Məqalə Azərbaycan bəstəkarlarının xor musiqisində vətənpərvərlik mövzulu əsərlərə həsr olunub.Bu kontekstən irəli gələrək həm Avropa, həm də Azərbaycan dini janrlarının bu kompozisiyalarda təzahür prinsipləri araşdırılır. Bu səbəbdən ilk olaraq ümumən bu səpkidə olan əsərlərə nəzər yetirilir, sonraki yarım bölmədə isə bəzi xor əsərlərin üzərində dayanılır, təhlillər aparılır. Məqalənin obyektini son dövrə təsadüf edən vətənpərvərlik səpkili əsərlər təşkil edir.Təhlilin məqsədləri: - Vətənpərvərlik mövzunun təcəssümündə tarixi aspektlər; - Bu dövrə təsadüf edən xor musiqisinin texnoloji, struktur,funksional aspektləri, xor fakturasının yeni ifadə formalarının müəyyən edilməsi; - Əsərlərdə formayaranma və dramaturgiya prinsiplərinə əsasən xor və orkestr fakturasının funksional xüsusiyyətləri; - Xor və orkestr yazı üslubunun araşdırılması;müəllif üslubu kontekstində orijinal bədii metodların işıqlandırılması; - Müasir dövrdə vətənpərvərlik mövzulu xor musiqisinin intepretasiya prinsipləri, milli təfəkkürdən irəli gələn xüsusiyyətlər. Araşdırmada tarixi, müqaisəli-analitik təhlil metodlarından istifadə olunub.Belə qənaətə gəlinir ki, dini janrlarının özünəməxsus təfsirini bir çox bəstəkarlarının yardıcılığında görmək olar. Bəzi bəstəkarların yaradıcılığında dini janrlar yeni funksiyanı icra edir. Faciəli məzmunu əks edən əsərlərdə proqramlılıq önə çıxır və dramaturgiyanı müəyyən edir, janr genişliyi nəzərə çarpır. Burada nəinki marş (matəm marşı), folklor ilə yanaşı müasir leksikaya, həm də memorial musiqiyə, dini mərasim janrlarına (ağı,oxşama, mərsiyə, xoral) və s. müraciət olunur.
Açar sözlər: dini xor əsərləri, rekviyem, ağı,mərsiyə,A. Zahid,K,Əməddov,A. Mirzəyev