Təqdim olunan məqalə Azərbaycan bəstəkarlarının musiqili-səhnə əsərlərində dahi şair-mütəfəkkir Nizami şəxsiyyətinin və yaradıcılığının araşdırılmasına həsr edilmişdir. Məqalədə Azərbaycan bəstəkarlarının Nizami mövzusu ilə bağlı yazdıqları opera və balet əsərləri araşdırılmış və özünəməxsus səciyyəvi cəhətləri işıqlandırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan bəstəkarları Nizami şəxsiyyətinə ən müxtəlif tərəflərdən yanaşaraq, dahi şairin ictimai-fəlsəfi və tərbiyəvi əhəmiyyət kəsb edən yaradıcılığını ifadə etməyə çalışmışlar. Bu istiqamət uşaq operası janrında davam etdirilmişdir. Məqalədə xronoloji şəkildə Azərbaycan bəstəkarlarının opera və baletləri haqqında məlumat verilmişdir. Həmçinin, əsərlərin səhnə tarixi, quruluşu, süjet xətti, musiqisinin əsas cəhətləri işıqlandırılır, tamaşaya qoyulan əsərlərdə yaradıcı heyətin tərkibi haqqında ümumi məlumat verilir. Məqalədə qeyd olunur ki, Nizaminin ümumbəşəri əhəmiyyət kəsb edən əsərləri dahi bəstəkar Üzeyir Hacıbəylidən başlayaraq, müxtəlif nəsil Azərbaycan bəstəkarlarının yaradıcılığında layiqincə təmsil olunur.
Açar sözlər: Nizami, şair, mütəfəkkir, poema, musiqili-səhnə əsərləri, bəstəkar, opera, balet, uşaq operası.

Представленная статья посвящена изучению личности и творчества великого поэта-мыслителя Низами в музыкально-сценических произведениях азербайджанских композиторов. В статье рассматриваются оперы и балеты, написанные азербайджанскими композиторами на тему Низами, и выделяются их особенности. Отмечалось, что азербайджанские композиторы с разных аспектов подходили к личности Низами и пытались выразить творчество великого поэта, имеющее социально-философское и просветительское значение. Это направление получило продолжение в жанре детской оперы. В статье в хронологическом порядке представлена информация об операх и балетах азербайджанских композиторов. Также в спектаклях освещается сценическая история, структура, сюжетная линия, основные особенности произведений, даются общие сведения о составе творческого состава. В статье отмечается, что произведения Низами мирового значения достойно представлены в творчестве азербайджанских композиторов разных поколений, начиная с великого композитора Узеира Гаджибейли.
Ключевые слова: Низами, поэт, мыслитель, поэма, музыкально-сценические произведения, композитор, опера, балет, детская опера.

The presented article is devoted to the study of the personality and creativity of the great poet-thinker Nizami in the musical-stage works of Azerbaijani composers. The article examines the operas and ballets written by Azerbaijani composers on the theme of Nizami and highlights their peculiarities. It was noted that Azerbaijani composers approached Nizami's personality from various angles and tried to express the genius poet's work, which has socio-philosophical and educational significance. This trend continued in the genre of children's opera. The article provides information about the operas and ballets of Azerbaijani composers in chronological order. Also, the stage history, structure, plot line, main features of the music of the works are covered, general information about the composition of the creative staff is given in the performed works. The article notes that Nizami's works of universal importance are worthily represented in the works of different generations of Azerbaijani composers, starting with the great composer Uzeyir Hajibeyli.
Keywords: Nizami, poet, thinker, poem, musical-stage works, composer, opera, ballet, children's opera.