AZƏRBAYCAN MUSIQI NƏZƏRIYYƏSI ELMININ TƏDRISINDƏ YENI BIR NAILIYYƏT
Səadət SEYIDOVA
 

Bakı Musiqi Akademiyasının «Musiqi nəzəriyyəsi» kafedrasında çalışan Gövhər xanım Hüseynovanın yazıb tamamladığı «Harmoniya» dərsliyinin işıq üzü görməsi Azərbaycan dilində aparılan tədris sahəsində hadisədir. Çünki, uzun illər mükəmməl fəaliyyət göstərən Azərbaycan Dövlət Konservatoriyası-nın ana dilində musiqi fənnlərindən dərslikləri olmamışdır.
       Kitabın əhəmiyyəti haqqında danışmazdan əvvəl, XX əsrin əvvəlində «Azərbaycan türklərinin yüksək savad alması» üçün çalışan dahi Üzeyir bəyin musiqi təhsili uğrunda apardığı mübarizəni, verdiyi tövsiyələri yada salmaq is-tərdim. Misilsiz xidmətləri olan Üzeyir bəy «Vəzifeyi musiqimizə aid məsələ-lər» adlı məqaləsində sual edir: «Əcaba, Azərbaycan türkləri ümumi musiqini elm və sənətimizdə öyrənməlidirlərmi, yoxsa buna heç bir ehtiyac hiss edilmə-yib, yalnız Şərq musiqisi ilə iştiğal etmək kifayətmiş?» Verdiyi suala özü qətiy-yətlə cavab verir: «Bəli, lazım və vacibdir; yə’ni o qədər vacibdir ki, bizim öz mu-siqimizin tərəqqisi bundan asılıdır». Uzaqgörən Üzeyir bəy Azərbaycan türklə-rinin konservatoriyada dərs alması üçün, onun nəzdində xüsusi şö’bənin (ana dilində) açılmasını tə’kid edir. O yazır: «Ən mühümü burasıdır ki, bütün dəftər-xana işləri, hakəza dərs və tə’lim mütləqa türk dilində icra edilsin». Əfsuslar ol-sun ki, maarifpərvər, təəssübkeş Üzeyir bəyin göstərişlərinə əməl edilmədi. Nəticəs i göz qabağındadır. XXI əsrin əvvəlində musiqi tarixi və nəzəriyyəsi fənnləri üzrə dərsliklər yox dərəcəsindədir. Gövhər xanım Hüseynovanın bu sahədə ar-dıcıllıqla apardığı işlər böyuk əhəmiyyətə malikdir. Yeni nəşr edilmiş «Harmoni-ya» dərsliyi müəllifin Azərbaycan dilində yazdığı 4-cü kitabıdır. L.A.Mazelin ali musiqi məktəbləri üçün tərtib etdiyi «Musiqi əsərlərinin quruluşu» (tərcümə), ibtidai və orta təhsil musiqi məktəbləri üçün Azərbaycan xalq və professional musiqi nümunələri əsasında «Solfecio» (Z.Bakıxanova ilə birgə), ali musiqi mək-təbləri üçün «Bethovenin 32 fortepiano sonatalarının forma xüsusiyyətləri» onun uzun illər apardığı pedaqoji, elmi-metodiki işlərinin nəticəsidir.
       Müxtəlif ixtisaslar üzrə çalışan tələbələrin yüksək səviyyəli peşəkar mütəxəssis yetişmələri üçün, tədrisə daxil edilən bütün nəzəri fənnlərlə yana-şı harmoniya fənninin də rolu böyükdür.
       Respublika ali məktəblərində aparılan təhsil islahatları müxtəlif sahə-lərlə yanaşı musiqi üzrə də tələbə hazırlığı üçün yeni mükəmməl, müasir tipli dərsliklərin yaranmasını tələb edir.
       Haqqında danışdığımız «Harmoniya» dərsliyi uzun illərin pedaqoji təcrü-bəsinin məhsulu kimi tədris prosesinin səmərəli təşkili üçün imkan yaradır.
       Qeyd etməliyik ki, bu gün Bakı Musiqi Akademiyasında dərs deyən mü-əllimlər bir çox görkəmli sovet-rus nəzəriyyəçilərinin əsərləri, dərslikləri əsa-sında dərs alıb, yetkinləşmişlər və bu gün də bu qiymətli mənbələrdən istifadə edirlər. Gövhər xanım Hüseynovanın «Harmoniya» dərsliyinin əhəmiyyəti onun uzun illər şəxsi pedaqoji təcrübəsindən doğan tədris metodikasının özünə-məxsusluğundadır. Başqa mə’lum olan dərsliklərdən fərqli olaraq (misal üçün, I.Dubovski, S.Yevseyev, I.Sposobin və V.Sokolovun «Harmoniya dərsliyi»; A.Myasoyedovun «Harmoniya dərsliyi», T.Müllerin «Harmoniya» elmi işi və s.), müəllif bütün mövzuları əhatə etmək şərti ilə, onları ümumiləşdirmiş halda sis-temləşdirir, açıqlanmalarına xələl gətirmədən, daha yığcam, mərkəzləşdirilmiş halda təqdim edir.
