Xülasə: Təqdim edilən məqalə Azərbaycan bəstəkarı Oqtay Rəcəbovun fortepiano yaradıcılığında xalq rəqslərindən bəhrələnmə üsullarının araşdırılmasına həsr olunur. Bu məqsədi həyata keçirmək üçün bəstəkarın “Qaytağı” və “Rəqs” fortepiano miniatürlərini, eləcə də “Qazağı” və “Azərbaycan” xalq rəqslərinə əsaslanan işləmələri təhlilə cəlb edilmişdir. O.Rəcəbov xalq rəqslərini həm instrumental, həm də xor üçün işləyərək maraqlı əsərlər ərsəyə gətirmişdir. Hər iki sahədə bəstəkar miniatür janrın və xalq rəqsinin səciyyəvi cəhətlərini üzvi şəkildə qovuşdurmuş, xor səslərinin, eləcə də instrumental işləmələrdə fortepiano alətinin imkanlarını dərindən duyaraq ustalıq nümayiş etdirmişdir. Məqalədə bəstəkarın fortepiano pyeslərində və işləmələrində xalq rəqslərinin təfsir üsulları işıqlandırılmışdır.
Açar sözlər: Oqtay Rəcəbov, xalq rəqsləri, fortepiano işləmələri, melodiya, müşayiət.


Аннотация: Представленная статья посвящена исследованию методов использования народных танцев в фортепианных произведениях азербайджанского композитора Огтая Раджабова. Для реализации этой цели к анализу были привлечены произведения композитора на основе фортепианных миниатюр «Гайтаги» и «Танец», а также народные танцы «Газахы» и «Азербайджан». О.Раджабов создавал интересные произведения на основе азербайджанских народных танцев как для фортепиано, так и для хора. В обеих областях он органично сочетал характерные черты жанра и народного танца, демонстрируя свое мастерство, глубоко понимая возможности фортепиано, а также возможности вокального голоса. В статье освещаются способы интерпретации народных танцев в фортепианных произведениях композитора.
Ключевые слова: Октай Раджабов, народные танцы, фортепианные произведения, мелодия, аккомпанемент.

Annotation: The presented article is dedicated to the study of the methods of drawing inspiration from folk dances in the piano works of Azerbaijani composer Oqtay Radjabov. To achieve this goal, the composer’s piano miniatures "Gaytaghi' and 'Dans' as well as the arrangements based on the folk dances 'Qazaghi' and 'Azerbaijan' have been analyzed. O. Radjabov has created interesting works by arranging folk dances for both instrumental and choral settings. In both areas, he has seamlessly combined the characteristics of the genre and folk dance, demonstrating mastery by deeply understanding the capabilities of choral voices as well as the piano in instrumental arrangements. The article highlights the methods of interpreting folk dances in the composer’s piano works.
Keywords: Oqtay Radjabov, folk dances, piano works, melody, accompaniment