı kafedralarından biri sayılır.



       P.S. Müəllif bu məqalə üçün foto şəkilləri təqdim etmiş Ü.Hacıbəyovun ev-muzeyinin əməkdaşlarına minnatdarlığını bildirir.



ƏDƏBIYYAT

       1. «Azərbaycan arxivi» kitabından, ¹2-3 (25-26), B., 1985, səh. 25-26.

       2. Göstərilən mənbə. səh. 76.

       3. Göstərilən mənbə. səh. 75.

       4. S.Mümtaz adına Dil, Ədəbiyyat və Incəsənət Dövlət Arxivi, fond 347, op.1, 284 ¹-li saxlama vahidi, səh.7.

       5. S.Mümtaz adına Dil, Ədəbiyyat və Incəsənət Dövlət Arxivi, fond 347, op.1, 5 ¹-li saxlama vahidi, səh.28.

       6. «Azərbaycan arxivi» kitabı, səh.136.

       7. Göstərilən mənbə, səh.162.

       8. S.Mümtaz adına DƏIDA. Fond ¹ 347, op.1, 12¹-li saxlama vahidi, səh.26. Əmr ¹784 (21 sentyabr 1940).

       9. S.Mümtaz adına DƏIDA., fond ¹ 347, op.1, 10¹-li saxlama vahidi, səh.32-33.

       10. S.Mümtaz adına DƏIDA, fond ¹ 347, op.1, 29 ¹-li saxlama vahidi, səh.186.

       11. S.Mümtaz adına DƏIDA, fond 347, op.1, 29 ¹-li saxlama vahidi, səh.186.

       12. S.Mümtaz adına DƏIDA, fond 347, op.1, 30 ¹-li saxlama vahidi, səh.33.

       13. «Azərbaycan arxivi» səh. 162-163.

       14. Göstərilən mənbə, səh. 188.

       15. V.Adıq¸zalov, N.Kerimov. «Bakinskoe Muzıkalğnoe Uçilihe im. A.Zeynallı» kitabından. B., «Işıq», 1985, səh.38.


Poka pusto






Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70