GÜLAĞA MƏMMƏDOV - 75      
GÖZƏL İNSAN VƏ UNUDULMAZ MÜĞƏNNİ     
Nigar Məlikova           
1  
Hicran Hacızadә
QURBANSIZ QALAN TAR

Nigar Mәlikova
GÖZӘL İNSAN VӘ UNUDULMAZ MÜĞӘNNİ

        
Audio: First
Audio: Second

İyunun 28-də "Gənclər teatrında" sevimli müğənni, mərhum Gülağa Məmmədovun 75 illiyi münasibətilə xatirə gecəsi keçirildi. Gecənin keçirilməsinin təşəbbüskarı Qadınlar Cəmiyyətinin sədri Rəfiqə xanım idi.

Qürur hissi ilə demək olar ki, zalda yubilyarın çoxlu pərəstişkarları, sənət dostları, qohumları əyləşmişdi və onların üzündəki təbəssüm Gülağa müəllimə olan məhəbbəti bir daha sübut edirdi. Yubilyarı təbrik etməyə və ona ürək dolusu maraqlı, səmimi sözlər deməyə Bəstəkarlar İttifaqının katibi professor Ramiz Zöhrabov; bəstəkar, xalq artisti Şəfiqə Axundova; müharibə veteranı Məzahir Abbasov, xalq artisti, müğənni Tükəzban İsmayılova; və gecənin aparıcısı qadınlar cəmiyyətinin sədri Rəfiqə xanım idi. Yubilyar haqqında ilk sözü Rəfiqə xanım açdı. O, yubilyarın ön sırada oturan oturan həyat yoldaşı, rəssam Aliyə xanıma, qızına, nəvəsinə, Gülağa müəllimin qardaşına və digər qohumlarına səmimi sözlər deyərək yubiley münasibətilə təbrik etdi, onlara can sağlığı arzuladı.


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
English Back to Home About site