       Dərslik 9 fəsildən ibarətdir. Əvvəlki tanınmış dərsliklərdən fərqli olaraq, burada hər fəsildə qohum mövzular bir yerdə verilmişdir. Məsələn, fəsil I –«Üç-səsliklər» bölməsində bütün pillələrin üçsəslikləri iki növə ayrılaraq (əsas və köməkçi), ard-arda özlərinə məxsus həll olma qaydaları üzrə şərh olunmuşlar. Bundan başqa, o biri dərsliklərdən fərqli olaraq, burada üçsəsliklərin ən’ənəvi iki üsul birləşməsi (kvarta-kvinta və sekunda əlaqəli) qanununa üçüncü (tersiya əlaqəli) üsul birləşməsi də əlavə edilərək,1 bütün təfərrüatı ilə veril-mişdir. Bununla əlaqədar «Tapşırıq» bölməsində verilən «bütün pilləli» üçsəs-liklərə aid olan məsələlər müəllif tərəfindən tərtib olunmuşdur.
       Fəsil II – «Üçsəsliklərin dönmələri» bölməsində təbii olaraq əvvəlcə bü-tün pillələrin sekstakkordları, daha sonra onların kvartsekstakkordları (kadans kvartsekstakkordu daxil olmaq şərtilə) bütün təfərrüatı ilə şərh olunmuşdur. Keçici kvartsekstakkordlar bölməsinin diqqətəlayiq xüsusiyyəti ondan ibarətdir ki, onun əsas üçsəsliklər və onların sekstakkordları arasında olması ilə yanaşı köməkçi üçsəsliklər və onların sekstakkordları arasında özünəməxsus əhəmiyyət kəsb etməsi də qeyd olunub.
       Fəsil III – «Septakkordlar və nonakkordlar» bölməsinə də müəllif bə’zi yeniliklər gətirmişdir. Bunlardan ən başlıcası – əsas və köməkçi septakkord və nonakkordları bir başlıq altında birləşdirərək ayrıca paraqraflarda onlara məxsus olan xüsusiyyətlərin şərh edilməsidir. Bununla əlaqədar bu fəsil çox böyükdür.
       Fəsil IV – «Yönəlmə və modulyasiya» bölməsində diqqətə layiq cəhət-lərdən başlıcası – modulyasiya edilən tonallıqların qohumluq dərəcəsini sxem şəklində daha aydın göstərilməsidir.
       Fəsil V – «Qeyri-akkord səsləri» bölməsinə isə bə’zi terminoloji dəyi-şikliklər verilib. Ən başlıcası «Orqan punktu»nun «Orqan dayağı» ilə, «köməkçi səslər»in «qeyri-akkord səsləri» ilə əvəz olunmasıdır.
       Fəsil VI – «Subdominant qrup akkordlarının alterasiyası» və Fəsil VII – «Dominant qrup akkordlarının alterasiyası» bölmələrində müəllif, fortepiano fa-kültəsinin proqram çərçivəsindən kənara çıxaraq, musiqişünaslığ və bəstə-karlıq fakültələrinin proqram səviyyəsinə qalxmışdır.
       Fəsil VIII – «Gözlənilməyən modulyasiyalar» bölməsində də müəllif, di-gər dərsliklərdən fərqli olaraq, mövzuya aid olan modulyasiyaları bir başlıq al-tında birləşdirir. Müəllifin fikrinə görə, ali musiqi təhsil ocaqlarında eyniadlı mövzuların belə sistemdə verilməsi həmin mövzuların daha asan qavranılması-na imkan yaradır.
       Fəsil IX – Müəllif, «Major-minor sistemi» bölməsini də VI və VII fəsillərdə olduğu kimi daha əhatəli verərək, onu musiqişünaslıq və bəstəkarlıq fakültələrinin proqram səviyyəsinə çatdırmışdır.
       Bundan başqa, o, harmoniya kursunda ikili dominant kimi tanınan akkor-dun adını müəyyənləşməsinə (alterasiyalı subdominant) və bə’zi terminlərə öz münasibətini bildirib daha məqsədəuyğun mülahizələr verir. Hər mövzunun qavranılması üçün dərslikdə mövzu ilə bağlı çalışmalara da yer verilir. Çalışma-lar üç üsula əsaslanır: piano arxasında, yazılı halda və harmonik təhlil. Hər mövzu ilə əlaqədar verilən müəllif tərəfindən tərtib etdiyi sekvensiyalar, ak-kord ardıcıllıqları, məsələ həllinə nümunələr, prelüdlər, habelə klassik, romantik, rus və azərbaycan musiqi ədəbiyyatından seçilmiş parçalar harmoniya kursunun praktiki mənimsənilməsi üçün imkanı artırır. Harmoniya fənninin çə-tinliyinə baxmayaraq, dərsliyin səlis, rəvan, sadə izahatlı dili onun qavranılma-sını asanlaşdırır.
       Dərslikdə müəllifin qarşısına qoyduğu məqsəd – tədris proqramına daxil olan klassik harmoniyadan başlayaraq XX əsrin 1-ci rübünə qədər bəstəkar ya-radıcılığında rast olunan akkordların, harmonik təfəkkürün izahını verməkdir. Azərbaycan bəstəkar yaradıcılığında özünəməxsus harmonik dilin formalaşması, onun milli musiqi, lad təfəkkürü ilə bağlı məsələlər müəllifin qarşısına qoyduğu məqsəddən kənarda olduğu üçün dərsliyə daxil edilməyib. Lakin, müəllif tezlik-lə musiqi nəzəriyyəçilərinin bu vacib məsələ ilə ciddi məşğul olacaqlarına əmin olduğunu bildirir.
       Həqiqətən, Azərbaycan milli musiqimizdə harmonik zəminin olması, milli harmonik dilin formalaşması, bəstəkar yaradıcılığındakı inkişafı, təşəkkülü məsə-lələri öz açıqlanmasını çoxdan gözləyir.
       Mən, böyük Üzeyir bəyin tövsiyələrinə sadiq olan hörmətli Gövhər xanıma bu böyük problemin həllində yaxından iştirak etməyi arzulayıram.










Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70